Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə141/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   134   135   136   137   138   139   140   141   142

ZƏLLƏ 
– 
peyğəmbərlərinin
düşüncələrində ola bilən kiçik günah və
yanlışlıqlar belə adlanır. İslama görə
peyğəmbərlər düşünülmüş  günahlar etmə-
zlər. Bu səbəbdən də, onlar məsumdurlar.
Kiçik günahlara gəldikdə isə hər bir insan
yanlışlıq edə bilər. Peyğəmbərlərdə isə yan-
lışlıqları əməldə deyil, yalnız düşüncələrində
ola bilərdi. Allah isə bu yanlışlıqları vəhylər-
lərə düzəltmiş və düşüncələrindən silmişdir.
ZƏMƏXŞƏRİ MAHMUD (467/1075 –
538/1143) – təfsirçi, fəqih və kəlam alimi ol-
muşdur. O, Xarəzmin Zəməxşər mən-
təqəsində Səlcuq sultanı Malik şahın
dövründə yoxsul türk ailəsində doğulmuşdur.
Ancaq, onun fars əsilli olduğunu qeyd edən-
lərdə olmuşdur. Mahmud gənc yaşlarında
atın belindən yıxılaraq ağır zədə almış və
ayağını itirmişdir. 
O, ilk təhsilini atasından almışdır. Daha
sonra elmlərə böyük maraq göstərmiş, Orta
Asiyanın  elm mədəniyyət mərkəzi olan
Buxara şəhərində təhsilini davam etdirmişdir.
Burada  fiqhi, hədisləri, təfsiri, kəlamı (I),
məntiqi, fəlsəfəni və ərəb dilini yaxşı öyrən-
mişdir. Hətta o, bir müddət siyasi baxışlarına
görə təqib belə olunmuşdur. O Məkkə,
Yəmən, Ərəbistanın başqa yerlərinə səyahət
etmişdir. Bir müddət Məkkədə yaşamışdır.
Burada o, bir çox kitablarını, o cümlədən onu
dünyada tanıdan Quran təfsirini yazmışdır.
Məkkədə tanındıqdan sonra o, Xarəzmə alim
kimi qayıtmış, həyatının sonuna qədər bu-
rada yaşamışdır. 
Mahmud Zəməxşəri əqidədə mütəzili,
fiqhdə isə hənəfi məzhəbinin ardıcılı olmuş-
dur. Mütəzili olduğuna görə sünni ilahiyy-
atçıların tənqidinə məruz qalmışdır. Buna
görə də, Səlcuq sultanları onun dərin biliyə
sahib olmasına baxmayaraq onu dəstək-
ləməmişdirlər. Ancaq o da, ona qarşı yönələn
tənqidləri cavabsız qoymamış, sünni alimləri
ilə elmi mübahisələr aparmışdır. O dövrün
bir çox tanınmış alimləri Zəməxşərinin
tələbələri olmuşdurlar. O, ərəb dilinin qra-
matikasının ən mahir bilicisi olmuş, hətta o,
bu sahədə əsərlər belə yazmışdır. Bundan
başqa o, hədis elmi üzrə də kitabların müəl-
lifidir. Ancaq, Mahmud Zəməxşərinin ən
məşhur kitabı onun mütəzililik mövqeyindən
yazılmış “Kəşşaf” adlanan Quranın təfsiri ol-
muşdur. Buna görə də, onun bu kitabını sünni
ilahiyyatçılar tənqid etmiş, onu təkzib etmək
üçün çoxlu əsərlər yazmışdırlar. 
ZƏMZƏM  –  Məkkədə Məscidül-
Haramda yerləşən su mənbəyidir. Rə-
vayətlərə görə susuzluqdan əziyyət çəkən
İbrahim peyğəmbərin ikinci həyat yoldaşı
Həcər burada Səfa və Mərva təpələri
arasında su axtarmış, o zaman Cəbrail mələk
onun köməyinə yetişmiş və dabanı (ya da
qanadı) ilə yerə vurmuş və oradan Zəmzəm
suyu qaynayaraq axmağa başlamışdır.
ZINDIQ –  özlərini müsəlman kimi
göstərib, ancaq qəlblərində İslamı qəbul et-
məyən insanlar belə adlanırlar. Ehtimala
görə bu söz zərdüştlülərin müqəddəs kitabı
olan “Zənd”dən əmələ gəlmişdir. Fiqhdə
daha çox münafiq sözünə yaxın mənada isti-
fadə edilir. Buna görə bir çox nüfuzlu müsəl-
man ilahiyyatçılarına görə zındıqlığı sübuta
yetirilən insan ölümə məhkum olunmalıdır.
Ancaq, belə insanlar səmimi tövbə edərlərsə,
Allah onun tövbəsini qəbul edir. Tövbə etmiş
zındığı ölümə məhkum etmək olmaz.
İlahiyyatçıların əksəriyyəti hesab edir ki,
tövbə etməmiş zındıqlar cəhənnəm odunda
sonsuzluğa qədər yanacaqlar. Buna dair
Quranın 3: 116 ayəsini dəlil kimi gətirirlər. 
283
ZINDIQ 


ZİHAR
–  ərin arvadını anasına,
bacısına və digər evlənməsi haram edilən
qadınlara bənzətməsidir. Belə olduqda ər
həyat yoldaşı ilə evlənməsi qadağan olan
qadınlarla davrandığı kimi davranır, onunla
cinsi yaxınlıq etmir. Bu adət islamöncəsi
dövrlərdə ərəblərdə çox geniş yayılmışdır.
Zihara and içən kimi ər-arvad münasibətləri
bitirdi.  Məhəmməd peyğəmbərin dövründə
də zihar olmuşdur və bu adət Quranda (58:
1-4) qınanılır və bəyənilmir. Buna görə də,
İslamda zihar etmək olmaz. Bunu edən kişi
böyük  günah işləyir. Ancaq belə bir şey
olarsa, onda zihar edənə onun həyat yoldaşı
haram olur. Onunla yenidən ər-arvad müna-
sibətlərni davam etmək üçün kişi gərək kəf-
farə versin. Ziharın kəffarəsi bir kölənin azad
edilməsidir. Zihar edənin köləsi olmazsa o
zaman o, iki ay oruc tutmalıdır. Əgər buna
da gücü çatmazsa, onda yoxsul bir müsəl-
manı altmış gün səhər və axşam yedirtmə-
lidir.
ZİKR –  Allahı yada salmaq, Onu an-
maqdır. Bu söz Quran və hədislərdə Allahı
anmaq və namaz
qılmaq anlamında
işlədilmişdir. Sufilikdə zikr insana hər zaman
Allahın varlığını yada salır və tərbiyələndirir.
Müxtəlif sufi təriqətlərində zikr uca səslə
(cəhri) və ya pıçıltı ilə (hafi) edilir. Sufilərin
rəvayətlərinə görə uca səslə deyilən zikrlərin
ənənəsi  Əli ibn Əbu Talibdən, pıçıltı ilə
edilən zikrlərin ənənəsi isə Əbu Bəkrdən
gəlir. Zikrləri hər bir müsəlman təklikdə və
ya camaatla edə bilər.
ZİMMİLƏR 
– 
İslam dövlətində
yaşayan və İslam qanunu ilə qorunan digər
dinlərin mənsublarıdırlar. Zimmilər öz din-
lərində qala bilərdilər və İslamı qəbul etməyə
məcbur edilmirdilər. Bunun qarşılığında
onlar cizyə adlanan vergini ödəməli idilər.
İlahiyyatçıların bir çoxu zimmilər kimi əhli-
kitabdan  olan xristian və yəhudiləri hesab
edirlər (Quran 9: 29). Bəzi İslam alimləri
zərdüştiləri də Əhli-Kitab hesab etmişdirlər.
Bir çox tanınmış müsəlman ilahiyyatçıları
hesab edirlər ki, bütpərəst ərəblər zimmi ola
bilməz və onlardan cizyə alınmamalıdır. On-
lara görə Ərəbistan yarımadasının ərəblər
yalnız İslamı qəbul etməli idilər. Buna dair
Quranın 48: 16 ayəsini dəlil kimi gətirirlər.
Daha bir qrup ilahiyyatçılar hesab edirlər ki,
bütpərəstlər və əhli-kitabın əksəriyyəti hansı
dinə tapındığından asılı olmayaraq zim-
midirlər. İslam dinini tərk edən mürtədlər
zimmi ola bilməzlər. 
İslam dövləti tərəfindən qorunmaq üçün
zimmilər onun başçısı ilə anlaşmalı idilər. Bu
anlaşma daimi olmalı, müddət çərçivəsi
qoyulmamalı idi. Müsəlmanlar zimmilərlə
bağlanmış anlaşmanı pozmamalı idilər. Yal-
nız savaşda düşmən tərəfinə keçmiş, cizyə
verməkdən imtina etmiş və ya müsəlman
olmuş zimmilərlə anlaşma pozulurdu. Zim-
milər Məkkə və Mədinə şəhərlərindən başqa
İslam dövlətinin hər yerində yaşaya
bilərdilər. Onlar müsəlmanlarla düşmənçilik
edən ölkələrlə işbirliyi qura bilməzdilər.
Onlar gündəlik həyatlarında İslamın yasaq
etdiyi spirtli içkiləri və ya donuz ətini müsəl-
manların gözü qarşısında yeyib və içə
bilməzdirlər. Dini ayinlərini də yalnız öz ar-
alarında icra edə bilərdilər. Zimmilər İslamı,
Məhəmməd peyğəmbəri açıq-açığına inkar və
ya tənqid edə, eyni zamanda dini təbliğatla
məşğul ola bilməzdirlər. 
Müsəlmanlar isə zimmilərə sədəqə verə,
ağır günlərində onlara yardım edə bilərdilər.
Hətta, müsəlman kişiləri “Əhli-Kitabdan”
olan qadınlarla evlənə də bilərlər.
ZİNA –  şəriət qanunlarına uyğun ol-
mayan, nigah bağlanmadan kişi və qadının
cinsi əlaqədə olmasıdır. İslamda zina böyük
günahlardan hesab edilir (Quran, 17: 32).
Zina edənlər subaydırlarsa hamının gözü
önündə şallaqlanmalı (Quran, 24: 2-5), bəzi
284
ZİHAR


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə