Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə23/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   19   20   21   22   23   24   25   26   ...   92

69
özünə yazıçı, publisist olmayan özünə publisist deyir. Bu qəzetdə həqiqi 
sənəti  olmayanlarla  sənəti  olanlar  döyüşür.  “Kredo”nun  qeyri-adiliyi 
də  bundadır.  Bu  qəzet  əsl  mübarizə  meydanını  xatırladır.  İlhamlılarla 
ilham sızlar  çarpışmasında  həqiqi  sənət  əsərləri qəzetinizdə boy  göstərir. 
Sizə  Allah  elə  ürək  verib  ki,  söz  adamını  layiq  olduğundan  da  artıq 
tərifləyirsiniz. Bu da sizin böyüklüyünüzdən irəli gəlir. Sözün düzü iki il 
qabaq “Kredo”nun səhifələrilə tanış olarkən bu qəzetin mənəvi çəkisinə nə 
qədər heyrətlənmişdimsə, indi də həmin heyrətimdə qalıram. 
Bizim  xalqın  ən  böyük  biganəliyi  vaxtında  öz  istedad  sahiblərinə 
dəyər  verməməsindədir.  Həmin  istedad  sahiblərindən  biri  də  sizsiz. 
Sizin  kompüterin  yanında  dayanıb  bədii,  publisist  əsərlərinizi  sinədən 
demə  yiniz  mənə  böyük  zallarda  görkəmli  alimlərin  dediyi  mühazirələri 
xatırladır. Amma  alimlərin  çoxu  mühazirələri  kağızdan,  siz  isə  sinədən 
deyirsiz… Sizin coşqun ilhamlı söz xəzinəniz tükənmək bilməyən dəryaya 
bənzəyir.  Dərya  coşanda  bulanır,  sakitləşəndə  durulur,  amma  heç  za-
man özünə, sözünə rahatlıq tapmır. Bu yaxınlarda “Kredo” qəzetinin on 
illiyi tamam oldu. On illik yubiley sükutla keçdi. Sükutun arxasında bir 
əzəmət  görünürdü.  Allah  əzəmətdən  endirməsin  qəzetinizi!  Bu  on  ildə 
“Kredo”nun  xalqın  mənəviyyatına  xidmətləri  danılmazdır.  Qəzetiniz 
qapılarını heç kimin üzünə bağlamır, hər kəsə imkan verir ki, niyə qadir 
olduğunu əyani şəkildə sübut etsin. Bu qəzet imkan verir ki, “yazaram” 
deyən kəs könül dünyasından qəzetin səhifələrinə boylansın, istər nəzmi, 
istər nəsri ilə, istərsə də publisist məqalələrilə, indiki zamanda qəzetlərin, 
dərgilərin, baş redaktorların bol olduğu bir vaxtda hər mətbuat orqanı oxu-
cunu təəccübləndirib onda maraq oyada bilməz. İldə beş-altı sayla çıxan 
qəzetlərdən  oxucu  hansı  zövqü  və  məlumatı  ala  bilər? Və  yaxud  “çevir 
tatı, vur tatı” prinsipilə işləyən mətbu orqanı insana nəyi aşılayar? Bəli, 
sizin  qəzet  oxucuya  zövq  və  məlumat  verməyi  bacardı.  Maddi  çətinlik 
girdabında boğulan “Kredo”ya çoxları dodaq büzsə də, onun ağrılı-acılı 
taleyinə bədxahları sevinsə də, siz bir an belə ruhdan düşmürsüz. Qəzetin 
çapını  böyük  çətinliklər  bahasına  davam  etdirirsiz.  Mən  ölkənin  bir 
vətəndaşı kimi hesab edirəm ki, bu millətə və mənəviyyata ölçüyə gəlməz 
xidmətdir. İnanıram ki, siz gec-tez bu xidmətinizin əvəzini ulu Tanrıdan, 
həm də səlahiyyəti olan tanrısevər bəndələrdən alacaqsız. Necə deyərlər, 
qızıl nə qədər torpaq altda qalsa da öz əvvəlki parıltısını itirmir. Vətəndə o 
qədər imkanlı insanlarımız var ki, Allah varlarını daha da aşdırıb-daşdırsın. 


70
Arzu edərdim ki, “Kredo”ya, söz-sənət xiridarı olan bu qəzetə öz maddi 
köməkliklərini  əsirgəməsinlər,  çünki  mənəviyyata  yol  da  maddiyyatdan 
keçir.  Maddi  durum  yaxşı  olmayanda  mənəviyyatda  aşınmalar  yaranır. 
Ona  görə  də  bəzən  varı  olan  istedadsızlar  öz  adlarını  əbədiləşdirmək 
fikrinə düşür, cəfəngiyyatla dolu cild-cild kitablar buraxır, ancaq kitabları 
vərəqləyəndə görürsən ki, ayə içində heç zad yoxdur və o kitablara qo-
yulan  pullara  heyfin  gəlir.  Düşünürsən  ki,  bu  pul-paranı  mənəviyyatın 
çiçəklənməsinə sərf edərdi, nəinki, bu boş cəfəngiyyatlara! Nə edəsən ki, 
çox vaxt həyat tərzi düşüncə tərzini üstələyir və ondan da aşınmalar baş verir. 
Çox güman ki, hər kəs öz dəyər ölçüsünü duysaydı bu biabırçılıqlar da baş 
alıb getməzdi. Sığala tamarzı dəyərlərimiz ayaqlar altında itib-batmazdı. 
Mənəviyyatımızın bal arıları öz çiçəklənmə dövrünü yaşayarkən qoltuqlar-
da yatmazdı. İstedadsızların tüğyan etdiyi bir zamanda barmaqla sayılası 
istedad sahiblərimiz maddiyyat acıları ilə çapalamazdı. O cümlədən sizin 
də qəzetiniz bu acıların içindədir. Siz də, sizinlə birgə çalışan işçiləriniz də 
maaşsız “Kredo”ya xidmətdədirlər. Bu xidmət həm də Vətənə təmənnasız 
xidmətdir.  İstedadlıların  ürək  çırpıntılarıyla  köklənmiş  qəzetiniz  öz  hə-
yat  ideyasına  sadiq  bir  ömür  yaşayır.  Bu  ömür  həyat  tufanlarının  keş-
məkeşlərində çapalayır, vurnuxur, dahi Füzuli demişkən “gözündən qanlı 
axar  su”.  “Kredo”nun  araya-ərsəyə  gəlməsində  Elçin  Kamalın,  Şakir 
Albalıyevin, Cavahir xanım Kamilqızının, işinin cəfakeşi, bacarıqlı Həkət 
xanım Muradovanın, gənc Türkanın əvəzsiz xidmətlərini qeyd etməmək 
günah olardı. Bu zəhmətsevər insanlar can-dildən “Kredo”ya bağlanıblar. 
Onların fədakarlığı sayəsində bu gün qəzet mətbu ömrünü yaşamaqdadır. 
Qəzet  sizi  diləyinizcə-ürəyinizcə maddiyyat  sarıdan  yarıtmasa  da,  sizlər 
onun cövrünə səbir, təmkin, bir oğul dəyanəti ilə dözürsüz. Allah dözü-
münüzü  tükətməsin,  üstünüzdən  səmum  yelləri  əsməsin,  “Kredo”  nun 
ayrılığı  bizlərin  və  sizlərin  qapısının  ağzını  kəsməsin,  çünki  o  bizlərə, 
sizlərə,  bütövlükdə  ədəbiyyatımıza,  mənəviyyatımıza  vacibli  qəzetdir. 
Allah vacib bildiklərini hifz etsin, o cümlədən “Kredo”nu! “Kredo” ya on 
yaşın mübarək deyirəm, sizə isə deyirəm, Əli Rza müəllim Tanrı o boyda 
mənəviyyat və zəka yükünün ağrısını daşıyan ürəyinizi qorusun, çünki siz 
həm mənəviyyatımıza, həm də ədəbiyyatımıza lazımlı adamsız. Təəssüflər 
olsun ki, lazımlı adamlarımızın qədir-qiymətini çox vaxt sağlığında verməyi 
bacarmırıq, çünki həqiqi sənəti olan kəslər qapıların kandarını dağıtmır, 
hansısa  dərgilərdə,  qəzetlərdə  öz  lövbərini  salmır.  İstedadsızlar  xalqın 


71
yaddaşında qalmır, istedadlılar çox zaman layiq olduğu yerə ucalmır, ancaq 
heç kəsin qarşısında alçalmır. Budur istedad sahibinin böyüklüyü! Allah 
böyüklükdən düşürməsin sizi, siz də hər zaman öz nəsrinizlə, nəzminizlə, 
publisist yazılarınızla, sevimli “Kredo”nuzla sevindirəsiz bizləri... 
Hörmətli Əli Rza müəllim, ürəyinizi qoruyun, çünki bəşər övladının ən 
ali mexanizmi onun ürəyidir…
11.11.2009 
MƏTBƏX DÖYÜŞLƏRİ – XALQIMIZIN 
BİŞ-DÜŞLƏRİ
 
Sizi deyib gəlmişəm, ey mənim 
müsəlman bacı və qardaşlarım…” 
 Cəlil Məmmədquluzadə
Televiziya  həyatımıza  daxil  olan  gündən,  demək  olar  ki,  radionu, 
kino-teatrı,  mütaliəni  kölgədə  qoyub,  amma  bizim  gənclik  dövrümüzdə 
televiziyanın  elə  də  böyük  imkanı  yox  idi.  Azərbaycan  televiziyasında 
sovet vaxtının siyasi ab-havası kəskin şəkildə vəsf olunurdu. Az bir hissəsi 
isə  kinonu,  musiqili-bədii  verilişləri  əhatə  edirdi.  Müstəqilliyimizi  qa-
zanandan  sonra  dünyaya  hərtərəfli  çıxış  imkanı  yarandı.  Mobil  telefon, 
kompüter, internet, radio, müasir televiziya sahəsində cövlan edən saysız-
hesabsız telekanallar… Ölkəmizdə də dövlət televiziyasından başqa bir çox 
müstəqil  telekanallar  günümüzün  gerçəkliklərini  əks  etdirməyə  başladı. 
Müasir  zəmanəmizdə  insan  mənəviyyatının  təkmilləşməsində  televiziya 
öncül rol oynamaqdadır. Hər kəs evində otura-otura dünyanın hər yerindən 
xəbər  tutmaq,  ömründə  eşitmədiyi  və  üzünü  görmədiyi  adam  haqqında 
məlumatlanmaq  və  onu  seyr  etmək  şərəfinə  nail  olur.  Televiziya  bir 
həftənin içində alim olmayanı alim, şair olmayanı şair, müğənni olmayanı 
müğənni etmək qüdrətinə malikdir və yaxud əksinə. Ona görə televiziyanın 
həyatımızda  oynadığı  rol  heç  nəylə  ölçülmür  və  bu  rol  danılmazdır.  O, 
insanın  ruhunun  və  mənəviyyatının  təkmilləşməsində  əvəzolunmaz  bir 
vasitəyə çevrilib. Əslində saatlarla ekran qarşısında oturub ona aludə olmaq 
insanın psixi durumunda qarşısıalınmaz çətinliklər yaradır. Beyin yorulur, 
insan özünü halsız və xəstəhal hiss edir. Heç bir işin qulpundan yapışmaq 
istəmir, hətta adamda baş ağrıları, ürək sıxıntıları, mənəvi yorğunluq yaradır. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə