Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə67/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   63   64   65   66   67   68   69   70   ...   138

yal  mövqeyini  tənqid  etdilər.  Mərkəzə,  Qorbaçova  teleqram­

lar  vuruldu,  məktublar  göndərildi.  Lakin  Kreml  tərəfindən  qəti 

tədbir  görülmədi.  Dağlıq  Qarabağda  «Krunk»  adlı  cəmiyyət 

yaradıldı.  Ona  özünün  m illətçiliyi  ilə  seçilən  tikinti  materi­

alları  kombinatının  müdiri,  regionda  korrupsioner  kimi  tanı­

nan  Manuçarov  rəhbərlik  etməyə  başladı.  «Krunk»un  tələbi 

ilə  Dağlıq  Qarabağın  bütün  rayonlarında  və  vilayətin  özündə 

xalq  deputatları  sovetlərinin  sessiyaları  çağırıldı.  Gündəliyə  isə 

bir  məsələ  çıxarıldı  -   Dağlıq  Qarabağ Azərbaycan  Respublika­

sının  tərkibindən  çıxarılsın  və  Ermənistanın  tərkibinə  verilsin. 

Bu  antikonstitusion  qərar  da  Moskva  tərəfindən  sükutla  qarşı­

landı.  Ermənistan  rəhbərləri,  korrupsiyaya  qurşanmış qüvvələr, 

hakimiyyətə  can  atanlar və  kəşfiyyat  institutları  hadisələri  daha 

da  qızışdırmaq,  onu  kulminasiya  nöqtəsinə  çatdırmaq  üçün 

planlar  cızır,  iki  milləti  üz-üzə  qoymağa  çalışırdılar.

Sumqayıtda  baş  verə  biləcək  hadisələr ermənilərə  artıq  mə­

lum  idi.  Burada  yaşayan  1.000-dək  erməni  1988-ci  il  yanvar 

ayının  1-dən  fevralın  25-dək  əmanət  kassalarında  saxladıqları 

8  milyon  343  min  691  rubl  pulu  təcili  çıxararaq  Yerevana, 

Xankəndiyə  və  Rusiyanın  ayrı-ayrı  şəhərlərinə  köçüb  getdilər.

Sumqayıtın  sənaye  müəssisələrində,  təhsil,  mədəniyyət  və 

səhiyyə  sistemlərində  çalışan  ermənilər  Dağlıq  Qarabağın  Er­

mənistana  verilməsi  barədə  gizli  imzalar toplamağa  başladılar. 

Onlar  «Krunk»  cəmiyyətinə  yardım  adı  altında  adambaşına 

50  rubl  vəsait  keçirirdilər.  Gizli  iqtisadiyyata  rəhbərlik  edən 

«sexovşik»lər onlara  mənsub  olan  istehsal  sahələrini  söküb  Ye­

revana  apardılar.

Həmin  günlər  Əsgəranda  ermənilər  tərəfindən  iki  azərbay­

canlı  gənc  -   Əli  və  Bəxtiyar  qətlə  yetirildi.  Dağlıq  Qarabağla 

bağlı  problemdə  kimin  əvvəlcə  güllə  atdığı  mübahisəli  oldu­

ğundan  həmin  hadisələrdə  iştirak  edən  SSRİ  Dövlət  Təhlükə­

sizlik  Komitəsi  sədrinin  birinci  müavini  Filip  Bobkov  sonradan

215



«КГБ  и  власть»  kitabında  yazırdı:  «Yenə  də  mübahisə  etmək 

olar:  kim  birinci  başladı?  Azərbaycan  tərəfi,  yoxsa  erməni  tə­

rəfi?  Fakt  faktlığında  qalır.  İlk  qurban  azərbaycanlılar  oldu. 

1988-ci  il  fevral  ayının  22-də  Əsgəranda  iki  nəfər azərbaycanlı 

gənc  qətlə  yetirildi».

1988-ci  ilin  fevralında  ermənilər  Azərbaycanın  ayrılmaz 

hissəsi  olan  Qarabağın  dağlıq  hissəsini  qoparıb  Ermənistana 

birləşdirmək  üçün  açıq  fəaliyyətə  başladılar.  Ayın  25-də  Ermə­

nistan  m illi  televiziyası  ilə  çıxış  edən  katolikos  Vazgen  Dağlıq 

Qarabağın  Ermənistana  birləşdirilməsinin  vacibliyini  bildirdi. 

Həmin  dövrdə  ideoloji  cəhətdən  tərksilah  edilmiş  Azərbaycan 

faktiki  olaraq  siyasi-psixoloji  böhran  keçirir və gözlənilməz və­

ziyyətdən  çıxış  yolu  tapa  bilmirdi.  Bu  amil  də  fevralın  27-29- 

da  daşnakların  Sumqayıtda  özlərinin  məkrli  niyyətlərini  həyata 

keçirmələrinə  şərait  yaratmışdı.

Fevralın  27-də  Sumqayıt şəhər prokuroru  İsmət Qayıbov baş 

vermiş  iğtişaşlarla  bağlı  cinayət  işi  başlatsa  da,  artıq  dörd  gün 

sonra  Moskvadan  göndərilmiş  SSRİ  Baş  Prokurorluğunun  istin­

taq  qrupu  bu  işi  öz  icraatına götürmüş,  Sumqayıtın  və  ümumiy­

yətlə  Azərbaycanın  hüquq-mühafizə  orqanlarının  əməkdaşla­

rını  isə  istintaq-əməliyyat tədbirlərindən  kənarlaşdırmışdı.  Belə 

bir şəraitdə  ermənilərin  əvvəlcədən,  qeyd-şərtsiz  zərər çəkmiş 

tərəf  kimi  tanınması  asanlaşmış,  tutulan  ermənilərin  hamısı 

«səhvən  yaxalanmışlar»  kimi  azadlığa  buraxılmışdı.  Hərbçilər 

tərəfindən  tutulmuş  Eduard  Qriqoryanın  ifşa  edilməsi  isə  is­

tintaqın  yox,  zərərçəkmiş  Mejlumyan  bacılarının  onu  özləri­

nə  qarşı  zorakılıq  edənlərdən  biri  kimi  tanımaları  nəticəsində 

mümkün  olmuşdur.  Moskvadan  gələn  müstəntiqlər  Sumqayıt­

da  özlərini  həyasızcasına  aparır,  dindirmələr  zamanı  azərbay­

canlılarla  amansız  rəftar  edirdilər.  SSRİ  DTK-nın  baş  müstənti­

qi  polkovnik  Zubtsev  Sumqayıt  milisinin  əməkdaşlarını  sorğu- 

suala  tutarkən  bu  söhbətin  məntiqində  elə  başa  düşülmüşdü

216



ki,  sovet  rəhbərliyini  bu  qanlı  təxribatı  təşkil  edənlər yox,  yerli 

partiya  və  sovet  orqanlarının,  təsərrüfat  və  istehsalat  sahələri 

rəhbərlərinin  şəxsi  həyatları,  intim  münasibətləri  barədə  kom- 

pramat  xarakterli  məlumatlar  daha  çox  maraqlandırır.  Bütün 

bunlar  isə,  çox  güman  ki,  bu  şəxslər  barəsində  hansısa  təd­

birlər  görmək,  azərbaycanlı  rəhbər  işçiləri  ləkələmək  və  həbs 

etmək  üçün  lazım  olmuşdu.  Bu  isə,  öz  növbəsində,  azərbay­

canlıların  əleyhinə  daha  bir  çığır-bağır  kampaniyası  qaldırma­

ğa  imkan  verə  bilərdi.  Sumqayıt  hadisələrini  törətməklə  ermə­

nilər  güclü  informasiya  blokadasına  alınmış  Azərbaycanı  bir 

küncə  sıxmaq,  özlərini  isə  bütün  dünyaya  «yazıq»,  «məzlum» 

bir  millət  kimi  təqdim  etmək,  bu  səbəbdən  ermənilərin  azər­

baycanlılarla  bir  yerdə  yaşamalarının  mümkünsüzlüyü  barədə 

fikir  formalaşdırmaq  niyyətində  olublar.  Dünya  ictimaiyyəti­

nə  belə  bir  informasiya  sızdırmışdılar  ki,  guya,  Ermənistandan 

azərbaycanlılar  özləri  qəsdən  qaçıb  Azərbaycana  gedir  və  er­

mənilərin  onları  incitmələri  barədə  yalan  məlumatlar  yayırlar. 

Bu  məlumatların  nəticəsi  olaraq  azərbaycanlılar  öz  rəhbərlə­

rinin  tapşırığı  ilə  ermənilərə  qarşı  «soyqırımı»  törədiblər.  Gö­

ründüyü  kimi,  eyni  ssenaridir,  lakin  məsələ  burasındadır  ki, 

yerli  partiya  və  sovet  təşkilatlarının,  habelə  hüquq-mühafizə 

və  dövlət  təhlükəsizlik  orqanlarının  Moskvaya  sözsüz  tabeliyi 

şəraitində  onların,  guya,  azərbaycanlı  əhalini  ermənilərə  qarşı 

hansısa  planlı  hərəkətə  sövq  etməsi  mümkün  deyildi.  Faktlar 

bunu  deməyə  əsas  verir  ki,  hadisələr  ərəfəsində  yerli  haki­

miyyət  strukturları  yuxarı  hakimiyyət orqanlarına  şərait  barədə 

məlumat  versələr  də,  Moskvadan  gəlmiş  yüksək  vəzifəlilər, 

qoşun  hissələri  və  digər  xidmətlərin  səlahiyyətli  nümayəndə­

ləri  Sumqayıtda  olsalar da,  onların  gözü  qarşısında  iğtişaşlar və 

talanlar  baş  vermişdir.  Bu  isə  onu  göstərir  ki,  hadisələr  Mos­

kvadan  idarə  olunur  və  izlənilirdi.  İğtişaşların  başında  duran 

Eduard  Qriqoryan  isə  təsadüfən  ələ  keçmişdi.  Ləzgi  bilib  həbs

217



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə