51
nəinki öz dinindən, hətta soy-kökündən də uzaq salmaq, dili, dini, milliyyəti
bilinməyən sovet insanını yetişdirmək idi məqsədi... Sovet insanı isə rus
dilinə və rus mənəviyyatına tabe olmalı idi. Bu institutu qurtarmayanları
heç yaradıcı kəs kimi saymırdılar. Bu institut bizlərə şəkilçiylə qafiyə
yaratmağı öyrətdi… Elə o vaxtdan da peşəkar şairlər, yazıçılar əmələ
gəlməyə başladı. Şərq şairləri dünyada ən qədim və nüfuzlu idi. Şərqdə şerin
hər növü və bu şeir növlərinin də öz adları var idi. İslami dəyərlərimizlə
əlaqədar əruz şeir forması ərəb ədəbiyyatından nəzmimizə daxil olubsa,
heca halal türk şeir üslubumuzdur və bu şeir üslubunda laylalarımızdan,
bayatılarımızdan üzü bəri gəraylı, qoşma, dodaqdəyməz, beşlik və bir çox
şeir növlərilə ünlü şairlərimiz öz qələmlərini sınayıb. Şerin əzəli beşiyi
olan şərq qaldı bir kənarda, şərqdən şeir yazmağı öyrənən Avropa Rusiya
da daxil olmaqla hegemonluğu öz əlinə keçirdi. Bədii yaradıcılıqla məşğul
olmaq istəyənlərin bir çoxunun içində qərblilər kimi yazmaq və qərbsayağı
ədəbiyyat yaratmaq eşqi oyandı. Milli ruhu öldürmək üçün, bizi milli
mədəniyyətdən uzaqlaşdırmaq üçün yavaş-yavaş ədəbiyyatımızda şeir
formalarının adı da dəyişdirilməyə başladı. Məsələn:
1. Elegiya – Mərsiyyə, Həzinnamə və yaxud həzin şeir.
2. Esse-Xülasə (Esse esensiya sözündəndir və mənası cövhər deməkdir)
3. Ballada – Ədəb, dastan, musiqi oxumaq və çalmaq üçün musiqi əsəri
4. Şeir məclisi – Parnas
5. İbrətli hekayə və yaxud hədis – Pritça
6. Qəhrəmannamə və yaxud qəhrəmanlıq dastanı – Epopeya
7. Dastan – Epos
8. Novella – Hekayə
9. Cızma – Oçerk və sair.
Avstraliyanın aborigenləri bu adları götürsəydilər biz bunu təbii sayardıq,
çünki onların ədəbiyyatı yox idi. Bizim ədəbiyyata qərbdən və ruslardan
gələn bu ifadələri salmaq, deməli, Azərbaycan ədəbiyyatına düzgün qiymət
verməməkdir. Başqa ədəbiyyatlarla müqayisədə Azərbaycan ədəbiyyatını,
Azərbaycan dilini, onun türkcəsini alçaltmaqdır.
Göründüyü kimi istənilən qədər ədəbiyyatımıza yatırılmış bu sözlər
dilimizə yatmır və olduqca ögey səslənir və günbəgün bu ifadələrin sayı
artır. Siz sual edib deyə bilərsiz ki, ərəb və fars dillərindən də dilimizdə
sözlər qatar-qatardır. Unutmayaq ki, biz min ildən yuxarı islam dəyərləri
ilə püxtələşmiş bir qövm, xalqıq. Şərq ənənələri, şərq dillərindən keçmə
52
sözlər bizə doğmadır. Qərb sözlərinin, xüsusən rus ifadələrinin ədəbiy-
yatımızda yerləşdirilməsi, həm şerimizi, həm nəsrimizi qara günə qoyur.
Başqa dillərdən sözlər işlədəndə bizim öz doğma dilimizdə işlənən sözlər
ölür və dil lüğətimiz zəifləyir. Bu ifadələri ədəbiyyatımıza gətirənlər bu-
nunla da özlərini rəhmətlik Üzeyir bəyin Məşədi İbadı demişkən “obra-
zovanski” sayırlar. Bu yaxınlarda mənə gənc bir xanım şeir kitabı təqdim
etdi. Kitabın bədii dəyərini qoyaq bir kənara, çünki onsuz da əksər gənc
yazarlarımızı nə qafiyə, nə vəzn, nə ölçü, nə məzmun maraqlandırır və
bunu geridəqalmışlıq əlaməti sayırlar. Heç kəs kimi yazmamağı qarşılarına
məqsəd qoyan bu kəslər, görəsən, ilhamın nə olduğu barədə təsəvvürləri
varmı? Qafiyəsiz, vəznsiz, ölçüsüz, ahəngsiz söz yığınını şeir hesab edib
şeir aləmində inqilab etmək istəyənlər qərbsayağı cəh-cəh vururlar. Bəlkə
onlar heç ana laylasının nə olduğunu da bilmirlər, çünki çox güman ki,
anaları onlara heç layla da çalmayıb, çalsaydı bilərdilər ki, milli ruhun
çeşməsi bu laylalardan beynimizdə, qanımızda çalxantılar yaradıb. Həmən
çalxantıların sıçrayışları şerimizdə boy göstərib. Odu, atəşi ürəkləri ehti-
zaza gətirib. Bu gənc xanımın kitabında pritçanı oxudum. Bu pritça
sözü hansı azərbaycanlı oxucusuna doğmadır? Məgər bizim özümüzdə
sözlər azdırmı ki, biz ədəbiyyatımızı bu qədər yad sözlərlə doldururuq?
Cavan yazarların bir çoxu qafiyədən qaçır, sözləri qafiyəsiz bir-birinin
ardınca düzməyi köhnəlikdən qaçmaq sayırlar. Şəkilçiylə avropalılar və
ruslarsayağı şeir yazmaq istəyənlər bilməlidilər ki, onların yazdıqları nə
qərbə, nə də mənsub olduğu millətə xoş gəlir. Nümunə üçün deyə bilərik
ki, Mirzə Şəfi Vazehin şerində özünəməxsusluq olmasaydı, şərq şerinin
axıcılığı, isti nəfəsi duyulmasaydı, almanlar onun yazdıqlarını asanlıqla
özününküləşdirərdi, çünki hər kəs mənsub olduğu millətin ruhunda il-
hamla cəh-cəh vursa, onu həm öz xalqı, həm də bütün dünya sevər. Bir
qisim insanlarımız elə güman edir ki, bədii yaradıcılıqda nə qədər əcnəbi
söz işlətsələr, o qədər onlar oxucuların gözündə qeyri-adi istedad sahibi
olarlar. Mən başa düşə bilmirəm nəyə görə Azərbaycan oxucusu dilinə yat-
mayan pritça sözünə baxıb dərin-dərin fikir dəryalarına qərq olmalıdır? Ay
həzərat, görəsən, bizim dilimizdə pritçanın, elegiyanın, essenin, balladanın,
parnasın mənası nədir?! Bəlkə bunlar bununla dünyəvi şair olmaq fikrinə
düşüblər? Dünyəvi şairlər ən əvvəl mənsub olduqları xalqın, elin, elatın
istək və arzularını tərənnüm ediblər. Bu baxımdan da dünyanın yaddaşına
həkk olunublar. Əruzda da, hecada da, sərbəstdə də, mənsur şeirdə də
53
qafiyə olmayanda bu söz yığını olur. Başım çıxmır ya biz azərbaycanlı
deyilik, ya onlar azərbaycanlı deyillər. Şerimizi ögey, yad sözlərlə dol-
durmaq nəzmimizi zənginləşdirmir, əksinə zibilləyir. Belə şeirlər adama
hansısa qərb ədəbiyyatından tərcüməni xatırladır.
Ümumiyyətlə, hazırda ədəbiyyatımızda yaradılan bədii nümunələrə
yox, müəlliflərin tutduqları mövqelərə diqqət yetirilir. Belə şairlərin
yaradıcılığına yox, tutduqları vəzifələrə qiymət ön plana keçir. Deməli,
şairin vəzifəsi yoxdursa, o tam şair sayıla bilməz. Azərbaycanda nəsilli
şairlər, yazıçılar əmələ gəlib. Necə ki, Hindistanda millət kastaya bölünüb,
yadıma düşür hind kinosu olan «Avara» filmində Rac Kapurun dediyi sözlər
– “oğrunun oğlu oğru, prokurorun oğlu prokuror olmalıdır”. Azərbaycanda
bu başqa sahələrdə olduğu kimi yaradıcı kəslərin arasında da yayılıb. Bu
kastaya girmək demək olar ki, mümkün deyil. Kastanın içində deyilsənsə
nə sənin sözün, nə də özün sayılmayacaq. Bu faciədir. Bu faciə təkcə iste-
dad sahibinin yox, bütöv mənəviyyatımızın faciəsidir.
Heç bir mədəniyyət başqa xalqın mədəniyyətindən üstün deyil, hər
xalqın özünəməxsusluğu lazımdır. Yadımdadır, mənim təxminən 4-5
yaşım olardı. Mən rəhmətlik atama “papa” deyə müraciət etdim. O bizi
ətrafına topladı və dedi bundan sonra mənə ata, ananıza isə ana deyə
müraciət edəcəksiz. Baxmayaraq biz rusların əsarəti altında yaşayırıq. Biz
rus deyilik, bizim öz millətimiz və öz milli dəyərlərimiz var. Ruslar çox-
dur, “papa” deyənlərin sayı da çoxdur. Mənim heç bir millətlə ədavətim
yoxdur, amma siz mənim övladlarımsız, mən necə istəyirəm mənə belə
də müraciət etməlisiz. Bir də sizdən ricam budur ki, mənsub olduğumuz
din islam dinidir. Müsəlmançılığın əsas qayələrindən biri kəlmeyi-şəhadəti
bilməkdir. Bu gündən kəlmeyi-şəhadəti hər biriniz öyrənməli və yatağa
girməmişdən qabaq onu pıçıltıyla deməlisiz və sonra yuxuya getməlisiz.
O gündən biz valideynlərimizə ata və ana deyə müraciət etdik və kəlmeyi-
şəhadət isə beynimizin ən önəmli taxçasında yerləşdi. Mənim atam heç bir
ali təhsil görməmişdi, bəy nəslinə görə babası, atası təhdid və müsibətlərə
düçar olmuş, ailədə əmimdən savayı heç kim ali təhsil ala bilməmişdi,
sadəcə, sürücü işləyirdi. Ədəbiyyatı çox sevirdi, Füzulidən, Sabirdən əzbər
şeirlər deyərdi. Rəhmətə gedəndən sonra bildim ki, atam özü də əruzda
şeirlər yazıbmış, amma heç birini özündən sonra saxlamayıb cırıb atırmış.
Bizim doğulduğumuz bölgə isə Bakının yüz kilometrliyində yerləşirdi.
Siyəzəndə də ruslar çox idilər. Ancaq bu çoxluq bizim nə dilimizə, nə də
Dostları ilə paylaş: |