Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə133/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   129   130   131   132   133   134   135   136   ...   142

ruma çatmış “məşuq” insani mahiyyətini
itirərək Allahda əriyir, onun xüsusiyyətlərini
mənimsəyir. Beləliklə, vəcd halına girən su-
filərin bu halı “dənizin kənarına yaxınlaşan”,
daha sonra “dənizə girən”, sonda isə
“dənizdə batan” insana bənzəyir.
VƏD VƏ VƏİD – Allahın vəd etdiyini
icra edəcəyinə inancdır. Kəlamda (I) bu sö-
zlər  Allahın
vəd etdiyi kimi axirət
dünyasında möminlərin mükafatlandırılması,
günahkarların isə cəzalandırılması mə-
nasında işlədilir. Müsəlmanlar inanırlar ki,
Allah müqəddəs kitabda verdiyi sözü mütləq
yerinə yetirərək hər bir insanı əməllərinə
görə məhkəməyə çəkəcəkdir. Vəd və vaid
müsəlman əxlaqında da əhəmiyyətli yer tut-
maqdadır. Hər bir müsəlman verdiyi sözün
üstündə durmalı, onu icra etməlidir. Verilmiş
sözün yerinə yetirilməməsi isə ikiüzlülüyün
(münafiqliyin) əlaməti hesab edilir. Hədislərə
görə, verilmiş söz bir borcdur, onun yerinə
yetirilməsi vacibdir. 
VƏDD –  Nuh peyğəmbərin xalqının
tapındığı büt olmuşdur. Bundan başqa, o
xalq bir neçə bütlərə də tapınırdılar. Onların
adları Vəddlə bir yerdə Quran ayəsində (71:
23) çəkilmişdir.
VƏHDƏTİ-ŞÜHUD
–  sufi təlim-
lərindən biridir. Bu təlimin müəllifi Əhməd
Fəruqi olmuşdur. Onun dövründə mənsub
olduğu  Nəqşibəndi təriqətinin ardıcılları
mənəvi yollarında İbn Ərəbinin vəhdəti-
vücud təliminə üstünlük verirdilər. Ancaq bu
təlim bəzi müəmmalı məqamlarına görə bir
çox hallarda ənənəvi müsəlmanların etira-
zlarına gətirib çıxarmışdır. Buna görə Əhməd
Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin
(736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-
şühud təlimini inkişaf etdirmişdir. Simnani
yaradılmış varlıqda Allahın təcəlli etməsi
ideyasını rədd etmişdir. Allahın yaratdığı var-
lıqların həqiqi və müstəqil mahiyyətləri
vardır. Simnaniyə görə mənəviyyatın təkmil-
ləşdirilməsini istəyən hər bir kəs vəhdəti-
vücudda olduğu kimi Allahla qovuşmağa
deyil, onunla görüşməyə və onun yaxınlığını
duymağa can atmalıdır. Buna çatmaq üçün
hər bir sufi, ilk olaraq şəriətin bütün qanun-
larına tabe olmalıdır. Onun fikrincə yalnız
şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara
bilər. Mənəviyyatını təkmilləşdirən insanın
əqidəsi müsəlman çoxluğunun inancına qarşı
olmamalıdır.
İmam Rəbbani Simnaninin bu kimi fikir-
lərini davam etdirmişdir. Onun təlimində
dində mənəvi yetkinləşmə yolu ilə gedən
müsəlman mənəviyyatını inkişaf etdirmək
üçün sufiliyin müxtəlif yollarından istidafə
edə bilər. Ancaq, mənəvi yüksəliş zamanı o,
Tanrıda əridiyini, onun sifətlərini mənim-
sədiyini, öz varlığını itirməsini zənn etməmə-
lidir. Mənəviyyat yolçusu yalnız Tanrının
varlığını duyaraq Onun birliyinə şahid olur.
İmam Rəbbani bu halı ulduzların sönük
işıqlarını örtən günəşin daha güclü işığına
bənzədirdi. Ancaq, bu heç də sönük işıq qay-
nağı olan ulduzların, onlardan gələn işıqların
yoxluğuna və ya onların günəş işığında
əriməsinə gətirib çıxarmır. Belə bir halda
insan Allahın yaxınlığını, onun ucalığını
duyur. Beləliklə, insan bir varlıq kimi
mahiyyətini itirmir, yoxluğa çevrilmir. İmam
Rəbbaniyə görə mənəvi yüksəlişə çatmış
sufi, Allahın sifətlərini mənimsəmir, Onun
təcəllisinə çevrilmir. O vəhdəti-vücudçuların
“Hər şey O-dur (Allahdır)” ifadəsini “Hər
şey Ondandır (Allahdandır)” ifadəsi ilə əvəz
etmişdir. Bununla yanaşı İmam Rəbbani
düşüncədən irəli gələn dəlillərə önəm
verərək bir-çox məsələlərdə yalnız duyğu-
larına etibar edən sufilərin irrasionalizmini
tənqid etmişdir. O, bəzi sufi təriqətlərində
olan vəcdə düşmə hallarına qarşı da
çıxmışdır. 
İmam Rəbbaninin dünyagörüşü və
267
VƏHDƏTİ-ŞÜHUD


“vəhdəti-şühud” təlimi müsəlman çoxun-
luğunun inancına zidd olmamışdır. O, sufil-
iklə şəriətin uyuşması probleminin həllində
yeni addımlar ata bilmişdir.
VƏHDƏTİ-VÜCUD_–_sufi_təlim-__lərindən_biridir.'>VƏHDƏTİ-VÜCUD
–  sufi təlim-
lərindən biridir. Bu təlimə görə yalnız bir
varlıq vardır, o da Allahdır. Ondan başqa heç
nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar
isə onun təcəllisi və təzahürüdürlər. Onların
varlıqları Tanrının varlığından asılıdır.
Deməli maddi aləmin Allahla əlaqəsi bir
şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey
olmasa, onun kölgəsi də olmaz. Deməli bu
dünyanın da varlığı Allahın varlığına
bağlıdır. 
“Vəhdəti-vücud” təliminə görə hər bir
şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi
Tanrıdan başqa heç bir şeyin olmadığını bilir.
Bunu o, yalnız irrasional təcrübədən kənar
yollarla, öz mənəvi potensialını zahidlik həy-
atı keçirməklə, çoxsaylı zikrlər etməklə duy-
mağa başlayır. Sufinin mənəvi təcrübəsi,
eləcə də Yaradıcıya olan sonsuz sevgisi onu
varlığının birliyi duyğusuna gətirib çıxarır.
Belə bir durumda o, Allahla birliyini duyaraq
Onun içində əriyir. Bu durumda olan “sufi”
öz dediklərinin, etdiklərinin, davranışlarının
onun deyil, Allahın olduğunu iddia edir. Sə-
malar kimi müxtəlif ayinlər ona bu gizli bil-
ginin açılmasına yardım edir. Bütün bunlar
Allaha sonsuz sevgi duyğusundan irəli gələn
sərxoşluq və vəcd durumlarında baş verir.
Sonda sufi özünü Tanrının bir parçası kimi
duyaraq “Ənəl-Həqq” deyir. 
Ənənə və şəriət tərəfdarı olan müsəlman
çoxluğu vəhdəti-vücudu heç də bir mənalı
qarşılamamışdırlar. Sufiləri İslama bidət
gətirməkdə ittiham etmişdirlər. Onlara qarşı
təqiblər də olmuşdur. İlk dəfə “Ənəl-Həqq”
deyən tanınmış sufi Həllac bu sözlərinə görə
hətta edam edilmişdir.
“Vəhdəti-vücud” təliminin prinsipləri
tanınmış  arif İbn Ərəbinin (vəfat ili
638/1240) əsərlərində əks olunmuşdur. Ona
görə də o, bu təlimin yaradıcısı hesab edilir.
İbn Ərəbiyə görə Allahdan başqa hər bir var-
lıq əslində yoxdur. Onun fikrincə varlıq Al-
lahdadır. Onun görünən təzahürləri isə
Allahın təzahürləridir. Buna görə də, hər bir
maddi şeydə Tanrını duymaq mümkündür. 
İbn Ərəbidən sonra vəhdəti-vücud müsəl-
man dünyasının müxtəlif bölgələrində
yayılmışdır. Anadoluda bu ideyaları onun
görkəmli davamçısı Sədrəddin Konyəvi
(vəfat ili 623/1224), Fələstin və Misirdə isə
İbn Fərid (v. i. 632/1234) yaymışdırlar. Türk
sufi təlimlərində bu ideyaları Yunus Əmrə
səsləndirmişdir. Vəhdəti-vücudun motivləri
Cəlaləddin Ruminin (v. i. 672/1273) “Məs-
nəvi”sində də yer almaqdadır. 
VƏHHABİLƏR – XII\XVIII əsrin or-
talarından başlayaraq Ərəbistan yarı-
madasında yaranmış sələfi dini-siyasi
hərəkatının ardıcıllarına verilmiş addır.
Hərəkatın adı İslamı bidətlərdən təmizləmək
və ilkin dinə qayıtmaq şüarları ilə çıxış edən
Məhəmməd ibn Əbdülvəhhabla bağlıdır.
Onun dini fəaliyyətini Mərkəzi Ərəbistanda
yerləşən və Səud sülaləsindən olan Dəriyə
əmirləri siyasi hərəkata çevirmişdirlər. 
1178/1765-ci ildə Dəriyə əmiri Məhəm-
məd ibn Səudun ölümündən sonra onun yer-
inə Əbdüləziz keçmişdir. O, hərəkatın təkcə
siyasi deyil, həm də dini öndəri olmuşdur. O,
Dəriyə əmirliyini xeyli gücləndirə bilmişdir.
1190/1773-cü ildə Riyyadı ələ keçirdikdən
sonra Dəriyə əmirləri bütün mərkəzi Nəcdi
idarə etməyə başlamışdırlar. Onların tutduğu
bütün yerlərdə “bidətlərdən təmizlənmiş”
İslam və “həqiqi” tövhid təbliğatı aparılırdı. 
1206/1792-ci ildə Məhəmməd ibn Əb-
dülvəhhabın ölümündən sonra Səud xanə-
danı öz hakimiyyətini Şərqi Ərəbistanda
yaymışdır. Burada, mərkəzi Nəcddə olduğu
kimi müxtəlif (daha çox şiələrin olduğu)
müqəddəs yerlər dağıdılmışdır. Eyni za-
268
VƏHDƏTİ-VÜCUD


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə