onun qurğularının mühafizəsi daim nəzarətdə saxlanmalıdır. Ġstənilən hava
Ģəraitində möhkəmlik və davamlılığını təmin etmək üçün, torpaq yatağını
dağıdıcı sel sulardan ilk növbədə qorumaq lazım gəlir ki,
deformasiyaya
məruz qalmasın. Bundan əlavə torpaq yatağına küləyin, temperatur dəyiĢ-
kənliyinin təsiri böyük olur. Əgər yuxarıda qeyd olunanların qarĢısı
vaxtında alınarsa onda torpaq yatağının uzun ömürlülüyü təmin olunmuĢ
olar.
Torpaq yatağının tikintisində ən geniĢ yayılmıĢ qrunt növü qum və gil
sayılır. O həm suyu yaxĢı buraxır, nəmlənəndə sıxılmır və çöküntü vermir.
Gilli qrunt nəmiĢlik zamanı plastik xassəyə malik olur, suyu pis süzür.
(ġəkil 4.4) Bəzi hallarda qaya və daĢ qruntlardan da istifadə olunur.Yer
səthi nahamar olduğuna görə onun üzərinə yolun üst quruluĢunu döĢəmək
mümkün olmur. Ona görə də alçaq yerlər torpaqla doldurulur, hündür yerlər
isə kəsilir. Bununla da lazım olan su axıdıcılarla
və bərkidicilərlə birlikdə
torpaq yatağı alınır və yolun üst quruluĢu üçün əsas kimi qəbul edilir.
ġəkil 4.4.
İki xətli dəmir yolu sahəsində baş yollar üçün ballast prizma-
sının eninə profili.1-çınqıl, 2-qum, b
ş
-şpalın kənarından yamacın başlan-
ğıcına qədər olan məsafə.h
q
-qum yatağının qalınlığı,h
ş
- şpal altında çınqıl
ballastın qalınlığı.
Torpaq yatağının üst quruluĢ yerləĢdirilən hissəsinə əsas meydança
deyilir. Torpaq yatağı trapesiya Ģəklində qurulur və iki yol nəzərdə
tutulanda üçbucaq Ģəklinə salınır. Torpaq yatağının bu Ģəkildə qurulması,
ballast qatından süzülüb gələn suyun axıdılmasını təmin edir.
Ballast
prizmasının ölçüsü artdıqca tor-
paq yatağının eni və kənarları da artırılır. Torpaq yatağının kənarı yol
iĢçilərinin təhlükəsiz hərəkəti, materialların və alətlərin yerləĢdirilməsi,
iĢarə vermə qurğuları, elektrik dirəklərinin yerləĢdirilməsi üçündür. Ona
görə də torpaq yatağının kənarını 0,6-0,7 m ölçüdə edirlər.
Əyri sahələrdə əsas meydançanı xaric relsin (xaric rels dedikdə əyrinin
istiqamətinin əks tərəfində rels baĢa düĢülür) hündür olması
ilə əlaqədar
olaraq geniĢ edirlər. Belə geniĢlənmə əyrinin ra-
diusundan asılı olaraq 0,1 metrdən 0,5 metrə qədər artırıla bilər.
Şəkil 4.5.
Qazmanın tipik eninə profili. 1- dağüstü arx, kaveler, 3-
banketqabağı arx, 4- banket, 5-küvet, 6- yamacın qaşı, b
o
-kəsiyin eni, b
əm
-
torpaq yatağının əsas meydancasının eni.
Yolun uzununa oxuna perpendikulyar kəsiyinə torpaq yatağının eninə
profili deyilir (ġəkil 4.6). Torpaq yatağının tipik və fərdi formaları olur. Əsas
meydançanın yer səthinə nisbətən sə- səviyyəsindən asılı olaraq tökmələr və
qazmalar alınır. Yerin eninə mailliyi olan sahələrdə yarımtökmə, yarımqazma
və ya yarımtökmə-yarımqazma alına bilər. Torpaq yatağında tökmədən qaz-
maya keçən nöqtələr sıfır yerləri adlanır. Eyni zamanda torpaq yatağının
qismən də olsa yer səthi ilə eyni səviyyədə olan hissəsi də, yəni nə tökmə nə
də qazma hissəsi də sıfır qiymət adlanır.
Şəkil 4.6. Tökmənin tipik normal profili
1. su axıdıcı xəndək, 2. berma, 3.
əsas meydança, 4. torpaq yatağının qaşı, 5. Yamac, 6. ehtiyat sahə,7.
tökmənin meydanı, h – torpaq yatağının qaşından meydançaya qədər olan
hündürlük, l-yamacın dikliyinin horizontal proyeksiyasının uzunluğu, 1:n–
tökmənin yamacının dikliyi
Tökmənin söykəndiyi torpaq zolağı əsas meydanĢa adlandırılır. Əsas
meydançanın yamacla kəsiĢməsindən alınan xəttə əsas meydançanın qaĢı
deyilir. Yamaclı əsasın kəsiĢdiyi xəttə isə yamacın ətəyi deyilir. Yamacın
ətəyinə yaxın su axıdıcı qurğular arasındakı zolaq sahəsi berma adlanır.
Tökmənin qaĢı səviyyəsindən torpaq yatağının əsasınadək məsafə tökmənin
hündürlüyü
Dostları ilə paylaş: