Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə136/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   132   133   134   135   136   137   138   139   ...   142

sonra baş verəcəkdir. Dəccal qalib gəldikdən
sonra  İsa öz tərəfdarları ilə bu qəbilələrlə
savaşa başlayacaqdır. Ancaq, onlar bu qə-
bilələri məğlub edə bilməyəcəklər. O zaman
o,  Allahdan yardım diləyəcək və Allah da
Yəcuc və Məcücü məhv edəcəkdir.
YƏHUDİLƏR –  sami xalqlarından
biridir. Bu xalq Yaqubun böyük oğlu Yəhu-
danın adı ilə bağlıdır. Onları İsrail oğulları,
İsraillilər, İbranilər də adlandırırlar.
Yəhudilər Kənanda (müasir Fələstin və ona
yaxın yerlərdir) yaşamışdırlar. İsrailiyyata
görə Yusif peyğəmbərin dövründə yəhudilər
Misirə köçmüşdürlər. Onların peyğəmbəri
Musaya müqəddəs kitab Tövrat nazil olun-
muşdur.  Hədislərə görə yəhudilər 71 qola
ayrılmışdırlar. Sonra Yuşa peyğəmbər bu
xalqı yenidən Kənana qaytarmışdır. Davud
və 
Süleyman
peyğəmbərin dövründə
yəhudilər güclü dövlət qura bilmişdirlər.
Ancaq, sonra doğru yoldan sapdıqlarına və
günahlara batdıqlarına görə onlar Allahın
qəzəbinə gəlmiş, öncə assuriyalılara, sonra
isə babillilərə məğlub olmuşdurlar. Bu
hücumlar zamanı Qüds dağıdılmış, sağ qalan
yəhudilər isə Babilə sürgün edilmişdirlər.
Bu fəlakətdən sonra Tövratın yazlı
nüsxələri məhv edilmiş, beləliklə əsl Tövrat
Yəhudi xalqının hafizəsindən silinib get-
mişdir. Yalnız bəzi insanlar onun fraq-
mentlərini yadda saxlayıb gələcək nəsillərə
ötürmüşlər. 400 ildən sonra müqəddəs kitab
yenidən yığılmış, daha sonra isə Əhdi-Ətiqin
digər kitabları yazılmışdır. 
Tövrat unudulduğundan Allah yəhudilərə
yeni peyğəmbərlər göndərmişdir. Ancaq, on-
ların çoxunu yəhudilər qəbul etməmişdirlər.
Onlar İsanı peyğəmbər, nə də Allahın ona
nazil etdiyi İncili qəbul etməmişdirlər. Buna
görə də, Allahın qəzəbinə gəlmiş yəhudiləri
Roma imperiyası iki dəfə darmadağın et-
mişdir. Bu hadisələrdən sonra onların bir
çoxu öldürülmüş, sağ qalanlar isə
ölkələrindən qovulmuşdurlar. 
Roma imperiyasında Xristianlıq rəsmi
din olduqdan sonra yəhudilər xristianların
təqiblərinə məruz qalmışdırlar. Ərəbistanda
İslamın yayılmasından sonra yəhudilər
Məhəmmədin peyğəmbərliyini qəbul et-
məmişdirlər. Sonra onların müsəlmanlarla ix-
tilafı düşdüyünə görə Mədinədən və digər
ətraf bölgələrdən qovulmuşdurlar. Ancaq,
sonra Xilafətdə onların durumu yetərli qədər
yaxşılaşmış, onlar müsəlman ölkələrində
yaşayıb yaratmışdırlar. Yəhudilər özlərini
Tanrının seçilmiş xalqı hesab edirlər.
Günümüzdə də, onlar Musa peyğəmbəri so-
nuncu peyğəmbər hesab edərək ondan sonra
gələn peyğəmbərləri qəbul etmirlər. Müsəl-
man ilahiyyatçılarına görə onlar Allahın
mahiyyəti, eləcə də peyğəmbərlərin həyatı
məsələlərində yanlışlıqlara yol vermişdirlər.
Yəhudilər Allahın göndərdiyi digər müqəd-
dəs kitabları da inkar edirlər. Quranda
yəhudilər, eləcə də onların tarixi barəsində
çoxlu  ayələr vardır. Müasir Yəhudilik bu
xalqın milli dini hesab edilir.
YƏHYA – İsrail oğullarına göndərilmiş
peyğəmbərlərdən biri olmuşdurZəkəriyyə
peyğəmbərin oğludur. Valideynlərinin uzun
müddət övladları olmamışdır. Təxminən yüz
yaşına çatmış Zəkəriyya peyğəmbər Allah-
dan bir uşaq diləmişdir (Quran, 3: 38).
Mələklər də ona Yəhyanın doğulacağı
müjdəsini vermişdirlər (Quran, 19: 7). Mən-
bələrə görə Yəhya İsa peyğəmbərlə eyni tar-
ixdə doğulmuşdur. O, kiçik yaşlarından
Allaha ibadət etmiş, Tövratı öyrənmiş, onu
təfsir edə bilmişdir. Yəhya gecə-gündüz
Qüdsdəki Məscidül-Əqsa məbədində və ya
tənhalıqda ibadətlərlə günlərini keçirmişdir.
Yetkinlik yaşına çatdıqda Allah ona peyğəm-
bərlik vermişdir. O, Musa peyğəmbərin
şəriəti ilə hökm vermiş, İsrail oğullarını
imana dəvət etmişdir. Sonra isə İsanın
peyğəmbərlik dövrü başlamışdır. Buna görə
273
YƏHYA


Yəhya, xalqı İsanın gətirdiyi yeni şəriətə tabe
olmağa çağırmışdır. Tövratın hökmlərini
əvəz etmiş İncilin əsasında hökmlər verməyə
başlamışdır. Ancaq yəhudilərin çoxu onun
dəvətini qəbul etməmişdir. Yəhudiyyə çarı
Hirod, öncə Yəhya ilə yaxşı davranmış, sonra
o, onun qardaşı qızı ilə evlənmək istəmişdir.
Bu evliliyi də Yəhya yəhudi qanununa zidd
olduğunu bəyan etmişdir. Buna görə o, qızın
anası Yəhya ilə düşmənçilik edib, onun edam
edilməsini tələb etmişdir. Hirod da onu edam
etdirmişdir. Yəhya peyğəmbər haqqında
Quranın 19: 13-15 ayələrində bəhs edilir.
YƏSƏVİ ƏHMƏD
– Bax.
YƏSƏVİLƏR.
YƏSƏVİLİK
– 
tanınmış sufi
təriqətlərindən birinin ardıcıllarıdırlar. Bu
təriqətin adı türk soylu Əhməd Yəsəvi
(562/1166-cı ildə vəfat etmişdir) ilə bağlıdır.
O, tanınmış sufi Yusif Həmədaninin tələbəsi
olmuşdur. Yəsəvi Mərkəzi Asiyada türk el-
lərinin İslamı qəbul etməsində böyük səylər
göstərmişdir. Ənənəvi İslamla sufilərin
mənəvi yolu arasındakı qarşıdurmaları
aradan qaldırmağa çalışmışdır. 
Əhməd Yəsəvi Türküstanda, Müasir
Qazaxstanın Çimkənt şəhərinin yaxınlığında
doğulmuş, təhsilini Buxarada almışdır. Onun
türk dilində hikmətli şeirlər toplusu olan “Di-
vani-Hikmət” əsəri günümüzə gəlib çat-
mışdır. Bundan başqa Əhməd Yəsəvinin bir
çox əsərləri də olmuşdur. O, çoxsaylı
tələbələr yetişdirmişdir. Onların arasında türk
soylu Süleyman Ata və Mənsur Ata kimi su-
filər də olmuşdurlar. İlk dövrlərdə Əhməd
Yəsəvinin təriqəti Mavərənnəhr və
Xarəzmdə, sonra isə Qafqaz, Anadolu və
Balkanlarda yayılmışdır. Bu təriqət Mərkəzi
Asiyada günümüzə qədər mövcuddur. 
Yəsəvilər və nəqşibəndilər arasında çoxlu
bənzərliklər vardır. Yəsəvi mənəviyyat təli-
minində daha çox insanın öz nöqsanları və
nəfsi ilə mübarizə aparmaq ideyaları önəm
daşımışdır. Bunu edə bilən insan, zikrlərin
vasitəsi ilə saflaşıb nəfsindən qurtula bilər.
Yəsəvilər zikrləri uca səslə deyərlər
(cəhridir). Mənəvi inkişaf yolunda yəsəvilər
xəlvətə çəkilməyə də üstünlük verirlər.
Təriqətin müridləri şeyxin buyuruqlarını sual
vermədən yerinə yetirirlər.
YƏSRİB – bax: MƏDİNƏ.
YƏZİDİLİK –  xaricilərdən ayrılmış
aşırı təriqətin ardıcıllarıdırlar.
Onun
yaradıcısı Yəzid ibn Anis olmuşdur. O,
Məhəmməd peyğəmbərin  şəriətini ortadan
qaldıracaq bir peyğəmbərin yeni müqəddəs
kitabla gələcəyinə inanırdı. İslam ənənəsində
yəzidilər dindən çıxmış hesab edilirlər.
YUNUS – Allahın göndərdiyi peyğəm-
bərlərindən biri olmuşdur. Quranın 10-cu
surəsi onun adı ilə bağlıdır. Rəvayətlərə görə
Assuriyanın Neynəva şəhərində doğulmuş,
orada boya-başa çatmış, sonra Allahın adı ilə
öz xalqını doğru yola dəvət etmişdir. Onun
atası imanlı bir insan olmuşdur. O, Allaha
dua edərək Allahdan oğul övlad istəmişdir.
Allah onun dualarına səs verib, onu Yunusla
müjdələmişdir. 
Yunus uzun illər boyu günahkar və büt-
pərəst xalqını inanca dəvət etməsinə baxma-
yaraq uğurlu nəticələr əldə edə bilməmişdir.
Sonda bu xalqın düz yola gəlməsinə inamını
itirmişdir. O, şəhər sakinlərini cəzalandırıla-
caqları ilə hədələmiş, sonra oranı tərk et-
mişdir. Ancaq, yolda olarkən Allahdan geriyə
dönüb xalqının arasında daha qırx gün qal-
maq və onları doğru yola dəvət etmək əmri
almışdır. Yunus da geri qayıdaraq dəvətini
davam etdirmiş, ancaq xalqı yenə də onu
inkar etmişdir. Buna görə də, onun dözümü
tükənmiş, buyurulan qırx günün bitməsinə üç
gün qalmış yenidən şəhərdən çıxmışdır. O,
getdikdən sonra göydə qara buludlar görsən-
274
YƏSƏVİ ƏHMƏD


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə