Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə132/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   128   129   130   131   132   133   134   135   ...   142

lar. Bu ayini bitirdikdən sonra zəvvarlar
saçlarını qırxıb ehramdan çıxmalıdırlar.
Bununla da ümrə tamamlanmış olur.  
ÜSAMƏ İBN ZEYD (58/678-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Üsəmənin
anası Ümm Ayman Məhəmməd peyğəmbərin
atası Abdullahın köləsi olmuşdur. Atasının
ölümündən sonra Məhəmməd onu azad et-
mişdir. Üsamənin atası Zeyd isə Məhəm-
mədin həyat yoldaşı Xədicənin köləsi idi.
Məhəmməd evləndikdən sonra Xədicə onu
ərinə bağışlamış, o da onu azadlığa bu-
raxmışdır. Bundan sonra Ümm Ayman Zey-
dlə ailə qurmuş və bu evlilikdən Üsamə
doğulmuşdur. Məhəmməd peyğəmbər
dünyasını dəyişdikdə isə Üsamənin 18-20
yaşı olmuşdur.
Üsamə yetkinlik yaşına çatmadığına görə
Bədr və Uhud kimi döyüşlərdə vuruşmamış,
yalnız  Xəndək döyüşündə iştirak etmişdir.
Hicrətin 11-ci ilində Bizans qoşunu Ərəbis-
tanın şimalında yerləşən yaşayış bölgələrinə
basqın etmişdir. Buna görə də, Məhəmməd
peyğəmbər bizanslılara qarşı ordusunu
göndərmiş, sərkərdə kimi gənc Üsaməni
təyin etmişdir. Yürüşə çıxmış İslam ordusu
Məhəmməd peyğəmbərin səhhətinin pis-
ləşməsini eşidən kimi geri dönmüşdürlər.
Ancaq sonra xəlifə Əbu Bəkrin təkidi ilə
onun başçılıq etdiyi qoşun yenə yürüşə çıxıb
Suriyaya doğru irəliləmişdir. Bu yürüş çox
uğurlu olmuş, müsəlmanlar çoxlu qənimətlər
əldə edə bilmişdirlər.
Bundan sonra da xəlifə Əbu Bəkrin və
Ömərin hakimiyyəti dövründə Üsamə ibn
Zeyd bir çox döyüşlərdə vuruşmuşdur. Xəlifə
Osmanın  öldürülməsindən sonra Xilafətdə
başlamış iç savaşda heç kimin tərəfini tut-
mamışdır. Xəlifə Əli və Müaviyə arasında
müharibə olduqda o bitərəf qalmışdır.
Müaviyənin hakimiyyəti dövründə o, Mə-
dinəyə köçmüş, orada təxminən 60 yaşında
dünyasını dəyişmişdir.
ÜSEYD İBN HÜDEYR – Məhəmməd
peyğəmbərin səhabələrindən və Mədinənin
Evs qəbiləsinin başçılarından biri olmuş-
dur.  Məhəmməd peyğəmbərin  Mədinəyə
göndərdiyi Müsab ibn Ümeyrlə tanış olduq-
dan sonra İslamı qəbul etmişdir. Evslilərin
çoxu da ondan örnək alaraq müsəlman ol-
muşdurlar. Üseyd savadlı adam idi, Quranın
ən yaxşı bilicilərindən biri olmuşdur.
Məkkəli müsəlmanlar Mədinəyə hicrət et-
dikdən sonra Üseyd müsəlmanların qurucu-
luq işlərinə qatılmış, döyüşlərdə iştirak
etmişdir. Xəlifə Ömərin
hakimiyyəti
dövründə vəfat etmişdir.
ÜŞR
– 
müsəlmanların əkindən
yığdıqları məhsulun onda biri həcmində
verdikləri vergidir. Daha çox bu vergi dənli
məhsullardan verilirdi. Onun vacibliyi Quran
ayələrində (6: 141) və hədislərdə təsbit
edilmişdir. Üşr müharibələrdə müsəlman-
ların ələ keçirdikləri torpaqlarda yetişdirilən
məhsuldan da verilirdi.
ÜZEYR – Bəni İsraildən olmuş, Musa
şəriətini yaymış imanlı bir insan olmuşdur.
Bəzi ilahiyyatçılar onun peyğəmbər
olduğunu iddia etmişdirlər. Rəvayətlərə görə
Üzeyr kiçik yaşlarından Tövratı öyrənmişdir.
Babil
kralı 
Buhtunnəsr
Qüdsü
ələ
keçirdikdən sonra başqaları kimi sürgün həy-
atı yaşamışdır. Əsarətdən azad olduqdan
sonra Qüdsə qayıtmış, ancaq orada şəhərin
xarabalıqlarını görmüş, şəhərin yenidən qu-
rulmayacağını sanmışdır. O zaman Allah onu
öldürmüş, yüz ildən sonra isə yenidən dirilt-
mişdir (Quran, 2: 259). Rəvayətlərə görə
yenidən dirilən Üzeyr Qüdsə daxil olur.
Orada o, bir qadına rast gəlir və kim
olduğunu açıqlayır. Qadın Üzeyrə xəstə
olduğunu bildirdikdən sonra o, Allaha dua
edərək onu sağalmasını diləyir. Sonra bu
qadın israillilərə Üzeyrin möcüzəli şəkildə
geri qayıtmasını bildirir. İsraillilər bunu
265
ÜZEYR


eşidib sevinərək onu ziyarət
etməyə
gəlmişdirlər. Ziyarət zamanı onun doğrudan
da Üzeyr olması üçün sübutlar tələb et-
mişdirlər. Onların istəyini yerinə yetirərək o
bütün Tövratı əzbərdən oxumuşdur. İsraillilər
buna görə çox sevinmişdirlər. Çünki, Buh-
tunnəsr Tövratı məhv etdikdən sonra onların
müqəddəs kitabları unudulmuşdur. 
Daha sonra rəvayət edilir ki, Üzeyr is-
railliləri imana çağırsa da, onlar onu eşit-
məmiş, hələ Tövratı oxuduqda yanlışlıqlara
yol verdiyini iddia etmişdirlər. Ancaq, on-
ların arasından bir şəxs Tövratın kiçik bir
hissəsini babillilərin hücumundan sonra
qoruyub saxlamışdır. O, Tövratın bu
parçasını gətirdikdə israillilər onun Üzeyrin
oxuduqları ilə üst-üstə düşdüyünün gör-
müşdürlər. Onda israillilər “Üzeyr Allahın
oğludur” (Quran, 9: 30) demişdirlər. Bundan
sonra Üzeyr Qüdsdə yaşamışdır. Onun
ölümündən sonra İsrail oğulları daha böyük
günahlar
işlədərək Allahın qəzəbinə
gəlmişdirlər.
ÜZZA
–  ərəblərin ən tanınmış
bütlərindən biri olmuşdur. Bu büt Məkkə ilə
Mədinə arasındakı Nəhl adlanan bölgədə yer-
ləşmişdir. Üzzaya daha çox Qatafan qəbiləsi
tapınırdı. Bu bütün üstündə örtüklə örtülmüş
bir tikili də olmuşdur. Burada müqəddəs daş
və qurban qanlarının saxlandığı Gabğab
mağarası da yerləşirdi. Məbədi Bənu-Şeyba
qəbiləsi qoruyurdu. Bu büt qureyşlilərdə Lat
və Mənatla birlikdə üçlük təşkil edib, “Al-
lahın qızları” adlanırdı. Rəvayətlərə görə
Məhəmməd peyğəmbərə Allahın qızlarının
olmaması haqqında 16: 57 ayəsi nazil olmuş-
dur. Müsəlmanlar Məkkəni fəth etdikdən
sonra Xalid ibn Valid Məhəmməd peyğəm-
bərin əmri ilə bu bütü dağıtmışdır.
V
VACİB – müsəlmanlar üçün yerinə ye-
tirilməsi qaçınılmaz olan əməllərdir. Vacib
olan buyruqlar mütləq icra edilməlidir. Vacib
əməllərin işlənildiyi zaman savab, tərk edildi
zaman isə günah qazanılır. Onları inkar
etmək olmaz. Namaz qılmaq, oruc tutmaq,
zəkat vermək kimi əməllər müsəlmanlar
üçün vacibdir. 
VAİZ – dini maarifləndirmə məqsədi ilə
məscidlərdə dini moizələr oxuyan dini
xadimdir (bax: VƏZ). Vaiz dərin dini biliyə,
yüksək əxlaqi xüsusiyyətlərə və natiqlik
bacarığına sahib olmalıdır. 
VASİLƏ –  islamöncəsi Ərəbistanda
biri-birinin ardınca beş cüt əkiz bala doğan
dişi heyvanı belə adlandırırdılar. Onlara
sayğı göstərilirdi. Bu ad Quranın “Maidə”
surəsinin 103-cü ayəsində anılmaqdadır. 
VƏCD – sufilikdə Tanrıya olan sevgidən
“sərxoş” olaraq dini ekstaz durumuna gir-
məkdir. Bu durumda insan həqiqəti duymur,
özünü idarə edə bilmir. Vəcdə müxtəlif va-
sitələrlə, o cümlədən ekstaz halına gətirən
maddələri içməklə də girmək mümkündür.
Müsəlmanlar üçün sərxoşedici maddələr
qadağan olduğundan sufilərin çoxu bu va-
sitələrə əl atmır. Onlarda vəcd Tanrı ilə in-
sanın qarşılıqlı sevgisinin nəticəsidir. Bu hala
girən “məşuq” özündə Tanrının ayrı-ayrı
özəlliklərini hiss edir. Sufilərə görə Məhəm-
məd peyğəmbərin səhabələri də vəcdi
yaşamışdırlar. Onların ardıcılları da Quran
oxuyarkən vəcd halında olurdular. Bu du-
rumda onlar ağlayır, özlərində olmurdular.
Bunu iddia edərək sufilər vəcdə dair İslamın
ilk qaynaqlarından dəlillər gətirirdilər.
Vəcdin ən yüksək zirvəsi “vucud”dur. Bu du-
266
ÜZZA


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə