Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə30/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   26   27   28   29   30   31   32   33   ...   92

90
Rəhimli, Fəridə Hacıyeva, Fərqanə Mehdiyeva, Aləmzər Quliyeva, Zərxanım 
Ülvi,  Salatın  Əhmədli,  Nəcibə  İlkin,  Gülayə  Şınıxlı,  Şövkət  Zərin,  Şövkət 
İmami,  Dilarə  Girzanlı,  Cığatel,  Minaxanım  Təkləli,  Pərvanə  Zəngəzurlu, 
Səadət  Buta,  Xədicə  Murad,  Xatirə  Əziz,  Minayə  Azaflı,  Narınc  Xatun, 
Zərəngiz Qayalı, Pərvanə Nizaməddin və sair. Və nəhayət, yaradıcılığı barədə 
söhbət açacağım Fəridə Ləman… 
Keçən əsrin 80-ci illərindən ədəbiyyat aləmində Fəridə Ləman imzası ilə 
tanınan xanım şair özünəməxsus qələmilə söz sarayına birər-birər kərpiclər 
hörür. Özünü şəxsən tanımamışdan qabaq mətbuat səhifələrindən şeirlərilə, 
publisist yazılarıyla tanış idim. Onun yaradıcılığı haqqında geniş məlumat 
özüylə şəxsən tanışlıqdan sonra başladı. Onun mənə bağışladığı “Ürəyimi 
sabahlara açıram” şeirlər kitabıyla müəllif barədə dolğun məlumat almağa 
fürsət  buldum.  Bu  kitabda  qadın  şairin  ilıq  nəfəsini,  könül  mülkünü  öz 
ecazkarlığıyla şeir dünyasına çəkib aparan mehmannəvazlığını duydum. O 
özü duyduğu kimi, ilhamının ona yar olduğu qədər sözə “leylilik” edir. Söz 
öz məcnun sevgisini ona diktə edənə kimi bu aləmdən çıxmır. Şeirlərinin 
hər misrasında yanğı dolu bir pıçıltı var. Bu pıçıltıların sehri oxucunu onun 
söz dünyasına çəkib aparır və onu bu dünyayla aşina edir.
Beləliklə, Fəridə Ləman iri həcmli çapa hazırlanan “Anama məktub” 
kitabına ön söz yazmağı məndən rica edəndə məmnuniyyətlə bu təklifə 
razılıq verdim, çünki onun qələmi, sözü, şəxsiyyəti tanışlığımızın ilk gü-
nündən qəlbimdə özünə yer edib. Həqiqətən Fəridə Ləman qadın sənət-
karlarımızın  içində  öz  şəxsiyyətilə  sayılıb-seçilən  ictimaiyyətçi  bir 
xanımdır. O, “Məhsəti” jurnalının baş redaktoru, “Məhsəti Şairlər Məc-
lisinin”  sədridir,  çoxsaylı  kitablar  müəllifidir.  O,  Qarabağ  müharibəsi 
za manı  ölümsaçan  silahların  əjdahatək  od  püskürdüyü  vaxtda  cəbhə 
meydanlarından söz-sovu gələn yazarlarımızdan olub. Fəridə Ləman yor-
ulmaq bilmədən qələmlə söz karvanının sehrinə düşüb uzun bir yol gedir… 
Bu  yolun  istisi,  soyuğu,  ağrı-acısı  qəlb  söksə  də  xanım  şair  bir  an  belə 
usanmır. Elə qarşımda çapa hazırlanan, ön söz üçün vərəq-vərəq nəzərdən 
keçirdiyim “Anama məktub” kitabı da bu qəbildəndir. Kitab bütünlükdə 
dörd fəsildən ibarətdir.
Kitabın  birinci  fəslinin  birinci  səhifəsi  nəsrlə  yazılmış  «Ana»  adıyla 
başlayır. “Ey dan üzlü, Günəş nurlu ana…”, “Başın dərdə əyilməsin…” 
deyir Fəridə xanım anaya. Ana haqqı, Tanrı haqqı deyiblər, bu haqqı tap-
dalayanlar böyük günahı olanlardandır. Bu haqqı uca tutursan, ucalıqdan 


91
düşməyəsən,  əziz  həmkarım.  Şairənin  “Anama  məktub”  şeri  də  çox 
təsirlidir. Elə bu təsirin ovqatındandır ki, müəllif kitabın adını da bu şerin 
adıyla bağlayıb:
Yasəmənlər açıbdımı, ay ana?!
Ətrini duymağa gəlmək istərəm,
İncəçayı daşıbdımı, ay ana? 
Səsində uymağa gəlmək istərəm.
Ana həsrətilə oylanan bu misralarda anadan ayrı düşmüş bir qızın həsrət 
dolu hıçqırtıları yatır. Əksərən qız uşaqlarının taleyinə ata, ana intizarıyla 
dopdolu bir ömür düşür. Başqa yuvanın işığını yandıran qız uşaqları ata 
evində  keçirdikləri  uşaqlığı  və  gəncliyi  əbədi  olaraq  xəyal  dünyalarına 
köçürürlər  və  o  evə  yalnız  qonaq  qismində  gedib-gələ  bilirlər.  Fəridə 
xanımın bu şerində də həmin nisgilin işartıları duyulmaqdadır. Şeri oxuyan 
hər bir qadının, qızın könlünü yandıran bir şeirdir “Anama məktub”: 
  
 
         
 
 
           Unnucadan zər düşübmü torpağa,
Yarpızların arx boyunca çıxıbmı?
Şeh ələnib zümrüd donlu yarpağa,
Pəmbə bulud kirpiyini sıxıbmı?..
Xanım şairin bu ürək titrədən misralarını həyəcansız oxumaq mümkün 
deyil. Müəllif, sanki bu məktubu bütün analara ərməğan edib. “Pəmbə bu-
ludun kirpik sıxması” ədəbi tapıntıdır. Bilmirəm başqa şairlərin şeirlərində 
var, ya yox, amma Fəridə Ləman şerində daha boyalı, daha obrazlı səslənib.
Şairin  kitabda  sıralanmış,  birinci  fəslin  ilk  səhifələrində  özünə  yer 
alan şeirlərindən biri də hamımızın könlümüzü yaxıb-yandıran, ürəyimizə 
qubarlı dağlar çəkən əsir Qarabağ haqqında olan “Can Qarabağ” şeridir:
  
Qan sızan yaram,
Ey ürək param,
Sənsiz inan ki, 
Ömür bir heçdir,
Günlərim haram,
Qarabağ, ay Qarabağ
Qarabağ, can Qarabağ.


92
O, burada sadə folklor diliylə, laylaya bənzər bir harayla uzaqdan-uzağa 
əsir Qarabağla danışır. İşğal altında inləyən Vətənin bir parçasına – Şuşaya, 
Laçına, Kəlbəcərə, Ağdama, yanıb kül olmuş, külü asimana sovurulmuş 
Xocalıya layla çalır. Bu laylanın hıçqırtıları şairənin misralarından boylanır, 
oylanır, sanki bizlərə səslənir ki, bu torpağı unutsaq anamızın südü bizlərə 
haram olsun!..
Şanım, şöhrətim,
Ən uca taxtım,
Qızıldan baxtım,
İki gözümsən,
Sevgi közümsən,
Qarabağ, ay Qarabağ, 
Qarabağ, can Qarabağ.
Qarabağı  iki  gözü  kimi  tutan  müəllif  ürəyində  Tanrı  xofu  olmayan 
işğalçılara meydan oxuyur. Könlünün duyduğu qədər, qələminin uyduğu 
qədər yaralı Qarabağa layla deyir, bu layla anamızın yanğısı sayaq şirin 
gəlir adama… 
“Bu yurdu çiynimə yükləyin mənim”. Əcəb deyimdi, əcəb şahanə, şai-
ranə tapıntıdır. Bu şeir haraydırmı, fəryaddırmı, əsrlərlə başımıza gətirilən 
müsibətlərə etirazdırmı? Sinəsi min bir yerdən yaralı Vətənə oxşamadırmı? 
Bilmirəm, bir onu bilirəm ki, bu şeir qəlbi yerindən oynadır, ürəyi ah-nalə 
ilə  qaynadır,  əlinə  silah  götürüb  bütün  sərhədləri  dağıtmaq  istəyirsən, 
sərgərdan Vətənin yaralı bağrını ovutmaq istəyirsən. Əziz oxucular, sizi də 
bu şerin misralarıyla tanış etmək istəyirəm:
Bu yurdu çiynimə yükləyin mənim,
Aparım ocağı, piri gəzdirim.
qədər nəfəsi öz üstündədir,
Görsün gözlərilə diri gəzdirim.
Vətən yanğılı bu misraların, Fəridə Ləman, ruhunu vətənsevər könüllərə 
necə  mehman  etməsin?  Şair  bu  şeirdə  vətənin  pulunu-malını  hərraca 
qoyanları,  halına,  əhvalına  zərrəcə  yanmayanları  şiddətli  tənqid  atəşinə 
tutur:


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə