Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə20/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   16   17   18   19   20   21   22   23   ...   231

 

49

– Üçcə dəqiqəlik ağzını yum. Məgər görmürsən nişanlısı ilə vidalaşır? 



 

– Bu nə sözdür mənə deyirsən? – Əbülfəz özündən çıxır. Ancaq sözünü bitirməyə macal 

tapmamış fit səsi eşidilir. Qatar tərpənir. 

 

Polad doğmalarının ağuşundan qopub, hərəkət edən qatarın pilləkəninə sıçrayır. 



 

Elə bu andaca sirenanın uğultusu eşidilir. Hava həyəcanı siqnalı verilir. Reproduktorla hamıya 

perronları tərk etmək təklif olunur. 

 

Ancaq heç kəs buna əhəmiyyət vermir. Hamı başını yuxarı qaldırıb, gözlərini aerostatlarla dolu 



səmaya – təyyarə uğultusu eşidilən göylərə zilləyir. Zenit topları atəş açır. 

 

Bir neçə nəfər növbətçi – əyinlərində mülki patrulun qəribə yarımhərbi geyimi olan ahıl kişilər 



camaatı sığınacağa enmək üçün dilə tutur. Lakin demək olar ki, heç kəs onları saya salmır. 

 

– Bir təyyarəyə görə elə hay-küy qaldırıblar ki, guya lap Hitler özü gəlib onunla! Onsuz da 



günümüz bir gün deyil, sən də bir tərəfdən arvad-uşağı qorxudursan, – Əbülfəz diqqəti cəlb 

etmək üçün uca səslə növbətçiyə irad tutur. O, iki qadını zorla perrondan çəkib aparmaq istəyir, 

lakin Əbülfəzin sözünü eşidən kimi qadınlardan əl çəkib, ondan yapışır. 

 

– Mənimlə gedəcəksiniz, vətəndaş! – O bir əli ilə Əbülfəzin kəmərindən bərk-bərk yapışıb, o biri 



əlindəki fiti dodaqlarına yaxınlaşdırır. İki nəfər başqa növbətçi qaçıb gəlir. Əməllicə sarısını 

udmuş Əbülfəz qorxa-qorxa soruşur: 

 

– Mən sənə nə dedim ey? 



 

– Özün bilirsən! 

 

– Nə deyib? – O biri növbətçi soruşur.- İntizam əleyhinə təbliğat aparır. Deyir almanlar heç vaxt 



Bakını bombalamazlar! 

 

– Sənədlərinizi göstərin! – Böyük növbətçi ciddi tərzdə tələb edir. 



 

– Evdə qalıb. 

 

– Necə yəni evdə qalıb? Bu saat sənədlərin ver. Yoxsa pis olar! 



 

– Bu kişi mənim dayımdır, – deyə Kamil yaxınlaşıb sanballı əda ilə məlumat verir. Vəsiqəsini və 

hərbi biletini təqdim edir. – Bu adam sizə lazım olsa, mənim vəsiqəmlə tapa bilərsiniz. 

 

Artıq zenit topları susur, faşist təyyarəsinin gurultusu da eşidilməz olur. 



 

– Mən sənə nə demişdim? – deyə Kamil sözə başlayır, ancaq Əbülfəz onun sözünü ağzında 

qoyur. 

 

– O nə söz idi bayaq işlətdin? “Ağzını yum”. Olmayaydın mənim bacım oğlu, bilirsən 



neylərdim? – Artıq özünə gəlmiş Əbülfəz deyir. – Bir də o sözü təkrar eləsən, daha sən adda 

qohumum yoxdur. 

 

– Xox, qorxdum!.. Yaxşı, bir də demərəm... Ancaq sən heç bilirsən səsini kəsəndə necə yaxşı 



adam olursan. 


 

50

 



– İndicə Poladı cəbhəyə yola saldıq, sən isə heç nə olmayıbmış kimi gəzib, gic-gic çərənləyirsən

– Əbülfəz tənə ilə başını bulayır. 

 

– Çox istəyirsən Poladı? 



 

– Hər halda səndən az istəmirəm! Heç olmasa, sənin kimi lağlağı eləmirəm, ürəkdən dərd 

çəkirəm. 

 

– Bu saat sənin dərdini dağıdaram: mənim bir hörmətli tanışım var – generaldır. Söz verib ki, bir 



həftədən sonra məni də Poladın xidmət etdiyi yerə göndərəcək. Döyüş şəraitində daha bir sınaq 

keçirəcəyik. Xahiş eləsəm, səni də göndərər, gedərik? 

 

– Birinci dəfədir belə şey eşidirəm: dost-doğma dayısını müharibəyə dəvət eləyir! – Gözlənilməz 



təklifdən çaşmış Əbülfəz dillənir. 

 

– Bu gün ağır gündür, ancaq Poladla nişanlısına baxanda hər halda ürəyim açıldı. Bir-birlərinə 



necə də yaraşırlar. Sən bir qızın üzünə bax, qədd-qamətinə bax! Bundan əvvəl də Polad çox 

qızlarla görüşüb, biri o birindən yaraşıqlı olurdu. Bura bax, heç ömründə bir cananla qol-qola 

gəzmisən, düzünü de? Bizim nəslin kişiləri isə 64 həmişə gəzəyənlikdə ad çıxarıblar. Bunu bütün 

Bakı bilir. Bax, elə sənin baban: toya üçcə gün qalmış şəhər prokurorunun gözünün qabağında 

nişanlısını qaçırtmışdı! Atan da cavanlığında fürsəti fövtə verən deyildi. Götürək lap elə mənim 

özümü. Heç bilirsən birinci dəfə qadına elani-eşq edəndə mənim neçə yaşım vardı? 

 

– Əlbəttə, bilirəm – on dörd. Bütün Bakı bilir ki, yeddinci sinifdə oxuyanda dərsdən sonra nəğmə 



müəlliməsinin üstünə necə atılmısan. Ancaq bağışla, yadımdan çıxıb səni onda kim yaxşıca 

əzişdirmişdi: onun əri, yoxsa sənin atan? 

 

– Bunu sənə hansı it oğlu danışıb? – Əbülfəz dərhal özündən çıxıb çığırır. – O köpək oğlunun 



adını de. Tez ol! 

 

– Baş üstə! Bunu mənə, bir də Polada sənin əmin oğlu, yəni mənim atam danışıb. İnanmırsan, 



özündən soruş. 

 

Onlardan qabaqda gedən Sevda və Kamilin valideynləri səsə geri çevrilir. 



 

– Nəyi bölə bilmirsiniz? – deyə Kamilin atası soruşur. – Niyə qışqırırsan, ay Əbülfəz? 

 

– Söhbət eləyirik, – Əbülfəz cavab verir. – Siyasətdən danışırıq! 



 

London. Axşam hava hücumu başa çatır. Təhlükənin sovuşduğunu bildirən sirenalar susur. 

Royal Deç Şell neft şirkətinin binası önündə bir-birinin ardınca dörd iri qara maşın dayanır. 

Şirkət prezidentinin kabinetində müşavirəyə dəvət edilmiş idarə heyəti üzvləri maşınlardan 

düşür. 

 

Şirkətin prezidenti altmış beş yaşlarında ucaboy, arğaz adamdır. 



 

– İdarə heyətinə məlumat verməyi özümə borc bilirəm ki, yarım saat əvvəl baş nazir heç izahat 

vermədən, sabahkı rəsmi görüşü qeyri-müəyyən müddətədək təxirə salmışdır. Məndən başqa, bu 

barədə o biri iki iştirakçıya da xəbər verilmişdir: – Bunlardan biri sabahkı görüş üçün həyatını 

risq qarşısında qoyaraq okeanın bu tayına gəlmiş Standart Oylun prezidenti, o biri isə 

İngiltərəİran şirkətinin prezidentidir. Bu məsələ ilə bağlı heç bir izahat verilməsə də, məndə elə 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə