SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə58/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

215 
 
qırxa  qədər  fəlsəfi  nitqləri  zamanımıza  gəlib  çatmışdır. 
Onlar 
əsasən 
dini-fəlfəsi 
və 
əxlaqi 
məzmunludur. “Platona  görə  Tanrı  nədir”“Sokratın 
demonu”“Tanrıya  yalvarmağın  mənası  var,  ya  yox?”, 
“Hər  şey  taleyə  tabedirsə,  iradə  azadlığı  var,  ya 
yox?” adlanan  fəlsəfi  nitqləri  daha  çox  maraq  kəsb  edir. 
Burada  din  fəlsəfəsinin  əsas  problemləri  olan Tanrının 
varlığışərin  təbiətiazad  iradə    tale problemlərinə  diqqət 
yetirilir.  Bütün  bu  problemlər  sonralar,  yəni  ortaəsr 
fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir. 
“Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində 
Maksim  demişdir  ki,  Tanrıdan  nəsə  istəyən  insan  istədiyi 
şeyə  layiq  olmalıdır.  Əgər  layiqdirsə,  onda  dua  etməyin 
mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi 
şeyi  duasız  da  əldə  edər.  Layiq  deyilsə,  duaları  etsə  belə 
heç  nə  almaz.  Heç  olmasa  ona  görə  ki,  layiq  olmayana 
nəsə vermək ədalətsizlikdir. Tanrı isə ədalətsiz ola bilməz. 
Dua etmək heç də istədiyin şeyə layiq olmaq demək deyil. 
Layiq  olan  təvazökar  olar,  yalvarmaqla  heç  kəsə  əziyyət 
verməz.  Əziyyət  verən  və  həyasızlıq  edən  layiq 
olmayandır.  Ona  görə  də,  dua  etməyən  layiq  olan  adam 
dua  edən  layiq  olmayandan  yaxşıdır.  Məsələn,  Tanrı 
sərkərdə  olsaydı  və  bir  qul  ondan  əskər  olmaq  istəyində 
olduğunu  bildirsəydi,  məgər  o  ona  istədiyini  verərdimi? 
Ordu  yaşasın  deyə  əskərliyə  layiq  olanı  əskər  edər,  qulu 
isə qul  yerində qoyardı,  hətta o ona nə qədər yalvarsaydı 
belə. Beləliklə, yalvarmağın mənası yoxdur. (25, 196-204) 
Daha  sonra  Maksim  Platona  istinad  edərək 
yazmışdır  ki,  tanrılar  insanlara  tale  yazmışdırlarsa,  onda 


216 
 
onlara dua etməyin mənası yoxdur. Çünki, insan istəyi ilə 
tale  dəyişməz.  Hər  şey  ümumi  və  fərdidən  ibarətdir.  İnsan 
da  kainatın  tamlığında  bir  hissəcikdir.  Tanrı  isə  taleyi 
ümumi  üçün  yazıbsa,  fərd  olan  ayrıca  insanın  duasını 
təmin  etməz.  Çünki,  fərdə  görə  o  tamlığı  pozmaz.  Tanrı 
hər  fərdin  istədiyini  təmin  etsə,  onda  tamlıq  pozular.  Bir 
yerdə  zəlzələdirsə,  onun  sakinlərinin  duaları  ilə  ona  son 
qoyulmaz, çünki o zəlzələ kainat tamlığının bir hissəsidir. 
Əlbəttə  ki,  taledən  başqa  təsadüf  də  vardır.  Ancaq, 
təsadüfün  düzəni  və  düşüncəsi  yoxdur.  Çünki,  öz 
ehtiraslarını  təmin  etmək  üçün  hökmdarlıq  edən  kralın 
düşünülmüş 
siyasəti 
yoxdursa, 
hər 
şey 
hərcmərclikdədirsə,  onda  kraldan  nəyi  diləmək  olar? 
Beləliklə,  təsadüf  olsa  belə  tanrılara  dua  etməyin  mənası 
yoxdur. 
Dualar  etməkdənsə  insan  öz  işini  möhkəm  tutmalı, 
bacarıqlı  olmalı,  öz  üzərində  işləməlidir  ki,  istədiyinə 
layiq olsun. Belə olarsa, onda duasız da istənilən şeyi əldə 
edə bilər. 
Maksimə  görə  Sokrat  və  Platon  kimi  filosoflar 
tanrılara ona görə müraciət etmirdilər ki, özləri üçün nəsə 
əldə etsinlər. Onların istəyi yalnız ərdəmli ruh, sakit həyat 
və ləyaqətli ölüm idi. (25, 196-204) 
Antik dünyanın ən tanınmış yazıçı və filosoflarından 
biri  Platon  məktəbinin  davamçısı  olan Plutarx (yun. 
Πλούταρχος, təxminən 
m. 
45-127) 
olmuşdur. 
O, 
Yunanıstanın  Beotiya  vilayətində  yerləşən  Heroneyadan 
idi.  Plutarx  gənc  yaşlarından  müxtəlif  elmləri  və  fəlsəfəni 
öyrənmiş,  platonçu  filosof  Ammoniusun  öyrəncisi 


217 
 
olmuşdur.  Sonralar  isə  o,  öz  evində  gəncləri  ətrafına 
yığaraq onlarla fəlsəfi dərslər keçirmiş. O, həmçinin başqa 
yerlərə səfərlər etmiş, tez-tez Romada olmuş, imperiyanın 
yüksək 
zümrələri 
arasında 
tanınmışdır. 
İmperator Traianus ona  himayəçilik  etmişdir.  Daha  sonra 
isə  Plutarx  Delfada  yerləşən  Apollon  məbədinin  kahini 
olmuşdur. 
Plutarxın öyrəncilərinə görə o iki yüzdən çox kitabın 
müəllifi  olmuşdur.  Onlardan  bir  çoxu  bizim  zamanımıza 
gəlib 
çatmışdır. 
Müxtəlif 
tanınmış 
insanların 
bioqrafiyalarını  qələmə  aldığına  görə  həmin  əsərlərin 
bəzilərini  “Bioqrafik”;  digərləri  isə  daha  çox  əxlaq  dair 
olduqlarına  görə  Əxlaqi  (moralia)  adlandırırlar. 
Əsərlərinin çoxluğuna baxmayaraq Plutarx orijinal müəllif 
olmamış,  fəlsəfəyə  yeniliklər  gətirməmişdir.  O,  sadəcə 
keçmişdə  yaşayan  filosofların  fikirlərini  qələmə  almışdır. 
Buna  görə  də  elmə  misilsiz  xidmət  göstərmişdir,  çünki 
antik  dünyanın  dünyagörüşü  bir  çox  hallarda  onun 
əsərləri vasitəsi ilə günümüzə gəlib çatmışdır. 
Plutarxın  əsərləri  arasında  çoxlu  fəlsəfi  və  əxlaqi 
mövzulara həsr edilmiş kiçik yazıları da vardır. Onlardan 
biri “Platon 
məsələləri” 
(yun. 
Πλατωνικά 
Ζητήματα) adlanır.  Orada  Plutarx  Platonun  təlimini 
özünəməxsus şəkildə vermişdir. Həmin əsərdə kosmos iki 
elementlərdən  ibarət  təsəvvür  edilir:  şər  olan  ruhdan  və 
maddədən.  Maddəni  Tanrı  yaratmamışdır,  ancaq  onu 
sonradan  formalaşdırmış,  sonra  isə  ondan  bütün 
mövcudiyyəti  yaratmışdır.  Ruh  da  Tanrı  tərəfindən 
yaradılmamış,  o  hər  zaman  mövcud  olmuşdur.  Kosmos 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə