FƏSĠL IV.
DƏMĠR YOLU VƏ YOL TƏSƏRRÜFATI
4.1. Dəmir yolu xətlərinin kateqoriyaları, trassası,
planı və profili
Dəmir yollarının çəkilməsində məqsəd təbii sərvətlərlə zəngin olan yeni
rayonların kəĢf edilməsi, yük gərginliyi böyük olan mövcud istiqamətlərdə
gərginliyin azaldılması və eyni zamanda sərniĢin və yüklərin daĢınmasında
vaxta qənaət, həm də daĢıma prosesində qısaldılmıĢ yollardan istifadə
etməkdir.
Yeni çəkilən yollar nəzərə çarpacaq dərəcədə əhəmiyyətini daĢımaların
ölçüsündə və xüsusiyyətində özünü göstərir. Bu amillərdən asılı olaraq
texniki norma və tələbat yeni layihələrin iĢlənməsində əldə rəhbər tutulur.
Tikinti norma və qaydaları əsas götürülən layihələndirmə iĢləri, 1520
mm koleyalı yeni dəmir yolları və dalan yolları bir neçə dərəcəyə bölünür.
Yolun dərəcəsindən asılı olaraq yolun vacib ölçü və texniki Ģərtləri sərniĢin
və yük qatarlarının nəzərdə tutulan sürəti xəttin layihələndirilməsində əsas
götürülür. Əsas göstəricilərdən biri, yük gərginliyinə görə yolun dərəcələrə
bölünməsi cədvəl 4.1-də göstərilmiĢdir.
Cədvəl 4.1.
Dəmir yo-
lu xətləri-
nin kate-
qoriyası
Dəmir yolunun
təyinatı
Yüklü istiqamətdə illik
gətirilmiĢ hesabı yük gər-
ginliyi, istismarın 10 ili
ərzində, milyon t. km/km
Sürətli
Hərəkət sürəti 160-200 km/saat olan
sərn/qat hərəkəti üçün magistral dəmir yolu
xətləri
-
Yüksək
gərginlikl
i
Böyük həcmli yük daĢımaları üçün
magistral dəmir yolu xətləri
50-dən çox
I
Magistral dəmir yolu xətləri
30-50
II
Magistral dəmir yolu xətləri
15-30
III
Magistral dəmir yolu xətləri
8-15
IV
Ümumi Ģəbəkəli dəmir yolu xətləri
8-dən çox olmayaraq
Stansiyalar arası birləĢmələr və dalan
yolları
Yox
Azərbaycanın müxtəlif iqlim və seysmik zonaya bölməklə dəmir
yolunun tikintisini ayrı-ayrı qiymətlərlə baĢa gəlməsi Ģəraiti yaradır.
Dəmir yol xəttinin torpaq yatağının qaĢı səviyyəsində keçən oxu
trassa
adlanır. Dəmir yol xəttinin uzununa profili müstəviyə açılmıĢ trassa üzrə
Ģaquli kəsiyidir. Trassanın üfüqi proyeksiyası xəttin planı adlanır (ġəkil
4.1).
Şəkil 4.1. Dəmir yol xəttinin planı
A.B. – məntəqənin baĢlanğıcı və sonu
Dəmir yolunun tikintisi və dəmir yoluna aid tikili və qurğuları, qəsəbə
və meĢə zolağı salınması üçün ayrılmıĢ torpaq sahəsinə ayırma zolağı
deyilir. Ayırma zolağının sərhədləri yolun inkiĢaf perspektivindən asılı
olaraq təyin edilir və xüsusi iĢarələrlə niĢanlanır. Layihələndirmə
prosesində yolun istiqamətinin seçilməsi xəttin trassası adlanır. Trassa
planda düz və profildə eniĢ, yoxuĢların heç olmaması və yaxud az olması ilə
ideal sayıla bilər. Təəssüf ki, bu heç vaxt mümkün olmur, çünki yaĢayıĢ
məntəqələrinə yaxınlaĢma, maneələri yan keçmə, yer quruluĢunun nahamar-
lığı və nəhayət tikintinin maya dəyərinin azaltmaq təĢəbbüsü belə bir xəttin
çəkilməsinə imkan vermir. Ona görə də layihələndirilən dəmir yolunda
rəhbər maillik, stansiya yollarının faydalı uzunluqları, baĢ yolların sayı,
dartı növü bölmə məntəqələrinin yerləĢdirilməsi, onun perspektiv inkiĢafını
nəzərə almaq, o cümlədən istismarın ilk illərində istismar xərclərinə qənaət
müəyyən mərhələlərlə aparılması planlaĢdırılmalıdır. Dəmir yol xəttinin
layihələndirilməsi düzxətli sahələrdə meydança Ģəklində eniĢ və yoxuĢlarda
isə mailliklər kimi inĢa edilir (ġəkil 4.2).
Şəkil 4.2. Dəmir yolu xəttinin uzununa profilinin elementləri.
Düz sahələr istiqamət və xəttin uzunluğu ilə xarakterizə olunur.
Əyrilərin əsas parametrlərinə
- dönmə bucağı, yerli Ģəraiti nəzərə alan R-
radiusu, xəttin Ģərti dərəcəsinin K əyrisinin uzunluğu və T-tangensi-əyrinin
baĢlanğıcından və yaxud qurtaracağından dönmə bucağının zirvəsinə qədər
olan məsafəsi aiddir. Bu əyrinin parametrləri arasında həndəsi bağlılıqla
əlaqəlidir. Qeyd edilən əyrinin radiusu R və dönmə bucağını bilməklə T və
K-nön qiyməyini təyin edirik:
,
2
tg
R
T
180
R
K
Kicik radiuslu dəmir yolu sahələrində qatarların hərəkət sürətinin
azaldılmasını tələb edir. Əyrilərdə maksimal buraxılabilən sürət yolun
radiusundan asılı olaraq təyin olunur.
R
v
6
,
4
max
. Əyri xəttin uzadılması hərəkətin müqavimətini
artırır, relsin və təkərin darağının yan yeyilməsini artırır, görməni
pisləĢdirir. Kiçik radiuslu əyrilərdə görünüĢün pis olması qatar maĢinistinin
lokomotivi idarə etməsini çətinləĢdirir, yol təmir iĢləri yerinə yetirilərkən və
ya kontakt Ģəbəkəsini təmir edərkən təhlükəsizliyin təmin edilməsi məqsədi
ilə əlavə niĢançıların təyin olunması tələbi irəli sürülür. Ona görə də yeni
dəmir yollarının layihələndirilməsində yolun dərəcəsindən və yerli Ģəraitdən
asılı olaraq əyrinin radiusu seçilir (Cədvəl 4.2).
Hərəkət tərkibinin dairəvi əyriyə yerləĢdirilməsinin yumĢaqlığını təmin
etmək üçün onların düz sahəyə keçidini aĢağıdakıların köməkliyi ilə həyata
keçirirlər.
Dostları ilə paylaş: |