Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə135/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   131   132   133   134   135   136   137   138   ...   142

atçıların fikrincə ölmüş müqəddəslər vasitəçi
ola bilməzlər. Ona görə də, onların
məzarlarına ziyarət etmək doğru deyildir.
Başqaları isə bu iddia ilə razılaşmırlar.
VƏSİYYƏT – ölüm ayağında olan in-
sanın yaxınlarından reallaşmasını istədiyi
hər hansı bir buyuruq və ya tapşırıqdır.
Vəsiyyət edənin ölümündən sonra onun varı,
mülkü, əmlakı və pulu vəsiyyət etdiyi insan-
lara keçir. Mülkün bölünməsi, ölənin
borclarının ödənilməsi, gedə bilmədiyi həc-
cin yerinə yetirilməsi, dəfn xərclərinin
qarşılanmasından sonra yerinə yetirilir.
Vəsiyyətin qaydaları haqqında Quranda ayə
vardır (4: 11). Ayrıca, bu barədə çoxlu hədis-
lər də mövcuddur. Şəriətə görə nəyisə
vəsiyyət edən insan bunu şahidlərin yanında
aydın səslənən və anlaşılan sözlərlə və ya
yazılı etməlidir. Belə olarsa, onda vəsiyyət
qanunauyğun hesab edilir. Ölmüş adamın
yerinə  zəkatın və ya kəffarənin verilməsi,
borcunun ödənilməsi, həccə gedilməsi üçün
edilmiş vəsiyyətlər vacibdir. Malın, mülkün
və pulun müəyyən qədərini yoxsulluq içində
yaşayan qohumlara, dostlara, yaxınlara, mək-
təblərə, elmi ocaqlara, xəstəxanalara vəsiyyət
edilməsi müstəhəb əməllərdən hesab edilir.
Günahkar, dinsiz, mədəniyyətsiz adamlara
nəyisə vəsiyyət etmək məkruhdurMalı 
pulu şəriətlə qadağan olunmuş əməllərin
həyata keçirilməsi üçün vəsiyyət etmək
haramdır.
Vəsiyyətin çox hissəsi birbaşa varislərə
(oğula, qıza, arvada) çatmalıdır. Onun üçdə
bir hissəsindən artığını yad adamlara və ya
hər hansı bir qurumlara vəsiyyət etmək
olmaz. Vəsiyyət edənin buna hüququ və
sağlam düşüncəsi olmalıdır. Vəsiyyəti basqı
altında deyil, könüllü etməlidir. Vəsiyyət et-
diyi şey ona məxsus olmalıdır. Vəsiyyət edən
azad olmalı, çünki kölə heç nəyi vəsiyyət edə
bilməz. Qadına edilən vəsiyyət kişiyə
edilənin yarısı qədər olmalıdır. Oğula iki
qızın hissəsi qədər pay vəsiyyət edilə bilər. 
VƏSVƏSƏ – dini məsələlərdə mütə-
madi olaraq şübhələrə düşməkdir. İlahiyy-
atçılara görə vəsvəsəni müsəlmanların canına
şeytan salır və təbii ki, onlar əsassızdır.
Bunun çarəsi kimi onlar Allaha sığınmağı
tövsiyə edirlər. Bu barədə Quranın “Nas”
surəsində ayələr vardır.
VƏZ  –  məscidlərdə din xadimlərinin
hansısa məsələnin örnəyini əsas tutaraq in-
sanları nəsihətlə doğru yola yönətmələridir.
Vəz edərkən onlar Quran ayələri oxuyur və
hədislərdən nümunələr gətirirlər. Vəzlər daha
çox Ramazan ayında, cümə və bayram gün-
lərində oxunur. Vəzi oxuyan vaiz adlanır.
VİCDAN – insanda haqqı haqsızlıqdan,
xeyri şərdən, yaxşını pisdən, ədaləti ədalət-
sizlikdən, mədəniyyəti mədəniyyətsizlikdən
ayıran təbii əxlaqi mexanizmdir. Bu da in-
sanın mənəvi və əxlaqi xüsusiyyətindən irəli
gəlir. Hər bir insanın təbiətində yaxşılığa,
doğruya, gözəlliyə, təmizliyə yönəlmələr
vardır. Ancaq bununla yanaşı, bu
yönəlmələrin qarşısını nəfs deyilən əks an-
layış alır. Bu barədə Quran əyələri də vardır
(91: 7-10). İlahiyyatçılara görə insan
təbiətində yaxşılığa yönəlmə və pisliklərdən
çəkinmə hissləri doğuşdan etibarən mövcud-
dur. Buna görə də, hər hansı bir iş görərkən
hər bir insan onun haqlı və ya yanlış
olduğunu ruhu ilə duyur. Çünki, ruhunun
ayrılmaz bir parçası olan vicdan bunu ona
bildirir. Ancaq, bir çox durumlarda günahkar
nəfs bu yüksək duyğuları üzə çıxarmağa
imkan vermir. İnsanın içində gedən bu daxili
savaş həyatı boyu davam edir. Yenə bəzi
ilahiyyatçılara görə insan ruhunun yüksək və
müsbət xüsusiyyətləri Allaha inanmaqla üzə
çıxır. İmansız ruh insanı pisliklərə sürükləyir.
Bu baxımdan demək olar ki, insan dində
271
VİCDAN


olduğu zaman onun vicdanı doğru istiqamətə
yönəlir. Bundan başqa ilahiyyatçılar iddia
edirlər ki, vicdan dini qanunlarla çərçivələn-
mir. Vicdanın qidası yalnız mənəviyyatdır.
Mənəviyyatı olmayan insanın vicdanı da
olmaz. 
VİDA HƏCCİ – hicrətin onuncu ilinin
Zülhiccə ayında Məhəmməd peyğəmbərin
Məkkədən Mədinəyə hicrət etdikdən sonra
Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və
sonuncu həccidir. Məhəmməd  peyğəmbər
cüməyə düşən bu ayın onuncu günündə min-
lərlə müsəlmanın qarşısında məşhur xüt-
bəsini
oxumuşdur. Peyğəmbər həcc
mərasiminin son qaydalarını bu həcc zamanı
yerinə yetirmişdir. Sonralar müsəlmanlar
həcci bu qaydalara uyğun icra etməyə
başlamışdırlar. 
VİRD – müəyyən vaxtda Quran ayələri
və duaları oxumaq, Allahı zikr etməkdir.
Sufi təriqətlərinin zikrləri, eləcə də mənəvi
yolları belə adlanır. 
VİTR  –  vacib olan işa namazından
sonra qılınan xüsusi bir namazıdır. Bəzi
məzhəblərdə bu namazın üçüncü rükətində
qunut duası oxunur. Vitr namazının qılınması
qaydaları  Məhəmməd peyğəmbərin  hədis-
lərində vardır. Vitr namazının rükətlərinin
sayı müxtəlif məzhəblərdə fərqlidir. Hənəfi
məzhəbində bu namaz 3 rükətdən ibarətdir.
Ancaq 
Maliki, Şafii və Hənbəli
məzhəblərində rükətlərin sayı çoxdur. Hənəfi
məzhəbində vitr namazı fərz deyil, vacibdir.
Ona görə də, bu namazın qəzası (II) qılınmır.
Vitr camaatla deyil, tək olaraq qılınır. Yalnız
bəzi məzhəblərdə Ramazan ayında onun ca-
maatla qılınmasına yol verilir. 
VÜZU – bax: DƏSTƏMAZ.
Y
YAQUB –  kənanlıların peyğəmbər-
lərdən biri olmuşdur. Quranın 29: 27
ayəsində onun adı çəkilmişdir. Yaqub İshaq
peyğəmbərin oğlu idi. Onun başqa adı İsrail
olmuşdur. İsrail xalqı onun 12 oğlundan
törəmişdir. 
Musa, Davud, Süleyman,
Zəkəriyyə, Yəhya, İsa kimi bir çox İsrail
peyğəmbərləri
Yaqubun soyundan
gəlməkdədir. Yaqub Şamda və ya Mədyəndə
doğulmuşdur. Atası İshaq vəfat etdikdən
sonra o, anasının təkidi ilə Hərrana get-
mişdir. O, orada qırx il yaşamış və əmisinə
qulluq etmişdir. Öncə o, əmisinin böyük qızı
Leyla ilə evlənmişdir. Bu evlilikdən onun
çoxlu uşaqları doğulmuşdur. Daha sonra o,
Leylanın bacısı Rəhilə ilə də evlənmişdir,
çünki o zaman İbrahim
peyğəmbərin
şəriətində iki bacı ilə eyni vaxtda evlənib-
yaşamaq qadağan olunmamışdır. Rəhilədən
onun Yusif və Binyamin adlı iki oğlu doğul-
muşdur. Yaqub peyğəmbərin həm də kəni-
zləri var idi və onlardan da onun övladları
olmuşdur.  Allah Yaquba peyğəmbərlik
verdikdə o, ailələsi ilə Hərrandan Kənana
köçmüş və orada xalqı doğru yola dəvət et-
mişdir. 
YƏCUC VƏ MƏCUC –  yer üzündə
fəlakətlər törədən azğın qəbilələrdir. Onların
ortaya çıxması qiyamət
gününün
əlamətlərindən hesab edilir. Bu barədə
Quranın “Kəhf” (18) surəsinin 94-cü
ayəsində məlumat verilir. Bu qəbilələrin hər
ikisi yer üzündə fəlakətlər törətmişdirlər.
Buna görə Zülqərneyn onların qarşısını ala
bilən möhkəm bir divar tikmişdir. Ancaq,
qiyamət gününə yaxın onlar bu divarı aşaraq
bütün yer üzünə hücum edəcəkləri rəvayət
edilir. Rəvayətlərdə Yəcüc və Məcuc qə-
bilələrinın basqını İsanın ikinci gəlişindən
272
VİDA HƏCCİ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə