Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə16/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   12   13   14   15   16   17   18   19   ...   92

48
bizi müşayiət edən bu varlıq, Allahın bizə verdiyi müddət bitdikdən sonra, 
öz donunu, yəni bədəni yerdə qoyub dərgaha doğru ruh timsalında uzun bir 
yolun yolçusuna dönəcək. Böyük Yaradanın bir “Ol” işarəsindən yaranmış 
bizlərin  bir  qismi  sağlığımızda  bu  dünyanın  bütün  naz-nemətlərini 
acgözlüklə zəbt və qəsb etməklə məşğul oluruq. Bir qismimiz isə aclıq, 
yoxsulluq, zəlalət içində ömrümüzü başa vururuq. Az bir qisim doğulub öz 
varlığını dərk edən gündən milliyyətindən asılı olmayaraq mənəvi dünyanın 
dərvişinə çevrilir. Elə dini kitablarda da elmlə, mənəviyyatla bağlı kəslər 
Allaha yaxın hesab edilir. Əgər bu pakanə xidmətdirsə… Mənəviyyatın bir 
qolunu təşkil edən ilhamlı, həqiqi bədii yaradıcılıq insanın ruh dünyasıyla 
birbaşa bağlı məsələdir. Adamın beynini, qəlbini silkələyən hansı hissdir 
ki, o əlinə qələm götürüb bu ehtiyacın ağrı-acılarını, istək və düşüncələrini, 
qənirsiz  eşqindən  doğan  çalxantıları  vərəqlərin  üstünə  səpələməyə  baş-
layır. Bu səpələnmələrdən bədii ədəbiyyat bərqərar olur. Özü də hər xal-
qın özünəməxsusluğu, çalarları, bənzətmələri, oxşamalarıyla… Bədii ədə-
biyyatın bir qolu da nəzmdir, yaradıcı kəs öz fikir və düşüncələrini şerin 
müxtəlif formalarıyla oxucuya çatdırır. Mən də bu sahənin cızmaqaraçısı 
olduğum üçün əziz oxucularla və qədir bilən söz adamlarıyla öz fikirlərimi 
bölüşmək istəyirəm. Şeir nədir? Şeir bəlkə İlahinin ilham verdiyi kəslərə 
gizli pıçıltılarıdır ki, həmin kəs də bu pıçıltıları gözəgörünməz qüvvənin 
köməyilə  ağ  vərəqlər  üstünə  səpələyir.  Ümumiyyətlə,  qədim  zamanlar-
dan  şeir  yazan  kəslərə  heç  də  birmənalı  baxmamışdılar.  Onlar  daşqalaq 
da olunmuş, “dəli” adıyla damğalanmış, min bir müsibətlərə düçar olmuş, 
təhdidlərə,  təhqirlərə,  hətta  ölümlərə  məruz  qalmışlar.  Öz  təfəkkürləri 
öz başlarına bəla olan bu insanların ağrı-acıları özlərindən sonra bizlərə 
ərməğan olmuş yaradıcılıq çeşmələrindən də bəllidir. Biz bu yaradıcılıq 
çeşmələrindən qaynaqlandıqca fikir adamlarının yaratdıqlarında bütünlüklə 
dövrlərin əks-sədası duyulmaqdadır. 
Elə bizim dövrümüzdə də şeir yazana heç də birmənalı baxılmır, hətta 
satış  köşklərində  də  satıcılar  şeir  kitablarından  qaçır  və  bu  kitabların 
satılmamasından şikayət edir, çünki şeir ruhla bağlı məsələdir, nəzmi heç 
də hamı nəsr kimi qəbul etmir. Oxucular çox vaxt şerin dilini, onu başa 
düşməməyi və yaxud heç şeri xoşlamamasını etiraf edir. Bəlli həqiqətdir 
ki, həqiqi şerin dili rəvan olduğu kimi də çətindir, düşündürəndir. Onu hər 
adam qavraya və dərk edə bilmir. 


49
Sonuncu  peyğəmbər  Məhəmməd  əleyhissəlamın  vasitəsilə  bizlərə 
çatdırılan müqəddəs Kitabımız Quranda şairlər haqqında ayə var. Bu ayədə 
deyilir  ki,  Mən  peyğəmbərlərə  vəhy  verdim,  şairlərə  isə  ilham.  Ancaq 
şairlərə ilham təkcə, Allah-taala tərəfdən yox, şeytan tərəfdən də verilə bilər. 
Yəni ilham adama şeytanın vəsvəsəsindən də gələ bilər. Ayədə qələmini 
düzlüyə çalmayan kəslər cəhənnəmin yeddinci qatında cəhənnəm əzabıyla 
hədələnir.  Bir  milyarddan  yuxarı  insan  qüvvəsinin  tapındığı  müqəddəs 
Kitabımızda  deyilən  bu  fikirlər  söz  adamını  məsuliyyətli  olmağa,  sözlə 
bəşəri rəftara dəvət edir. Elə müqəddəs Quranımızı da Haqq-taala bizlərə 
peyğəmbər  əleyhissəlamın  vasitəsilə  qafiyəli  nəsrlə  çatdırıb.  Ona  görə 
islama dönüşün ilk əvvəllərində bütpərəst ərəblər müqəddəs Quranımızı 
şeir,  peyğəmbərimizi  isə  şair  adlandırırdılar.  Sonradan  Allahın  sevgili 
peyğəmbərimizə  vəhylə  bəxş  etdiyi  Quranımızın  elmi-dini  kitab  olduğu 
dünyaya bəlli oldu. Daha axıcı, daha ürəyəyatımlı olması üçün, insanların 
ürəyinə  yol  tapması  üçün  Haqq-taala  nəzmə  bənzər  qafiyəli  nəsrlə 
Kitabımızı xəlq etdi. Sözün böyüklüyü, ucalığı da ondadır ki, o bizdən asılı 
olmayaraq haqq tərəfindən yaranıb və canla birgə bizim cismimizə daxil 
olub. Heç də beş-on şeir yazmaq, öz şəxsi hisslərinə qapılıb sözləri şerə 
bənzər şəkildə kağızlar üstünə səpələmək şairlik demək deyildir. Həqiqi 
şairlər sözü, qafiyəni, melodiyanı, hissi-həyəcanı axtarmaz. Bütün bunlar 
onu özləri gəlib tapar. Özü də Allahın verdiyi vaxtın hər məqamında ilham 
dediyimiz gözəgörünməz qüvvə könül qapısını salamsız-kəlamsız aça bilər. 
Təb  adamıyla  üz-üzə,  göz-gözə  qalar.  Onu  sonu  görünməz  sarsıntılara, 
çalxantılara, titrəyişlərə məruz qoyar. Şeir adamının təfəkkürü daim bulaq 
kimi qaynayıb daşmaqda olur. Onun üçün misradan, beytdən məhrəmanə, 
sevgili, istəkli heç nə yoxdur. Yazan kəs özünü bütün bu istəklərlə bir za-
man  çərçivəsində  hiss  edirsə,  yazmasa  dözə  bilmirsə,  sözlər  misralara, 
misralar beytlərə çevrilib onun ciyərini göyüm-göyüm yandırırsa, qəlbinin 
içində qəm mələyi oturub hər şeydə bir məna, məzmun axtarırsa, demək 
ona ya Haqq-taala, ya da şeytan tərəfindən ilham peyda olub. Allah ru-
hunda ehtiyac duyub yazmaq istəyənləri şeytani-ilhamdan hifz etsin!
Müasir ədəbiyyatımız sovet dövründə quruluşun diktəsi ilə barmaqla 
sayılası yazıçı və şairlərlə müşayiət olunurdusa, müstəqilliyimizi qazan-
dıqdan sonra yazar insanlarımızın sayı qədərindən də artıqdır. Ədəbiyyatda 
olan insanlarımızın çoxu, hətta bu artımdan həddindən artıq narahatdırlar. 
Amma  fikrimizcə,  narahat  olmağa  dəyməz,  çünki  sovet  dövründən  baş-


50
qa  hər  dövr  bu  mürəkkəbliklərlə  qarşı-qarşıya  olub,  ancaq  sonradan 
məlum  olub  ki,  narahatçılığa  əsas  yoxdur.  Bu  qüvvənin  içindən  beş-on 
adam ədəbiyyat səhnəsində qala bilib. Bəli, ən böyük nəzarətçi əlahəzrət 
zamandır.  Onun  əlində  böyük  xəlbir  var.  Bu  xəlbirdən  keçənlər  böyük 
sözün adamı sayılıb. Böyük sözün adamı zaman-zaman dövrünün istək, 
arzu-diləklərini  ağıl  süzgəcindən  keçirib,  ürəyinin  təlatümlərinə  büküb 
ağappaq vərəqlərin üstünə səpələyib. Dəryanın qəvvası içində sədəflərdə 
gizlənən ağ mirvarilər kimi... Bu mirvarilərin xırdası da olub, böyüyü də, 
zərifi  də  olub,  kobudu  da.  Məhrəmanə  istəklərin  ilıq  şəfəqinə  büküblər 
bu  inciləri,  oxucu  hisslərini  silkələmək  üçün,  sevgili  ürəkləri  təlatümə 
gətirmək üçün. Mənsub olduğu dinin, dilin, vətənin, millətin ab-havasını 
oturdub  ədəbi  düşüncələrə  həqiqi  yazar  dediyimiz  kəslər.  Ayrı-ayrı  za-
manlarda isə insanlar nağıllarda, dastanlarda, laylalarda, bayatılarda və bir 
çox ədəbi incilərdə öz keçmişini, kimliyini axtarıb. Bu axtarışlar isə çox vaxt 
müsbət mənada öz bəhrəsini verib, çünki hər bir xalqın, millətin kimliyi onun 
keçmişini əks etdirən ədəbi, bədii dəyərlərlə ölçülüb və ölçülür.
Deməli,  bütünlükdə  yaradıcılıq  Allahdan  gələn  bir  nemətdir.  Böyük 
yazar,  şair  Allah  vergisilə,  istedadıyla  bağlıdır.  Sovet  vaxtında  ədəbi-
bədii yaradıcılığa böyük əhəmiyyət verərdilər. Ona görə ki, yaradıcı ad-
amlar həqiqəti, haqq yolunu yox, sovet ideologiyasını millətlərin beyninə 
yeritməli  idilər.  Milli  üslubda  yazanlara  millətçi  damğası  vururdular 
və təqib edirdilər. Milli mənliyi olmayanlar tarı skripka ilə əvəz etməyi 
çağıranda  şəhid  şairimiz  Müşfiq  “Oxu  tar”  şerini  yazdı.  Bu  cür  amal-
lara  tabe  olmayanlar  1937-ci  illərdə  qılıncdan  keçirildilər,  gülləbaran 
edil  dilər,  mənlikləri  tapdalandı,  ailələri  darmadağın  olundu,  yazdıqları 
məhv  edildi,  amma  millətin  ürəyində  və  beynində  özləri  də,  özlərindən 
sonra bizlərə ərməğan olmuş yaradıcılıqları da dastan oldu, özü də böyük 
mehri-məhəbbətlə sevildilər. Bu gün də onların işıqlı simaları bizlər üçün 
fəxr,  qürur  timsalıdır.  Düşünürük  nə  yaxşı  ki,  Hüseyn  Cavidlər,  Əhməd 
Cavadlar,  Mikayıl  Müşfiqlər,  Hacıbaba  Nəzərlilər,  Seyid  Hüseynlər, 
Salman  Mümtazlar  olub,  yoxsa  ədəbiyyatımız  necə  yetim  və  kasıb  gö-
rünərdi. Allah  neməti  olan  yaradıcılığı  sovet  ideologiyası  peşəyə  çevir-
di.  Bolşevik  beşiyi  olan  Moskvada  M.Qorki  adına  Ədəbiyyat  institutu 
açdılar. Bu institutun əsas qayəsi ondan ibarət idi ki, millətlərin milli ru-
hunu öldürmək, yaradıcı kəsləri bu ruhun ab-havasıyla tərbiyələndirmək. 
Beynəlmiləl  adıyla  imperiyanın  sovet  bayrağı  altında  yaşayan  insanları 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə