Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə13/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   9   10   11   12   13   14   15   16   ...   92

39
fərqlənən bədii nəsrin bir formasıdır. Bəlkə bu formaya bir yenilik gətirib, 
bir oxucu kimi mənim xəbərim yoxdur? Təqdimatlar keçirilir, bəzi təqdimat 
mərasimlərində müəllif öz yeni çapdan çıxmış kitabını da bəzən mərasimə 
gələnlərə ərməğan edir, amma mərasimdən adamlar dağılışanda kitabların 
çoxu  masaların  üstündə  qalır. Adi  etik  davranış  qaydalarına  belə  məhəl 
qoymadan kitab müəllifinin ürəyini qırmaqdan belə çəkinmirlər. Düzdü, 
bu ürəyi qırmaq dil ilə olmur, kitabı masanın üstündə atıb getməklə baş 
verir. Əgər bu müəllifin yaradıcılığı səni qane etmirsə bəs niyə onun təşkil 
etdiyi  mərasimə  gəlmisən?  Gəlmisənsə,  bəs  niyə  kitabı  atıb  gedirsən? 
Burdan  belə  nəticə  çıxarmaq  olar  ki,  kitabı  masa  üstündə  atıb  gedənlər 
özləri kitab yazmasına baxmayaraq, kitab oxumurlar. Əslində indiki vaxt-
da, demək olar ki, heç kim heç kimin kitabını oxumur... Sonra bu təqdimat 
mərasimi keçirilirsə, müəllif özünü buna layiq bilirsə, qoy bunu kitabx-
analarda, mədəniyyət ocaqlarında oxucu qarşısında keçirsin, oxucu da bil-
sin ki, filankəs oxunan müəllifdir və onun filan kitabı çıxıb. Yoxsa yazar 
bir neçə yazarı yığıb onların qabağında özünün yazdığını nümayiş etdirir. 
Bu da yəqin yazar üçün bir təsəllidir. Bəlkə bu təsəlli də biganəliklərdən 
narahat  olan  ürəyinə  bir  məlhəmdir.  Zənnimcə,  söz  xiridarlarının  bir-
birinin sənətinə hörmətsizliyi bütövlükdə ulu SÖZƏ edilən biganəlikdən 
irəli  gəlir.  Bu  biganəlik  ədəbi  aləmdə  mükafat  yarışmalarından  tutmuş, 
yazarın yaradıcılığına yaraşıb-yaraşmadı, ağızdolusu təriflərə qədər ged-
ib  çıxır.  Bu  təriflər,  təltiflər,  mükafatlar,  nəinki  ədəbi  aləmin  iştirakçısı 
və  təşkilatçısı  olan  adamı,  hətta  sözün  özünü  də  yıxır.  Ədəbiyyatımız, 
mədəniyyətimiz, mənəviyyatımız isə sözün özündən keçir. O təriflər də öz 
sahibinə yaraşmayanda fəryad qoparır, bu fəryadın əks-sədası sonradan öz 
fəsadlarıyla mənəviyyatımızda tüğyan edir.  
Əziz  oxucular,  işğal  altında  olan  torpaqlarımızın  ağrısından  dərd 
içinə  təkcə  özümüz  düşdük,  amma  başıbəlalı  sözümüz  isə  ona  etdiy-
imiz haq sızlıqlardan dərdə düşüb. Görürsünüz ki, sözün nə boyda dərdi 
var? Bu dərd ən əvvəl bizim dilimizdən, dil vasitəsilə ədəbiyyatımızdan, 
mədəniyyətimizdən  və  mənəviyyatımızdan  keçib  düz  ürəyimizə  zərbə 
vurur. Bu zərbənin ağrısını ürək hələm-hələm çəkə bilmir. Bu ağrıya tuş 
olanların çoxusu bir oxucu kimi, ən azından mənim sadaladıqlarımı qərib-
liyə salmazlar. Əslində vicdanım ağrıdığı üçün mən bunları qələmə aldım. 
Bir para əhvali-vaqiyyələrimizdən bəhs etdim, bəlkə də çox uzağa getdim. 
Təkcə özümüzü yox, həm də sözümüzü dərddən xilas etmək lazımdır, çün-


40
ki bizim canımızda, qanımızda ata-babalardan keçmə bir ətalət var. Bu, 
bugünkü işi sabaha qoymaq ətalətidir. Allah bu ətalətdən xilas etsin bizi! 
Əgər bu ətalətdən xilas yolunu taparıqsa, onda nə özümüz, nə də sözümüz 
dərd  içində  olar.  Sözün  dərdi  –  keçər  səddi,  əyər  qəddi.  Bunu  duyanlar 
mərddi, duymayanlar özləri bu dünyaya dərddi! Allah heç kəsin nə özünü, 
nə də sözünü dərdə salmasın. Amin!
  21.04.2009 
 ƏNVƏR NƏZƏRLİ VƏ ONUN 
“BU DÜNYANI BELƏ GÖRDÜM” 
  KİTABI HAQQINDA DÜŞÜNCƏLƏRİM
Dünyanın ağrı-acılarından, keçmiş ömrünün həyat sınaqlarından əzm-
lə,  dəyanətlə  çıxmış  Ənvər  Nəzərlini  mən  ustad  şair,  həqiqi  ziyası  ilə 
onu  tanıyanları  riqqətə  gətirən  nurlu  bir  insan  kimi  tanıdım.  Özü  də  bu 
tanışlıqdan ürəkdolusu məmnun qaldım.
Onun biliyi, kamalı, məntiqi qarşısında qürur hissi keçirməyə bilmir-
sən.  Yaşının  ahıl  vaxtında  həyatın  keşməkeşlərindən  yorulmuş  ağlını 
süstləşməyə  qoymadı.  İllərlə  ürəyində  yığılıb  qalmış  ilham  təranələrini 
şe rimizin ən ağır forması olan əruzla vərəqlər üstünə səpələdi. Könlündə 
təlatümlər  yaratmış  ruhun  ehtiyacını  əruzun  dili  ilə  beyt-beyt  oxucu-
suna ərməğan etdi. Divanlarını araya-ərsəyə gətirdi. Əfzələddin Xaqani, 
İmaməddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi nəhəng 
şairlər yetirmiş Şirvan torpağının bağrından qopub Ənvər Nəzərli. Bu gün 
özünə şair deyib, əruzun kölgəsindən qorxanlar, Ənvər Nəzərli məktəbindən 
azacıq  da  olsa  dərs  alsaydılar,  güman  edirəm  ki,  uduzmazdılar.  Onun 
simasında  həqiqi  mənada  bir  ziyalılıq,  ədəbiyyatımızın  bugünkü  hali-
vəziyyətinə ürək yanğısı, cəfakeşlik gördüm. O, yaşının ötən çağlarında 
keçmiş  sovet  cəmiyyətində  müxtəlif  vəzifələrdə  çalışmış,  həyatın  ağrı-
acısını kifayət qədər görmüş və bu ağrı-acını yaşamış kəslərdəndir, çünki 
sovet zamanlarında vəzifə kürsüsünün arxasına keçmək o qədər də asan iş 
deyildi. Kifayət qədər savadı olmayan bu işin öhdəsindən gələ bilməzdi. O 
sistemin özünə məxsus qayda-qanunları hər ali təhsillinin ağıl ölçüsüylə bir 
araya sığmırdı. Sovet sisteminin qadağaları içində millətini, doğulduğun 
məmləkətini, sevdiyin vətəni təmsil etmək, onun varlığını azacıq da olsa 
pak  duyğularla  yaşatmaq,  öz  saf  əməllərinlə  irəliyə  aparmaq  barmaqla 


41
sayılası ziyalıların işi idi. Belə ziyalılardan biri də fars dili üzrə şərqşünas-
mütəxəssis Ənvər müəllim oldu. İndiki zəmanədə müəllimlik adı o qədər 
ucuzlaşıb ki, bu yaxınlarda bir millət vəkilinin “adi müəllim” kəlməsini 
eşidəndə, dəhşətə gəldim. Ona görə dəhşətə gəldim ki, müəllim adi deyil, 
bu adı adiləşdirib, onun böyüklüyünü azaldanlar papaqlarını qabaqlarına 
qoyub  bu  barədə  dərin-dərin  fikir  dəryasına  qərq  olmalıdırlar,  çünki 
milliyyətindən asılı olmayaraq bu addan başlayır insanın sabaha gedən yolu! 
Bu yolun uğuru müəllim adıyla birbaşa bağlıdır. Ənvər Nəzərli də bu ada layiq 
ziyalılardan biridir və bu adı daima uca tutub, çünki ağıllı gözlərlə insanın 
simasına baxanda onun kimliyi o saat bəlli olur. Ənvər müəllimin üzündən 
onun  ziyalılığı,  mirzəliyi  oxunur.  Əsli-nəcabətli  nəslin  övladı  olduğu  hiss 
olunur. Bilirsiz, yüksək vəzifələr daşımaq, çoxlu pullar qazanmaq, dəbdəbəli 
imarətlər yapmaq olar, ancaq bir kəlmə danışıqla adamın kimliyi bariz şəkildə 
özünü nümayiş etdirir. Atalar demişkən, geyimlə qarşılayıb, ağılla yola salarlar. 
Əsli-kökün yoxluğu və varlığı insanın hərəkət və davranışlarından, danışığının 
çəkisindən bilinir. Ustadım Ənvər müəllimin danışığında da, davranışında da 
bu keyfiyyətlər kifayət qədər hiss olunur. 
1937-ci ilin repressiya qurbanlarından biri olan, Azərbaycan Yazıçılar 
Birliyi Təşkilat Komitəsinin sədri Hacıbaba Nəzərlinin qardaşı oğlu Ənvər 
Nəzərli keçdiyi həyat yolunun cəfalarını ürəyində yaşatmış ziyalılarımızdan 
biridir. O, məktəbdə müəllimlikdən tutmuş, sonrakı dövrlərdə daşıdığı bir 
sıra vəzifələrdə nəslinin cəfakeşi oldu. Onu donduran haqsız tənə buzlarını 
isti ürəyilə, ağlı, zəkasıyla əritdi. Daşıdığı vəzifələrin öhdəsindən şərəflə 
gəldi. Yaşının  bu  çağında  Nəzərli  soy  adının  şərəfini  qorudu,  bağladığı 
divanları ədəbiyyatımıza ərməğan etdi. Çoxları bu yaşında başqalarından 
qulluq və diqqət tələb etdiyi halda, Ənvər müəllim ağlının kamilliyini ixti-
yar yaşına qurban vermədi, tutumlu divanlarıyla bahəm, bu yaxınlarda çap-
dan çıxmış “Bu dünyanı belə gördüm” 367 səhifəlik kitabında “Yaddaşın 
izi qalır…” sənədli-povesti də yer aldı. Bu povest “Kredo” qəzetində çap 
olunmuş “Eşitdiklərim, bildiklərim” sənədli həyat epizodlarıdır. Bir müddət 
qabaq “Kredo” qəzeti vasitəsilə Ənvər müəllimə ünvanladığım məktubda 
qeyd etdiyim kimi bu sənədli povest təkcə bir nəslin həyat həqiqətlərini, 
çəkdiyi müsibətləri üzə çıxarmır, həm də millətimizin sovet dövründə və 
ondan  öncə  keçdiyi  həyat  yolunun  önəmli  tarixçəsidir.  Elə  tarix  də  za-
man keçdikcə belə önəmli, sənədli həyat həqiqətlərindən yaranır. Gələcək 
nəsillər bu həyat həqiqətlərindən bariz şəkildə faydalanır. Ənvər müəllimi 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə