4.4 Süni qurğuların növləri və vəzifələri
Nəqliyyat yolunun torpaq yatağı trassa boyunca təbii və süni xarakterləri
maniələrə rast gəlir. Yolu bu maniələrdən keçirtmək üçün bir sıra qurğular
tikilir. Həmin qurğular mühəndis tərəfindən,
onu təfəkkürünün məhsulu
kimi yaradıldığı üçün, bu qurğular süni yaradılmıĢ qurğular və ya sadəcə
olaraq
süni qurğular
adlanır. Süni qurğular tikilən yolun texniki cəhətdən
mürəkkəb və məsuliyyətli hissəsidir. Bu qurğuların tikilməsinə əməliyyətli
vəsait və əmək sərf olunur. Düzənlik yerlərdə süni qurğuların tikilməsinə
ümumi yolun tikinti dəyərinin 10-15%-i sərf edildiyi halda, dağlıq yerlərdə,
eləcə də trassanın böyük çaylarla və digər iri maniələrlə kəsiĢdiyi hissələrdə
bu sərf xeyli artır.
Dəmir
yolunun digər dəmir yolu, su maneələri,
avtomobil yolu, dərin
yarğan, tikilmiĢ Ģəhər ərazisi ilə kəsiĢməsi, insanların
yoldan təhlükəsiz
keçidini təmin etmək və torpaq yatağını ətraf mühitdən qorumaq məqsədi
ilə süni qurğulardan istifadə edilir. Dəmir yolunun süni qurğularına
körpülər, borular dayaq divarları,
tənzimləyici divarlar, qalareyalar, sel
ötürücüləri və s. aiddir.
Körpülər
–nəqliyyat yolunun torpaq yatağını iki hissəyə ayıran hər hansı
bir təbii və ya süni maniədən yolu keçirmək üçün tikilir.
Körpü
konstruksiyasının əsas vəzifəsi maniə üzərində torpaq yatağını əvəz
etməkdir. Körpülər bir sıra əlamətlərinə görə bir-birindən fərqlənir.
AĢırım qurğusunun materialına görə
körpülər daĢ, beton, dəmir-
beton, ağac və metal konstuksiyalı olurlar. Perspektivdə ĢüĢəplastiklərin və
digər kompozit materialların tətbiqi də mümkün sayılır (ġəkil 4.10).
Hərəkət hissəsi səviyyəsinə görə
körpülər aĢağı gediĢli, orta gediĢli və
yuxarı gediĢli olurlar.
Dostları ilə paylaş: