Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə7/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   2   3   4   5   6   7   8   9   10   ...   231

 

17

 



Əmiraslanovun maşını, sahili süni özüllər üzərindəki dəniz mədəni ilə birləşdirən estakadanın 

üstü ilə şütüyür. Açıq havada, dənizin qoynunda neft buruqları ilə əhatə olunmuş nəhəng 24 

meydançada bayramsayağı bəzədilmiş masaların uzun cərgələri düzülüb. Orkestr çox ucadan 

“Muleyli” çalır. Əmiraslanov maşından düşüb, iti addımlarla Bağırova tərəf yönəlir. Lakin ona 

yaxınlaşmağa macal tapmır; bu anda orkestr susur, əlində badə tutmuş Bağırov ayağa qalxaraq, 

toplaşanları salamlayır. Gen-bol bayram süfrəsi arxasında azı üç min-üç min beş yüz nəfər 

yığışıb. Onlar da ayaq üstdə durub dinləyirlər. 

 

– Yoldaş inşaatçılar, neftçilər, əziz dostlar! Bu gün bizim hamımız üçün böyük bayramdır. Biz 



yeni dəniz mədənin istismara verilməsini bayram edirik. Bu mədən, hər il respublikamızda 

çıxarılan 12 milyon ton neftə daha on minlərcə ton qara qızıl əlavə edəcək. 

 

Vətənə fayda verməyi bacarmaq insan üçün əsl xoşbəxtlikdir. 



 

Məhz bunun nəticəsində hər bir kəs əsl insan olduğunu hiss edir, başa düşür ki, dünyada əbəs 

yerə ömür sürmür. Belə insan öz şəxsiyyətinə hörmətlə yanaşmağa, ətrafdakılardan da hörmət 

gözləməyə haqlıdır. Bugünkü tədbiri mən bir də ona görə “böyük bayram” adlandırıram ki, siz – 

burada iştirak edənlər dənizdəki sualtı yataqda kəşfiyyat işini də məhz özünüz aparıbsınız. Bu 

mədənin layihəsini siz hazırlamısınız. Bu süni yarımadanı siz, məhz siz yaratmısınız. Və siz bu 

gün quyular qazaraq, dənizin dibindən neft çıxaracaqsınız. Bütün bunlar sizin ağlınız, əməliniz, 

zəhmətiniz sayəsində mümkün olmuşdur. Əvvəllər olduğu kimi kənardan mütəxəssislər dəvət 

etmədik. Bu bayramı həm də ona görə “böyük bayram” adlandırmaq olar ki, siz – 

azərbaycanlılar, ruslar, yəhudilər, bütün Qafqaz xalqlarının nümayəndələri millətçiliyin nə 

demək olduğunu Bakıda çoxdan unudubsunuz. Siz bir-birinizlə qardaş, dost, həmfikirsiniz! Bu 

badəni sizin şərəfinizə qaldırıram! 

 

Son kəlmələr musiqi sədaları altında eşidilməz olur. Bağırov işarə ilə Əmiraslanovu yanına 



çağırır. 

 

– Əyləş! Eşidirəm səni. 



 

– Şultsu buraxmaq olmaz, yoldaş Bağırov. 

 

– Şults barəsində səninlə artıq söhbətimiz olub, – Bağırov qaşlarını çatır. 



 

– Onu qətiyyən buraxmaq olmaz. Gizli kamera ilə çəkilmiş şəkillər, dəniz dibi relyefinin xəritəsi

Abşeron və Bakıdakı benzin anbarlarının planı... 

 

– Coğrafiya mürəkkəb elmdir, – Bağırov başını bulayır. 



 

25 – Ən başlıcası budur ki, onu buraxsaq, onunla əlbir olanları heç cür tapa bilməyəcəyik. Onları 

isə mütləq tapmaq lazımdır. Şults burada həmin adamlarla əlaqəyə girməyə fürsət tapıb. 

Tamamilə qanuni əsasla, mən hələ bir on gün onu ləngidə bilərəm. 

 

– Bu sənə nə verəcək? Olsa-olsa, beynəlxalq qalmaqal. Almaniya səfirliyi SSRİ hökumətinə 



müraciət edib, hələlik şifahi etirazını bildirib. Axı Şults üçün Almaniya Coğrafiya Cəmiyyəti 

vəsatət verib. 

 

-Deməli, heç bir tədbir görmək olmaz? 



 

Bağırov qanı qaralmış Əmiraslanova baxır: 




 

18

 



– Yaxşısı budur, sən mənə başqa məsələdə kömək elə. Əlbəttə, əgər əlindən gəlirsə... Bayaqdan 

baş sındırıram: bu orkestr azı on kərə musiqi çalıb, hər dəfə də elə eyni mahnını. Görəsən 

bununla nə demək istəyirlər? 

 

Əmiraslanov orkestrə gözucu nəzər salıb, əlüstü dillənir: 



 

– Özfəaliyyət orkestridir, çalanlar da hələ təzə başlayıblar, bircə “Muleyli”ni öyrənməyə macal 

tapıblar. 

 

– Afərin! Başın işləyir! – Bağırov vəcdlə dillənir. – İndi isə süfrəyə yaxın əyləş! Yeməklərin 



dadına bax, sonra da mənim sağlığıma iç! İndi buna çox böyük ehtiyacım var! Bilmirəm, 

orkestrin səsindəndir, yoxsa sənin Şultsuna görədir, nə isə, başım partlayır, – o, badəsini qaldırır. 

– Sənin sağlığına, Əmiraslanov! 

 

O zaman Əmiraslanov Şultsa demişdi: 



 

– Sizi buraxmaqda böyük səhvə yol verirəm. 

 

– Siz heç bir səhvə yol vermirsiniz, – deyə Şults qəribə bir ifadə ilə – sanki halına acıyırmış 



kimi, Əmiraslanova baxmışdı. – Siz əmrə tabe olursunuz, – o, gülümsünmüşdü. – Ancaq 

birdəfəlik ayrıldığımızı zənn etmək sizi kədərləndirirsə, çox nahaq yerə. 

 

Məndə almanlar üçün nadir sayıla bilən bir xüsusiyyət var – mən intuisiyama çox inanıram. Bu 



intuisiyam isə mənə pıçıldayır ki, sizinlə yenə görüşəcəyəm. 

 

– Bəs coğrafiya bilikləri ilə bir az da möhkəmlənən intuisiyanız həmin görüşün məhz harada baş 



tutacağını pıçıldamır ki? 

 

– Bunu bilmək çətin deyil. Əminəm ki, bizim növbəti görüşümüz Bakıda olacaq... Bəlkə də lap 



elə bu kabinetdə... Bakı çox gözəl şəhərdir. 

 

26 – Çox gözəldir, – deyə Əmiraslanov təsdiq edir. – O sizə qədimi qızıl sikkəni xatırlatmır ki? 



 

– Düzünü desək, elə bir bənzəyiş görmürəm. 

 

– Bilirsiniz, onların hər ikisi – Bakı da, sikkə də hamının xoşuna gəlir və hər kəs də onları öz 



əlinə keçirmək istəyir... 

 

– Düz deyirsiniz... – Şults sadəlövhcəsinə gülümsəyir. – Ancaq bir az dəqiqləşdirmək lazımdır. 



Dünya paytaxtlarının bütün bankları qızıl sikkələrlə ağzınacan doludur. Bu problemi başqa yerdə 

də həll etmək olar. Hazırda qızıldan da vacib sərvətlər var, – o, ayağa qalxaraq, Əmiraslanovu 

pəncərənin yanına dəvət edir. 

 

– Bax, o yarımadanı görürsünüzmü? 



 

– Bayıl burnunu? 

 

– Lənət şeytana, həmişə unudaram ki, mən coğrafiyaşünasam, – Şults şən halda dillənir. – Nə 



isə, hal-hazırda Almaniyanın “Bismark” və “Tirpits” adlı iki super xətt gəmisi var. Onlardan hər 

biri az qala bax bu burun böyüklükdədir. Sivill bəşəriyyətin bütün tarixi boyu dünyanın heç bir 

ölkəsi bu cür texnika möcüzəsini yuxusunda da görməyib. Onların limandan tərpənməsi 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə