Strateji TƏHLİL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix12.10.2018
ölçüsü278,45 Kb.
#73731
1   2   3   4   5   6   7   8   9

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

20 

olunmağımıza  və  Şaumyan  başda  olmaqla  bolşevizmin  ləğv  edilməsinə 

kömək etsin. Əgər Zaqafqaziya hökuməti mövcuddursa, biz ondan tələb 

edirik ki, haqq işimizi müdafiə etsin. Əgər hökumət bu faciə ilə bağlı qəti 

tədbir  görməzsə,  biz  özümüz  onları  məhv  edəcəyik.  Bizim  tariximizdə 

çoxlu qanlar tökülüb, onların çoxu qanla yazılıb, biz bunu da tarixə qanla 

yazacağıq”. Həmin iclasda M.Ə.Rəsulzadə nitqinə hökuməti ittiham edən 

çıxışla başladı: “Əgər Zaqafqaziya hökuməti və Zaqafqaziya Seymi bu an-

dan etibarən müsəlman  sosialist  blokunun tələbini  təmin  etməsə,  bizim 

burada  sakit  oturub  bir  yerdə  işləməyimiz  yolverilməzdir”.  Azərbaycan 

nümayəndələrinin ultimativ tələbləri Seymdə çaxnaşma saldı.

Məlum  olduğu  kimi,  1917-ci  ilin  axırlarında  Almaniya  və  onun 

müttəfiqləri Rusiyanı döyüşən cəbhələrdən geri çəkilməyə və öz torpaqları-

nın bir hissəsindən imtina etməyə məcbur 

etdilər.  1918-ci  il  martın  3-də  Brest-

Litovskda Sovet Rusiyası ilə Almaniya ara-

sında bağlanmış müqaviləyə görə, Qərbi 

Ukrayna  və  Qərbi  Belorusiya  torpaqları 

Almaniyaya,  rusların  Qafqaz  cəbhəsində 

işğal  etdikləri  Qars,  Ərdahan,  Batum  isə 

Osmanlı  dövlətinə  keçirdi.  Əslində,  Ru-

siya  bu  müqaviləni  bağlamaqla  vaxtilə 

S.Şaumyana  Osmanlı  ərazisində  “Türkiyə 

Ermənistanı”  yaratmaq  haqqında  vermiş 

olduğu 1918-ci il 11 yanvar tarixli 13 say-

lı dekretdən imtina etməyə məcbur oldu. 

Digər tərəfdən, həmin günlərdə Osmanlı 

nümayəndə  heyətinin  başçısı  Seymdən 

Brest-Litovsk  barışığının  tanınmasını, 

həm də Türkiyə ilə müzakirələr aparmaq 

üçün Rusiyadan ayrılaraq özünü müstəqil 

dövlət elan etməsini tələb etdi. Aprelin 10-

da  Zaqafqaziya  nümayəndə  heyəti  Brest 

müqaviləsinin şərtlərini qəbul etməyə və 

bu  əsasda  danışıqları  davam  etdirməyə 

hazır olduğunu bildirdi. Lakin Seymdə bu 

məsələ kəskin mübahisələrə səbəb oldu. Gürcü deputatları Osmanlı dövləti 

ilə müharibəni davam etdirmək üçün bütün qüvvələri səfərbərliyə almağı 

və kömək üçün Rusiyaya müraciət etməyi təkid edirdilər. Erməni fraksiya-

sı müharibəni axıra qədər davam etdirmək və Osmanlı dövlətini məğlub 

etmək üçün hər cür vasitələrə əl atmaq təklifini irəli sürürdü. Erməni frak-

siyası  Seym  qüvvələrinin  geri  çəkilməsinin  bütün  günahını  Azərbaycan 

nümayəndələrində  görürdü.  Gürcü  və  erməni  nümayəndələri  Trabzon 

danışıqlarını  yarımçıq  kəsərək  ölkəni  müharibə  vəziyyətində  elan  etdilər. 



1918-ci il martın 3-də Brest-

Litovskda Sovet Rusiyası ilə 

Almaniya arasında bağlanmış 

müqaviləyə görə, Qərbi 

Ukrayna və Qərbi Belorusiya 

torpaqları Almaniyaya, rusların 

Qafqaz cəbhəsində işğal 

etdikləri Qars, Ərdahan, Batum 

isə Osmanlı dövlətinə keçirdi. 

Əslində, Rusiya bu müqaviləni 

bağlamaqla vaxtilə S.Şaumyana 

Osmanlı ərazisində “Türkiyə 

Ermənistanı” yaratmaq 

haqqında vermiş olduğu 1918-

ci il 11 yanvar tarixli 13 saylı 

dekretdən imtina etməyə 

məcbur oldu. 


STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

21

Erməni-gürcü qüvvələri Osmanlı ordusunun qarşısını almağa qadir deyildi. 

Aprelin 15-də osmanlılar Batum şəhərini tutaraq Poti istiqamətində şima-

la doğru irəliləməyə başladılar. Belə bir şəraitdə Seymdəki erməni-gürcü 

çoxluğunun Qafqazın müstəqilliyini elan etmək və Brest-Litovsk sülhünü 

tam şəkildə qəbul etməkdən başqa çarəsi qalmadı. Aprelin 22-də müstəqil 

Zaqafqaziya Federativ Demokratik Respublikasının yaradıldığı elan edildi 

[6, v.20].

Cənubi  Qafqazın  müstəqilliyinin  elan  olunması  Azərbaycanın 

vəziyyətində  müsbət  dəyişiklik  yaratmadı.  Azərbaycanın  şərqində  bolşe-

vik qurumu, qərbində isə erməni hərbi birləşmələri yerli əhalini qırmaqla 

məşğul  idilər.  Buna  görə  də  Azərbaycan  nümayəndə  heyəti  Batum  sülh 

konfransına  böyük  ümidlə  baxırdı.  Çünki  Azərbaycan  nümayəndə  heyəti 

başa  düşürdü  ki,  yalnız  Osmanlı  qüvvələrinin  köməyi  ilə  Bakını  bolşe-

vik qüvvələrindən azad etmək, erməni daşnakların Azərbaycan əhalisinə 

qarşı  qırğınlarını  dayandırmaq  mümkündür.  Konfransa  yola  düşməzdən 

əvvəl müsəlman fraksiyasının üzvü Nəsib bəy Yusifbəylinin söylədiyi nitq 

Azərbaycanın düşdüyü çətin şəraitə verdiyi obyektiv qiymət idi. Nəsib bəy 

deyirdi: “Bizim bu gücsüz halımızda xarici köməyə müraciət etməkdən baş-

qa çarəmiz yoxdur. Müstəqilliyimizin ən qəti müdafiəçisi olmağıma baxma-

yaraq, indiki halda biz sevinməliyik ki, buraya gələcək qüvvə bizə dost və 

qardaş Türkiyədir. Ola bilsin, bu, qonşularımızın xoşuna gəlməsin, amma 

başqa çıxış yolumuz yoxdur… Xətir üçün xəstə düşə bilmərik. Bununla belə, 

heç vaxt azad Azərbaycanın müstəqil yaşaması fikrini yaddan çıxarmağa 

haqqımız yoxdur”.

Cənubi Qafqaz əhalisinin üç əsas xalqı arasındakı daxili ziddiyyətlər on-

ların müstəqil vahid dövlətdə birləşmək imkanını aradan qaldırdı. Doğrudur, 

bu arada daşnak partiyasının Seymdəki deputatları müsəlman fraksiyasına 

rəsmən siyasi alver variantı təklif etdilər: onlar “Bakıda gələcək hökumətin 

sırf müsəlman deyil, beynəlmiləl xarakterdə olması və erməni hissələrinin 

Bakıda  qalması”  müqabilində  Bakı  Sovetini  buraxmağı  öz  öhdələrinə 

götürürdülər. Lakin Seymin müsəlman nümayəndələri bu həyasız şərtləri 

qətiyyətlə  rədd  edib,  Bakı  şəhərində  hakimiyyətin  bölünməzliyini  bəyan 

etdilər.


1918-ci il mayın 11-də Batumda Zaqafqaziya və Osmanlı dövləti arasın-

da danışıqlar davam etdirildi. Danışıqlarda Azərbaycanı M.Ə.Rəsulzadə və 

M.H.Hacınski təmsil edirdi. Konfransın gedişində Almaniya nümayəndələri 

gürcülərlə  gizli  görüşlər  keçirərək,  onlara  hərbi  və  iqtisadi  yardım 

göstərəcəyini  vəd  etmişdi.  Belə  ki,  konfransın  gedişi  dövründə  3  min 

nəfərlik  alman  qoşunu  Gürcüstanın  Poti  limanına  çıxarıldı.    Eyni  vaxtda 

hücumu müvəffəqiyyətlə davam etdirən Osmanlı qoşunları mayın 17-də 

Gümrünü ələ keçirdilər.

Almaniyadan böyük dəstək alan Seymin gürcü fraksiyası Gürcüstanın Za-

qafqaziya Federativ Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini 




Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə