Strateji TƏHLİL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix12.10.2018
ölçüsü278,45 Kb.
#73731
1   2   3   4   5   6   7   8   9

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

18 

korpusunun  komandiri  Maqalovla  əsgərlər  arasında  toqquşma  başlan-

dı.  İdarə  olunmayan  əsgərlər  eşelonlardan  artilleriya  atəşi  ilə  yüzlərlə 

Azərbaycan kəndini yandırdılar və əhalisini məhv etdilər [3, v.8-10].



3. Türk-müsəlman əhalisinə qarşı soyqırım

1917-ci  ilin  dekabrında  Osmanlı  dövləti  ilə  Zaqafqaziya  Komissarlığı 

arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq, Qafqaz cəbhəsindən 

çıxarılmış  rus  ordusunu  əvəz  edən  erməni  ordu  birləşmələri  cəzasızlıq 

şəraitindən  istifadə  edərək,  yerli  müsəlman  əhalisinə  qarşı  vəhşiliklər 

törətdilər.  Nəticədə  1918-ci  ilin  martına  qədər  İrəvan  quberniyasında 

azərbaycanlı  əhalinin  yaşadığı  199  kənd  darmadağın  edildi.  Bu  ərazidə 

yaşayan 135 min nəfər əhalinin bir qismi 

ermənilər tərəfindən öldürüldü, bir qismi 

isə  Osmanlı  ordusunun  nəzarəti  altın-

da  olan  torpaqlara  pənah  apardı.  İrəvan 

quberniyasında  bir  il  ərzində  ermənilər 

100  mindən  çox  türk-müsəlmanı 

məhv  etmişdilər.  Xüsusilə,  Azərbaycan 

muxtariyyətinə  qarşı  fəal  mübarizə  apa-

ran  S.Şaumyan  Rusiya  Xalq  Komissarları 

tərəfindən  Qafqaza  fövqəladə  komissar 

təyin  edildikdən  sonra  bölgədə  vəziyyət 

daha  da  ağırlaşdı.  “Müsavat”ın  gündən-

günə  artan  nüfuzundan  ehtiyat  edən 

Şaumyanın  başçılıq  etdiyi  bolşeviklər 

və  daşnak  qüvvələri  martın  axırların-

da  (29  mart  –  2  aprel  1918-ci  il)  Bakıda 

yerli  azərbaycanlı  əhaliyə  qarşı  soyqırı-

mı  törətdilər;  12  mindən  çox  dinc  əhali 

qətlə yetirildi, şəhər duması, milli şuralar 

(Erməni Milli Şurasından başqa) ləğv edil-

di. Bakının şəhər camaatından 400 milyon 

manatlıq daş-qaş və əmlak müsadirə olu-

du, xalqın bir çox ziyarətgahları və tarixi 

abidələri dağıdılıb yerlə-yeksan edildi [7, 

v.18].  Daşnak-bolşevik  birləşmələri  uzaqvuran  toplarla  Təzəpir  məscidini 

zədələmiş  və  dünya  memarlığının  incilərindən  sayılan  “İsmailiyyə”  bina-

sına  od  vurub  yandırmışdılar.  Şamaxı  qəzasının  53  müsəlman  kəndində 

ermənilər 8027 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 

2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən zi-

yan o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur. Şamaxı şəhərinin 

əhalisinin böyük bir hissəsi – 8 min nəfəri öldürülmüş, azərbaycanlı əhaliyə 



1918-ci ilin martına qədər 

İrəvan quberniyasında 

azərbaycanlı əhalinin yaşadığı 

199 kənd darmadağın 

edildi. Bu ərazidə yaşayan 

135 min nəfər əhalinin bir 

qismi ermənilər tərəfindən 

öldürüldü, bir qismi isə 

Osmanlı ordusunun nəzarəti 

altında olan torpaqlara pənah 

apardı.  İrəvan quberniyasında 

bir il ərzində ermənilər 100 

mindən çox türk-müsəlmanı 

məhv etmişdilər. Xüsusilə, 

Azərbaycan muxtariyyətinə 

qarşı fəal mübarizə aparan 

S.Şaumyan Rusiya Xalq 

Komissarları tərəfindən 

Qafqaza fövqəladə komissar 

təyin edildikdən sonra bölgədə 

vəziyyət daha da ağırlaşdı. 


STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

19

dəyən ziyan isə bir milyard manatdan çox olmuşdur [4, v.85, 87, 100]. Quba 

qəzasının 162 kəndi dağıdılmış, 16 mindən artıq türk-müsəlmanın həyatına 

son qoyulmuş, 32 kənd isə yer üzündən silinmişdir [7, v.46].

Azərbaycanın  şərqində  Sovet  Rusiyasının  yerli  hökumətini  qurmağa 

müvəffəq olan Şaumyan bütün Cənubi Qafqazı sovetləşdirmək adı altında 

sərsəm “Böyük Ermənistan” ideyasını reallaşdırmağa çalışırdı.

4. Zaqafqaziya Seyminin təşkili

Hələ 1918-ci ilin əvvəllərində regionda heç bir nüfuzu və gücü olmayan 

Zaqafqaziya Komissarlığı özünü buraxmaq məcburiyyətində qaldı. 1918-

ci il fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə 

seçilmiş  deputatların  yığıncağında  Zaqafqaziya  Seyminin  yaradılması  və 

hakimiyyətin  bu  orqana  verilməsi  haqqında  qərar  qəbul  edildi.  1918-ci 

il  fevralın  23-də  üç  əsas  partiya  (“Müsavat”,  menşevik,  “Daşnaksütyun”) 

fraksiyalarının  nümayəndələrindən  ibarət  olan  Zaqafqaziya  Seymi  öz 

işinə başladı [5]. Seymdə Azərbaycanı 30 nəfər müsavatçı və onlara qo-

şulmuş  bitərəf  demokratlar,  7  nəfər  Müsəlman  Sosialist  Blokunun  üzvü, 

3 nəfər ittihadçı və 4 nəfər menşevik-hümmətçi təmsil edirdi. Zaqafqazi-

ya  Seymində  Azərbaycanın  siyasi  partiyalarının  44  nümayəndəsi  var  idi. 

Onlardan  hümmətçi-menşeviklər  gürcü  fraksiyasına  daxil  olmuş,  qalan-

ları  isə  müsəlman  fraksiyasında  birləşmişdilər.  Müsəlman  fraksiyası  gür-

cü və erməni fraksiyalarından fərqli olaraq, çox dağınıq şəkildə fəaliyyət 

göstərirdi. Daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı 

törətdikləri qırğınlar Zaqafqaziya Seymindəki Azərbaycan nümayəndələrini 

qəti addım atmağa məcbur edirdi. Seymdəki azərbaycanlıların Şaumyan 

başda  olmaqla  Bakıdakı  quruma  və  müharibəyə  münasibətdə  mövqe-

yi  erməni  və  gürcülərdən  fərqlənirdi:  başlıcası  isə  bu  idi  ki,  osmanlıların 

Qafqazdakı  siyasəti  azərbaycanlıları  tamamilə  təmin  edirdi.  Aprelin  7-də 

Seymin müsəlman fraksiyasının (“Hümmət”dən başqa) fövqəladə iclasın-

da  Azərbaycanda  yaranmış  dramatik  vəziyyət  ətraflı  müzakirə  olundu. 

Çıxış  edənlər  əsasən  menşeviklərdən  ibarət  olan  Tiflis  hökumətinin  Bakı 

bolşevikləri ilə əlbir olub, Bakı istiqamətinə göndərilən azsaylı qüvvəni la-

zımi silah və sursatla təmin etmədiyini, V.Leninlə gizli danışıqlar apardığını 

və müsəlman qırğınlarının artdığını narahatlıqla qeyd edərək qəti tədbirlər 

görməyin vaxtının çatdığını qeyd edirdilər. Qərara alındı ki, başqa fraksiya-

ların nümayəndələri ilə Zaqafqaziya Komissarlığının birgə iclası çağırılsın 

və müsəlman nazirlərinin istefası bildirilsin. Qafqazın müstəqilliyinin elan 

edilməsi məsələsində müsəlman fraksiyasının qəti fikri Seymdə təmsil olun-

muş bütün partiyaların nəzərinə çatdırılsın. Seymdəki çıxışında müsəlman 

sosialist blokunun lideri Səfikürdski deyirdi: “Əgər Şamxor hadisələrindən 

sonra Zaqafqaziya hökuməti Bakı üzərinə hücuma keçsəydi, mart qırğını 

baş verməzdi. Biz Zaqafqaziya hökumətindən xahiş edirik: bizim müdafiə 



Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə