Soz metbexi son indd


Söz mətbəxi KLASSİK PLOV ÜÇÜN DÜYÜNÜN HAZIRLANMASINI



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə94/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   90   91   92   93   94   95   96   97   ...   107

286
Söz mətbəxi
KLASSİK PLOV ÜÇÜN DÜYÜNÜN HAZIRLANMASINI 
DİQQƏTİNİZƏ ÇATDIRAQ 
I ÜSUL
1. Düyü arıtlanır, aşsüzənin içərisinə tökülüb üzərində soyuq su axıdılaraq 
yuyulur. 
2. 1 kq. düyü, 6 litr su və 50 qr. duz götürülür. Su qaynadılır, qaynayan 
suya əvvəlcə duz atılıb qarışdırılır, sonra düyü tökülür. Düyü yarıbişmiş olana 
qədər qaynadılır. 
3. Düyü aşsüzənə atılıb tam süzülür və üzərinə 2 stəkan soyuq su çilənir. 
4. 7 litrlik qazan qızdırılır və 1 xörək qaşığı ərinmiş yağ ilə qazanın dibi 
yağ lanır. 
5. Qazmaq üçün qabaqcadan hazırlanmış yuxa və ya düyü yumurta qatı-
şığı qazanın dibinə yayılır. 
6. Qazmağın üzərinə 1 lay düyü tökülür, düyünün üzərinə 1 xörək qaşığı 
ərinmiş yağ gəzdirilir, bir cimdik sarıkök və ya zəfəran suyu səpilir. Üzərinə 
1 lay da düyü tökülür, yağ, sarıkök əlavə edilir və bu 4-5 lay təkrar olunur. 
Axırıncı layın üzərinə heç nə tökülmür. 
7. Qazanın üstünə təmiz, ağ pambıq dəsmal qoyulur və qapaqla kip bağla-
nılır. Dəsmal düyüyə toxunmamalıdır. Qazan vam odda dəmə qoyulur. 
8. Belə plov süfrəyə veriləndə plov çömçəylə qazanın dibindən götürülür 
boşqaba və ya siniyə qoyulur. 
9. Hər pay plovun üzərinə qazmaq tikəsi qoyulur. 
10. Belə yağlanmış laylarla bişirilmiş plovu süfrəyə verəndə üzərinə yağ 
tökmək lazım gəlmir. 
11. Düyü dənələri parlaq olsun deyə düyü bişən suya bir az limon duzu 
atmaq olar. 


Klassik plov üçün düyünün hazırlanmasını diqqətinizə çatdıraq 
287
II ÜSUL
Birinci üsulda olduğu kimi hazırlanır, amma düyünün hamısı qazma-
ğın üzərinə tökülür. Plovun üstünə 4 xörək qaşığı yağ tökülür, sarıkök və ya 
zəfəran şirəsi əlavə edilib dəmə qoyulur. 
III ÜSUL
Bu üsula daşma plov da deyilir. 
Düyü arıtlanıb yuyulur, 30 dəqiqə duzlu suda isladılır, aşsüzəndə süzülür 
və qaynayan duzlu suya tökülür. Düyü suyu canına çəkib şişənə kimi bişirilir. 
Bundan sonra düyü qazanın qıraqlarından ortasına təpəcik kimi qaldırılır və 
üzərinə 4 xörək qaşığı ərinmiş yağ tökülür. 
Qazanın ağzı təmiz, ağ pambıq dəsmalla örtülür və qapaqla bağlanıb dəmə 
qoyulur. 
Sədri düyü 5-6 saat, Xan düyüsü isə 6-7 saat qabaqcadan duzlu suda isladılır. 
Biz plov bişirəndə, düyünü dəmə qoyanda qazanın ağzını bezlə örtürük. 
Bu dəm zamanı qalxan buxarı geriyə dönməyə qoymur. Bez artıq nəmi özündə 
saxlayır. Bu həm də dəmdə olan plovu geriyə qayıdan kondensat suyun tempe-
raturu aşağı salmaq qorxusunun qarşısını alır. XIII əsrdə ərəb dilində yazılan 
kitablarda xörəyin belə bişirilməsi metodundan bəhs edildiyindən bu metodun 
da qədimliyindən danışmaq olar. XV əsrdə Şirvani babamız da plov bişirəndə 
bu metoddan istifadə edir. 
Plov üçün yağın hazırlanması
İlk dəfə tərəfimizdən təklif edilən bu üsul plovu daha xeyirli, daha ləzzətli 
edir. Klassik üsuldan kənara çıxsaq da bu halda plov karotinlə zənginləşir. 
 
Tərkibi: 
200 qr yağ
40 qr yerkökü


288
Söz mətbəxi
Hazırlanma qaydası
Yerkökü sürtkəcdən keçirilir. 
Yağ vam odda əridilir, yerkökü əlavə edilib qarışdırılır və 10 dəqiqəyə 
qədər vam odda saxlanılır. Yağın qaynamasına imkan verilmir. Daha 5 dəqiqə 
isti yerdə saxlandığından sonra yağ tənzifdən süzülüb yerkökü xıltından ayrı-
lır. Xılt atılır. Yağ isə plova işlədilir. 
Zəfəran şirəsinin hazırlanması
Tərkibi: 
1 qr. zəfəran
100 qr su
Hazırlanma qaydası
Zəfəran suya atılıb ağzı bağlı qabda 65-70 °C-yə qədər qızdırılır. Dəm lən-
dik dən sonra qarışdırılır və istifadə edilir. 
Şirvanidən görürük ki, düyü bişməmişdən çiy-çiy də onu zəfəranla boya-
yıb sonra bişirmək olar. Amma sonradan boyamaq daha xeyirlidir. 
PLOVUN QAZMAĞININ HAZIRLANMASI
I. Tərkibi
2 yumurta
2 xörək qaşığı ərinmiş yağ
1,5 stəkan un
4 qr. duz
Hazırlanması qaydası
Un, yumurta, 1 xörək qaşığı ərinmiş yağ və duz qarışdırılıb bərk xəmir 
yoğurulur. Xəmirdən qazanın dibi böyüklüyündə yuxa yayılır. Qazan qızdırılır 
və dibi 1 xörək qaşığı yağ ilə yağlanır. Yayılmış yuxa qazanın dibinə salınır və 
üzərinə düyü tökülüb dəmə qoyulur. 
Bəzən belə qazmağı yumurtasız da hazırlayırlar. 


Klassik plov üçün düyünün hazırlanmasını diqqətinizə çatdıraq 
289
II üsul 
Tərkibi. 
3-4 yumurta
2 stəkan yarıbişmiş düyü
2 xörək qaşığı ərinmiş yağ
Hazırlanma qaydası
Yumurta çalınır, düyü və 1 xörək qaşığı yağ əlavə edilib, qarışdırılır. 
Qazan qızdırlır, dibi 1 xörək qaşığı yağ ilə yağlanır və üzərinə düyü tökü-
lüb dəmə qoyulur. 
Bəzən qazmağın tərkibinə kişmiş, bəzən isə 1-2 xörək qaşığı qatıq əlavə 
edilir. 
Hazır plovun yanında müxtəlif xuruşlar, qaralar vermək olar. 
Plovun qarası ayrıca da, plovaltı yaxud plovarası da hazırlana bilər. Bu 
fəndlər bir yerdə ya ayrıca işlədilə bilər. Məsələn, Şuşada hələ gənclikdə ye-
diyim şüyüd plovu hazırlayanda, toyuğu düyünün altına qoyub bişirmişdilər, 
yumurtaları isə  qırıb plovun arasına salıb plovarası hazırlayırdılar. Süfrəyə 
verəndə isə ayrıca xuruş kimi qatıq ya sarımsaqlı qatıq verirdilər. Beləliklə 
plovaltı, plovarası və xuruş (qatıq) bir yerdə Şuşanın şüyüd plovunu müşayiət 
etdilər. Bir dəfə bizə qonaqlıq verən təqaüddə olan polis zabiti əslən Şuşalı 
olan Hamlet müəllim bizə tam dəqiqliyilə belə bir əsl Şuşa şüyüd plovu verib, 
2013-cü ilin yanvarında Şuşanın dadını, tamını, gəncliyimi bir də yadıma sal-
dı. İnşallah Şuşada yenidən yeyək. Özü də təkcə şüyüd plov yox həm də qırx-
buğum plov, bağala plov, südlü plov, “duğ” plov və s. Qarabağ plovlarımızı. 
Yenə də bu yerdə rəhmətlik Nadir Mirzə yadıma düşdü. 
O, XIX əsrdə  Bərdəli xanımıyla Təbrizdə oturub yazır ki: “Südlü-plov 
Mazəndaranlılara və qarabağlılara məxsus bu plov. 
Duğ plov (ayran plovu). Bu plovun da iki növü var, Qarabağ türklərinə 
məxsusdur”.
Amma bu qədər ki biz dözdük indi də plovu gətirirlər. Yenə Sabir de miş kən:
Gördüm ki, plov bişmədədir, aclığa dözdüm
Bildim bu tədarük şəbi-ehsanın üçündür. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə