Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə10/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   6   7   8   9   10   11   12   13   ...   231

 

23

Səba ilə Fərzani içəri keçdikdən sonra keşikçi geri qayıdıb, maşını saxlamaq üçün sürücüyə yer 



göstərir. 

 

– Siz məni burada gözləməli olacaqsınız, – onlar yaşıl çəmənlikdə şahmat qaydasında tikilmiş ilk 



kotteclərə çatan kimi Səba qəflətən ayaq saxlayır. Fərzani çaşıb qalır. Tamam yadımdan çıxıb, 

orada elə bir adam olacaq ki, sizi görməsi məsləhət deyil! 

 

Bənizi ağarmış Fərzani çiynini çəkib, kafeyə girir. Buranı zabit yeməkxanası adlandırmaq daha 



düzgün olar. Geniş zalda cəmi bir neçə masa tutulub. Müştərilərin hamısı alman zabitləridir. 

Bəzilər Fərzaniyə tanışdır. Salamlaşır, bara yaxınlaşıb, qəhvə sifariş edir. 

 

Barmeni arxasında yerli radio şəbəkəsinin böyük reproduktoru qoyulub. 



 

Musiqi təranələri qısa elanlar və çağırışlarla tez-tez kəsilir. 

 

Səba yaxşı təchiz edilmiş hərbi bazanın ərazisi ilə üstüaçıq “daxili” maşınla gedir. Limanda hərbi 



gəmilər durur. Səba sualtı qayıqlar dayanan yanalma körpüsünün yanından ötüb, kotteclərdən 

biri qarşısında maşından düşür. Qapını döyür. İdmançı görkəmli cavan bir kişi qapıya çıxır. 

Dəniz quldurları sayaq boynuna doladığı ala-bəzək şərfdən və qısa tumandan başqa əynində heç 

nə yoxdur. 

 

– Bağışlayın, cənab polkovnik, – o, Şultsu içəri buraxıb qonşu otağa keçir, sinəsində ordenləri 



olan dənizçi zabit formasını geyinib, təzədən otağa qayıdır. 

 

– Həmişə yadımdan çıxır Sizdən soruşum: cəngavər xaçını nəyə görə almısınız? – deyə Şults 



soruşur. 

 

32 – Böyük Britaniya kral həzrətləri hərbi-dəniz donanmasının eskadra kreyseri “Uels 



şahzadəsi”nə görə, – deyə sualtı qayıq komandiri iftixarla cavab verir. – İndi o öz ekipajı ilə 

bərabər əbədi dayanacaqdadır. 

 

Bu mənim submarinamın batırdığı on ikinci gəmi idi. Bir də risqə getməmək üçün Reder on 



üçüncünü batırmağa qoymadı, bizi Baltikadan cənuba göndərdi. Dedi ki, guya burada ürəyimiz 

istəyən qədər günəş, balıq kürsüsü, bir də qadınlar var. Günəşdən şikayətimiz yoxdur. Başqa 

şeyləri isə hələ dəqiqləşdirə bilməmişəm. Ay yarım ərzində bircə dəfə də olsa şəhərə çıxmağa 

icazə verməyiblər. 

 

– Hələ hər şey irəlidədir, əzizim Konrad, hər şey irəlidədir. Siz öz yeni sualtı qayığınızdan yenə 



narazısınız? İtalyanlar deyirlər ki, manevr və maneələri aşma qabiliyyətinə görə onun tayı-

bərabəri yoxdur. 

 

Onlarda hər şey musiqiylədir, elə sualtı qayıqları da... Beşcə metr dərinliyə enən kimi bitişmə 



yerləri kastanyet kimi şaqqıldamağa başlayır. Birinci dəfə bu şaqqıltı-gurultunu eşidəndə ürəyim 

ağzıma gəldi. Sən demə, ağıllı-başlı alman gəmiqayıranlarından fərqli olaraq, bitişmə yerlərini 

pərçimlə birləşdirmək əvəzinə, bu gicbəsərlər onu konserv qutusu kimi qaynaq edirlər. 

Sazandalardır da... onlardan başqa nə gözləmək olar!.. 

 

– Görürəm, müttəfiqlərimiz barədə o qədər də yüksək fikirli deyilsiniz, – Şults söz atır. – İndi nə 



ilə məşğulsunuz? 

 

– Bu gözəl tövlədə baş qatmağa bir şey varmı ki? Bekarçılıqdan çərləmişəm. 



 


 

24

– Lap əla. Elə isə nə vaxt dənizə çıxa bilərsiniz? 



 

– Nə vaxt desəniz. Lap günü sabah. 

 

– Mən istərdim ki, qırx dəqiqədən sonra çıxasınız. 



 

– Qırx dəqiqə? Zarafat edirsiniz? 

 

– Beş nəfər sərnişin götürəcəksiniz. Sərhədi hava qaralmamış keçməyin. Səhərə yaxın 



sərnişinləri göstərilən yerdə sahilə düşürərsiniz. 

 

Sonra ta axşam düşənədək sıldırım sahilin kölgəsində, suyun dibində gözləməli olacaqsınız. 



Yaxta ilə müşayiət oyununun üstü açılıb. Biz çox qorxu-hürküsüz hərəkət etmişik. 

 

– Komandanın iki üzvü indi şəhərdədir. Kömək edin, onları axtarıb tapaq. 



 

– Onlarsız birtəhər ötüşün. İnciməyin, kapitan, bütün bunlar təhlükəsizlik tədbirləridir. Təcili 

çıxmaq sizin öz təhlükəsizliyiniz üçündür. Gözünüzü saata niyə zilləmisiniz? 

 

 33– İstəyirəm ki, dəqiq fikir verim, görüm siz nə vaxt qurtaracaqsınız. 



 

Mən də hazırlaşmaq üçün nə qədər vaxt qaldığını hesablayım. 

 

– Afərin! Əhsən! – Şults ürəkdən gülür. – Cəngavər xaçı heç kəsə əbəs yerə verilmir! Söhbət 



etdiyimiz vaxtı nəzərə almaya bilərsiniz. 

 

Sualtı qayığın komandiri daxili rabitə düyməsini basır. 



 

– Danışan kapitan Konrad Şrankedir. Diqqət! Yanalma körpüsü üzrə növbətçi üç nömrəli 

obyektin qidalanma mexanizmini birləşdirin! 

 

Təkrar edirəm: 3 nömərli obyektin qidalanma mexanizmini birləşdirin. Sıxılmış hava və 



yanacağın miqdarı yoxlanılsın. 

 

“Sıxılmış hava və yanacağın miqdarı yoxlanılsın. 3 nömrəli obyektin komandası 20 dəqiqədən 



sonra hazır olsun. Təkrar edirəm: 

 

3 nömrəli obyektin komandası 20 dəqiqədən sonra yerində olsun”, – Fərzani dinamikdən eşidilən 



bu əmrləri üzünün ifadəsini dəyişmədən dinləyir. Barmenin qayıtmasını gözləmədən, pulu 

piştaxtanın üstünə qoyur, gözucu ətrafa nəzər salıb, heç kəsin ona fikir vermədiyini yəqin edir və 

tələsmədən qapıdan çıxır. Kafenin qabağındakı bağçadan cəld ötüb, tut ağaclarının kölgəsində 

qoyulmuş skamyada əyləşir və dərhal “mürgüləyir”. 

 

Şults maşını Fərzaninin bərabərində saxlayır: 



 

Bəs mən elə bilirəm, hələ də kafedəsiniz, dedim sizə qoşulum. 

 

– O kafe hasara alınandan, şveysar isə saatdarla əvəz ediləndən sonra açıq havada oturmağı daha 



üstün tuturam, – deyə Fərzani “yuxulu-yuxulu” zarafat edir. 

 

Sualtı qayıq buxtanı tərk edəndən dərhal sonra komandir Konrad Şranke dərinliyə enmək əmri 



verir. Zabitlərdən biri açıq lüka düşməzdən əvvəl təəccübünü bildirir: 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə