93
N A D İ R Ş A H Ə F Ş A R
Əgər anası olmasaydı, o çoxdan hansı yolla olursa-
olsun, qaçmağa təşəbbüs edərdi, bəlkə də, Xorasanın
yaşıl və kələ-kötür düzənlərində artıq dəstə başçısı
idi. Ya da, Əbivərd hakiminin sarayında qulluq edir-
di.
Bir gün axşam ana-bala tək olanda Gövhərbəyim
ana dedi:
– Nadir, gözümün işığı, mən daha ölürəm. Fələk
Xorasan həsrətimə çalın-çarpaz düyün vurub. Əcəl
məni haqlayıb.
Nadir ağzını açıb nəsə demək istəsə də, anası əli
ilə ona susmağı işarə edib, güclə nəfəs ala-ala dedi:
– Bala, mənim dərdim sağalmaz dərddi! Bu cür
yarıdiri, yarıölü kimi yaşamaqdansa, elə ölmək yaxşı-
dır. Diqqətlə sözlərimə qulaq as.
O, əlindəki nazik dəridən tikilmiş ağır bir kəməri
oğluna uzadıb dedi:
– Al bunu, belinə bağla.
Nadir kirimişcə kəməri aldı, hiss elədi ki, içində
nəsə var. Ağlına gəldi ki, yəqin qızıldır. Və həmin
dəqiqə xəyalında Xorasana tərəf yel kimi çapan üç
at lı canlandı. Bu atlılardan biri onun özü idi. Ürəyi
özündən də, dördnala çapan atından da qabağa –
ana yurduna gedirdi. «Bu qədər itaətkar olduq yetər,
getmək zamanı çatıb daha…» – deyərək kəməri şalva-
rının altından belinə bağladı. Qeyri-ixtiyari gözləri ya-
şardı. Onun nə vaxtsa ağladığı yadına gəlmirdi. Hətta
balaca vaxtı dəcəllik edərkən atası onu sillələyəndə
belə, ağlamamışdı.
Anası dedi:
94
S O N U N C U FAT E H
– O iyirmi qızıl dinarı atan mənə vermişdi. Bili -
rəm, mən öləndən sonra səni daha burada saxlamaq
çə tin olacaq. At alarsan, qardaşını da tərkinə götü-
rüb qaçıb gedərsən. Bilmirəm, indi bizim eldə-obada
qohum-qardaşdan sağ-salamat qalan varmı? Amma
ora dönün! Maşallah, görürəm, hər ikiniz böyük oğlan
olmusunuz. Neyləyim ki, qəribin boyu uzun, dili qısa
olur… Bu pullar sənə lazım olar. Nə istəsən, alarsan,
öz işindir. Amma məni unutmazsan. Nə vaxtsa gəlib
sümüklərimi buradan çıxarıb, öz qəbiristanlığımızda
– atanın yanında basdırarsan. Xudam sizi darda qoy-
masın. İbrahimi də çağır gəlsin!
Gövhərbəyim ana bayatı demək istədi. Dodaqları-
nın ucunda söz çağladı…
Dağlara dolu düşər,
At gələr, nalı düşər.
Qəbrimi yol üstə qaz,
Vaxt gələr, yolun düşər…
İbrahim otağa girəndə Nadir ağlayırdı. Çünki anası
son kəlmələri deyib, gözlərini yummuşdu. İbrahim də
«Ana! Ana!» – deyib fəryad qopardı, qardaşına sarılıb
göz yaşı tökdü. Nəhayət, hadisədən hamı xəbər tutdu.
Buxaralı Qəmbər gəlib bir əlini fikir aləminə qərq ol-
muş Nadirin, bir əlini də İbrahimin çiyninə qoydu:
– Allah rəhmət eləsin, – dedi. – Ölüm Allahın
əm ridir. Ananızın cənazəsini necə lazımdır, elə də
götürəcəyik.
Doğrudan da, Buxaralı Qəmbərin bütün qonşula-
rı, qohum-əqrəbaları yığışıb gəldilər. Dini ayindən
95
N A D İ R Ş A H Ə F Ş A R
sonra meyiti tabuta qoyub, qəbiristanlığa sarı yol-
landılar. Tabutu qabaqda – Nadirlə İbrahim, arxada
– Əmirqulu ilə Kəramət çiyinlərində aparırdılar.
Yalnız axşama yaxın – dəfn mərasimi qurtaran-
dan sonra gəlib evə çatdılar. On yeddi yaşlı Nadirin
iri qara gözləri kor quyu kimi qupquru idi...
Hərdən qulaqlarında sehrkar Həsənəlinin söz-
lə ri əks-səda verirdi: «Bəxti gətirsə də, gətirməsə də,
bədbəxtliyi yaddan çıxarmasın… Bədbəxtliyi, bəd-
bəxt liyi…».
Gecə xeyli oturdular, molla o ki var, ibrətamiz
söhbətlər danışdı, ancaq Nadir artıq heç nə eşitmirdi,
qulaqları anasının səsi-avazı ilə dolmuşdu...
O, ağzına heç nə vurmurdu. Bütün günü həyətdə
kətil üstə oturub, gözlərini məchul bir nöqtəyə
zilləyib, qardaşını qucaqlamışdı. Əmirqulu ilə Buxa-
ralı Qəmbər hərdənbir ona yaxınlaşıb nə qədər təkid
etsələr də, o, üç gün heç nə yeyib-içmədi.
On altı yaşlı Zöhrə də kənardan ona baxıb ağla-
yırdı. Anası qıza nə qədər acıqlansa da, o yenə özünü
xəlvətə salıb, göz yaşı axıdırdı. Anası hirslənib:
– Əgər mən ölsəm, heç bir gilə də gözündən yaş
çıxmaz, – deyirdi.
Nəhayət, Gövhərbəyim ananın yeddisi çıxdı, göz
yaşı ilə dolu günlər arxada qaldı. Anasının ölümündən
sonra Nadir əvvəlkindən də çox fikirli olmuşdu.
Amma nə qədər fikirli olsa da, hiss edirdi ki, belinə
böyük bir sərvət bağlayıb. Onun da, qardaşının və
Əmirqulunun da nicatı həmin qızıl dinarlardan ağıllı-
casına bəhrələnməkdən asılıdır.
96
S O N U N C U FAT E H
Bu üç boylu-buxunlu cavan oğlan Buxaralı Qəm-
bərin bütün işlərini görürdülər. İnsafən, ailədə də on-
ları övladlarından fərqləndirmirdilər. Amma qəribə
də olsa, anasının vəfatından sonra Buxaralı Qəmbər
Nadirlə Əmirqulunu çölə göndərəndə yenə ayaqları-
nı kündələmək istədi. Amma hər iki cavanın sərt eti-
razını görüb:
– Yaxşı da, qoy siz deyən olsun, – dedi.
Bir gün Əmirqulu ilə Kəramət çölə getmişdilər. Na-
dir isə İbrahimə kömək etmək məqsədilə evdə qalmış-
dı. Buxaralı Qəmbərlə arvadı da bir-birilərinə qoşulub
harasa getmişdilər. Nadir işini görüb qurtarandan son-
ra, qapının ağzında oturub xəyala getmişdi ki, birdən
Zöhrə gəlib onun əlindən tutaraq içəri dartdı. Nadir
hiss etdi ki, ürəyi gup-gup döyünür. Zöhrə onu çarpa-
yıya tərəf aparıb, öpüşlərə qərq etdi. Nadir hər vəchlə
özünü saxlamağa çalışırdı. Bilirdi ki, bu necə təhlükəli
bir oyundur və Buxaralı Qəmbər bilsə, dərhal onu öz
qızı ilə evlənməyə məcbur edər. Evlənəndən sonra da
ki, qaçmaq fikri yəqin yavaş-yavaş beynindən çıxar…
Nəhayət, o Zöhrəni saxlayıb dedi:
– Dayan, mənə qulaq as. Qorxmursan, səndən bö-
yük bacıların xəbər tutar, özünü də, məni də bəlaya
salarsan?
Zöhrə dedi:
– İkisi də toya gedib, evdəkilər də uşaqdır, özü də
yatıblar.
– Onda qulaq as, gör nə deyirəm…
Zöhrə onun qucağından düşüb, yanında oturdu.
İri, qara gözlərini üzünə zillədi. Nadir dedi:
Dostları ilə paylaş: |