Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə21/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   17   18   19   20   21   22   23   24   ...   92

63
və Türkiyədən  ömürlük  yal  diləmək  istəkləri,  xristianlıq  pərdəsi  altında 
xaç inancında olan ölkələrdən pul dilənə-dilənə yaşayan ermənilərin iyrənc 
sifətləri bu kitabda ifşa olunur. Kitabda ermənilər tənbəl, ağır işlərdən qa-
çan, onun-bunun hesabına yaşayan bir millət kimi kəskin tənqid atəşinə tu-
tulur və onları dəstəkləyən xristian dövlətləri də bu şər yoldan əl çəkməyə, 
haqqın, ədalətin tərəfində olmağa çağırılır. Kitab Amerikada çap olunan-
dan bir ay sonra müəllif müəmmalı şəkildə vəfat etmişdir. Mən imkanlı 
şəxslərimizin yerinə olsaydım bu kitabı cahanın məşhur dillərində mily-
onlarla tirajla buraxar və dünyanın hər yerinə yayardım. Heyif ki, Allah 
mənə belə bir imkanı nəsib etməyib, amma onu deyim bu kitab ermənilərin 
xeyrinə  yazılsaydı,  onlar  mənim  dediyim  kimi  də  edərdilər.  Biz  həmişə 
fil  qulağında  yatmağı  xoşlayan  bir  xalqıq.  Rus  tarixçisi  Lev  Qumilevin 
sözü  olmasın  lap  qocalıb  tarix  səhnəsindən  çıxmağa  hazırlaşan  xalqlara 
bənzəyirik… 
Ona  görə  müstəqilliyimizin  varlığının  tarixini  sübut  edən  himnimi-
zin  gah  sözləri,  gah  musiqisi  bizlərə  uzun  görünür,  hətta  səslənəndə 
dodağımızı belə tərpətməyi bəzən özümüzə rəva bulmuruq. Məşhur “Sarı 
gəlin” xalq mahnısını ermənilər özününküləşdirib və bizlərdən bəzilərimiz 
də elə güman edirik ki, elə bu mahnı hayların boyuna biçilib. Sizlərə və 
bizlərə sual edirəm sarışın, yaşıl göz, göy göz erməniyə nə vaxt və harada 
rast gəlmisiz? Görünüş baxımdan ermənilər qaraşın, qara və ya qəhvəyi 
gözlü  olurlar.  Sarı  saç,  ağ  bəniz,  yaşıl  və  göy  gözlər  əslən  qafqazlılara 
məxsusdur. Qanımızın ərəblərlə qarışmasına baxmayaraq həm bizim – yəni 
Azərbaycanın başqa bölgələrindən olanların arasında, həm də müsəlman 
qarabağlıların arasında istənilən qədər sarışın, göy və yaşıl gözlü adam-
lara rast gəlmək olur. Həmçinin qafqazda türk əsilli tayfalar lap qədimdən 
olub. Yaşlı bir qaqauzun dilindən eşitmişəm ki, onlar çox-çox əvvəllər qa-
fqazda  yaşayıblar.  İslam  dininin  Qafqazda  yayılmasıyla  əlaqədar  olaraq 
onlar xristian dinində olduqları üçün bu ölkəni tərk edib Moldova ərazisinə 
getmişdilər.  İndi  də  qaqauzlar  dil  və  qan  qohumluğuyla  əlaqədar  bizi 
özlərinə çox yaxın hesab edirlər. 
Naxçıvandan  üzü  bəri  islamdan  qabaqkı  tariximizi  bizə  birər-birər 
pıçıldayan alban abidələrmiz, qəbiristanlıqlarda paramparça keçmişimizin, 
oğurlanmış xaç başdaşılarımız yaralanmış susqun və baxımsız görkəmlərilə 
bizləri haraylayır. Deyir, ey din ayrı soydaşlarım, qandaşlarım, gəlin başı-
mızı  tumarlayın,  üstümüzdən  min  illər  əsən  xəzan  yellərinin  naləsini 


64
dinləyin,  ahımızı  duyub,  barı  bir  dəm  bizim  təki  inləyin. Axı  biz  sizin 
keçmişinizin yadigarlarıyıq. Axı millətin kimliyi onun başı bəlalı tarixindən 
o tarixin torpaqda qoyduğu izlərdən keçir. Bu izlər torpaq altda və üstdə qa-
lan xaraba şəhərlər, qalalar, uzaq keçmişimizin küp qəbirləri, zərdüştlüyün, 
xristianlığın abidələridir. Axı bizim ulularımız yeddinci əsrdən yox, çox-
çox öncələrdən bu torpaqların sakinləridir. Axı heç bir millətin tarixi onun 
dini ilə ölçülmür. Axı biz, bu məmləkətin sakinləri dünya xalqlarında olduğu 
kimi neçə-neçə inanclardan keçib bu günümüzə gəlib çıxmışıq. Kimi xris-
tian, kimi zərdüşt, kimi müsəlman kimi və sair. Öz tarixini göz bəbəyi kimi 
qoruyanlar tarix səhnəsində at oynadıblar. Allah bu hissi bizdə güclü et-
sin. Milli Məclisdə bəzi millət vəkilləri kimi deməyək ki, Naxçıvanda hər 
daşın altından bir xaç çıxır. Əzizlərim, o xaçlar bizim özümüzə məxsusdur. 
Dünənini danan xalqın sabahı da olmaz. Bunu biz hamımız bir nəfər kimi 
anlasaq, bununla biz xaçpərəstliyi yox, tariximizi hifz etmiş oluruq. Tarix 
isə onu qoruyanlardan və hifz edənlərdən başlayır, çünki tarixi qoruyanlar 
keçmişin sirli sandığının sehrli açarını öz ağlı, düşüncəsi, biliyi, ziyalılığı, 
milli qüruru, qeyrətilə dərin qatlardan arayıb-axtarır tapır və qıfılını açır. 
Ulularının  yaşadığı  həyat  yolunu  araşdırmaq  üçün  varından,  pulundan 
keçir. Biz bu gün kimliyimizi aramaq üçün göy türklərin yaşadığı vaxt-
lara, Orxan-Yenisey abidələrinə gedib çıxırıq, amma bir neçə yüz il qabaq 
tarixə öz dəsti-xəttini yazmış alban tariximizi özününküləşdirmiş erməni-
hay vandalizimi qarşısında sükutla baş əymişik və bu sükut öz tariximizə 
bəslədiyimiz  ögeyliyin  ucbatındandır  ki,  bu  gün  düşmən  hər  cəhətdən 
üstümüzə  hücuma  keçib.  Həm  tarixi  varlığımızı,  həm  musiqimizi,  həm 
rəqslərimizi, həm torpaqlarımızı işğal etməklə məşğuldur. Göy türklərlə 
bağlı tariximiz və Orxan-Yenisey abidələri bizimdir, amma alban tarixini 
unutmamaq şərti ilə… Əsli bizdən olmayan bir yazıçı okeanın o tayından 
düşmənin iç üzünü açıb aləmə bəyan edib. Bütün dünyanın başbilənlərini 
də  qaniçən  terrorçulara  qarşı  ayıq-sayıq  olmağa  çağırıb.  Biz  isə  “Əsli  və 
Kərəm”  dastanında  boy  göstərən  Əslini  erməni  adlandırırıq.  Bu  iki  dində 
olan bir tayfanın məhəbbət faciəsi idi, Əsli ilə Kərəm isə sonradan bir millətin 
başına gətirilmiş soyqırımlarının ilk qurbanları. Biz xristian albanla müsəlman 
albanın faciəvi məhəbbət dastanında Əslini erməniləşdirməklə erməniləri bur-
da qədimləşdiririk. Amma dini dinimizdən, dili dilimizdən olmayan şotland 
əsilli yazıçı isə Amerikada haray qoparıb ermənilərin Qafqaza iki əsr qabaq 
gəldiklərindən bəhs edir. Biz özümüz də bilmədən və ya bilərəkdən çox vaxt 


65
erməni  dəyirmanına  su  tökmüşük.  Bizim  bu  başıbəlalı  qonaqpərvərliyimiz, 
ürəyimizin yumşaqlığı sinəmizə dağlar, düyünlər çəkib.
Bu dağ-düyünlərin ağrısı dünən baba-nənələrimizdən, bu gün bizdən, 
sabah isə hələ həyatın ağrılarını tam dərk etməmiş övladlarımızın ürəyindən 
keçəcək.  Bu  dağ-düyünlərin  kökünü  kəsmək  üçün  göz  yaşlarını,  ah-ufu 
yığışdırıb  təpədən-dırnağa  qədər  düşmənə  nifrət  hissilə  çağlamalıyıq. 
Namusumuz olan halalca ana torpağımızı qorumaq naminə! Ana torpaq 
deyəndə  həm  Vətən,  həm  tarix,  həm  də  bütünlükdə  dəyərlərimiz  yada 
düşür. Dünyanın hər yerində yaşamaq olar, ancaq hər yerə Vətən demək 
olmaz.  Vətən  sevgisi  heç  bir  sevgi  ilə  əvəz  olunmur.  Bu  əvəzsiz  sevgi 
qan  yaddaşımızla ruhumuza hopub.  Qan  yaddaşımızın dolaylarında ata-
babalarımızın at oynadıb qılınc çaldıqları zamanlar hayqırır. Bu hayqırtıların 
işartıları bağrımızda şimşəklərtək oynaşır. Kişili-qadınlı hamımızı döyüş 
meydanına səsləyir. Varlığımızın sağlığı naminə! Bu sağlıq hər birimizin 
dəyanətindən, mətanətindən, ləyaqətindən keçir. Düşmən mənfur olduğu 
qədər də çox qorxuludur.
Alban tarixini, alban mədəniyyətini bizə yad sayanlar qoy Azərbayca-
nımızın zəhmətkeş, əzabkeş və şəhid alimi akademik Ziya Bünyadovun al-
ban tarixilə bağlı tərcümə etdiyi Musa Kalankatuklunun “Albaniya tarixi” 
və Muxtar Qoşun “Alban salnaməsi”ni oxusunlar. Biz bu kitabları oxu-
maqla xristian olmuruq, sadəcə, əsrlər arxasından haray salmış öz kimliy-
imizin faciəvi dastanıyla tanış oluruq… Mən demirəm ki, alban tarixinə 
bizim alimlərimiz müraciət etməyib, Fəridə xanım Məmmədovanın və bir 
çoxlarının bu sahədə xidmətləri danılmazdır. Amma bu gün biz hamılıqla 
əlimizdən  oğurlanmış  tariximizi  özümüzə  qaytarmaqçün  mübarizə 
aparmalıyıq. İnternetdə açılacaq alban tariximizlə bağlı portallarımızdan 
tutmuş, kənd-kənd, şəhər-şəhər adlarını toz basmış, uçulub məhv olmaq 
təhlükəsilə  üzləşmiş  alban  abidələrimizin  bərpası  və  mənəviyyatımıza 
qaytarılmasıyla  məşğul  olmalıyıq.  Düşmən  məkrli  və  iyrəncdir.  Bütün 
günü  bizim  musiqilərimizə  qulaq  asan,  onları  mənimsəyən,  toylarında 
mahnılarımızın sədasına qol götürüb oynayan ermənilər özgə atı ilə çox 
uzağa çapa bilməyəcəklər, gec-tez atın üzəngisindən ayaqları üzüləcək və 
kəllə-mayallaq yerə gələcəklər.
Deyirlər ki, dünyada insan nəsli peyda olmamışdan öncə vəhşi bir in-
sana  bənzər  nəsil  var  idi.  Bizim  insan  nəsli  vəhşi  insan  nəslini  döyüşə-
döyüşə  yer  üzündən  silib.  Ona  görə  onlara  da  insan  nəsli  deyirəm  ki, 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə