Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə20/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   16   17   18   19   20   21   22   23   ...   92

60
rus tarixini öz tariximizdən yaxşı bilirdik, çünki doğma vətənimizin tarixi 
biz məktəblilərə dırnaqarası keçilirdi. 
Uzun  illər  bundan  öncə  olmuş  bir  hadisəni  də  dəyərli  oxucuların 
diq  qətinə  yetirmək  istəyirəm.  Çünki  bu  hadisənin  özüm  də  iştirakçısı 
olmuşdum.  1975-ci  il  idi.  Mən  universitetə  qəbul  olmamışdan  qabaq 
Bakıda  tikiş  fabrikində  tikişçi  işləyirdim.  Başdan-başa  qadın  qüvvəsilə 
köklənmiş  fabrikdə  müxtəlif  millətlərin  qadınları  işləyirdi,  o  cümlədən 
ermənilər də.  
Dördüncü sexdə tikiş maşınları sırayla düzülmüşdü. Birinci sırada iki 
qadın tikiş maşınlarını idarə edirdi. Heç vəchlə bir-birilə yola getmirdilər. 
Bu  qadınların  biri  Qarabağın  xristian  azərbaycanlısı  Gülçöhrə  (bunu 
son radan  özü  elan  edəndən  sonra  bildim),  digəri  isə  əsli  hay-erməni 
Raya  idi.  Demək  olar  ki,  iş  zamanı  daim  dava-dalaş  salardılar.  Bir  gün 
arala rında  dəhşətli  dava  qopdu.  Mən  bu  dava-dalaşa  dözməyib  onlara 
yaxınlaşdım, xasiyyətcə mehriban olan Gülçöhrəyə sual verdim niyə siz 
bir-birinizlə yola getmirsiz? Deyirlər ermənilər bir-biriylə can deyib can 
eşidirlər, bəs aranızda bu nə ixtilafdır?! Həddindən artıq əsəbiləşib gözləri 
həlqəsindən çıxmış Gülçöhrə ağlaya-ağlaya dedi: “Mən erməni deyiləm, 
mənim yeddi arxadan dönənim Qarabağda doğulub, mən qarabağlı xris-
tian  azərbaycanlıyam,  ermənilər  bizim  kilsələrimizi,  əlifbamızı,  tarixi-
mizi,  musiqimizi,  torpağımızı,  bütünlükdə  varlığımızı  oğurlayıb.  Onlar 
bizi  heç  zaman  xoşlamırlar,  hətta  qızlarımızı  da  ərə  getmək  adı  ilə  alıb 
Ermənistana aparırlar və beş-altı aydan sonra qaytarıb başımıza vururlar 
ki, bəs siz türklərin artığısız. Sizdən bizə yar olmaz. Biz alban əsilli xris-
tian azərbaycanlıyıq. Neçə yüz ildir erməni işğalının və böhtanın basqıları 
altında inləyirik. Allah yer üzündən ya erməniləri, ya da bizi yox eləsin… 
Bizimlə sizin qanımız, kökümüz birdir. Aramıza qan düşmənçiliyini salan 
da bu məkrli ermənilərdir. İndi biz tək qalmışıq, nə bizi murdar ermənilər, 
nə də canı-qanı bir azərbaycanlılar sevir. Bu murdar, qaraçı ermənilərin 
ucbatından…”  Açığını  deyim  ki,  mən  alban  əsilli  xristian  Gülçöhrənin 
dilindən  bu  sözləri  eşidəndə  alban  tariximiz  barədə  heç  bir  məlumatım 
yox idi. Maraq məni götürdü, tez gözlərimin qabağına kəndimizin kəna-
rında  olan  xristian  köhnə  qəbiristanlıq  və  Dəvəçinin  ucqar  dağ  kəndi 
Zeyvə  ilə  üzbəüz  yerləşmiş  Kilvar  kəndi  gəldi.  Bizim  kəndin  də  köhnə 
qəbiristanlığından  başdaşıları  ermənilər  tədqiqat  adı  ilə  aparmışdılar  və 
ərazimizdə  yeganə  xristian  kəndi  olan  Kilvar  əhalisinə  camaat  erməni 


61
desə də, kilvarlılar özlərini heç zaman erməni adlandırmırdılar. Onlar öz 
aralarında bir-birinə udin deyirdilər. Baxmayaraq ki, xristian idilər, adları 
da bizim adlara bənzəyirdi. Hətta o kənddən Səriyyə adında bir rəfiqəm 
var idi. O söyləyirdi ki, ermənilər Bakıdan onların kəndinə tez-tez qonaq 
gəlirdi.  Kilsələrində  olan  tarixi  sənədləri  də  özlərilə  bahəm  götürüb 
aparmışdılar. 1988-ci il hadisələri başlayan zaman həmin Kilvar kəndinin 
camaatı da Rusiyaya köç etdilər. 
Adətən bizim xalqda nədənsə öz tarixinə, öz tarixi abidələrinə bir biga-
nəlik var. Özü də bu biganəlik ziyalılarımızdan tutmuş ən adi insanımıza 
qədər hamıda özünü büruzə verir. Bizim əsasən dövlətimiz evimizin içi, 
oradakı insanların sayı, imkan olduqca yığdığımız var, sərvət, dəbdəbəli ev 
əşyaları, bərbəzəkli zinət, yemək-içməkdir. Hərdən mənə elə gəlir ki, biz 
yaşamaq üçün yemirik, yemək üçün yaşayırıq. Bu, hər gün telekanallarda 
baş  alıb  gedən  yemək-içmək  şoularında  da  özünü  büruzə  verməkdədir. 
Heç biz torpaqlarının iyirmi faizi işğal altında olan ölkənin vətəndaşlarına 
oxşamırıq. Eh, deyəsən bizə heç torpaq da lazım deyil. Xalq şairlərimizdən 
biri yazmışdı ki, hara sənin üçün yaxşıdırsa, ora vətəndir. Görürsüz də biz 
şairlər necə beynəlmiləl fikirli insanlarıq. Bura olmasın, ora olsun. Təki 
qarnımız  tox,  cibimiz  dolu  olsun.  Ordan  qovarlar  bura  gedərik,  burdan 
qovarlar ora gedərik. 
Hələ uşaq vaxtlarımdan uca dağlar başından kəndimizə boylanan Çı-
raqqala uçulub-dağılmağa doğru getməkdədir, amma bu tarixi qalanın düz 
qulağının dibində dəbdəbəli bina tikilib. Bir az o tərəfdə isə müalicəxana 
fəaliyyət göstərir. Burda kef məclisləri qurulur, əmliklər kəsilir, uzaq tar-
iximizin yadigarı olan Çıraqqala isə məhzun-məlul, daş-daş ələnə-ələnə bi-
zim biganəliyimizin önündə hönkür-hönkür göz yaşı tökür. Tarix arxasında 
goru çatlamış şahlarına ağı deyə-deyə... Bu gün işğal altındakıları demirəm, 
onların taleyi hamımıza bəllidir, işğal altında olmayan neçə-neçə qala və 
məbədlərimiz  bu  ağrılı  taleyi  yaşamağa  məhkumdur.  Biz  isə  özümüzə 
saysız-hesabsız imarətlər yapır, köhnə qalalara oxşar yeni daşlarla qala-
lar tikir, amma keçmişimizin əbədi sükutuna qapılmış tarixi abidələrimiz 
bizim biganəliyimizlə barışıb öz acı taleyini yaşamağa məhkum olub. Bu 
məhkumluğun acısını isə biz  özümüz həm dünən, həm bu  gün,  həm də 
sabah çəkəcəyik.
Universitetdə  oxuyarkən  kirayədə  qalan  tələbə  qızların  olduğu  evə 
qonaq getmişdim. Evin sahibələri iki yəhudi əsilli yaşları səksəni haqlamış 


62
bacılar  idi.  Bu  bacılar  Bakının  qədim  binalarının  birində  ikinci  qatda 
yaşayırdılar. Yeddi, səkkiz otaqdan ibarət bu mənzildə döşəmədən tavana 
qədər qalaq-qalaq kitablar yığılmışdı. Kitabların çoxu da tarixlə bağlı idi 
və bu kitabxanada bizim alban tariximizlə bağlı neçə-neçə kitablar dil açıb 
keçmişimizi haraylayırdı. Erməni, yəhudi evlərində tarixi kitablar qalaqla-
nanda bizim evlərdə isə çex büllurları, xarici mebellər adama gəl-gəl deyir-
di. Bu gün bizim əlimizə pul düşəndə bahalı əşya alırıq, kitab yox, halbuki 
kitab bu bahalı əşyalardan neçə dəfə ucuzdur. Dünyadan köçmüşlərimizin 
qəbirlərini  fürsət  düşdükcə  bahalı  mərmərlərlə  bəzəyirik,  amma  bir 
manatımızı belə tarixi abidələrimizin bərpasına qoymuruq. Axı bayaq qeyd 
etdim ki, bizim vətənimiz evimizin içidir. Evimizdən kənar bizə yaddır, 
zibilləyə də bilərik, ağaclarını kəsə də bilərik, təbiətini çirkləndirə də. Axı 
bizə nə?!
2007-ci  ildə  əlimə  əsli  şotland  Amerika  yazıçısı  Səmuel  A.Uimzin 
“Ermənistan  terrorçu  “xristian”  ölkənin  gizliləri”  kitabı  keçmişdi.  Daha 
doğrusu,  bu  kitabı  mənə  Azərbaycan  Dillər  Universitetinin  müəllimi 
Məhəmməd müəllim bir tədbirdə bağışlamışdı. Bəri başdan Məhəmməd 
müəllimə  bu  qənirsiz  bəxşişə  görə  və  bu  kitabı  ingiliscədən  dilimizə 
çevirən  həmin  ali  təhsil  ocağının  müəllimi  Zeydulla  müəllim  Ağayevə 
öz  minnətdarlığımı  bildirirəm. Ağrılı  tariximizlə  bağlı  dəyəri  heç  nəylə 
ölçülməyən  belə  qiymətli  kitabı  bizim  dilimizə  tərcümə  etdiyi  üçün… 
Allah belə ziyalılarımızı həmişə öz nəzər-diqqətində saxlasın və hifz etsin. 
344 səhifəlik kitabı mən necə deyərlər birnəfəsə, dincəlmədən oxudum. 
Kitabın səhifələrini həyəcansız oxumaq mümkün deyil. Kitab məni o qədər 
həyəcanlandırdı ki, mən kitabın təsirilə bu insanpərvər müəllifin şərəfinə 
“Erməni fitvasını dünyaya faş eyləmisən” şerini yazdım. Kitab başdan-başa 
erməni  adlı  millətə  mühakimə  üsulunda  qurulub.  Ermənilərin qaraçı  bir 
qövm olduğunu – onların nə əlifbası, nə tarixi torpaqlarının olmamasından 
bəhs  edir.  Hazırda  işlətdikləri  əlifbanın  alban  əlifbasının  dəyişdirilmiş 
forması  olduğundan  danışılır,  hətta  xristian  inanclarının  da  olmadığı  bu 
dini zahirdə işlətdikləri və əslində “vahan” adlı bir inanca qulluq etdikləri, 
rusların vasitəsilə Qafqaza ayaq qoyduqları gündən bu əzəmətli, qeyrətli 
diyarı  qan  çanağına  döndərdiklərindən  bəhs  edilir.  Azərbaycanın  şimal 
hissəsində  alban  çarlığının  və  bu  çarlığın  süqutundan  sonra  qalan  xaç 
abidə və məzarıstanların ermənilər tərəfindən mənimsənilməsi, Türkləri-
osmanlıları şərləməsi, yalançı aprel qırğınını dünyanın beyninə yeritmək 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə