Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında yaratdığı problemlər və həkim tövsiyəsi



Yüklə 280,03 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix29.05.2018
ölçüsü280,03 Kb.
#46729
1   2   3   4   5   6

http://w w w.amu.edu.az

31 yanvar 2017-ci il

4

Biz, Azərbaycanda təhsil alan 



iranlı tələbələrin Elmi-Mədəni 

və İdman Birliyi nümayəndələri 

bildiririk ki,1990-cı il yanvarın 

19-dan 20-nə keçən gecədən 27 

il ötməsinə baxmayaraq, Sovet 

ordusunun Bakıda dinc əhaliyə 

qarşı törətdiyi dəhşətli qırğını 

heç bir zaman unutmayacağıq. 

Həmin gecə Ermənistanın işğalçı 

iddialarına qarşı çıxan qardaş 

Azərbaycan xalqı Bakının küçə 

və meydanlarına çıxaraq öz 

haqqını tələb edirdi.  

  

Azərbaycan xalqının qəhrəman oğul 



və  qızları  bir  nəfər  kimi  öz  etiraz 

səsini  qaldıraraq  dinc  vasitələrlə  hü-

quqlarının  qorunmasını  istəyirdilər. 

Ancaq  Sovet  rəhbərliyinin  bir-

başa  göstərişi  ilə  xalqın  bu  dinc 

mübarizəsinə  qarşı  yeridilən  qoşun 

Bakıda misli görünməmiş qanlı faciəyə 

səbəb oldu. Belə ki, Sovet qoşunları-

nın törətdiyi qırğın nəticəsində Bakıda 

134  dinc  vətəndaş  öldürüldü,  600-

dən  çox  insan  yaralandı,  800-dən 

çox adam isə haqsız yerə həbs edildi. 

Qətlə yetirilənlər arasında beş millətin 

nümayəndələri,  o  cümlədən  uşaqlar, 

qocalar, qadınlar və əlillər də var idi.

Allahın  biz  insanlara  göndərdiyi 

müqəddəs Quran kitabında buyurulur: 

“Şəhidlərə ölü deməyin, onlar diridirlər 

və  Allahın  nemətləri  ilə  faydalanırlar, 

ancaq siz bunu bilmirsiniz.”

Ümumiyyətlə,  şəhidlik  ölümlərin  ən 

şərəflisidir. Şəhidlər sərvəri İmam Hü-

seyn  Əleyhissəlamın  gözəl  bir  kəlamı 

vardır: “Mən ölümü xoşbəxtlik, zalım-

lara tabe halda yaşamağı isə zillət sa-

yıram.”


Təsadüfi deyil ki, şəhid olmağı əbədi 

səadətə  çatmaq  kimi  qəbul  edən 

İran xalqı, xüsusilə də İranın gəncləri 

bu  uca  mövqeyə  çatmaq  məqsədilə 

mübarizənin ən çətin anlarında ölümə 

meydan  oxudular  və  şəhid  olma-

ğa  belə  hazır  oldular.  İran  Preziden-

ti  möhtərəm  Həsən  Ruhani  şəhidləri 

böyük qüdrət və mühüm bir sərmayə 

adlandıraraq  demişdir:  “Fədakarlıq 

dərsini  şəhidlər  və  əlillərdən,  habelə 

onların ailələrindən öyrənmək lazım-

dır.”

Bu günlərdə Azərbaycan Respublika-



sının Prezidenti İlham Əliyev İran İs-

lam  Respublikasının  Azərbaycandakı 

səfirliyində  olanda  İranın  keçmiş 

Prezidenti  Ayətullah  Əkbər  Haşi-

mi  Rəfsəncaninin  vəfatı  ilə  əlaqədar 

başsağlığı  vermiş,  matəm  kitabı-

na  ürək  sözlərini  yazmış  və  onun 

İran-Azərbaycan  əlaqələrinin  inki-

şafı üçün çox böyük işlər gördüyünü 

qeyd etmişdir. Prezident İlham Əliyev 

həmçinin  demişdir:  “Mən  bundan 

sonra  da  çalışacağam  ki,  hörmətli 

həmkarım  cənab  Ruhani  ilə  birlikdə 

İran-Azərbaycan dostluq və qardaşlıq 

əlaqələrini inkişaf etdirim.”

Biz – Azərbaycanda təhsil alan iran-

lı  tələbələr  də  İran  Respublikası  və 

Azərbaycan  Respublikası  arasın-

dakı  mövcud  qardaşlıq  və  dostluq 

münasibətlərindən məmnunluğumuzu 

bildirir,  bu  münasibətlərin  getdikcə 

daha da inkişaf edəcəyinə əmin oldu-

ğumuzu bir daha bəyan edirik.

Bəli,  artıq  27  ildir  ki,  dünya,  o 

cümlədən də İran xalqı qanlı 20 Yan-

var faciəsini həm Azərbaycan xalqının 

Ümumxalq  hüzn  günü,  həm  də  milli 

vətənpərvərlik  günü  kimi  qeyd  edir. 

Biz bu münasibətlə müxtəlif tədbirlər, 

o cümlədən konfranslar, sərgilər təşkil 

etməklə  Azərbaycana  həmdərd  və 

həmrəy  olduğumuzu  nümayiş  etdi-

rir,  cənab  İlham  Əliyevin  2017-ci  ili 

“İslam  Həmrəyliyi  İli”-adlandırmasını 

alqışlayırıq.  Biz,  iranlı  tələbələrin 

Azərbaycandaki birliyi olaraq 20 Yan-

var  faciəsi  xatirəsini  dərin  ehtiramla 

yad edir və bəşəriyyətə qarşı törədilən 

hər növ bütün cinayətləri, terror akt-

larını pisləyirik.

Allah bütün şəhidlərimizə 

rəhmət eləsin!



Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-

Mədəni və İdman Birliyi Nümayəndələrinin Bəyanatı

Tədbirdə  universitetin  rektoru,  profes-

sor  Gülçöhrə  Məmmədova  alimin  yubileyinin 

keçirilməsi barədə Prezident İlham Əliyevin im-

zaladığı  Sərəncamı  xatırladıb.  Vurğulanıb  ki, 

bununla əlaqədar ölkə miqyasında Əziz Əliyevin 

yubiley  mərasimlərinin  geniş  qeyd  olunması 

məqsədilə xüsusi tədbirlər planı işlənib hazır-

lanıb.

Diqqətə çatdırılıb ki, görkəmli alim və dövlət 



xadimi fəaliyyətə başlamazdan əvvəl bütöv bir 

həyat  məktəbi  keçib,  kifayət  qədər  təcrübə 

əldə edib. Rektor deyib: “Əziz Əliyev XX əsrin 

əvvəllərindən  ömrünün  sonunadək  dövlət 

quruculuğu  işlərində,  eləcə  də  səhiyyə,  tibb 

elmi  və  təhsili  sahələrində  əldə  etdiyi  elmi 

bilik  və  bacarıqlarını  dövlət  idarəçiliyinin 

təkmilləşdirilməsinə, Azərbaycan səhiyyəsinin 

təşəkkülünə və inkişafına, milli tibb kadrları-

nın hazırlanmasına həsr edib. O, Azərbaycanın 

inkişafında  son  dərəcə  böyük  xidmətlər 

göstərib, təkcə ölkəmizdə deyil, onun hüdud-

larından kənarda da tanınıb”.

Sonra Azərbaycan Tibb Universitetinin pro-

rektoru Rauf Bəylərov görkəmli alimin mənalı 

ömür  yolu  və  ölkəmizdə  səhiyyənin  inkişa-

fındakı əvəzolunmaz xidmətləri barədə geniş 

məruzə ilə çıxış edib.

AzMİU-nun  ictimai  fənlər  kafedrasının  do-

senti  İzzət  Musayeva  Əziz  Əliyevin  müxtəlif 

məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin 

təkmilləşdirilməsində  səmərəli  fəaliyyətindən 

danışıb. Diqqətə çatdırılıb ki, Əziz Əliyev 

Böyük Vətən Müharibəsi dövründə ordu 

hərbi  şurasının  üzvü  kimi  İrana  ezam 

olunub, 1941-1942-ci illərdə orada so-

vet  qoşun  hissələrinin  siyasi  komissarı 

vəzifəsində  çalışıb.  Dövlət  xadiminin 

həyatındakı mühüm dövrlərdən biri də Dağıs-

tana rəhbərlik etdiyi illər olub. Belə ki, 1942-

ci  ildə  Əziz  Əliyevin  Dağıstan  Vilayət  Partiya 

Komitəsinin birinci katibi seçilməsi onun təkcə 

Azərbaycanda  deyil,  keçmiş  SSRİ-də  də  bö-

yük  nüfuza  malik  olduğunu  sübut  edib.  Altı 

il  bu  vəzifədə  çalışan  Əziz  Əliyev  Dağıstanın 

həyatının  bütün  sahələrində  böyük  irəliləyişə 

nail  olub,  Azərbaycan-Dağıstan  dostluğunun 

daha da möhkəmlənməsinə əvəzsiz töhfə ve-

rib.

Universitetin ictimai fənlər kafedrasının do-



senti  Könül  Əliyeva  Əziz  Əliyevin  xalqımız  və 

dövlətimiz üçün gördüyü böyük işlərdən, onun 

İranda  və  Dağıstanda  çalışdığı  illərdə  mil-

li məsələyə önəm verməsindən, milli kadrların 

yetişdirilməsindəki xidmətlərindən danışıb.

Məlumat  üçün  qeyd  edək  ki,  Əziz  Əliyevin 

adının əbədiləşdirilməsi üçün Dağıstanda, Ma-

haçqalanın  mərkəzi  küçələrindən  birinə  onun 

adı  verilib,  burada  heykəli  ucaldılıb.  Həmin 

işlərin  görülməsinə  memar  kimi  cəlb  olunan 

Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-

nun kafedra müdiri Elbay Qasımzadə ötən ilin 

mayında  Dağıstanda  gördükləri  işlərdən  da-

nışıb.  Bildirilib  ki,  Əziz  Əliyevin  adını  daşıyan 

küçədə onun heykəli ucaldılıb. Abidəni görkəmli 

heykəltəraş Ömər Eldarov hazırlayıb.



ATU-nun prorektoru görkəmli alim Əziz 

Əliyevin xidmətləri haqqında çıxış edib

Yanvarın 24-də Azərbaycan Memarlıq və 

İnşaat  Universitetində  (AzMİU)  görkəmli 

dövlət və elm xadimi Əziz Əliyevin 120 illik 

yubileyinə həsr olunan tədbir keçirilib.

Azərbaycan Tibb Universiteti 

beynəlxalq əlaqələrini güclən­

dirir.  Belə ki, hər həftə müxtəlif 

ölkə lərdən universitetimizə gə­

lən qonaqlar, mütəxəssislər 

bu ra da tələbə və rezidentlər 

üçün yaradılan şərait, tədrisin 

səviyyəsi ilə yaxından tanış 

olurlar.


Yanvarın  16-da  Türkmə-

nistan Respublikasının rəsmi 

təmsilçiləri  ATU-da  görüş 

keçiriblər.  Türkmənistanın 

Azərbaycandakı  səfirliyinin 

attaşesi  cənab  Atamurat 

Ballıbayev  və  səfirliyin  III 

katibi  xanım  Bahargül  Ber-

dıyeva  ATU-da  təhsil  alan 

əcnəbi  tələbələr  arasında 

Türkmənistandan  olanların 

sayının  artdığını  bildiriblər. 

Səfirlik  nümayəndələri  əc-

nəbi  tələbələr  üçün  yara-

dılmış  şəraitdən  məmnun 

qaldıqlarını deyiblər. Univer-

sitetdə  mövcud  infrastruk-

turun  tədrisin  beynəlxalq 

standartlara  uyğun  səviy-

yədə  aparılmasına  im-

kan  verdiyini  söyləyən 

qo naq lar 

Türkmənistan 

və tən daşlarının 

qardaş 

Azərbaycanda  rezidentura 



pilləsində  tibb  təhsilini  da-

vam  etdirməkdə  maraqlı 

olduqlarını  da  diqqətə  çat-

dırıblar.

Görüşdə  qeyd  olunub  ki, 

Azərbaycan  Tibb  Universi-

teti xarici tələbələrinin sayı-

na  görə  ölkəmizdə  1-ci  yer 

tutur.  Hazırda  26  ölkədən 

1500-ə  yaxın  xarici  tələbə 

ATU-da  müxtəlif  pillələrdə 

tibb,  əczaçılıq,  stomatolo-

giya  ixtisasları  üzrə  təhsil 

alırlar.  İldən-ilə  əcnəbi 

tələbələrin sayı artır.

Türkmənistan  diplomat-

ları  ilə  görüşdə  ATU-nun 

beynəlxalq  əlarqələr  üzrə 

prorektoru  Nadir  Zeynalov, 

xarici  tələbələrlə  iş  üzrə 

dekan  İsmayıl  Əfəndiyev 

və  dekan  müavini  Niyazi 

Hacızadə iştirak ediblər.

Türkmənistan gəncləri ATU-nun 

rezidenti olmaq istəyir

Türkmənistan gəncləri ATU-nun 

rezidenti olmaq istəyir

ATU-nun mətbuat xidməti



Yüklə 280,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə