Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə13/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   9   10   11   12   13   14   15   16   ...   231

 

31

Düşmənin bütün hərbi texnikasını yanacaqdan məhrum etmək imkanı yaranır. Yanacaqdan 



məhrum olacaqları gün düşmənin tank və təyyarələrini boş konserv qutuları kimi dənləyə bilərik. 

Onlarda vuruşanlar isə yanacaqsız qalanda təzə doğulmuş pişik balasıtək köməksiz olacaqlar. 

Birdən ingilislər Rumıniyanın neft mədənlərini bombalasa, nə olar? Mən qorxaq deyiləm. Ancaq 

belə bir şeyi təsəvvürümə gətirməyə cəsarət etmirəm! 

 

Yadınıza salın, biz “Barbarossa” planını necə hazırlamışdıq. 



 

Mənim qətiyyən Moskvaya hücum etmək fikrim yox idi. Sovet 41 sistemini ən zəif yerindən 

boğmaq üçün mənə Qafqaz lazımdır! Sizə isə Moskva gərəkdir, Brauxiç, çünki dahi sərkərdə 

şöhrəti qazanmaq istəyirsiniz! Danışın! Mən sizin etirazlarınızı eşitmək istəyirəm! 

 

– “Barbarossa” planında təklif etdiyim cüzi dəyişikliklər fürerin qəzəbinə səbəb olubsa, bu 



mənim ürəyimi ağrıdır. Mənim fürerim, çox şad olardım ki, siz həmin planda bircə müddətin, 

döyüş əməliyyatlarının keçirilməsi üçün bircə tarixin belə dəyişdirilmədiyinə diqqət yetirəydiniz. 

Qafqaz fürerin müəyyən etdiyi müddətdə bizim olacaq! Və biz həm donanmamızın, həm 

aviasiyamızın, həm də ordumuzun qıtlıq çəkdiyi yanacağı alacağıq. Ancaq bununla belə 

deməliyəm: hələ təhsil aldığım illərdə mənim dahi müəllimlərim belə bir həqiqəti mənə təlqin 

etmişlər: müharibədə o tərəf qalib sayılır ki, rəqibin silahlı qüvvələrini darmadağın edərək, 

düşmən dövlətin paytaxtını ələ keçirsin. Bütün dövrlərdə bu, bir qayda olaraq, həm bütün 

qoşunun, həm də dinc əhalinin mənəvi məhvinə gətirib çıxarmışdır. Mən sizə vəd edirəm ki, 

fürerin mənə etibar etdiyi qoşunlar bütün dünyanı lərzəyə salaraq ildırım sürəti ilə Şərqə sıçrayış 

edəcək və ay yarımdan sonra Moskva Almaniyanın böyük rəhbərinin ayaqları altında olacaq. 

Moskvaya hücumla eyni vaxtda biz Cənubun neft və kənd təsərrüfatı mərkəzlərinə də hücuma 

keçəcəyik. 

 

– Brauxiç nəfəsini dərmək üçün dayanır. Hitler fürsəti fövtə vermir. O, üz-gözünü turşudaraq, 



dərhal Qalderə sarı dönür: 

 

– Baş qərargahın rəisi Qalder, siz bu gün ağzınıza su alıb oturunuz. 



 

Nə qədər qəribə görünsə də, bircə kəlmə belə danışmaq istəmirsiniz. 

 

“Barbarossa” planı işlənib hazırlanarkən fürsət düşən kimi siz mənim planımı bəyəndiyinizi 



bildirirdiniz, xüsusilə də söhbət planın iqtisadi təminatından, konkret olaraq, Qafqaz 

istiqamətindən düşəndə. Bu gün isə səsiniz çıxmır. 

 

– General-feldmarşal Brauxiç, fürer qarşısında öz məsuliyyətini dərk edən bir sərkərdə kimi, 



həmin planda etmək istədiyi ölçülübbiçilmiş həmin əlavələrdə planın mahiyyətini dəyişdirə 

biləcək bir şey sezməmişəm. Müharibənin elə ilk günündən Qafqazın işğalına başlanılacaq və bu 

proses Moskvanın ələ keçirilməsindən sonra daha sürətlə gedəcək. Moskvanın isə bircə aya 

qaliblərə təslim ediləcəyinə mənim şübhəm yoxdur. Mən cəsarət edib, generalfeldmarşalın 

sözlərini təkrarlamaq istərdim! Moskva ruslar üçün sadəcə, paytaxt deyil, həm də onların bütün 

tarixinin, incəsənət və etiqadının daşıyıcısı, rəmzi olan bir şəhərdir. 

 

– Buna görə də ruslar Moskvanı ay yarıma başlarından etmək istəyəcəklər, eləmi?! – Hitler 



özündən çıxaraq bağırır. Sonra səsini kəsir və quruyub-qalmış qoşun başçılarını bir-bir süzür. 

Asta, yorğun səslə təzədən sözə başlayır. – Bu saat mənim etməli olduğum ən ağıllı hərəkət təcili 

olaraq feldmarşal Qalderi reyx baş qərargahının rəisi vəzifəsindən götürməkdir. Və elə eynilə bu 

cür təcili qaydada Brauxiçi vəzifəsindən çıxarıb, quru qoşunlarına komandanlığı öz üzərimə 

götürməliyəm... Ancaq mən, bəlkə də həyatımda ən böyük səhvə yol verəcəyəm – onları əvvəlki 



 

32

yerlərində saxlayacağam. Siz hər ikiniz zamin durmalısınız ki, Moskva ay yarımdan sonra 



tutulacaq. Mənsə sizə ay verirəm. Üç aydan sonra sizi elə bu zalda dinləyəcəyik! 

 

Bakı vağzalı. Qatar platformaya yaxınlaşır. Vaqonlardan sərnişinlər: 



 

qadınlar, qocalar, uşaqlar tökülüşməyə başlayır. Əllərində bağlama və çamadanlar olan bu 

adamlar pillələri enib, ucu-bucağı görünməyən izdihama qarışırlar. Yük maşınının üstündə 

tələsik düzəldilmiş tribunaya gənc bir qadın qalxır. 

 

– Əziz dostlar! Bizim şəhərə xoş gəlmisiniz. Mən Azərbaycanın səhiyyə naziri Çimnaz 



Babayevayam. Müvəqqəti olaraq faşistlərin işğal etdiyi şəhər və kəndləri tərk etməyə məcbur 

olmuş sovet vətəndaşlarını yaşayış yeri və yeməklə təmin etmək kimi şərəfli vəzifə mənə həvalə 

edilib. Hər şeydən öncə, sizdən xahiş edirəm, bəzilərinizlə söhbət zamanı eşitdiyim bir sözü – 

“qaçqın” sözünü unudasınız. Bu, pis, yanlış sözüdür. Siz Bakıda qaçqın deyilsiniz. 

 

Siz öz qardaş-bacılarınızın yanına gəlibsiniz. Siz bizim əziz qonaqlarımızsınız. 



 

Bunu yaddan çıxarmayın. 

 

Çimnaz Babayeva nitqini davam etdirir. Həmin vaxt ilə buradaca, meydanda qoyulmuş 



masaların arxasında əyləşən müvəkkillər gələnləri qeydiyyata almaqla məşğuldur. 

 

Bakı həyətləri. Minlərlə Bakı həyəti... Hər birində də mənzillərin qapıları gələnlərin üzünə 



qonaqpərvərliklə açılır. 

 

Hərbi komissarlıq. Kamil öz qohumu hərbi komissarla söhbət edir. 



 

– Sonrası da, mən utanıram, lap elə qonşulardan xəcalət çəkirəm. 

 

Mənim yaşıdlarım çoxdan ordudadır, bəziləri isə yəqin ki, artıq cəbhədədir... 



 

Hərbi komissar əli ilə Kamilin susmasına işarə edib, açıq qovluğu onun qarşısına sürüşdürür. 

 

– Bu, tam məxfidir, ancaq sənə etibar edə bilərəm. Oxu, gör nə yazılıb? 



 

Kamil cəld əmri gözdən keçirir: 

 

– Yazılıb ki, neftçilər, eləcə də bilavasitə neft hasilatı ilə bağlı olanlar hərbi xidmətdən azad 



edilsin. Bu “sirr”dən bütün Bakının xəbəri var. Axı mən neftçi deyiləm. Neft çıxarılması ilə də 

heç bir əlaqəm yoxdur. Mən neft kim-ya-çı-sı-yam! 

 

– Sənin rütbən nədir? 



 

– Kiçik leytenant! 

 

– Kiçik leytenant Məmmədəliyev! Farağat! Geriyə dön! 



 

– Yaxşı-yaxşı, İsmayıl dayı, yenə səni öskürək tutacaq. Axı sənə qışqırmaq olmaz. İndi görərsən, 

bu gün-sabah deyəcəklər ki, qohumbazlıq eləyir. 

 

– Mənə görə narahat olma, – hərbi komissar gülümsünür. – O cür vicdansız yaramazlar üçün 



bax, bu qovluqdakı əmri saxlayıram. 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə