Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə24/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   20   21   22   23   24   25   26   27   ...   92

72
Ümumiyyətlə, heç nəyə həddindən çox aludə olmaq lazım deyil. Hər şey 
qədərincə olanda insana gözlənilməz problemlər yaratmır. Televiziyanın 
reklam gücü o qədər geniş və əhatəlidir ki, o, insanları asanlıqla öz təsiri 
altına  sala  bilir.  İradəsi  zəif  adamlar  isə  bu  təsir  gücündən  heç  çıxa  da 
bilmir. Kompüter, əgər müasir zəmanənin əvəzolunmaz, heyrətedici kəşfi 
sayılsa da, ancaq o da kütləvilik baxımından televiziyanın yerini vermir. 
Televiziya  məişətimizə  daxil  olandan,  hətta  radionu,  mütaliəni  kölgədə 
qoydu.  Bütün  bunlara  rəğmən  ekran  aludəçilərinin  sayı  milyonlarladır. 
Müstəqilliyimizi  qazanmaq  bizə  qürur,  əvəzolunmaz  səadət  bəxş  edib. 
Keçmiş quruluş, sovet qayda-qanunları iflasa uğradı, sanki dəhşətli bir sel 
oldu, bu sel özüylə qabağına nə çıxdısa hər şeyi götürüb gəldi. Həyatımızın 
hər sahəsində xoşagəlməz hallar baş versə də inkişaf da duyulmaqdadır. Bu 
xoşagəlməz hallar elə həyatımızın güzgüsü olan telekanallarda da tüğyan 
edir. Bütün günü əttökən şou layihələr adamın əməlli-başlı zəhləsini aparır. 
Özəl telekanallarda biz daha nələrlə üzləşmirik? Reklam xatirinə dəyərsiz, 
mənəviyyatımızı aşağılayan verilişlərin, falçıların, baxıcıların, serialların, 
aşağı səviyyəli insanların ailədaxili problemlərinin ekran nümayişi, oxuya 
bilməyən  müğənnilərin,  şeirdən,  şeriyyətdən  başı  çıxmayan  dırnaqarası 
şairlərin, bir sözlə, çulğalanan meyxanaçıların özəl kanallarda at oynatması 
adamda  vallah,  billah  ikrah  hissi  oyadır.  Düşünürsən  o  boyda  Müslüm 
Maqomayev, Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, 
Rübabə  Muradova,  səsinin  sədası  hələ  də  qulaqlarımızda  qalmış  Akif 
İslamzadə, Zeynəb Xanlarova kimi musiqi nəhəngləri yetirmiş bu ölkə, bu 
xalq niyə birdən-birə belə kasadlaşıb? Səhərdən axşama, axşamdan səhərə 
qədər oxuya bilməyənlər, necə deyərlər, istedadı olmayanlar telekanallarda 
lövbər salıb. Az qalıb ki, bütün millət müğənni, şair, yazıçı və jurnalist ol-
sun. Kimi əlinə mikrofon, kimi isə əlinə qələm-kağız götürüb Azərbaycan 
insanının, Azərbaycan gəncinin mənəviyyatını korlamaqla məşğuldur.
Telekanallarda  baş  alıb  gedən  yemək-içmək  şoularının  üstündə  isə 
məxsusi dayanmaq istərdim. Bu mətbəx döyüşləri bütünlükdə özəl tele-
kanalların  bir  çoxunu  işğal  edib. Adama  elə  gəlir  ki,  bu  ölkədə  insanın 
yemək-içməkdən  başqa  dərdi-səri  yoxdur.  Əməlli-başlı  tele-kanallarda 
mətbəx  döyüşləri  gedir.  Cürbəcür  təamlarla  dolu  süfrələr  adama  şadlıq 
evlərindəki  hay-küyü,  qulaq  batıran  mənzərəni  xatırladır.  Bərbəzəkli 
mən zillər, bahalı qab-qaşıqla bəzədilmiş və əhalinin ac təbəqəsinin çox-
dan  üzünə  həsrət  qaldığı  yemək-içmək  yarışması  televiziyadan  bu 


73
bədbəxt,  bəxti  kəm  insanlara  acıq  verir.  Guya  onlar  ərə  getməyə  ha-
zırlaşan  qızlarımıza  xörək  bişirmək,  süfrə  açmaq,  bir  sözlə,  evdarlıq 
dərsi keçirlər... Xalqımızın elə adət-ənənələri var ki, dünya durduqca öz 
keyfiyyət və kəmiyyətini itirməyəcək. Ruhumuzun qida mənbəyidir. Elə 
biş-düşümüz,  yəni  süfrəylə  bağlı  nemətlərimiz  də  bu  qida  mənbəyinə 
daxildir. Adətimizə  görə,  bişən  xörəyin  iyi  ətrafa  yayılıbsa,  mütləq  on-
dan  yaxın  qonum-qonşuya  daddırardılar,  əks  halda  bu  günah  sayılardı. 
Əgər buna maddi imkan yoxdursa onu aləmə faş etməzdilər. Sakitcə səhər 
yeməyi, nahar, şam edərdilər və yemək mərasimi pünhan bir iş sayılardı, 
amma bu gün tele-kanallarda mətbəx döyüşləri, yemək prosesinin şouya 
çevrilməsi,  yemək  zamanı  bayağı  didişmələr,  çəkişmələr,  qulaqbatırıcı 
yüngül  gülüşlər,  hətta  yeməyin  içindən  çıxan  tükü  tamaşaçının  gözünə 
soxmaq, göz yaşları, küsüb yemək süfrəsini tərk etmək və bir çox buna 
bənzər hallar ikrah doğurur. Görəsən, bu layihələrlə özlərinin “istedadını” 
tamaşaçı qarşısında nümayiş etdirənlər bilmirmi ki, süfrədə reklam olu-
nan o təamların çoxunun üzünə adamlarımızın bəziləri həsrətdirlər. Yalnız 
bəlkə yatanda yuxuda görürlər. Axı heç işləməyən və yaxud az təminatlı 
ailələr  var  ki,  aylarla  ət,  balıq,  toyuq  üzünə  həsrətdirlər.  Evində  soğan 
suyu  bişəndə  sevinirlər.  Bizim  dırnaqarası  istedadlı  tele-aparıcılarımız 
isə mətbəx şoularını kanallara çıxarmağı böyük kəşf sayır. Necə deyərlər, 
kasıb  təbəqənin  ağzının  suyunu  axıtmağı  özlərinin  məqsədi  seçirlər. 
Allah  bərəkətinə  bu  cür  yüngül  münasibət  bəsləmək  nədən  xəbər  verir: 
mənəviyyatdan  və  ya  mənəviyyatsızlıqdan?!  Bu  mətbəx  döyüşləri  bizə 
nəyi aşılayır? Bəla burasındadır ki, adına “yarışma” deyilən bu üzdəniraq 
şoulara  şəxsiyyətlərinə  hörmət,  izzət  bəslədiyimiz  əsl  sənət  adamları  da 
qatılır. Axı biz başa düşə bilmirik, evinin içini, əşyalarını, yemək-içməyini 
camaata reklam edənlər nə məqsəd güdürlər? Bununla gündəmdəmi qa-
lmaq istəyirlər? Belə gündəmdəmi qalarlar? Onlar bilmirlərmi ki, xalqın 
gözündə  kiçilirlər,  özlərini  gözdən,  nəzərdən  salırlar,  adiləşirlər.  Bizə 
onların sənəti və yaxud ev-eşiyi, zinət əşyaları, biş-düşümü lazımdır? Axı 
sənət olan yerdə bütün bunlara nə hacət?.. Biz bu kimi dərdlərimizin bir 
parasını  qələmə  aldıq,  amanı  ürək  yaxır,  Allah  yamanından  saxlasın… 
Amin! 
 15.11.2009


74
VİCDANDAN MÜKAfAT ALAN ŞAİR 
Ömür elə çağlar çeşmədir ki, onun sızıltıları zaman dolayları içində itib 
batır. Bu sızıltıların ağrı-acısını ağılla dərk edib qəlblə anlayanlar isə birbaşa 
sənətlə  bağlı  insanlardır.  Onlar  sənətin  hansı  sahəsində  olurlarsa  olsun, 
bir  an  belə  həyatları  boyu  rahatlıq  tapmırlar.  Ömürləri  uzunu  çalışırlar, 
çarpışırlar, bu həyatla vidalaşana qədər, Haqqın onlara göndərdiyi ömür 
rübabının simlərinin son şərqisi susana qədər… Söz adamları isə zaman 
çeşməsindən doğan şırıltıların ürəklərində şırımlar açmış qullarıdır. Onlar 
mənsub  olduğu  xalqın,  millətin  kağız  üzərindən  Rəbbinə  ismarlanmış 
danışan  dilidir!  Bu  dil  susanda  millət  ölür,  başqa  millətlərin  içərisində 
əriyib itir, yoxluğa düçar olur, çünki millətin, xalqın dili onun yazarından, 
şairindən  öc  alır  və  kitablar  içində  vərəq-vərəq  səhifələnir,  gələcək 
nəsillərin tarix yaddaşına ötürülmək üçün… Əgər yazarın ilhamı, düşüncəsi 
millilikdən öc alarsa, daha mükəmməl, daha kamil olur və millətin varlığını 
bir dəvə karvanı kimi min illərə çəkib aparır. Bu dəvə karvanının sarvanı 
isə şairlər, yazıçılar, elm adamlarıdır. Tarix boyu çox şahlar, çox sultanlar 
hökmranlıq etdi, varidat yığdı, qalalar, saraylar yapdı, fəqət nə yığdıqları 
varidat,  nə  də  tikdikləri  qalalar,  saraylar  söz  qədər  əbədi  ömür  qazana 
bilmədi, çünki millətin kimliyi onun söz ilə, fırçayla, musiqisilə yaratdığı 
ədəbi,  bədii  dəyərlərdən  keçir.  Hərçənd  ki,  sənət  adamının  dəyəri  çox 
vaxt zamanında verilmir, o öz qələmindən və vicdanından mükafat ala-ala 
yazır, yaradır. Ətrafındakılar isə bu mənəviyyat ölçüsünün dəyərini nəinki 
qiymətləndirir, hətta ona çox vaxt qəhqəhə çəkib gülür… Bu gülüşlər nə 
qədər acı, nə qədər rəzalət doğurucu olsa da səslənir, göyün-yerin bağrında 
yaralar açan qəfil qopan tufanlar təki… 
 Elə yaxın keçmişimizdə, keçən əsrin əvvəllərində dahi Sabirin başına 
gətirilmiş  müsibətlər  bu  qəbildəndir.  Böyük  neft  şəhəri  –  milyonerlər 
yetirmiş Bakıda bir nəfər sözə qiymət verən tapılmadı ki, dahi şair sağlığında 
öz kitabının çapını görsün… Ona görə tapılmadı ki, Mirzə Ələkbər Sabir 
sözün düzünü yazırdı, nə qədər acı olsa da qəflət və cəhalət yuxusunda 
yatmış millətinə şəfa diləmək istəyirdi. Tiyanda sabun bişirib övladlarına 
çörək pulu qazanan şairin ciyəri bu müsibətlərə dözmədi, özü demişkən 
“şişdi üzü qarə ciyəri”, hətta doğma Şamaxısından didərgin düşüb Bakının 
Balaxanı kəndinə sığındı… Səhv etmirəmsə, təbib və şair Abbas Səhhət 
dahi Sabiri “öz vicdanından mükafat alan şair” adlandırırdı…


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə