Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə137/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   134   135   136   137   138   139   140   141   142

mişdir. Bunu görən sakinlər cəzalandırıla-
caqlarını anlamışdırlar. Onlar Yunusun evinə
gedib onun peyğəmbərliyini tanıdıqlarını
bildirmək istədilər. Ancaq, onu tapa
bilmədiklərinə görə şəhərdə yaşamış başqa
bir inanclı insanın yanına getdilər. O isə on-
lara 2 gün ərzində tövbə etməsələr məhv ola-
caqları xəbərini vermişdir. Bunu eşidən
neynəvalılar bir təpənin başına yığışıb Allaha
yalvarıb tövbə etmiş, Yunus peyğəmbərə tabe
olacaqlarına söz vermişdirlər. Bundan sonra
Allah onların tövbələrini qəbul etmiş,
fəlakəti onlardan uzaqlaşdırmışdır. Qara bu-
ludlar şəhərin üstündən çəkilmişdir (Quran,
10: 98). 
Yunus isə o zaman Dəclə çayının
sahilində bir gəmiyə minib, o yerlərdən uza-
qlaşmaq istəmişdir. Halbuki, Allah ona belə
bir göstəriş verməmişdir. Ancaq, çaydan açıq
dənizə çıxan gəmi gəmiçilərin cəhdlərinə
baxmayaraq suda durmuşdur. Onu hərəkətə
gətirmək mümkün olmamışdır. Onda xəbər
yayılmışdır ki, gəmidə qaçaq kölə var. Yunus
da qaçaq kölə olduğunu etiraf etdiyinə görə
atılan püşkün ona düşməsi səbəbi ilə
gəmiçilər tərəfindən dənizə atılmışdır
(Quran, 37: 140-141). Bu vaxt orada olan
böyük bir balıq onu udmuşdur (Quran, 37:
142). Balığın qarnında Yunus Allaha dua etdi
və onun duası qəbul olundu, balıq onu dəniz
kənarına atdı. O orada bir müddət qaldıqdan
sonra Neynəvaya qayıdıb onu gözləyən
xalqının peyğəmbəri olmuşdur (Quran, 37:
147-148). Rəvayətlərə görə Yunus peyğəm-
bər 83 yaşında Neynəva şəhərində vəfat et-
mişdir. 
YUSİF –  Allahın göndərdiyi peyğəm-
bərlərdən bir olmuşdur. “Yusif” (12)
surəsinin bütün məzmunu ona həsr
edilmişdir. O, Yaqub peyğəmbərin Rəhilədən
olan oğlu olmuşdur. Atası onu qardaşlarından
çox istədiyinə görə onlar onu qısqanmışlar
(Quran, 12: 8). Onlar Yusifi özləri ilə çölə
apararaq onu öldürmək istəmiş, ancaq son
anda qardaşların biri onun öldürülməsini
deyil, bir quyuya atılmasını təklif etmişdir
(Quran, 12: 10).
Qardaşlar evlərinə qayıdınca Yaqub
peyğəmbərə demişdilər ki, Yusifi canavar
parçalamışdır. Bunun sübutu kimi onun hey-
van qanına bulaşmış köynəyini ona göstər-
mişdirlər. Yusifi quyudan karvanla Misirə
gedən insanlar qurtarıb onu özləri ilə
aparmış, orada bir yüksək rütbəli məmura
kölə kimi satmışdırlar. Yusif bir müddət onun
evində yaşamışdır. O, yetkinlik yaşına çat-
dıqda isə, Allah ona peyğəmbərlik vermişdir.
Ancaq, o məmurun həyat yoldaşı Züleyxa
gözəlliyi ilə seçilən Yusifə vurulmuş, onunla
yaxınlıq etməyin yollarını axtarmağa
başlamışdır. Yusif onun təklifindən imtina
edildikdən sonra Züleyxa onu onunla yaxın-
lıq etməyə cəhd etməkdə günahlandırmışdır
(Quran, 12: 23-26). Onun əri isə Yusifin şər-
ləndiyini bilmiş, ancaq bu məsələni ört-bas-
dır etmək üçün onu zindana atdırmışdır.
Orada uzun müddət qalan Yusif günlərini
ibadətlərdə keçirmişdir. Allah ona yuxu yoz-
maq bacarığını vermişdir. Onunla zindanda
Misir Fironunun keçmiş aşpazı və şərab pay-
layanı da olmuşdurlar. Gecələrin birində on-
ların hər ikisi yuxu görüb, bu yuxuların
yozulması üçün Yusifin yanına gəlmişdirlər
(Quran, 12: 36). Yusif də birinin edam olu-
nacağını, digərinin isə azadlığa çıxacağı və
fironun qulluğuna qayıdacağı xəbərini ver-
mişdir. Daha sonra Yusif buraxılacaq dustaq-
dan fironuna onun haqqında söhbət açmağı
istəmişdir. Sonra Yusifin dedikləri gerçək-
ləşmişdir. Ancaq, sərbəst buraxılmış adam
fironun sarayında qulluq etməsinə baxma-
yaraq Yusifin istəyini yerinə yetirməmişdir.
Buna görə də o, daha bir neçə il zindanda
qalmışdır. Gecələrin birində Misir fironu da
qəribə bir yuxu görmüş, saraydakıları yanına
toplayaraq onlardan bu yuxunun yozumunu
tələb etmişdir. Ancaq, onlardan heç biri bunu
275
YUSİF


edə bilməmişdir (Quran, 12: 44). Onda
həmin o keçmiş dustaq Yusifi yada salaraq
onun yuxuları yozma bacarığı haqqında
firona məlumat vermişdir. Firon da Yusifin
yanına gətirilməsini əmr etmiş, onu
gətirdikdə ondan onun yuxusunun yozul-
masını tələb etmişdir. Yusif də onun yuxusu-
nun məzmunu ilə tanış olduqdan sonra bu
ərazilərdə quraqlığın düşəcəyi haqqında
xəbər vermişdir. Sonra o, Firona demişdir ki,
quraqlıq dövründə aclıq düşməsin deyə bir
neçə il boyu məhsul yığılıb anbarlarda tə-
darük edilməlidir (Quran, 12: 47-49). Bun-
dan sonra Yusif azadlığa buraxılıb saraya
gətirilmişdir. Orada o yüksək məmur olub
məhsulun tədarük edilməsi işinin məsuliyyə-
tini öz boynuna götürmüşdür. Bir neçə ildən
sonra quraqlıq dövrü başlamış, ancaq görülən
işlər və toplanan sərvətlərə görə Misir xalqı
heç bir çətinliklə qarşılaşmamışdırlar. Tez-
liklə digər qonşu ölkələrdə quraqlıq səbəbi
ilə aclıq başlamışdır. Aclıqdan qurtulmaq
istəyən insanlar Misirə gəlib, taxıl, eləcə də
digər yeyinti məhsulları alırdılar. Gələnlərin
arasında Yusifin qardaşları da olmuşdurlar.
Yusif onları tanıyandan sonra aralarında
müəyyən hadisələr baş vermişdir. Ancaq,
sonda Yusif onları bağışlamış, atası Yaqubla
birlikdə onları Misirə dəvət etmişdir. Belə-
liklə, Yaqub peyğəmbərin oğullarının soyun-
dan gələn İsrail oğulları uzun müddət
Misirdə yaşamışdırlar. Ancaq, sonra
misirlilər onlarla pis davranmış, onları kölə
etmişdirlər. İsrail oğullarını köləlikdən isə
Musa peyğəmbər qurtarmışdır. 
YUŞA İBN NUN –  İsrail oğullarına
göndərilən peyğəmbərlərindən biri olmuş-
dur. Rəvayətlərə görə o, Musanın bacısı oğlu
idi və onun ardıcılı olaraq Tövratın qanunları
ilə hökmlər vermişdir. Quranda birbaşa adı
çəkilmir, ancaq təfsirçilər hesab edirlər ki,
Quranın “Maidə” (5) surəsinin 23-cü
ayəsində ona işarə edilir. İsrailiyyata 
hədislərə görə Yuşa Misirdə doğulmuş, Yusif
peyğəmbərin soyundan olan Nunun oğlu ol-
muşdur. O, Musa peyğəmbərin yaxın adamı
və yardımçısı olmuşdur. Yuşa İsrail oğulları
ilə birlikdə Musa peyğəmbərin öndərliyi ilə
Misirdən çıxaraq qızmar Tih çölünə
gəlmişdir. Tövrata görə Musa İsrail xalqını
Tanrının vəd etdiyi torpaqlara gətirdikdə
onlar gördülər ki, orada çox güclü Amalika
xalqı yaşayır. Musa da onlara dedi ki, biz
amalikalılarla vuruşub, torpaqları almalıyıq.
Onda İsrail xalqı qorxmuş və bu savaşa gir-
məmişdirlər. Musaya dedilər ki, sən get öz
Tanrınla onlarla vuruş, bu bizlik deyil. Onda
Tanrı İsrail xalqına vəd olunmuş torpaqlara
girməyi qadağan etmdir. Beləliklə, bu xalq
40 il alçaldılmış və rüsvay olunmuş halda
səhralarda yaşamışdır. 40 ildən sonra o
qorxaq, fitnəkar soy ölüb getmiş, onların yer-
inə yeni nəsil gəlmişdir. Musa artıq dünyasını
dəyişmişdir. Onlar Musanın varisi olan
Yuşanın yanına gəlib vuruşmağa hazır
olduqlarını bildirmişdirlər. Yuşa da onları
savaşa təşviq edərək amalikalıları dar-
madağın etmişdirlər. O zaman çoxlu
möcüzələr də baş vermişdir. Bundan sonra
İsrail xalqı Tanrı tərəfindən vəd olunmuş tor-
paqlarda məskunlaşmışdırlar. 
Z
ZAHİD – bax: ABİD.
ZAHİR –  heç bir məcazi mənası ol-
mayan, mənaları açıq olan ayə və hədis-
lərdir. Onlar zaman və məkan baxımından
dəyişməz olaraq qalır. Bəzi məzhəblərdə
iddia edilir ki, hər bir ayənin həm zahiri, həm
də batini mənaları vardır. Kəlamda (I) zahir
açıq və aydın olan hər bir şeydir. Orada hər
hansı bir şeyin görünən tərəfi belə adlanır.
Zahir həm də Allahın gözəl adlarından
biridir. 
276
YUŞA İBN NUN


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə