Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə93/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   89   90   91   92   93   94   95   96   ...   107

282
Söz mətbəxi
Çox növlü bulqur plovlarından birini, Türkiyənin Qaziantep mətbəxində 
bişirilən kəməli (dombalan köbələkli) plov nüsxəsini diqqətinizə çatdırırıq:
Kəməli yarma plovu 
5-6 nəfərlik 
İlk bahar
2 stəkan yarma
400 q kəmə (domalan göbələyi)
1 dənə soğan
2 yemək qaşığı sadə yağ
½ yemək qaşığı tomat pastası
½ yemək qaşığı bibər pastası
1½ çay qaşığı duz
1 çay qaşığı qara bibər
İlk bahar ləzzətləri çiğdem ve çağla ilə başlayır, may ayında yerini kəməyə 
verir. Kəməli plov, istənsə yarma yerinə düyü və yaxud firik ilə də hazırlanar. 
Firik istifadə edildiyi zaman yarma ilə yarı yarıya istifadə edilir. Yağ kimi sadə 
yağ istifadə olunarsa dadına doymaq olmayacaq, amma tapa bilməyənlər kərə 
yağı da istifadə edə bilər. Kəmə olsa, plova ayrıca ət qoymaq lazım deyil, amma 
istəyən 250-300 q qədər quşbaşı ət və ya iri bıçaq qıyması əlavə edə bi lər. 
• Kəmələri təmizləyin və quşbaşı ət kimi doğrayın. Soğanı incə-incə qıyın. 
• Qazanda 
yağın yarısını əridin. Soğanları əlavə edin və şəffaflaşıb yün-
gül saralana qədər batıq atəşdə qarışdırın. 
•  
Kəmələri əlavə edin və bir az daha qovurun. Tomat və bibər pastasını 
əlavə edin. 
•  
Qovurulan 
soğanlı kəməyə 3 fincana qədər isti su əlavə edin. Təxminən 
5-10 dəqiqə qaynadıqdan sonra yarmanı əlavə edin və qapağını örtərək 
qoyun batıq atəşdə bişsin. 


Plov haqqında dastan
283
•  
Yarma 
yaxşıca iriləşib suyunu çəkincə qalan yağı əridin və üstünə tö-
kün. Atəşdən alaraq qapağının altına təmiz bir parça və ya kağız hovlu 
qoyaraq təkrar örtün və 10-15 dəqiqəyə qədər dəmlənməyə qoyun. 
• Qaba 
çəkin və isti-isti süfrəyə qoyun. 
Bizim bişirdiyimiz mərcimək plovu düyü ilə  mərciməkdən bişirsə  də, 
Qazian təp mətbəxində mərciməkli plovun yarma və mərciməkdən hazırlandı-
ğı nı görürük. 
Mərciməkli plov
5-6 nəfərlik 
Hər mövsüm
stəkan Antəp mərciməyi
1 stəkan yarma
4-5 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı sadə yağ və ya kərə yağı
1 yemək qaşığı pul qırmızı bibər
1½ çay qaşığı duz
1 çay qaşığı qara bibər
Mərciməkli  Yarma plovu, çoxu mərciməkli aş və ya sadəcə mərciməkli olaraq 
da anılır. Bəzən üstünə yağda omlet kimi bişirilmiş yumurta qoyulur. Bəzən de ay-
ran ilə qarışdırılıb ayranlı aş şəklində yeyilir. Əsl dadını almaq istəyirsizsə mütləq 
yerli Antəp mərciməyindən istifadə edin. Bölgədə yetişən qırmızı  mərciməyin 
qəhvəyi qabığı alınmamış olanı, Qaziantəp məhsulları satan yerlərdə ola bilər. 
•  
Mərciməyi yuyub 3 stəkan su ilə qazana qoyun, dağılmadan yumşaq 
olana qədər təxminən 20-25 dəqiqə bişirin. Duzunu mərcimək biş dik-
dən sonra əlavə edin. 
 
• 
    Mərciməyin suyuna tomat və bibər pastası  əlavə edin. Qaynayınca 
yarma  əlavə edin, yarma şişib bişmə suyuna əmənə  qədər bişirin. 
Mərci mək lər çox bişərsə qabıqlarından ayrılır və dadı gedər. Bişmə 
vaxtına diqqət edin, yumşalmağa başladığı anda yarmanı əlavə edin. 


284
Söz mətbəxi
•  
Zeytun 
yağı və kərə yağını birlikdə isidin, pul qırmızı bibəri yağda 
qarışdırın və mərciməkli yarma plovuna tökün. Plovu 10 dəqiqə qədər 
saxlayın, alt üst edərək süfrəyə verin. 
Not: Mərcimək-yarma nisbəti istəyə görə dəyişə bilər. Daha az və ya daha 
çox mərcimək istifadə edə bilərsiniz. Su nisbətini mərciməyin iki misli və ya 
bir az daha çoxu kimi düşünə bilərsiniz. 
İndi Nəsrəddinin daha iki lətifəsini yadınıza salım. 
Bir dəfə Nəsrəddin dostlarıyla pul toplayıb ərzaq alıb plov bişirirlər. Hamı 
plovun dövrəsində oturub bir qabdan plov yeyir. 
Nəsrəddin qaradan ət tikələrini iki-iki götürüb yeyir. 
Yanında oturan Nəsrəddindən soruşur ki, əti niyə iki-iki götürürsən, ayıb-
dır axı.
Nəsrəddin isə cavabında “Vallah əlimə ikidən çox sığmır” – deyə cavab ve-
rir. Başqa, bir dəfə yenə Nəsrəddinlə dostları pul toplayıb şərikli plov bişirirlər. 
Dostlarından biri müraciət edir ki;
– Molla mən əti doğrayana kimi sən qazanı yu
– Məmnuniyyətlə amma mən qazan yumağı bacarmıram, heç vaxt təcrübə-
dən keçirməmişəm deyə Nəsrəddin cavab verdi. 
– Onda ocağı qala.
– Mən oddan qorxuram.
– Onda düyünü arıtla.
– Gözüm yaxşı görmür. 
 və s. və ilaxır və Nəsrəddin heç bir iş görmür. 
Amma Plov süfrəyə gələn kimi Nəsrəddin birinci girişir plova. Başlayır 
iki əllə yeməyə dostlardan biri ironiya ilə; 
 – A... Nəsrəddin sən deyən heç plov yeməyi də bacarmırsan. 
– Hə düz deyirsən – ağzı dolu-dolu Nəsrəddin cavab verir. Plov yeməyi də 
bacarmıram amma məcburən yeməliyəm. Axı mən də pul vermişəm. 
Buradan da plovun əllə yeyilməsini görürük. Plovun əllə yeyilməsinin bir 
neçə üstünlüyü var. Barmaqların uclarındakı sinirlər plovu götürəndə onun 
artıq dadını və istilik kompozisiyasını duymağa, həzm sistemi bu möcüzəni 
həzm etməyə hazırlığa başlayır. Həm də yeməyə metal toxunmayanda ağıza 
metal ionları daxil olmadığından qidadakı ftor, yod parçalanmır, dişlər daha 
sağlam olur. Digər tərəfdən qida dini qaydalarımıza uyğun olaraq ağıza soyuq 


Plov haqqında dastan
285
və ya qaynar deyil, bədən temperaturuna yaxın temperaturda aparıldığından 
dad reseptorları daha yaxşı işləyir. Biz həm ləzzətlə yeyirik, həm də bu sağ-
lamlığımıza müsbət təsir göstərir. 
Rəhmətlik Sabir çox gözəl buyurub:
Sövdaya-plov, şuri-çığırtma sərimizdə
Dövrədə plov qalmağa imkan bular isə
Şimdi hələlik süfrə də, qazqan da bizimdir. 
Yəni dövrədə (dairəvi sinidə T. Ə) plov qalmağa imkan tapsa (Ay qaldı 
haa) onda süfrə də, qazan da bizimdi. Yəni plov qurtardısa süfrə də qazan da 
yığışdırılacaq. 
Sabirin bu şeirindəki və Əli Möcüzün çərşənbə duasında işlətdiyi “dövrə” 
sözü maraqlı bir məqama toxunur. Əvvəllər plov dairəvi bir tabaqda sinidə 
verilirdi. Bunu Nəsrəddinin bir lətifəsindən də görürük. 
– Nəsrəddin bir sini plov aparırlar.
– Əşşi mənə nə?
– Nəsrəddin axı Sizə aparırlar.
– Onda sənə nə? 
Sinidə adətən 6-10 nəfərlik plov gətirilirdi. Xəngəli də süfrəyə belə 
verirdilər. Bütün ailə (ya qonaqlar) bu dairəvi sininin (tabağın, təpsinin və s.) 
ətrafına toplanıb hər kəs öz qarşısından plov ya xəngəl yeyirdilər. İndi də plov, 
xəngəl süfrəyə eyni ilə verilir və hər kəs indi ümumi qabdan (sinidən, bulud-
dan) əvvəlcə öz boşqabına plov çəkir. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə