Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə91/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   87   88   89   90   91   92   93   94   ...   107

276
Söz mətbəxi
zar mağa başlayıncaya qədər qovururuq. Başqa bir tavada doğradığımız 
so   ğanları qovururuq. Soğanlar qovrulduqdan sonra bura islatdığımız qu-
ru meyvələri və  əti də  əlavə edib bütün bunları biraz bir yerdə qovururuq. 
Dü  yünü duzlu suda az bişirib süzürük. Plovu bişirəcəyimiz qazanın  di bi ni 
əri dilmiş kərə yağı ilə yağlayırıq. Lavaşların da bir-bir hər iki üzünü yağla-
yıb qazanın dibinə  və  kənarlarına doğru düzürük. Düyünün yarısını lavaş-
ların üzərinə tökürük. Yağ  və sarıkök ya da dəmlənmiş  zəfəranın suyunu 
sə    pirik.  Hazırladığımız qaranın hamısını düyünün üzərinə töküb yayırıq. 
Onun üzərinə qalan düyünü əlavə edib,yenə  də yağ  və  ədviyyat səpirik. 
La  vaşların kənarlara çıxan hissələrini düyünün üzərinə gətiririk. Bir ədəd la-
vaşı yenidən yağlayıb düyünün hər tərəfini örtəcək şəkildə yayırıq.  Qazanın 
ağzına ya dəmirdən qapaq qoyuruq, ya da alüminium falqa ilə bağlayırıq. So-
baya qoyub 180 dərəcədə 1 saata qədər dəmləyirik. Sobadan çıxartdıqda qa-
zanın ağzına ya patnos, ya da bir tava tutub qazanı tərs çevirirk. Budur Şah 
plovumuz hazırdı. İstədiyiniz kimi servis edə bilərsiniz. Nuş olsun!
Plov bizim əsas bayramımız olan Novruzla çox bağlıdır. O qədər bağlıdır 
ki, Novruzun hər gününün, hər çərşənbəsinin öz novruznaməsi, öz musiqisi 
olduğu kimi öz plovu da vardı. 
Əvvəllər Novruz bayramının hər gününün öz muğamı, novruznaməsi, özü-
nə məxsus yeməkləri, şirniyyatı və plovu vardı. Zaman keçdikcə bu ənənə yoxa 
çıxmağa başladı, sonra yalnız çərşənbə muğamları, plovları qaldı. İndi isə bun-
lar da unudulmaqdadır. Amma bəzi ənənələrimiz qalmaqdadır. Novruzun əsas 
çərşənbələrində verilən plovlar öz mahiyyətləri ilə seçilir. Verilən hər bir plov 
müvafiq çərşənbənin mahiyyəti ilə bir vəhdət təşkil edir. Su çərşənbəsində plov-
lar daha çox su tələb edən, su içirdən plovlardır. Su çərşənbəsində süfrəyə turşu 
qovurma plov, nar qovurma plov, axta çilov, qaxac ətli plov və bu kimi plov 
növləri verilir. Süfrəyə müxtəlif şorabalar, turşular qoyulur. Bu çərşənbə verilən 
plovlar insanın suya tələbatını artırır. Su çərşənbəsində içilən su isə əsasən təzəcə 
ərimiş qarın, buzun suyu olduğundan bədənə daha çox xeyir verir. Bir çox alimlər 
indi donu yeni açılan su ilə müalicəni tətbiq edirlər. Hətta evdə soyuducuda suyu 
dondurmağı, sonra donu açılan suyun üst hissəsini içməyi məsləhət görürlər. Gö-
rünür xalqımız emperik və yaxud başqa yolla bu bilgilərə sahiblənibmiş. 
Od çərşənbəsində daha çox istilik verən, odla bağlı plovlar verilirdi. Bun-
lardan mərci çilov, maş lobya çilov, əriştə çilov və s. süfrədə öz yerini tuturdu 
ki, bunlar da orqanizmə istilik verirdi. 


Plov haqqında dastan
277
Torpaq çərşənbəsində daha çox torpaqla, torpağın canlanmasına işarə 
edən plovlar verilirdi. Səbzə plov, şüyüd plov, qırxbuğum plov və s. torpaq 
çər şənbəsində süfrələrimizi bəzəyir. 
Axır-uxur (uğur) çərşənbə günü süfrəyə əsasən südlü plov verilirdi. Südlü 
plov ilin bəhərli, məhsuldar olmasına işarəydi. İbn Sina da südlə düyünün bir 
yerdə cinsi fəaliyyəti gücləndirdiyini, toxum artırdığını yazır. 
Novruz günü il şirin, xoşbəxt olsun deyə şirin plov verilərdi. 
Axır-uğur çərşənbə Novruzla üst-üstə düşəndə  hər iki plov, həm südlü 
plov həm şirni plov süfrəyə qoyulardı. 
Novruz bayramının bütün çərşənbələrində plovlar sarı, qızılı, qırmızı, ya-
şıl rənglərə daha çox boyanardı. Plov verilən sini, bulud boşqabın qıraq dairə-
si nin  mavi  (səma), sarı, qızılı, qırmızı (günəş), yaşıl (həyat, göyərti) rən gin də 
olmasına xüsusi diqqət yetirilərdi. 
Plov dövrəsində olan qəndab, ovşala, iskəncəbi, şərbət kimi içkilər də bu 
rəngləri özündə əks etdirərdi. 
Müstəqil Azərbaycan bayrağının rəngləri də elə bu təfəkkür tərzindən doğdu. 
Bu üç rəng hələ müstəqilliyimizdən öncə də bizim üçün bayram, toy-büsat, şad-
yanalıq, saflıq, təmizlik, qələbə rəngləriydi. Müstəqilliyimizin, döv lət çiliyimizin 
əbədi bir bayram olduğunu, bunun sevincini yaşayan bir azərbaycanlının bayra-
ğı elə bu rənglərdə görməsi, onu bu rənglərdə tərtib etməsi çox təbii idi. 
Beləliklə, plovlarımızın hər birinin öz tarixi, öz sakrallığı, öz məna tutu-
mu olduğunu gördük. Plovun öz formasına dəyərinə görə qadınlığın simğəsi, 
simvolu olduğunu gördük. Ona görə də plov əgər ətli qaraları çıxsaq muğam 
süfrəsini bəzəyə bilər, ətli qaralarla isə həm də saz süfrəsinin bəzəyi olar. Belə 
olan halda plovun bəzəkli düyülü hissəsi qadını, ətli qaraları isə kişini simğə 
etməklə vəhdət yaradır. 
Novruz süfrəsində olduğu kimi, sevgi, məhəbbət süfrəsinin plovları da 
şirin, südlü yüngül muğam plovları olmalıdır. 
Təəssüflə deməliyik ki, indi yas mərasimində belə toy, bayram, şadyanalıq 
plovları, bayram şirniyyatı (qoğal, şəkərbura, paxlava) verilir, yeməklərimiz 
öz sakraplığından, məna yükündən, mentallığından çıxarılıb bayağılaşdırılır, 
sıradan biri, adi qarın doyduran vasitəyə çevrilir.  
Hörmətli Munid Zakirov. “Plov, sevgi və başqa ləzzətlər. Hər yerdən kulina-
riya əfsanələri haqqında” kitabında “Palov aş” adlı xörəyin adının açıqlamasını 
belə verir. P – piyez (soğan); a – ayez (yerkökü); l – laxm (ət); o – olio (piy); 


278
Söz mətbəxi
v – vet (duz); o – ob (su); ş – şalı (düyü). Versiya əlbəttə ki, əfsanə kimi çox 
maraqlidir. Amma bu bir neçə cəhətdən şübhə doğurur. Burada ərəbcə (laxm-ət), 
yunanca (olio - piy) farsca (ab-su) və s. sözlər bir-birinə qarışıb ki, bunların bir 
yerdə, bir xörəyin adında birləşməsinin ehtimalı sıfıra yaxındır. İkincisi “aş” bü-
tün türk dillərində əsasən yemək, xörək, buğda, ayrıca özlüyündə plov mənasında 
işlədilir. “Aş” sözünün ilkin forması ümumiyyətlə “as”-dır. As isə Orxon Yenisey 
abidələrində də yemək, buğda mənasında işlədilir. Yəni əslində “palov aş” – “pa-
lov yeməyi” deməkdir. Həm də özbəkcədə bu “aş” kimi deyil, “oş” kimi səslənir. 
Özbəkcədə mədəyə də “oş qazan” – yəni yemək qazanı deyilir. 
Bundan  əlavə digər plovlara göstərilən bütün ərzaqlar getmir. Məsələn 
Azərbaycan plovlarında Özbəkistandan fərqli olaraq yerkökü demək olar ki, 
istifadə edilmir. Plovların heç də hamısı ətlə hazırlanmır. Bundan başqa plovun 
türklərə məxsus hazırlanma texnologiyası yalnız düyü ilə bişirilən xörəklərə 
aid deyil. Məsələn, düyüdən əvvəl plov bulqurla ya ütmə ilə bişirilirdi. Onda 
xörəyin adındakı (palov aş) “ş” hərfi “şalı” – düyü yox “b” ya da “ü” olma-
lıydı. 1850-ci ildə İ. Berezinin Azərbaycanda yediyi kasıb plovu adlandırdığı 
mərcimək plovda da düyü yoxdur. Yuxarıda La Rossun məşhur qastronomiya 
lüğətində də plovun yalnız düyüdən deyil, başqa dənli bitkilərdən də hazır-
landığı elə bu bilgiyə  əsaslanır. Düyü plovları, bulqur, ütmə  və s. plovlar-
dan sonra yarandığından “plov aş” sözündə düyü (şalı) sözünün iştirakı da 
şübhə doğurur. Oxşar texnologiya ilə hazırlanan yeddi-löyün, hədik və bu 
kimi xörəklərdə də dənlər düyü olmadan bütöv bişirilir. Dənlər əriyib qarış-
mır, yəni plovun dənəvərlik prinsipinə əməl olunur. Bundan əlavə Munid Za-
kirovun özünün də yazdığına görə zirvaka qoyulan baş soğan sonra çıxarılıb 
atılır. Yəni soğanın (“piyez”) plovun adında iştirakı da sual altına düşür. So-
ğan burada bitki yağı yananda əmələ gələn zəhərli maddələri özünə toplayıb 
neytrallaşdırmaq üçün istifadə edilir. Qeyd etdiyimiz kimi, pis qoxulu bitki 
yağları kasıbçılıqdan plovda istifadə edilib. Kərə yağında hazırlanan plovda 
soğan lazımsız olur. Həm də özbək plovuna bütöv baş sarımsaq da istifadə 
edilir. Bütün bunlar plovun adının heç də Munid Zakirovun göstərdiyi kimi 
formalaşmadığını göstərir. 
Plovun xörək kimi yaranmasına gəlincə yuxarıda qeyd etdiyimiz kimi 
bu texnologiya yalnız düyü ilə deyil, digər dənli bitkilərdən də bişirilirdi. 
Dənli bitkilərdən bişirilən hədiyin yeddi lövünün də texnologiyaları, həlim-
siz dənəvər xörəyin hazırlanması plovun hazırlanma texnologiyasına gətirib 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə