Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə134/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   130   131   132   133   134   135   136   137   ...   142

manda, Qərbi Ərəbistanda Səud xanədanına
müttəfiq olan güvvələrlə Məkkə şərifləri
arasında qanlı toqquşmalar gedirdi. Bunun
nəticəsində dəriyəlilər üstünlük qazan-
mışdılar. 
Osmanlı sultanı imperatorluğun dərin
böhran içində olduğuna baxmayaraq Səud
sülaləsinin yeni uğurlarından ehtiyat edərək
onlara garşı ordu göndərmiş, ancaq türk
silahı birləşməsi üçün bu yürüş uğursuz ol-
muşdur. Onları izləyən dəriyəlilər Suriya və
İraqa girmişdirlər. Gücdən düşən Osmanlı
sultanları onların qarşısını ala bilməmiş və
dəriyəlilər 1212/1802-ci ildə İraqın Kərbəla
şəhərinə girmiş, şiələrin müqəddəs yerlərini
dağıtmışdırlar. 1213/1803-cü ildə isə onlar
Məkkəni ələ keçirirlər. Ancaq, Ciddə və
Mədinədə türk qoşunu onları qeri çəkilməyə
məcbur etmişdir. Elə həmin ildə qəsd
nəticəsində əmir Əbdüləziz öldürülmüşdür.
Onun yerinə keçən oğlu Səud 1215/1805-ci
ildə Mədinəni və Hicazın başqa ərazilərini
ələ keçirə bilmişdir. 1215/1805 – 1220/1810-
cu illərdə Səudun qoşunu İraqa və Suriyaya
yürüşlər etmişdir. 1221/1811-ci ildə Osmanlı
sultanı Səudluların hücumlarının qarşısının
alınmasını  Misir valisi Məhəmməd Əliyə
tapşırmışdırlar. O da, Dəriyə əmirlərinə qarşı
qoşun göndərmişdir. 1222/1813-cü ildə onlar
Hicazın bir hissəsini ələ keçirə bilmişdirlər.
Sonra dəriyəlilər Misir ordusuna bir neçə
dəfə qalib gəlsələr də, bundan faydalana
bilməmişdirlər.
Səud 1223/1814-cü ildə ölmüş, onun yer-
inə oğlu Abdullah keçmişdir. Onun
hakimiyyəti Dəriyə əmirliyi, Hicaz, Ümman,
Bəhreyn və Tihamənin bir hissəsinə
yayılmışdır. Ancaq, sonra misirlilər səudlu-
lara qarşı mübarizələrini davam etdirmiş və
uğur qazanmışdırlar. 1226/1817-ci ilə qədər
artıq bütün orta Nəcdi Məhəmməd Əlinin
böyük oğlu İbrahim ələ keçirə bilmişdir.
1227/1818-ci ildə səudluların son dayağı
olan Dəriyə şəhəri da alınmışdır. O hadisələr
zamanı səudluların çoxusu öldürülmüş,
digərləri isə qaça bilmişdirlər. Dəriyə şəhəri
isə dağıdılmışdır. 
Ağır məğlubiyyətə baxmayaraq bir-neçə
ildən sonra paytaxtı Riyad olan Səudlular
ölkəsi yaranmışdır. Onun əmiri səudluların
digər soyundan olan Türki olmuşdur. Ancaq,
bu ölkəni də 1247/1838-ci ildə misirlilər dar-
madağın etmişdirlər. 1259/1850-ci ildə səud-
lular Feysəlin başçılığı altında mərkəzi
Riyadda olan bütün Orta və Şərqi Ərəbistanı
birləşdirən ölkələrini yarada bilmişdirlər.
Sonra bu ölkə ərəb əmirlərinin öz arasında
olan daxili çəkişmələr səbəbi ilə gücdən
düşmüşdür. Buna baxmayaraq Səudlu II Əb-
düləziz 1321/1902-ci ildə Riyadı ələ
keçirərək ölkəni yenidən qurmuşdur. Birinci
dünya müharibəsindən sonra isə bu ölkə daha
da güclənmişdir. Daha sonra onlar Nəcd və
Hicazı da tutmuşdurlar.
Məhəmməd ibn Əbdülvəhhabın ardıcıl-
larını təkcə Ərəbistanda deyil, digər yerlərdə
də olmuşdurlar. İslamın bidətlərdən qorun-
ması şüarları ilə bir-çox müsəlman dini ic-
maları İndoneziya, Afrika ölkələri,
Hindistan, Yaxın Şərq, Avropa, eləcə də
dünyanın başqa yerlərində bu gün də
fəaliyyət göstərirlər. Bir çox dini-siyasi
hərəkatlar bu ideyalardan faydalanmışdırlar. 
VƏHY – Allahın bəzi peyğəmbərlərinə
nazil etdiyi buyuruqlardır. Quranda (4: 163)
deyilir ki, bəzi peyğəmbərlər vəhylər
almışdırlar. Bunun necə baş verdiyini ancaq
onlar bilirdilər. İslamın ilk mənbələrində bu
barədə ətraflı bilgilər yoxdur. Ancaq, ilahiyy-
atçılara görə Allah vəhyi peyğəmbərlərə ən
böyük mələklərindən biri Cəbrailin vasitəsi
ilə nazil etmişdir.
Hədislərdən belə nəticəyə gəlmək olar ki,
vəhylər Məhəmməd peyğəmbərə yuxuda və
ya mələk vasitəsi ilə nazil olmuşdur. Bəzən
də, Cəbrail onun hüzuruna insan görkəmində
gələrək ona vəhyləri çatdırırdı. Bəzən isə
269
VƏHY


Cəbrail öz görkəmində də gəlirdi, ancaq bu
durumda onu yalnız peyğəmbərin özü
görürdü. Rəvayətlərə görə Allah heç bir va-
sitəçi olmadan bir-başa peyğəmbərlə isra 
merac zamanı ünsiyyət qurmuşdur. Məhəm-
məd peyğəmbərə bütün vəhylər söz və
ifadələr şəklində və ya hər hansı bir obraz və
duyğularla endirilmişdir.
VƏQF –  əqli sağlığı yerində olan,
yetkinlik yaşına çatmış müsəlmanların heç
bir mənfəət güdməyərək, xeyriyyə məqsədi
ilə müəyyən qurumlara bağışladığı pul və
ya maldır. Bu varlı müsəlmanların yerinə ye-
tirdikləri xeyriyyəçilik fəaliyyətləridir.
Bunun da tarixi Məhəmməd peyğəmbərin
dövründən başlayır. Rəvayətlərə görə o, tor-
paq və bağlarını imkansızlar üçün vəqfə
bağışlamışdır.  Fəqihlər hesab edir ki,
Quranın
3: 92 ayəsində vəqfə işarə
edilmişdir.  Fiqhə görə daşınmaz əmlakın
vəqf kimi verilməsindən öncə bu işin bütün
şərtləri müəyyən olmalı, müqavilələr bağlan-
malıdır. Vəqflər ictimai həyatın hər bir
sahəsində ola bilər. İmkansızlar üçün məs-
cidlər, məktəblər, bazarlar, dükanlar, hərbi və
tibbi obyektlər vəqf edilə bilər.
VƏLİ – dinin vacib və müstəhəb əməl-
lərini yerinə yetirən, haram və məkruhdan
çəkinən, Allah nəzdində yüksək məqama
yüksələn müsəlmandır. Bu sözün çoxluğu
övliyadır” ki, onlara müsəlmanlar sayğı
göstərirlər.Vəliliyin ən yüksək zirvəsi fiqhi
buyruqların icrası ilə yanaşı mənəvi yetkin-
liyə çatmaqdır. Vəli həm də Quranın “Əl-
İmran” surəsinin 68-ci ayəsində anılan
Allahın adlarından biridir.
VƏLİD İBN MÜĞİRƏ –  nüfuzlu
qureyşili, Məhəmməd peyğəmbərin əleyh-
darlarından biri olmuşdur. Məhəmməd
peyğəmbər məkkəliləri İslama dəvət etməyə
başlayan zaman onu bu fikirdən daşındır-
mağa çalışanların arasında Vəlid ibn Müğirə
də olmuşdur. Ancaq, bu cəhdlərin uğursu-
zluğunu görən Vəlid ona qarşı açıq ixtilafa
girmiş, onun peyğəmbər deyil, sehrbaz ol-
ması haqqında şaiyələr yaymışdır. Təf-
sirçilərə görə məhz buna görə Quranın 15:
90-94, 69: 40-42, 52: 29, 74: 11-30 ayələri
nazil olmuşdur. Vəlid 622-ci ildə 92 yaşında
Məkkədə ölmüşdür.
VƏSİ – fiqhdə ölmüş adamı təmsil edən,
onun vəsiyyətini yerinə yetirən əqli sağlığı
yerində, yetkin və azad insandır. Şiəlikdə
vəsi peyğəmbərin vəsiyyətini yerinə yetirənə
deyirlər. Belə ki, Məhəmməd peyğəmbərin
vəsisi Əli ibn Əbu Talib olmuşdur. İsna-əşəri
və digər şiə təriqətləri hesab edir ki, peyğəm-
bərlər  Allahın nazil etdiyi gizli sirləri
seçilmiş vəsilərə, onlar da hüccətlərə ötür-
müşdürlər. 
VƏSİL İBN ƏTA (80/699 – 127/748) –
müsəlman ilahiyyatçısı və kəlamçısı (I),
mütəzililiyin yaradıcılarından biri olmuş-
dur.  Mədinədə doğulmuş, həyatının çox
hissəsini Bəsrə şəhərində keçirmişdir. Vəsil
Həsən Bəsri ilə tanış olmuş, onun elmindən
faydalanmışdır. Ancaq, böyük günah işləmiş
insanın durumunun necə olacağı məsələsində
onunla razılaşmayaraq öz davamçıları ilə bir-
likdə onun məktəbindən ayrılmış, mütəzili
məzhəbini yaratmışdır.
VƏSİLƏ –  Allaha nəyinsə vasitəsi ilə
dua etmək, yardım diləmək, yaxınlaşmaq,
bununla da Onun rizasına nail olmaqdır.
Vəsilə bir-çox yollarla: elmi öyrənməklə, Al-
laha içdən gələn sevgi ilə, onun adlarını zikr
etməklə, şəriətə tabe olmaqla, başqa mömin
insanlara müraciət etməklə gerçəkləşir. Buna
dair Quran ayələri də vardır (5: 35, 17: 57).
Vəsilə, müsəlmanların bütün etdikləri əməl-
lər kimi şəriətə uyğun uyqulanır. Ancaq, bu
məsələdə ixtilaflar da vardır. Bəzi ilahiyy-
270
VƏQF


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə