Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə126/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   122   123   124   125   126   127   128   129   ...   142

etdirmişdirlər. Eləcə də onlar hədislərin rə-
vayət edilmə və seçilməsi metodologiyasını
da yaratmışdırlar. Tabiunların dini problem-
lər üzrə fikirlərini, mülahizələrini və
rəylərini sonrakı ilahiyyatçılar dəlil və sübut
kimi qəbul etmişdirlər.
TABUT ƏS-SƏKİNƏ –  içində İsrail
xalqına məxsus müqəddəs əşyaların olduğu
güman edilən bir sandıqdır. Rəvayətlərə
görə orada Musa peyğəmbərə verilmiş
Tövratın lövhələri, onun dəyənəyi və geyimi,
Harun peyğəmbərin sarğısı və başqa əşyalar
qorunub saxlanılırdı. Bu sandıq İsrail
oğulları və onların başçıları tərəfindən
qorunurdu. Ancaq, Allah onlara  İşmoil
peyğəmbəri göndərməzdən öncə israillilər
amalikalılara məğlub olmuş, onlar da sandığı
ələ keçirib özləri ilə aparmışdılar. Bundan
sonra israillilərin çarı Talut olmuşdur. O,
amalikalılarla vuruşub, tabut əs-səkinəni geri
qaytarmışdır. Süleyman peyğəmbər Qüdsdə
məbədi tikib qurtarandan sonra sandıq orada
saxlanılırdı. Babil kralı Buhtunnəsr Qüdsü
ələ keçirənə qədər sandıq o məbəddə
saxlanılmışdır. Babillilər şəhəri ələ
keçirdikdən sonra Tabut əs-Səkinə itmişdir.
Bu gün də İsrail oğulları bu sirli sandığı ax-
tarmaqdadırlar. 
TAĞUT – bax: CİBT.
TALAQ –  evliliyin pozulması və ya
boşanma hadisəsidir.
Ənənəyə görə
boşanma qərarı yalnız kişi tərəfindən verilir.
Bunu edərkən o sağlam düşüncəli olmalı,
sərxoş olmamalı, boşanmaya məcbur
edilməməlidir. Eləcə də, boşanarkən qadın
heyz halında olmamalıdır. Boşanma baş tut-
duqdan sonra qadın yenidən ərə getmək üçün
iddə
müddətini gözləməlidir. Qadın
boşandıqda isə qadının mehri onda qal-
malıdır. Müəyyən səbəblərdən evlilik
məhkəmənin hökmü ilə də pozula bilər. 
TALUT – Bəni İsrailin kralı olmuşdur.
Talut  İşmoil peyğəmbərdən sonra onun
tövsiyəsi ilə israilliləri idarə etmişdir. Rə-
vayətlərə görə Misir və  Fələstin arasında
yaşamış Amalika tayfası israilliləri bir çox
döyüşlərdə məğlub edərək onlara işgəncələr
vermişdirlər. Onda onlar İşmoil peyğəm-
bərdən onlara başçılıq edəcək və amalikalılar
üzərində üstünlüyü qazandıracaq bir kəsi
onlar üçün kral təyin etməsini istədilər. O da,
soyu  Yaqub peyğəmbərin oğlu Binyaminə
yüksələn Talutu seçmişdir (Quran, 2: 247).
Talut kral olmaq üçün ən real namizəd
idi. Rəvayətlərdə o igidliyi, qətiyyətli, iti
düşüncəli, bilikli, ədalətli və fiziki cəhətdən
güclü olması ilə seçilirdi. Ancaq, israillilər
Talutu öncə bəyənməmiş, sonra kral kimi
qəbul etmişdirlər. O da, xalqını amalikalılara
və başqa Fələstin qəbilələrinə qarşı savaşa
aparıb, onları məğlub edə bilmişdir. O zaman
israillilərin qoşununda döyüşmüş Davud,
amalikalıların başçısı olan Calutu öldür-
müşdür. Bundan sonra Davud Talutun qızı ilə
evlənmiş, onun ölümündən sonra isə İsrailin
kralı olmuşdur. Talut qırx ilə yaxın İsrail
oğullarına başçılıq etmişdir.
TARUH – bəzi rəvayətlərə görə İbrahim
peyğəmbərin atası olmuşdur. İbrahimin
yetkinlik yaşına çatmasından əvvəl vəfat et-
mişdir. Bu rəvayətlərə əsaslanan bəzi ilahiyy-
atçılar iddia etmişdirlər ki, Quranın 6-cı
surəsinin 74-75-ci ayələrində İbrahimin atası
kimi göstərilmiş bütpərəst Azər onun atası ol-
mamış, onun atasının Taruh olduğu qeyd
edilmişdir. 
TƏBƏƏT-TABİUN –  tabiunları gör-
müş, onlarla ünsiyyətdə olmuş, onlardan
dərs almış inanclı müsəlmanların üçüncü
nəslidir. Bir çox rəvayətlərdə onlar peyğəm-
bər səhabələrindən və tabiunlardan sonra ən
inanclı nəsil adlandırılmışdır. Tabiunlar kimi
təbəət-tabiunlar da İslam ənənəsini qorumuş,
253
TƏBƏƏT-TABİUN


inkişaf etdirmiş və gələcək nəsillərə ötür-
müşdürlər. Onların arasından çoxlu ilahiyy-
atçı alimlər çıxmışdır. 
TƏBƏRANİ SÜLEYMAN (260/873 –
360/970) – tanınmış təfsirçi, fəqih və
mühəddis olmuşdur. O, Fələstində anadan
olmuş, sonra İsfəhanda yaşamış, orada da
vəfat etmişdir. Təbərani dövrünin tanınmış
ilahiyyatçılarından dərs almışdır. O güclü
yaddaşı ilə seçilmiş, 3000-dən artıq ravi sil-
silələrini əzbərdən bilmişdir. O, hədis 
başqa dini elmləri öyrənmək üçün müsəlman
dünyasının müxtəlif bölgələrinə səfərlər et-
mişdir. Onun “Mücəmül-Kəbir”, “Mücəmül-
Əvsat” və “Mücəmüs-Səqir” kimi əsərləri
vardır.
TƏBƏRİ MƏHƏMMƏD (224/838 –
310/923) – görkəmli İslam tarixçisi, fəqihi,
mühəddisi və təfsirçisi olmuşdur. Təbəris-
tanda doğulmuş, Rey, Bəsrə, Küfə, Mədinə,
Suriyada təhsil almışdır. Sonra o, Xilafətin
paytaxtı Bağdada köçmüşdür. İslam
dünyasının tanınmış alimləri onun müəllim-
ləri olmuşdurlar. Təbərinin günümüzə gəlib
çatmayan məzhəbi haqqında da məlumatlar
vardır. Təbəri müxtəlif İslam elmləri üzrə
böyük həcmli əsərlərin müəllifi olmuşdur.
Bütün dünyada tananmış çoxcildli əsəri “Tar-
ixur-Rusul vəl-Müluk” kitabıdır. Bu əsərdə
İslam dininin və ölkələrinin ilk dövrlər tarixi
qələmə alınmışdır. İslam tarixinin
tədqiqatçıları üçün bu əsər çox əsaslı bir
mənbədir. Buna görə də, Təbərini “İslam tar-
ixinin atası” adlandırmışdırlar. Təbərinin
tanınmış ikinci çoxcildli əsəri Quranın təfsiri
olan “Cəmiül-bəyan fi Təvili Ayatül-Quran”
adlı kitabıdır. Bundan başqa Təbərinin fiqh
aid kitabları da olmuşdur. Ancaq, onun əsər-
lərinin bəziləri günümüzə gəlib çatmamışdır.
TƏCDİDÜL-İMAN – bilərəkdən və ya
bilmədən insanı İslamdan çıxara bilən hər
hansı bir əməl icra edildikdən sonra
kəlimeyi-şəhadəti dilə gətirərək inancı ye-
niləməkdir. İlahiyyatçılara görə İslamdan
çıxara biləcək söz və ya əməl təsadüfən
işlədilmişdirsə onu deyən kəs İslamdan
çıxmır. Ancaq təsadüf olsa belə, tövbə etməsi
lazımdır. Dindən çıxaran söz və ya əməl
bilərəkdən edilibsə, o zaman insan dindən
çıxır. O, İslama yenidən qayıtmaq istəsə, o
zaman inancını kəlimeyi-şəhadəti
söyləməklə yeniləmədir.
TƏCDİDÜN-NİKAH –  öncə İslamı
tərk edib, sonra dinə yenidən qayıdan in-
sanın öz həyat yoldaşı ilə yenidən
nikahlarının bağlanmasıdır. Fiqhə görə ər
və ya arvad İslamı tərk etsələr, onların
evliliyi pozulmuş olur. Onlar yenidən İslama
dönsələr yenidən nikah bağlamalıdırlar. 
TƏƏDDÜDÜZ-ZƏVCƏT –  bir neçə
qadınla eyni zamanda nikahda olmaq, yəni
poliqamiyadır. İslam dinində poliqamiyaya
yol verilsə də, bu müəyyən şərtlər daxilində
mümkündür. Kişinin eyni vaxtda dörd qadın-
dan artıq həyat yoldaşı ola bilməz. Qadın isə
eyni vaxtda yalnız bir kişi ilə izdivacda ola
bilər. Qadın başqası ilə yalnız boşandıqdan
və iddə müddəti bitdikdən sonra evlənə bilər.
TƏƏSSÜB – hər hansı bir ideyaya aşırı
bağlı olmaq, ona uyğun olmayan hər şeyi
inkar etməkdir. Dini və ya məzhəbi
təəsübkeşlik bir çox dindarlarda müşahidə
edilməkdədir. Məhz, bir çox mənfi halların,
hadisələrin və ictimai-siyasi gərginliklərin
səbəbi də məhz budur. 
TƏFƏKKÜR –  hər hansı bir şey
haqqında düşünməkdir. Bir çox Quran
ayələri (3: 191) insanları düşünməyə çağırır.
Ancaq, ilahiyyatçılar İslamın ənənəvi dini
dünyagörüşü ilə uzlaşmayan düşüncə və
fikirləri rədd edirlər. Onlara görə düşüncə Al-
lahı tanımaq, onun böyüklüyünü dərk etmək
üçün lazımdır.
254
TƏBƏRANİ SÜLEYMAN 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə