Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə130/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   126   127   128   129   130   131   132   133   ...   142

müəyyən xəstəliyə yoluxma təhlükəsi olarsa
və ya suyun az olması hallarında da təyəm-
müm alınır. Təyəmmüm haqqında Quranda
(5: 6) ayə vardır. Ayrıca, təyəmmüm alı-
narkən öncə niyyət edilir. Sonra əllər torpağa
batırılır, sonra torpağa dəymiş əlləri üzə,
sonra isə sağ əlin içi ilə sol qolu dirsəklərə
qədər, sol əlin içi ilə isə sağ qolu dirsəklərə
qədər təyəmmüm edilir.
TƏZİR –  Quran və hədislərdə günah
kimi dəyərləndirilən, ancaq orada onlara
görə hansı cəzanın tətbiq olunacağı
haqqında heç bir məlumatın verilmədiyi
cəzalardır.  Fiqhi məzhəblərdə bir çox gü-
nahların cəmiyyətdə pozğunçuluğa yol
açdığına görə qarşısı alınmalıdır. Ramazan
ayında  oruc tutmamaq,  namaz qılmamaq,
pulu  ribaya vermək kimi günahlar cəza-
landırılır. Cəzalar isə müctəhidlərin ictihad-
ları əsasında verilir. Bəzən burada örf 
diqqətə alınır. Cəmiyyətdə törədilmiş gü-
nahların ictimai həyata zərər vermə
dərəcəsindən asılı olaraq müxtəlif təzirlər tət-
biq edilir. Bu da xəbərdarlıq, başa salmaqdan
tutmuş; zindana atılma, şallaqlanmağa,
sürgün edilməyə qədər cəza növlərindən
ibarətdir. İstisna durumlarda ölüm cəzası da
tətbiq edilə bilər. Təzir yalnız İslam qa-
nununun işlədiyi ölkələrdə tətbiq edilə bilər.
Günahın ağırlığı və cəzanın ölçüsü yalnız
məhkəmələrdə müəyyən edilməlidir. 
TƏZİYYƏ – dünyasını dəyişən insan
üçün saxlanılan anım mərasimidir. Ölənin
ailəsi və yaxınlarına ilk üç gün müddətində
baş sağlığı verilməlidir. Müxtəlif səbəblərdən
o adamın öldüyünü bilməyənlər xəbər tutan
kimi başsağlığı verə bilərlər. Bəzi ilahiyy-
atçılar hesab edirlər ki, baş sağlığı bir dəfə
verilir. 
TİCANİLƏR – sufi qardaşlığıdır. Onun
yaranması Əhməd Ticaninin (1150/1737 –
1212/1815) fəaliyyəti ilə bağlıdır. Əlcəzairin
cənubunda doğulmuş, dini elmləri öyrənmiş,
bir-neçə sufi təriqətləri ilə, xüsusən də
xəlvətiliklə maraqlanmışdır. Sonra ticanilərə
görə o, Məhəmməd peyğəmbərdən rabitə va-
sitəsi ilə öz təriqətinin yaratması buyruğunu
almışdır. Bundan sonra Əhməd Ticani Əl-
cəzairin bəzi bölgələrində öz təriqətini təbliğ
etmişdir. Daha sonra dəvətini genişləndirmək
üçün Mərakeşə gedib həyatının sonuna qədər
orada yaşamışdır. Mərakeşdə onu sultan
Mülay Süleyman dəstəkləmişdir. Əhməd
Ticani ardıcıllarının mənəvi inkişafının həy-
ata keçirilməsi üçün çox sadə rituallar tətbiq
etmiş, onları tərkidünyalığa, xəlvətə çək-
ilməyə çağırmamış, səssiz deyilən zikrlərə
üstünlük vermişdir. O, müqəddəs yerlərin və
məzarların ziyarət edilməsini yolverilməz
hesab edirdi.
Ticani, özünü “qütblərin qütbü” ad-
landıraraq, bu adı Allahla insan arasında bir
vasitəçi mənasında başa düşürdü, özünün gü-
nahsız olduğunu bəyan etmişdir. Ardıcıl-
larına tövsiyə etdiyi buruqları birbaşa
Məhəmməd peyğəmbərin özündən aldığını
iddia etmişdir. Bu da müsəlmanların etira-
zlarına gətirib çıxarmışdır. Bundan başqa
Əhməd Ticani ardıcıllarına başqa təriqətlərin
şeyxlərinin bərəkətlərinin alınmasını, onlara
bağlanmağı qadağan etmişdir. Bunun
qarşılığında o, qiyamət gününü ardıcılları
üçün  şəfaətçi olacağını da vəd etmişdir.
Ticanilər təlimlərini Əlcəzair, Tunis, Mavri-
taniya, Mərkəzi və Qərbi Afrikada yaymış,
bu yerlərdə onlar fransız müstəmləkəçiliyinə
qarşı mübarizə aparmışdırlar. Ticanilər bir-
liklərini qoruyub saxlaya bilməmiş, çoxlu
təriqətlərə bölünmüşdürlər.
TİMAR – bax: İQTƏ.
TİRMİZİ MƏHƏMMƏD (209/824 –
279/892) – görkəmli mühəddis, təfsirçi və
fəqih olmuşdur. O, Mərkəzi Asiyanın Tirmiz
şəhərində doğulmuşdur. Təhsilini Xorasan,
Hicaz və İraq ilahiyyatçılarından almışdır.
Buxari və Müslimin hədis topluları ilə yaxın-
dan tanış olmuş, yaxşı yaddaşı olduğundan
minlərlə hədisi əzbərdən öyrənmişdir. Hədis-
261
TİRMİZİ MƏHƏMMƏD


lərin təsnif olunmasını təklif edərkən o
“həsən” (yaxşı) və “qərib” (peyğəmbər
səhabələrinin deyil, başqalarının söylədiyi
xəbərlər) anlayışlarını tətbiq etmişdir. Tir-
miziyə qədər mühəddislər hədisləri daha çox
səhih və zəiflərə bölürdülər. Ancaq, “həsən”
və “qərib” terminlərinin Tirmizidən öncə də
işləndiyi haqqında xəbərlər vardır. Belə olsa
da o, hədis elminin bu hissəsini inkişaf et-
dirmişdir.
Tirmizi İslamın müxtəlif sahələrinə aid
əsərlər yazmışdır. Onun ən tannınmış əsəri
hədislər toplusu olan və dörd minə yaxın
hədisləri əhatə edən “Sünən” kitabıdır. Bu
toplu müsəlmanların çoxu üçün ən nüfuzlu
hədis kitablarından biri sayılır. Burada hədis-
lər fiqh mövzularına uyğun olaraq təsnif ol-
unmuşdur. Bu əsərdə səhih və həsən
hədislərin  olduğu kimi, ilahiyyatçılar
tərəfindən zəif sayılanları da vardır. Buna
görə də, Tirmizi onlardan hər biri üçün
hüquqda tətbiq edilməsinin imkanlarını
açıqlamış, eləcə də etibarlılığı haqqında bil-
gilər vermişdir. O həm də hədisləri səhih,
həsən və ya zəif adlandırdığının səbəblərini
də göstərmişdir. Tirmizi kitabında hədislərin
raviləri haqqında da məlumat vermişdir.
Onun kitabında Buxari və Müslimin “Səhih”
kitablarında olmayan hədislər də vardır.
TÖVBƏ – günahların bağışlanmasını
Allahdan istəmək və ya diləməkdir.
Tövbənin əhəmiyyəti İslamda çox böyükdür.
Hətta, Quran ayələrinin biri “Tövbə” adlanır.
İlahiyyatçılara görə tövbəni gecikdirmək
olmaz. Gecikdirilmiş tövbənin özü də günah
sayılır və onun üçün ayrıca tövbə edilməlidir.
Tövbə etməyin bütün şərtlərini yerinə ye-
tirdikdən sonra hər bir müsəlman Allahın onu
bağışlamasına inanmalı və buna şübhə et-
məməlidir. Tövbə törədilən hər bir kiçik
günah üçün edildiyi kimi, böyük günahlar
üçün də ayrıca edilir. Bağışlanmasını diləyən
müsəlman bir daha bu günahı etməyəcəyinə
də söz verməlidir. 
TÖVHİD – İslamda Allahın vahid bir
varlıq olaraq qəbul edilməsi ideyasıdır.
Tövhidin prinsipləri Quranın 112-ci “İxlas”
surəsində verilmişdir. Müsəlman kəlam (I)
məktəblərinin əksəriyyətinə görə Allahın zatı
ilə birlik təşkil edən və keyfiyyətlərini əks et-
dirən sifətləri vardır. Ancaq mütəzililər kimi
bəzi müsəlman ilahiyyatçıları Allahın
sifətlərini inkar etmiş, onun yalnız zatının
olduğuna inanmışdırlar. İslam ilahiyyatına
görə Allah təbiəti yaratdığı kimi, onları məhv
də edə bilər. Heç kəs onun əmrindən kənara
çıxa bilməz. Hətta, bir çox müctəhidlərə görə
dünyada baş verən bütün hadisələr onun qəza
və qədərinə uyğun olaraq cərəyan edir.
İbadətlər də yalnız Allaha edilməlidir. Hamı
Allahın bütün buyuruqlarını yerinə yetirməli,
halal şeylərdən yararlanmalı, haramlardan
isə çəkinməlidirlər.
TÖVRAT – Allahın Musa peyğəmbərə
nazil etdiyi müqəddəs kitabdır. Tövrat
Quranın 3: 48, 5: 43, 62: 5 kimi surə və
ayələrində anılmışdır. Rəvayətlərə görə
Tövratın 40 bölümü (cüzləri), bunların da hər
birinin 1000 ayəsi olmuşdur. Tövratı yalnız
Musa, Harun, Yuşa, Üzeyir, İsa əzbərdən
bilmişdirlər. Babil kralı Buhtunnəsr Qüdsü
ələ keçirdikdən sonra, Tövratın lövhələrini
məhv etmişdir. Bundan sonra onun bəzi şi-
fahi yolla rəvayət edilən söyləntiləri İsrail
oğullarının arasında yayılmışdır. Müsəlman
ilahiyyatçılarının çoxusuna görə bir neçə əsr
keçdikdən sonra onlar bir kitabda toplansa
da, bu Musa peyğəmbərin gətirdiyi Tövrat ol-
mamışdır. Quran nazil olunduqdan sonra
Allah Tövratın hökmünü ortadan qaldır-
mışdır. Ancaq, bəzi İslam alimləri Tövratın
təhrif olunmadığını da qeyd etmişdirlər.
TUR DAĞI – Allahın Musa peyğəmbərə
Tövratı endirdiyi Sinay yarımadasının
cınubundakı dağdır. Bu dağ Quranın 19: 52;
28: 29-31-ci ayələrində anılmışdır.  Musa
262
TÖVBƏ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə