Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə129/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   125   126   127   128   129   130   131   132   ...   142

oşluq (sukr) halları gəlir. Tanrıya qovuşmuş,
Onda ərimiş kəs Onun sifətlərinə yiyələnmiş
olur. Bistami ilk dəfə “Sən mənsən, mən isə
Sən” sözlərini istifadə etmişdir. 
Nişapur məktəbinin başqa bir tanınmış
şeyxi Allaha sonsuz sevgi ideyalarını
aşılamış Yəhya Müəz oğlu Razi (258/871-ci
ildə vəfat etmişdir) olmuşdur. O, Allaha mü-
nasibətdə “sərxoşedici sevgi” anlayışını or-
taya çıxarmışdır. Onun fikrinə görə əsl eşq
aşiqlə görüşdən sonra artmadığı kimi, Ondan
ayrıldıqdan sonra da azalmır. 
Nişapur məktəbinin daha bir sufi alimi
Əbu Həfs Həddad (270/883-cü ildə vəfat et-
mişdir) öz təlimini inkişaf etdirmişdir. Onun
fikrinə görə hər bir kəs yalnız özünü deyil,
başqalarını da düşünməlidir. Yəni, insan
başqalarının xeyrini və maraqlarını
özününkündən daha üstün tutmalıdır.
Həmin məktəbin daha bir görkəmli şeyxi
Həmdun Kəssar insanın nəfsinə qarşı çıxış
edərək onunla savaş aparmağın vacibliyi
vurğulamışdır. Buna sufilikdə “məlamət”
deyilir. Onun fikrincə sufilər namazlarla,
oruclarla, zikrlərə kifayətlənməməli, Allahın
təqdir etdiyi işlər görməlidirlər. 
Sufiliyin başqa bir tanınmış məktəbi
Misirdə yerləşmişdir və onun ən görkəmli
nümayəndəsi Zün-Nun Misri (245-859-cu
ildə vəfat etmişdir) olmuşdur. O, öz təli-
mində vəcd yolu ilə əldə edilmiş biliyə
(mərifətə) və Allaha sonsuz sevgi ideyalarına
geniş yer ayırmışdır. Zün-Nun Misriyə görə
mərifət yolu ilə əldə edilmiş biliyin üç pilləsi
vardır. Birincisi bütün inanclı müsəlmanlara,
ikincisi yalnız alimlər və kəlamçılara (I)
məxsusdur. Üçüncüsü isə öz varlıqları ilə
Tanrının yaxınlığını duyan və müqəddəsliyə
yüksələn insanlarda olur. Bu da biliyin ən
yüksək zirvəsidir. Bu durumda olanlar
təcrübi bilikləri deyil, insan ruhunun dərin-
liyində olan bilikləri duyurlar. Allah bu bilik-
ləri yalnız istədiyi inanclı müsəlmanlara
verir. Zun-Nun Misri də Allaha sevgi və za-
hidlik ideyalarını yayırdı. O, Allaha doğru
aparan mənəvi yolda olan məqamların və
halların olması ideyası ilə çıxış etmişdir. 
Daha bir tanınmış sufi məktəbi Suriyada
olmuşdur. Burada gecə vaxtları ac qarnına
ibadətlər edilirdi. Bu təriqətin tanınmış şeyxi
Əbu Süleyman Dərani (215/830-cu ildə vəfat
etmişdir) olmuşdur. Ona görə gecə ibadətləri
və zikrləri insan ruhunu məmnun edir və bu
duyğunu heç bir başqa əməldə hiss etmək
olmur.
Bağdadda da sufi məktəbi mövcud ol-
muşdur. Bu məktəbin tanınmış şeyxi Məruf
Kərhi olmuşdur. O, vəcd yolu ilə əldə edilmiş
biliklə (mərifətlə) Tanrı ilə insan arasındakı
qarşılıqlı sevgi duyğusunu birləşdirirdi.
Onun fikrincə Allaha sevgi duyğusu təcrübə
yolu ilə əldə edilə bilməz. Bu məktəbinin ən
tanınan şeyxi Cüneyd Bağdadi (297/909-cu
ildə vəfat etmişdir) olmuşdur. Tanrıya sevgi
duyğusundan sərxoş (sukr) olmaq ideyasını
aşılayan Bəyazid Bistamidən fərqli olaraq, o,
bunu hissləri ayıq (sahv) olaraq yaşamağın
tərəfdarı idi. Başqa bir məşhur bağdadlı Əbu
Səid Hərrazın (277/890-cı ildə vəfat et-
mişdir) təcrübəsinə görə mənəvi həyatda ən
önəmli olan gizli (batini) biliklərin əldə
edilməsidir. 
İlk dəfə “Ənəl Haqq” (Mən Tanrıyam)
ifadəsini səsləndirən, buna görə də 305/917-
ci ildə edam edilən Hüseyn ibn Mənsur Həl-
lac da Bağdad məktəbinin nümayəndəsi
olmuşdur. Həllaca görə Tanrıya qulluq edən
insan onu çox yaxından duyduğundan onunla
özü arasında bütün fərqləri itirir. Bu durumda
olan sufi Tanrıda əriyərək onun sifətlərini
mənimsəyir. 
Bu kimi əsas təlimləri əsas götürən sufi
təriqətlərinin sayı hicrətin III – VI əsrlərində
daha da artmışdır. O dövrlərdə sufi ideyaları
poeziyada geniş tətbiq olunaraq yayılırdı. Su-
filərin bir çox təlimləri ənənəvi İslam təfəf-
darları tərəfindən etirazlarla qarşılanırdı.
Onlar sufiləri İslama bidətlərin gətir-
259
TƏSƏVVÜF 


ilməsində günahlandırırdılar. Buna görə də,
ənənəvi İslamı sufiliklə barışdıran və onların
arasında orta yolu tutan ilahiyyatçılar bu
mövzuda fəaliyyət göstərib çoxlu əsərlər
yazmışdırlar. Onların arasında Əbu Həmid
Qəzali də olmuşdur. 
Daha sonra görkəmli sufi İbn Ərəbi
(638/1240-cı ildə vəfat etmişdir) müsəlman
ənənəçilərinin etirazları ilə qarşılaşan
vəhdətül-vücud təlimini ortaya atmışdır. Bu
təlim sonrakı əsrlərdə sufi təriqətlərinin ən
əsas ideyalarından birinə çevrilmişdir. Məhz
bu təlimə qarşı İmam Rəbbani (1034/1624-
cü ildə vəfat etmişdir) ənənəvi İslamla
uyuşan vəhdətüş-şühud ideyası ilə çıxış et-
mişdir.
Orta əsrlər boyu bütün müsəlman
dünyasında sufi təkkələri
də geniş
yayılmışdır. Sufilər müxtəlif sultan və
şahların dəstəyini əldə edərək fəaliyyətlərini
genişləndirmişdirlər. VI/XII – IX/XV əsr-
lərdə ən tanınmış sufi təriqətləri Qədiriər,
Yəsəvilər, Rifailər, Sührəvərdilər, Çiştilər,
Şazililər, Məvləvilər, Məlamətilər, Bədəvilər,
Dəsukilər, Nəqşibəndilər, Xəlvətilər, Bayra-
milər, Bəktaşilər və s. olmuşdurlar. 
XI/XVII əsrdən başlayaraq sufliyin
tənəzzül dövrü başlamışdır. Onların arasında
yeni ideyalar olmamış, inkişafları dayan-
mışdır. Daha sonra onları müsəlman
dünyasının tənəzzül etməsində, inkişafdan
qalmasında ittiham etmişdirlər. Sufilik Os-
manlı xilafətində laiklik ideyalarının yayıl-
ması və daha sonralar dünyəvi Türkiyə
respublikasının yaranmasından sonra İslam
dünyasında nüfuzunu xeyli itirmişdir. Buna
baxmayaraq müsəlman dünyasının bir çox
yerlərində sufi təriqətləri fəaliyyət göstərirlər.
Bundan başqa qeyd etmək lazımdır ki, bu
gün sufi ideyaları Avropa, Afrika və
Amerikada rəğbətlə qarşılanmaqdadır.
TƏSLİS –  Xristianlıqda Ata, Oğul və
Müqəddəs ruh üçlüyünü ifadə edən dini an-
layışdır. II əsrindən başlayaraq xristian din
adamları Tanrının mahiyyəti haqqında
mübahisələr edərək Tanrının Ata-Oğul
cütlüyündən ibarət olması iddiasını ortaya at-
mışdırlar. Daha sonra bu uluhiyyət anlayışına
üçüncü Müqəddəs Ruh da əlavə olunmuşdur.
Beləliklə, Xristianlıqda təslis inancı for-
malaşmışdır. Təslisi təşkil edən Tanrı, Oğul
və Müqəddəs ruh ayrılıqda yunanca
“hipostasis” (ərəbcə “uqnum”) ad-
landırılmışdır. İslama görə təslis inancı Al-
laha şərik qoşmaqdır və bu səbəbdən təslisə
inanmaq böyük günahlardan hesab edilir və
təslisə inanan müsəlman dindən çıxmışdır.
Yəni, təslis dini inanc kimi İslamda batil
hesab edilir. 
TƏSVİR  –  təbiətdə müşahidə edilən
bütün varlıqların, o cümlədən insanların və
heyvanların şəkillərinin kağız, divar, geyim
və digər əşyaların üzərində çəkilməsidir.
Müxtəlif əşyalar üzərinə çəkilən təsvir, şəkil
və portretlər keçmişdə şəriətə
əsasən
qadağan olunsa da, müasir dövrdə bu barədə
fərqli yanaşmalar vardır. 
TƏŞƏHHÜD –  namazın ikinci və so-
nuncu rükətlərində oturarkən xüsusi bir
duanın oxunmasıdır. Bəzi alimlərə görə bir-
inci təşəhhüdün oxunması vacib, digərlərinə
görə isə müstəhəbdir. 
TƏVAF –  Kəbənin ətrafında fırlan-
maqdır. Təvaf həcc və ümrədə olarkən yer-
inə yetirilir. Çünki təvaf bu ibadətlərin tərkib
hissəsidir. Bundan başqa təvafı Məkkədə
olarkən istənilən vaxt yerinə yetirmək
mümkündür. İlahiyyatçıların əksəriyyətinə
görə təvaf yalnız Kəbə ətrafında olur, başqa
müqəddəs yerlərdə təvaf etmək olmaz.
TƏYƏMMÜM – dini ayin və ibadətləri
yerinə yetirməzdən əvvəl dəstəmaz və qüsul
almaq üçün su olmadıqda qum və ya tor-
paqla təmizlənməkdir. Həmçinin, sudan
260
TƏSLİS


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə