Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə27/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   23   24   25   26   27   28   29   30   ...   92

81
müğənnilər  işğal  edib,  çoxunun  da  səsinə  yox,  ancaq  geyiminə  tamaşa 
etməli olursan, çünki səs əvəzinə paltar nümayiş etdirirlər. 
Müharibə mövzusundan söz düşmüşkən, onu da sizin nəzər-diqqətinizə 
çatdırmaq istəyirəm ki, kifayət qədər tanınmış, ad almış şair və yazıçılardan 
həm  efir  vasitəsilə,  həm  də  təqdimat  yığıncaqlarında  təmasda  olarkən 
eşitmişəm ki, bu mövzuda qan-qırğın gedən zamanı yazmaq olmaz. İyirmi 
il, otuz il keçər sonra bu hadisələr qələmə alınar, yoxsa bir çox yanlışlıqlar 
ola bilər. Xalqımızın bir atalar məsəlində deyilir: “Dəmiri isti-isti döyərlər”. 
Fikrimizcə, yaradıcı adamlar hadisələri isti-isti qələmə almalıdırlar, çünki 
biz işğala məruz qalmış xalqıq, işğal etmiş yox! On ildən, iyirmi ildən son-
ra isə qoy alimlər, tənqidçilər təhlil etsinlər. İstəkli oxucular, bir məsələni 
də  sizin  diqqətinizə  yönəltmək  istəyirəm  ki,  yaratdığım  surətlər  bizimlə 
eyni zaman kəsiyində yaşayan insanlar olub, bir çoxu dünyasını dəyişib 
haqq dünyasına qovuşub, bir çoxu isə Allah verən ömrü yaşayır.  
Siz  isə,  Əli  Rza  müəllim,  yenidən  mənim  yaradıcılığıma  müraciət 
etməklə,  əsir  torpaqlarımızdan  bəhs  edən  “Burdan  bir  atlı  keçdi”  poe-
masına qayıtmaqla, bu əsərdən “Axtala əfsanəsi” adlı ədəbi, tənqidi kitab 
yazmaqla  bir  daha  o  ər  kişinin  ruhunu  şad  etmiş  oldunuz.  Əhsən,  sizin 
alim  təxəyyülünüzə,  vətəndaşlıq  qeyrətinizə!..  Nə  yaxşı  ki,  Köndüoğlu 
kimi  ər  kişilərimiz,  sizin  təki  istedadlı  söz  fədailərimiz  var.  Deməli, 
Vətən  yaşayacaq,  millət  yaşayacaq.  Bu  yaşam  içindən  boylanan  fidan 
körpələrimizin  canı  sağ  olsun,  onlar  sabah  qüdrətli  Azərbaycanımızın 
qeyrətli igidləri olacaqlar. İgidləri olan Vətənsə basılmaz, övladları özgə 
künclərinə qısılmaz.
Sizə isə deyirəm, ey qələm əhli, ey özünü şair, yazıçı timsalında görən 
soydaşlar, yazıb-yaratmaq üçün millətdən qaçıb gizlənib kabinetlərə yar 
olmaq yox, xalqın içinə getmək, onun hal-əhvalını sormaq, onunla təmasda 
olmaq  vacibdir.  Nə  avropasayağı  yazmaq,  nə  də  əcnəbi  adlar  işlətmək 
lazımdır, dünyəvi şair və yazıçı olmaq istəyirsizsə, elə bu Vətəndən, bu 
millətdən  onun  şirin,  həzin  diliylə  ilhamını  cilalaya-cilalaya  dərdlərini 
vərəq-vərəq kitablara köçürt, onda həm öz məmləkətinin, həm də dünyanın 
yaddaşında qalarsan…
11.04.2010


82
 HECA – ALLAHA RİCA…
(Bir jurnalda heca haqqında deyilən qərəzli fikri oxuyandan sonra 
ürəyim ağrıdı və bu məqaləni yazmağa məcbur oldum)
Söz  insan  zəkasında,  qanında-canında  özünə  yuva  qurmuş  ikinci 
varlıqdır. Söz əlahiddə vergidir, onun dairəsi genişdir. Söz ruha qida, dilə 
sevda edən gözəgörünməz bir qüvvədir. Bu qüvvənin əli birbaşa Böyük 
Yaradanın ətəyindədir. O, insanlar arasında bir vasitə olmaqdan əlavə, həm 
də ilham mənbəyidir, bulağı min illər gözündən qaynayan büllur çeşmədir. 
Bu çeşmənin suyu nə qədər insan cəmiyyətləri var, onların ürəyinə şərbət 
kimi  səpiləcək,  ruhlarını  ovutmaq,  dərd-bəlalarını  dağıtmaq,  varlıqlarını 
Haqq-taalanın  önündə  sübuta  yetirmək  üçün…  Sözdən  qaynaqlanır  bə-
şə rin gözü, sözlə gülür min illər üzü. İlhamı olanlar milliyyətindən asılı 
olmayaraq  sözlə  ruhunu  ovudur,  ürəyinin  ağrılarını  sovudur.  Millətinin 
kimliyini  aşkar  edir,  varlığını  öz  tarixinə,  ədəbiyyatına  köçürür.  Əgər  o 
millətin, o xalqın sözü bitibsə, deməli, varlığı da axır günlərini yaşayır. 
Deməli, sonu çatıb. Hələ qədim zamanlardan insanın varlığı, onun kim-
liyi  daş  kitabələrdə,  qayalarda,  sal  daşların  üstündə  çəkdiyi  şəkillərlə, 
sonralar  isə  sözlə  yazıya  alınırdı.  Məhz  sözün  anası,  gülüzlü  sonası  isə 
ŞEİRDİR. Bizə elə gəlir ki, elə dünya yaranan gündən, insan özünü dərk 
edən məqamdan ilham da, şeir də onunla doğulub. Hələ qədim kitabların 
bir çoxunun şeirlə qələmə alınması bunu sübut edir. Heç uzağa getməyək, 
elə  müqəddəs  “Quran”ımız  da  bu  qəbildəndir  (“Quran”  mənzum  nəsrlə 
peyğəmbərimizə nazil olub və onun tərəfdarları tərəfindən qələmə alınıb).
Ədəbiyyatda şerin bir neçə formaları mövcuddur. Əgər əruz ərəblərdən 
gəlirsə,  sərbəst  şeir  forması  ingilislərə  məxsusdur.  Haqqında  bəhs  edə-
cəyimiz  mövzunun  cövhərindən  uzaqlaşmamaq  şərtilə  onu  da  istəkli 
oxucuların nəzər-diqqətinə yetirmək istəyirəm ki, dünyada ingilislər qədər 
öz  soyuna-kökünə  bağlı,  keçmişini  yaşadan,  onu  əzizləyən  ikinci  bir 
millət yoxdur. İngilislər öz yaşayışlarıyla, dəbdəbəli həyatlarıyla nə qədər 
müasirliyi təbliğ etsələr də keçmişlərini bir o qədər çox sevirlər, ona can-
dildən sadiq qalırlar. Bu gün təəssüf hissi ilə qeyd etmək yerinə düşər ki, 
vaxtilə dünyanın neçə qitəsini öz atının ayaqları altında silkələyən keçmiş 
Osmanlı  imperiyasının,  müasir  Ata  Türkiyəmizin  şeri  ingilis  sərbəst 
şerinin təsiri altında inildəyir. Bu millətçilik deyil, bu çoxlarının həzm edə 


83
bilmədiyi acı həqiqətdir. Həqiqətinsə bu dünyada deyəsən kitabı çoxdan 
bağlanıb. Kitabı bağlanmış həqiqətin hərdənbir adını dilə gətirmək Böyük 
Yaradana da xoş gələr, onun həqiqət sevən bəndələrinə də! Bunu da istəkli 
oxucuların yadına salmağı vacib bildim ki, biz də heç ata Türkiyəmizin 
şairlərindən  geri  qalmaq  istəmirik.  Necə  deyərlər,  onları  bu  yarışmada 
ildırım sürəti ilə ötmək istəyirik, çünki bu gün biz ingilis sərbəstində şeir 
yazıb öz ana hecamıza arxa çevirməyi bir yenilik, bir mədənilik hesab ed-
irik. Necə ki, yeddi-səkkiz əsr bundan qabaq yaranmış “Əsli və Kərəm” 
dastanında baş qəhrəmanlardan birini, təmiz türk adı daşıyan eyni tayfanın 
daşıyıcısı xristian inanclı Əslini (Məryəmi) bizim sevimli söz adamlarımız 
erməniləşdiribsə  və  ermənilərin  (haykların)  tarixini  belə  yanlışlıqlarla 
Qafqazda qədimləşdiriblərsə, bu gün hecaya da ögey münasibət bəsləməklə 
onu  hiyləgər  düşmənlərimizin  mənimsəməsinə  şərait  yaradırıq.  Halbuki 
bütün dünyanın tarix sevən, tarixdən yazan insanlarına bəllidir ki, yeddi-
səkkiz əsr bundan öncə Qafqazda heç bir ermənidən söhbət gedə bilməzdi. 
Dastan  eyni  tayfadan  ayrı-ayrı  dinlərə  inancı  olan  iki  alban  (türk)  əsilli 
ailənin  faciəsindən  bəhs  edir.  Sadəcə  olaraq,  rus  işğalı  və  sovet  dövrü 
torpaqlarımıza necə əl gəzdiribsə, bizimlə tarix dolaylarında yol yoldaşı 
olan dastanlarımıza da elə əl gəzdirib, dolayısıyla işğal edib və özümüzün 
də islam dininə yox, islami mövhumata qapılmağımız bu kimi yanlışlıqların 
ayaq  tutub  yeriməsinə  səbəb  olub.  HECA  türk  xalqlarının  ürəyinin 
məhsuludur. İslam dininin Şərqdə qol-qanad açmasıyla əruz islama ibadət 
edən xalqların ədəbi məhsuluna çevrildi. Əruzda sözünü deyə bilməyən 
şair o zamanlar güclü şair sayılmazdı. Əruz isə birbaşa «Quran» ilə, yəni 
ərəb dili ilə bağlı idi. Bir haşiyə çıxım: Mötəbər bir tədbirdə əslən misirli 
əruzun onların milli-mənəvi sərvəti olduğunu önə çəkdi və islamla bağlı 
Azərbaycan dilində ərəb sözlərinin özünə vəsiqə almasından ürəkdolusu 
danışdı. Yəni bizə bildirmək istədi ki, siz əruzda nə qədər istəyirsiniz şeir 
yaza bilərsiz, amma əruzun sahibi ərəb xalqıdır. Bir çoxları bəlkə də onun 
çıxışındakı  bu  nüansları  bəyənmədi.  Amma  mənim  çox  xoşuma  gəldi, 
çünki bu insan milli dəyərlərinin sahibliyini ərəblərin adından bizə bəyan 
etdi. Bunun nəyi pisdir... pis onda olur ki, sənə aid olana sahib çıxmırsan, 
ona əyri baxırsan, dodaq büzürsən. Necə ki, alban mədəniyyətimizə sahib 
çıxmadıq  və  könüllü  verdik  (hayklara)  ermənilərə!  Ərəb  səhralarından, 
ərəblərin qum səhralarından, Suriyadan basa-basa başıbəlalı Qafqaza üz 
tutan ermənilər keçmişimizə aid nə varsa hamısını özününküləşdirməklə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə