Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə12/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   8   9   10   11   12   13   14   15   ...   231

 

28

Sualtı qayıq asta-asta sahilə yanaşır. 



 

Komandir exolotun və xəritənin göstəricilərini saniyəbəsaniyə tutuşduraraq, sualtı qayığı dar 

qayalıq dəhlizlə buxtaya doğru ehtiyatla sürür. Bayırdan taqqıltı eşidilir. Komandirin ürəyi 

şiddətlə döyünür. Köməkçisi rubkaya daxil olur. Onun nigaran baxışına cavab olaraq, Konrad 

başı ilə təsdiq edir: yəni düzdür, qayığın örtüyünə mina toxunur. 

 

– Lap asta sürətlə geriyə! – Komandir danışıq borusuna tərəf əyilib, demək olar ki, pıçıltı ilə əmr 



edir. Elə bu anda sol tərəfdən qıcırtı eşidilir. 

 

– Periskop! – Konrad dənizin səthinə nəzər salır. – Qaranlıqdır! 



 

– Kiminsə əlini çiynində hiss edib səksənir. 

 

– Nə olub? 



 

– Gözlərini periskopdan ayırıb, rubkaya girənlərə çaşqın nəzərlərlə baxır, sonra xatırlayır: 

 

– A-a! Sərnişinlər! – Səsində dərhal həmişəki komandir hökmü duyulur. – Bu saat öz yerinizə 



qayıdın. Rubkaya girmək qadağandır. 

 

– Mən normal sərnişin kimi soruşuram ki, nə olub? Bu isə... 



 

– Bu isə özünü arabaçı kimi aparır. Hə, nədir, ay arabaçı, minaların arasında ilişmisən? “İrəli! 

Geri!” – bəlkə bu, sənin xoşuna gəlir, biz özgənin işinə qarışmırıq. Ancaq bizi düşür. Daha gəlib 

çatmışıq, hava da qaralıb – hər şey plan üzrə gedir. Düzdürmü? 

 

Onda əmrə uyğun olaraq, qayığı suyun üzünə qaldır, bizi burax. 



 

– Hər şeydən əvvəl qayığı xilas etməliyəm. – Konrad qəzəbli halda batıq səslə dillənir. – Sizi 

düşürmək barədə sonra düşünərik – salamat qalsaq. – O, həmsöhbətlərinə daha əhəmiyyət 

vermədən əmr edir: Birinci və ikinci sisternlərə hava vurun! Suyun dibinə enirik! – Bu anda yenə 

mina qıcırtması eşidilir. 

 

Birinci “sərnişin” qüvvətli zərbə ilə Konradın əllərini şturvaldan qoparır. Komandir bir göz 



qırpımındaca tapançasını çıxarıb, 38 “sərnişini” güllələyir. İkinci isə silahı vurub Konradın 

əlindən salır, sonra tapançanın lüləsini onun peysərinə dayayır: 

 

– Bəlkə bağışlayacağam səni, bəlkə də yox... Yuxarıda danışarıq. 



 

Niyə gülümsəyirsən? 

 

– Fərhad bəyin oğlunun və onun ailəsinin üzünə bu evin qapıları da, süfrəsi də həmişə açıqdır. 



Ancaq bir şərtlə: yenə deyirəm, əgər sən buralara xoş niyyətlə gəlməmisənsə, and iç ki, öz 

planlarını unudacaqsan, – Əbiyev qonaqlarını qapıyadək ötürür. 

 

Atam demişdi ki, onun dostu Əbiyev vətənimizin düşmənlərinə qarşı mübarizədə mənə kömək 



edər. 

 

– Mən onları düşmən hesab etsəydim, o zaman sizlərlə bir yerdə vətəni tərk edərdim. Yenə 



deyirəm: buranı öz evin hesab edə bilərsən... 

 



 

29

– Yəni doğrudanmı siz elə düşünürsünüz ki, ailəmizin bütün var-dövlətini – neft mədənlərimizi, 



torpaqlarımızı, mülklərimizi qoyub getdiyimiz Bakıya mən ona görə gəlmişəm ki, özgə evində 

siçan kimi gizlənəm? 

 

– Dayan-dayan, – Əbiyev heyrətlənir. – Nə mülk, nə mədən? 



 

Sən nəyisə çaşdırırsan. Bolşeviklər gəlməmişdən iki ay əvvəl sənin atanın əlində Çadrovı 

küçəsindəki iki mülkü, Naberejnıda mehmanxana ilə restoranı, bir də üç gəzinti kateri qalmışdı. 

Köçüb gedəndə bütün bu əmlakını iyirmi min qızıl pula satdı. Həmin pulları da özü ilə apardı. 

Nədir, yoxsa hamısını xərcləyib qurtarıb? Olar, olar. Pul əl çirkidir, təki insanlığı itirməyəsən... 

Bəlkə qalıb gecələyəsiniz? 

 

Əbiyev qonaqları faytonun yanınadək ötürüb geri qayıdır. 



 

Stolun böyründən keçəndə binoklu götürüb, uzaqlaşmaqda olan faytonun qırmızımtıl işıqlarını 

izləyir. 

 

– Fərhad bəy yaxşı adamdır, ancaq bir qüsuru var: qumarbazdır! 



 

Qumara ki başladı, dünya-aləm gözünə görünmür. 

 

– Yəqin elə oğlu da özünə çəkib... Birini salıb yanına gətirib, özü də deyir “arvadımdır”, – 



Məmməd hirslə dillənir. – Mən samovarı aparırdım, bir də gördüm faytonun yanındadır. 

Faytonçuya deyirdi: “Get o axmağı çağır, yoxsa səhərədək çərənləyəcək”. 

 

Sonra da bir-iki söz əlavə elədi, dilə gətiriləsi deyil. Heç anbardar Abbasdan da belə sözlər 



eşitməmişəm, bəy. 

 

Elə bu anda dənizdə güclü partlayış olur. Qorxudan ayaq üstdə zorla duran Məmməd yalvarır: 



 

– Allaha and verirəm, bəy, o zəhrimarı tez ol gizlət! Görürsən, lənətə gəlmiş nələr törədir! 

 

Projektorlar çaxır, gözqamaşdıran ağappaq işıq sahilə süzülür. 



 

Sualtı qayığın məhv edildiyi yerdə bir gəmi lövbər atıb. Əlində öz “qənimət”ini gətirən dalğıc 

yenə – artıq neçənci dəfə suyun üzündə görünür. 

 

Əmiraslanovun kabineti. O, əməkdaşları ilə birlikdə, dənizin dibində əldə edilmişi kağız-



küğüzları çox diqqətlə gözdən keçirir. 

 

Sizi telefona istəyirlər, yoldaş general! – Yavər otağa girib, astadan xəbər verir. 



 

– Axı dedim ki, məni heç kəslə calaşdırmayın, – Əmiraslanov heyrətlə başını qaldırır. 

 

– Polad Məmmədəliyevdir. Dedi ki, əgər birdən adını xatırlamasanız, yadınıza salaq ki, zəng 



vurana “yaralı”dır. 

 

Əmiraslanov dəstəyi qaldırır: 



 

– Salam. Özünü necə hiss edirsən? Hə, nə deyir ki? Aydındır. 

 



 

30

Sən hər ikisini diqqətlə dinlə, qərarı isə özün qəbul elə. Bəs o tibb institutunun tələbəsi olan qız 



də sənin yanında durub? Necə? “Düz tapdım” yox, mən bilirdim ki, sənin yanındadır. 

 

Lap dəqiq bilirdim, buna görə də dedim. Sən sabah bir mənə dəy. İstəyirsən məşğələlərdən sonra 



görüşək. Saat üçdə? Lap yaxşı. – O, dəstəyi qoyur. 

 

Yavər içəri girir. Üzündəki təbəssümü gizlədə bilməyərək, Əmiraslanova bir neçə kağız vərəqi 



uzadır. 

 

– Şifri açdıq, yoldaş general. 



 

– Elə buna görə də sevinirsən? – Əmiraslanov sərt ifadə ilə donquldanır. Ancaq əməkdaşlar başa 

düşürlər ki, o yalandan donquldanır. 

 

– Otuz beş nəfərlik siyahı. Özü də hökumət ziyafətinə dəvət üçün deyil, bu, bir növ menyudur. 



Mənim soyadım siyahıda dördüncüdür. Əgər Herr Şults, yaxud Səba hər halda siyahıda mənə 

dördüncü yeri ayırıbsa, deməli, hörmətimi saxlayır. Maraqlıdır, görəsən, məni nə cür öldürməyə 

hazırlaşırlarmış? – Otağa girən eksperti işarə ilə stolun yanına çağırır. 

 

– Sənədlər çox məharətlə hazırlanıb, yoldaş general. Sənədlərin hamısında pasport, baytar 



həkimi vəsiqəsi, əlillik və əmək kitabçasındakı bütün məlumatlar olduqca səhihdir. Bircə faktdan 

– sənəd sahibinin şəxsiyyətindən savayı. Çox güman ki, sualtı 40 qayıqda aşkar edilmiş sənədlər 

də, bir ay əvvəl Nardaranda güllə ilə vurulmuş naməlum şəxsdən tapılmış sənədlər də eyni yerdə 

hazırlanıb. 

 

– Çox ürəkaçan məlumatlardır, – Əmiraslanov istehza ilə gülümsünür. 



 

– Deməli, bu gün bizim şəhərimizdə 30-a yaxın adam var ki, onları hələ heç özlərinə bəlli 

olmayan məqsədlərlə Bakıya göndəriblər. 

 

Hamısının da əlində qüsursuz saxta sənədləri var. Bəzi məlumatlardan görünür ki, özləri ilə 



siyahını gətirən həmin 5 nəfər sonuncu imişlər. Bu nə deməkdir? Əmiraslanov qəti fikir 

söyləmədən çiynini çəkir. – Belə güman etmək olar ki, həmin adamların törətməyə hazırlaşdığı 

“sevindirici” işlərə daha lap az qalır. Əbəs yerə şirniklənməyək. 

 

Bu, yalnız ehtimaldır. Bu gün 1941-ci il mayın 18-dir. 



 

– Lap bu dəqiqə məlumat almışıq: dünyada ən böyük xətt gəmisi olan “Bismark” vurulub 

batırılmışdır, – deyə Yavər hesabat verir. – Almaniyada milli matəm elan edilmişdir. 

 

Almaniya baş qərargahının müşavirəsi gedir. Quru qoşunları komandanı general-feldmarşal 



Brauxiç özünü itirmiş halda Şərqi Avropanın iri xəritəsi önündə dayanıb. Yalnız Hitlerin səsi 

eşidilir. 

 

O, qəzəblənib, lakin sözləri astadan və aydın tələffüz edir. 



 

– General-feldmarşal Brauxiç! Fürsətdən istifadə edib, deməliyəm ki, siz çox şöhrətpərəst 

adamsınız. Bir yadınıza salın, “Barbarossa” əməliyyatı hazırlanarkən təkrar-təkrar deyirdik: əsas 

zərbə Qafqaza yönəldilməlidir ki, hər şeydən əvvəl Sovetlərin silahlı qüvvələrini enerji 

ehtiyatlarından məhrum edək. Belə olsa, hətta ləğv edilməyən texnika belə öz-özünə dayanar. 

Yoxsa sizə bəlli deyil ki, bu müharibə motorlar müharibəsidir! Bakı bütün sovet neftinin 85 

faizini verir. Bir təsəvvür edin, əgər başlıca neft mənbəyini ələ keçirə bilsək, nələr olar?! 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə