57
cənublu qardaşlarımız fars əsarəti altındadır, amma müstəqillik qazanan
bizlər isə indi öz xalçasını, öz musiqisini, bütünlükdə mənəvi sərvətlərini
qərbə öz adı altında təqdim edirik. Bunun qiymətini və qədrini biz
hamılıqla bilməliyik və bu mənəvi yükün ağırlığına dözməyi bacarmalıyıq.
İllərlə həsrətində olduğumuz müstəqilliyimizi müvəqqəti maddi, mənəvi
çətinliklərə qurban vermək olmaz. Vətəni rahatlığa dəyişmək olmaz. Vətən
ümid və qürur yerimiz, haqqına tapındığımız alın tərimiz, ruhumuzun
odu-ocağı, anamızın isti qucağıdır! Bu gün bizim ixtiyarımız yoxdur bir-
birimizə müxalif olaq, çünki bizim bir qəvi-düşmənimiz var, o da erməni
və erməninin arxasında dayanmış, ürəyində Allah xofu olmayan azğın,
şeytani qüvvələrdir! Torpaqlarımız işğaldan azad olunana qədər biz bu
amal uğrunda birgə çarpışmalıyıq, çünki bizi özümüz qədər heç bir xarici
qüvvə istəyə bilməz. VƏTƏNİ göz bəbəyi kimi qorumalıyıq. Vətəndən
kənarda yaşamaq olar, ağıllı, istedadlı, işgüzar adamlar yaşayırlar da, amma
yaşadığın yer Vətən torpağı kimi ayağın altında möhkəm olmaz, sənin biliy-
ini, təfəkkürünü isti qarşılayarlar, amma özünü heç zaman özlərinə doğma
sanmazlar. Doğma sanılası bir yerimiz var, o da sinəsi min bir yerdən
yaralı, torpağı paramparça olmuş doğma Azərbaycanımızdır. Vətən torpağı
hələ tam azad deyil. Onun tam azadlığı işğaldan qurtulan günü olacaq. Bu
azadlıq üçün birləşməliyik. Dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan
türkünün gələcək birliyi naminə! Bu birliyin rıçaqları bu gün Azərbaycanda
yaşayan hər bir azəri türkünün, hər bir azərbaycanlının əlindədir. Bu
rıçaqlar – məhəbbət, sevgi, istək, mənlik, ləyaqət, mənəvi təmizlik və bir-birini
sevmək, öz canı qədər əziz tutmaqdır. Mənim bütün bunları dilə gətirməkdə
məqsədim kimlərinsə bostanına daş atmaq və kimlərəsə öyüd, tərbiyə vermək
deyildir. Sadəcə olaraq, ulu Sözün, qoca Şərqin bətnindən doğulan əsrarəngiz
Şerin özünəməxsusluğunu qorumaq naminə bu yazını qələmə aldım. Şerin
formasını dəyişmək və ora dilimizə yatmayan ögey sözlər doldurmaq kəşf
deyil, kəşfi onun mənasında və məzmununda axtarmaq lazımdır. Əziz söz
adamları, sizləri də bu məsələlər barədə dərin-dərin düşünməyə dəvət edirəm.
Bütün dünyanı və əsrləri heyrətdə qoymuş, qoca Şərqin isti nəfəsindən qopan
müqəddəs Şerimizin gələcəyi naminə!..
09.07.2009
58
ALBAN ABİDƏLƏRİ KEÇMİŞİMİZİN
YADİGARI VƏ YAXUD
ÖLÜ TARİXİMİZİN BƏLALARI
Qafqaz Albaniyası e
ramızdan əvvəl təqribən III-IV əsrlərdə
for malaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal
edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri ol-
muşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan
edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər
dərə cədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. VII
əsr də torpaqlarımız ərəb işğalına məruz qalandan sonar islam dini
ərazimizdə geniş şəkildə yayılmağa başlamışdı.
Bu günə qədər xalqımızın yaddaşında kök salmış Cavanşir adı
da elə alban hökmdarlarından birinin adı idi. Daimi yaşadıqları
yer ləri bilinməyən ermənilər hind-avropa dil qrupuna
mənsub,
bir ərazidən digər əraziyə keçməklə köçəri həyat sürmüş xalqdır, hətta
onların öz alimlərinin yazdıqlarından da bəlli olur ki, bu xalqın qədimdən
nə dəqiq yeri, nə də məkanı olub. Onlar qaraçıların həyatına bənzər bir
ömür yaşamışlar və indi də yaşamaqdadırlar. Günü bu gün də erməni-
haylar Rusiyanın himayədarlığı və işğalı nəticəsində zəbt etdikləri azəri
torpaqlarında da özlərini doğma hiss etmirlər, çünki onların tarixdən nə
dövlətçilik, nə də torpağa bağlılıq sevgiləri olub. Tarixdə Erməniyyə adı
ilə tanınmış dövlətdə ermənilər yaşamayıb, çünki onlar heç zaman oturaq
həyat sürməyiblər, bir yerdən başqa yerə azuqə, pul-para ardınca köç
etməklə dünyanın haqqı bilər tarixçilərinə bəlli bir ömür yaşamışlar. Bu
gün bizim əzəli torpaqlarımız üstündə qurulmuş indiki Ermənistan bir
dövlət kimi süqut etsə, bu xalq uf demədən dünyanın hər yerinə köç edib
gedəcək. Onları nə vətən, nə də torpaq hissi yandıracaq, çünki bu hiss on-
larda heç bir zaman olmayıb. Dünyanın elə bir ölkəsini tapmazsan ki, orda
ermənilər yaşamasın, eynilə qaraçılar kimi.
İslam dini ölkəmizdə yayıldıqdan sonra xalqın əksər hissəsi müsəl-
mançılığı qəbul etdi. Tarixi alban abidələri və məzarlıqları yavaş-yavaş
islama inanc bağlamış xalqın mənəviyyatına yadlaşdı, amma xristian al-
banlarla qan qohumluğu və islami inancla bağlı səmavi dinlərin toxunul-
mazlığına görə müsəlman insanlarımız nə bu məbədlərə xain gözlə baxdılar,
59
nə də məzarlıqlara.. Xristianlıqda qalan alban əsilli insanlar isə məbədlərdə
ibadətlərini davam etdirdilər. Ermənilər bu yerlərə ayaq basana qədər…
Biabırçı və fəlakət gətirmiş məlum 1813-cü il “Gülüstan” və 1828-ci il
“Türkmənçay” İran-Rusiya sülh müqavilələrindən sonra ruslar bu ikiüzlü
ermənilərdən işğal etdikləri Azərbaycan torpaqlarında sipər kimi istifadə
etdilər. Tarixi mənbələrdə göstərilir ki, 200 nəfər erməni ailəsini ruslar İrandan
gətirib bu ərazilərdə yerləşdirdilər. Ruslar tərəfindən bu ərazilərə köçürülmüş
ermənilər azlıqda qalmış xristian alban-azərbaycanlıların kilsələrindən istifadə
etməyə başladılar. Yəni xristian albanlarla bir yerdə ibadət etdilər. Xristian al-
ban əhali ilə sözləri düz gəlməyəndə isə bu əhali ilə aralarında toqquşmalar
olurdu. Köhnədən vərdiş etdikləri terror üsulu ilə onları öz yollarından
götürürdülər. Sonradan isə bu məbədləri də, xristian əhalinin özünü də və bu
əhaliyə məxsus məzarlıqları da yavaş-yavaş özününküləşdirdilər. Yəni bir xalq
məsəlində deyildiyi kimi “yersiz gəldi, yerli qaç” prinsipini məqsədli şəkildə
həyata keçirməyə başladılar. Bəlkə elə bu xalq məsəli də vəhşi ermənilər bu
torpağa ayaq basandan sonra yaranıb…
Ürəyinin qapısını qonağa açıq qoyan xalqımız bu fitnəkar düşmənin iç
üzünü heç zaman dərindən duya bilməmişdir. Təxminən 1964\65-ci illər
idi. Mən doğulduğum Tağay kəndində səkkizillik məktəbdə oxuyurdum.
Dəvəçi-Siyəzən ərazisində, ümumiyyətlə, ermənilər yaşamayıblar. Bakı
bizim bölgəyə yaxın olduğu üçün tez-tez paytaxtdan kəndimizə “volqa”
maşınla ermənilər gələrdi. Deyirdilər ki, onlar qəbiristanlıq ərazisində
duza qoymaq üçün bir yeməli bitki var onu dərirlər. Kənddən bir az
kənarda dənizə sarı bizim qəbiristanlığımız yerləşirdi. Bu qəbiristanlıq təzə
qəbiristanlıq adlanırdı. Köhnə qəbiristanlıq da təzə qəbiristanlığa yaxın idi.
Köhnə qəbiristanlığın məzarlarının başdaşıları dağılıb 1918-ci il erməni-
rus basqınları zamanı tamamilə məhv olmuşdu, təkcə 2-3 məzar daşından
başqa. Bu məzar daşlarının üstündə bizim başa düşmədiyimiz dildə hərflər
və xaç işarəsi var idi. Görünür, islam dininin bu ərazidə yayılmasından
sonra əski xaç məzarlıqdan ayrı təzə müsəlman qəbiristanlığı salınmışdı.
Biz həmişə dəniz yoluyla yay aylarında Xəzərə gedəndə bu məzarlar da
sanki bizə miskin-miskin baxardılar. Sonralar kəndə duza qoymaq üçün
tərə yığmağa gələn ermənilər bu xaç daşları da özləriylə tədqiq etmək
bəhanəsilə harasa apardılar… O yer isə hələ də köhnə qəbiristanlıq adıyla
durur. Günü bugün də o yer öz məhzun görünüşü ilə adamı qüssələndirir. O
zamanlar Sovetlər İttifaqının kəsəkəs vaxtları idi. Biz o vaxtın uşaqları isə
Dostları ilə paylaş: |