Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə58/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

dünyada nüfuzunun artmlması da vacib məsələdir. Beləliklə, «mürəkkəb cəmiyyətdə ictimai rəyin ayn-ayn seqmentləri 
meydana çıxır ki, bunların da arxasında öz mənafeləri, ustanovkalan, bu və ya digər problemin həllinə müxtəlif təsir 
imkanlan olan ictimaiyyət [252 - 253] qrupları dayanır).' Bu ictimai rəyi öyrənməyi və nəzərə almağı zəmri edir. 
Demokratik idarəçilik formalan olan müasir cəmiyyətlərdə ictimai rəyin rolu getdikcə artmaqdadır. Bu, bir 
neçə vəziyyətlə şərtlənmişdir: 
Birincisi, idarəedici təbəqənin yeritdiyi siyasətə ictimaiyyətin təsir göstərmək imkanlan kəskin surətdə artır. 
Burada seçkilər, referendumlar, parlamentdə və ya hökumətdə təzyiq qmplan, vətəndaş itaətsizliyi aktlan xüsusi qeyd 
edilməlidir. 
İkincisi, demokratik cəmiyyətlər kütləvi informasiya vasitələrinin çoxşaxəli sisteminə malikdir. Bunlardan bir 
çoxu  alternativ  nöqteyi-nəzərləri  müdafiə  edir.  Bunun  sayəsində  ictimaiyyət  cəmiyyətdə  baş  verən  bütün  hadisələr 
barəsində dərhal informasiya ala bilir. Bu halda cəmiyyətin əksər üzvlərində məlum hadisələrə və hakimiyyətin qəbul 
etdiyi qərarlara münsibətdə sabit mövqe formalaşır. 
Üçüncüsü,  demokratik  cəmiyyətlərdə  liderlərin  irəli  sürülməsi  ictimai  rəy  dalğasında  baş  verir.  Əgər  lider 
ictimai rəyin dəyişilməsindəki ümumi meylləri qavramışdırsa, onun siyasətini ictimaiyyətin müxtəlif nümayəndələri, 
sonra həm də siyasi xadimlər müdafiə etməyə başlayacaqlar. 
Kütləvi  informasiya  vasitələri  ictimai  rəyə  ən  müxtəlif  formalarda  təsir  göstərmək  imkanlarma  malikdir. 
Onların fəal təbliğat istiqaməti ümumən etiraf olunur. Bir neçə misala müraciət edək. 
İkinci dünya müharibəsindən sonra ABŞ-da papiros çəkmək dəb halını almışdı. Otaqda və ya ofisdə papiros 
çəkmək adi iş sayılırdı. Lakin 1957-ci ildə həkimlər sübut etdilər ki, o, orqanizmə sarsıdıcı təsir göstərir. Amerikalıların 
ictimai rəyi kəskin surətdə dəyişildi: kütləvi informasiya vasitələrində sağlam həyat tərzi uğmnda geniş kampaniya 
fəallaşdı. Hazırda papiros çəkənlər ümumi məzəmmət obyektinə çevrilmişlər. Qeyri-sağlam meyllilik sosial statusa və 
nüfuza [253 - 2541 təsir göstərə bilər: papiros çəkənləri bəzi işlərə qəbul etmirlər. Bütün cəmiyyət papiros çəkməyə 
qarşı mübarizəyə meyllidir.^ 
Başqa bir misala müraciət edək. Keçmiş SSRİ-də 80-ci illərin sonunda ictimai rəy (xüsusən Rusiyada yaşayan 
əhali  tərəfindən)  Şimal  çaylarının  axannın  qismən  dəyişilməsi  və  suya  kəskin  ehtiyacı  olan  Cənub  ərazilərinə 
axıdılması layihəsinə qarşı çıxdı. KİV-lər bir qrup ziyalının etirazını fəal müdafiə etdi. Əksəriyyətin rəyi dəyişildi, 
tezliklə layihənin maliyyələşdirilməsinin dayandırılması barədə dövlət qəran qəbul olundu. 
Üçüncü bir misal: Məlum olduğu kimi vaxtilə Azərbaycanda da atom-elektrik stansiyasının inşası gündəlikdə 
da-anırdı.  İctimai  rəy  atom-elektrik  stansiyalanm  olduqca  münasib,  ekoloji  cəhətdən  yaxşı  göstəriciləri  olan, 
perspektivli stansiyalar kimi qəbul edirdi. Lakin Çemobil AES-də baş verən qəza və onun nəticələri nəinki SSRİ-də, 
həm də bütün dünyada AES-lər ətrafında formalaşan ictimai rəyə sarsıdıcı zərbə endirdi. Azərbaycanda AES tikintisi 
ideyası öz aktuallığını tam itirdi. Fəaliyyətdə olan AES-lərin dayandınhb-dayandmlmaması məsələsi geniş müzakirə 
olunmağa  başladı.  Onlann  texniki-texnoloji  göstəriciləri  hərtərəfli  təhlil  edildi.  Nüfuzlu  təşkilatların  inspeksiyalan 
həyata keçirildi. Mütəxəssislər ciddi səy göstərməli və sübut etməli oldular ki, qəza AES-in tikintisində və istismannda 
yol  verilən  əsaslı  nöqsanların,  qüsurlarm  nəticəsidir,  AES  kompleksinin  inşası  və  fəaliyyəti  isə  elmin,  texnikanın 
mühüm nailiyyətidir. Etiraf etməliyik ki, AES-lərə neqativ münasibət məqamları ictimai rəydə indi də güclüdür. 
Kütləvi informasiya vasitələrinin təbliğat işi ictimai rəyin istiqamətliliyi, intensivliyi və inteqrasiyası barədə 
dəqiq,  elmi  cəhətdən  əsaslandırılmış  məlumatlara  istinad  etməlidir.  Geniş  mənada  təbliğatın  məqsədi  ictimaiyyət 
tərəfindən idarə [254 - 255] edən tərəfə lazımlı nöqteyi-nəzəri qəbul etməyə istiqamətləndirməkdən, iqtisadi, siyasi və 
ya sosial hadisələri müdafiə və ya rədd etməyə yönələn ustanovkalar sistemi yaratmaqdan ibarətdir. Natiqlərin kütlə 
qarşısında çıxışlan, jumallardakı və qəzetlərdəki məqalələr, radio və televiziya verilişləri, reklam, əmtəələrin bazarda 
irəliləməsi və s. - bütün bunlar ictimai rəyə təbliğat xarakterli təsirin nümunələridir. 
Bir  çox  tədqiqatçılar  təhsil  prosesini  də  təbliğata  aid  edirlər.  Çünki  təlim  gedişində  müəllimlər  şagirdlərə, 
tələbələrə, dinləyicilərə onlan əhatə edən gerçəklikdəki hadisələr barəsində öz xüsusi rəylərini aşılamağa çalışırlar. 
Yaxşı məlumdur ki, təlim prosesində fasiləsiz təbliğat təhsil alan şəxslərin şüuruna müəyyən nöqteyi-nəzərlərə uyğun 
gələn norma və dəyərləri daha möhkəm surətdə aşılamağa imkan verir. 
Kütləvi informasiya vasitələrinin ictimai rəyə məqsədyönlü təsiri zamanı bir sıra suallar ortaya çıxır. Hansı 
halda  təbliğat  insan  davranışında  ən  böyük  dəyişikliklər  yaradır:  təbliğatın  ictimaiyyət  nümayəndələrinə  təsiri 
əhəmiyyətli  olanda,  yoxsa  həmin  təsir  zəif,  ehtiyatlı  olanda?  İctimaiyyət  nümayəndələrinin  nöqteyi-nəzəri  əvvəlki, 
arhq  formalaşmış  nöqteyi-nəzərdən  xeyli  dərəcədə  kənara  çıxdıqda,  yaxud  bu  kənara  çıxma  əhəmiyyətsiz  olduqda 
təbliğata strategiyasmı necə formalaşdırmaq lazımdır? Qəbul olunmuş rəydən kənara çıxmaları dərk etməyi adətən 
koqnitiv dissonans adlandırırlar. Burada iki nöqteyi-nəzəri fərqləndirmək olar. Bəzi alimlər belə zənn edirlər ki. 
‘ Фролов C. C Социология. Москва, 2000, с. 247-248. 
Misal bu mənbə üzrə verilir: Кравченко A. И. Социология. Москва-Екатеренбург, 2000, с. 146-147. 
101 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə