Sual İncəsənətdə məzmun və forma. İncəsənət



Yüklə 86,2 Kb.
səhifə23/29
tarix27.03.2022
ölçüsü86,2 Kb.
#84781
1   ...   19   20   21   22   23   24   25   26   ...   29
Document 1

Sual 60: Miniatüra sənəti

Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.

Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.

XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sonoti sıirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcıhğın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türküstan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir.

XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-1350 illərə aid edilən “ Böyük Təbriz Şahnaməsi”, yaxud “ Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır. Əksəriyyətı dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Əlyazmanın 120 miniatüründən yalnız 58-i məlumdur. Bunlardan “Firidun oğlunun cənazəsini qarşılayır", "İrəcin ölüm xəbəri” (Frir qalereyası, Vaşinqton), “Əsir alınmış Ərdəvan Ərdəşirin hüzurunda” (Veve kolleksiyası, Paris), “Rüstəmin dəfni”, "İsgəndərin conazosi üzərində ağlaşma ' və s. miniatürlər süjetin dramatik həlli, obraziarın dərin emosional ifadəliliyi ilə Yaxtn və Orta Şərq miniatür sənətində müstəsna yer tutur. Sonrakı dövrlərdə istər Azarbaycanda, istərsə də İran və Orta Asiyada hazırlanmış “Şahnamə” nüsxələrində illüstrasiyalar üçün süjetlərin seçilməsi və onların ikonoqrafıyasınm yaranmasında “Demott Şahnaməsi”nin böyük rolu olmuşdur. Məhz buna görə bir sıra alimlər haqlı olaraq Təbriz məktəbinin qonşu ölkələrdə miniatür sənətinin yaranması və inkişafına böyük təsir göstərdiyini qeyd edirlər. Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşmişdir. Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasına, sonuncu Cəlairi hakimi Sultan Əhmədin şeirlər “Divanı’na dahi rəssam Əbd-əlXoyinin çəkdiyi rəsmlərdə (1405-1410, Frir qalereyası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri” əsərinə çəkilmiş (1419) illüstrasiyalardakı (xəttat Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri ilə seçilir.

XV əsrin əvvəllərində məşhur Azərbaycan xəttatı Cəfər Təbrizi, bədii cild ustası Qəvaməddin, rəssamlardan Xoca Əli və Qiyasəddin kimi görkəmli Təbriz sənətkarlarımn Heratda geniş yaradıcılıq fəaliyyəti, Şərqin bövük rəssamı Kəmaləddin Behzadın Heratda Pir Seyid Əhməd Təbrizidən rəssamlıq dərsi alması və b. tarixi faktlar göstərir ki, Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini yetkin sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş "ana məktəb” (“multer schtıle”) adlandırmışdır. XV əsrdə Təbriz məktəbinin tasiri ilə Şarmaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlamışdı. Bu dövrdə “Şərq poeziyası antologiyası”, yaxud “Şamaxı antologiyası”na (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki əmir , Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.



Qaraqoyunlular sülaləsinin hakimiyyəti dövründə Cahanşahın oğlu Pirbudaq bir neçə nəfis əlyazmalar sifariş etmişdi. Onlardan ən görkəmlisi 1460-cı illərdə hazırlanmış “Kəlilə və Dimnə”nin nüsxəsidir (Tehran, Gülüstan sarayının kitabxanası). Gözəl miniatürlərlə bəzəzdilmiş əlyazmanın "Şirlə öküzün döyüşü”, “Qarğalar bayquşların yuvalarını yandırır”, “Ceyran, tısbağa və qarğa” və s. rəsmləri əsrin ən gözəl abidələrindəndir. 
Bəhram Gur

1481 ildə Siltan Yaqub üçün hazırlanan və I Şah İsmayıldövründə tamamlanan Nizami “Xəmsə”sinin İstanbul nüsxəsinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür bu cəhətdən istisna təşkil edir. Obrazlı ifadə vasitlərinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorativliyinə kolorit zənginliyinə görə bu miniatürlər (“Şirnin çimərkən Xosrovun ona tamaşa etməsi”, “İsgəndər və Dara”, “İsgəndər və çoban”, “İsgəndər Nüşabənin sarayında” və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdan əsaslı sürətdə fərqlənir. Bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid edilir.

Qəzvində yeni üslubun yaranıb formalaşması Sultan Məhəmməd ənənələlinin davamçıları Siyavuş bəy, MirZeynalabdin Təbrizi, Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Ru dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmisdir. Rəssam, xəttat, şair və təzkirəçi Sadıq bəy Əfşarın çəkdiyi portretlər (“Süvari dərviş”, Milli Kitabxaııa. Paris; “İstirahət edən dərviş". Gülüstan muzeyi, Tehran), Məhəmmədinin sadə adamların həyatından bəhs edən rəsmləri (“Baharın müjdəçisi". M.Y.Saltıkov-Sedrin ad. kitabxana. Sankt-Peterburq; “Kənd həyatı”, Luvr, Paris), Ə.Caminin “Sübhət ül-əbrar” I Möminlərin təsbehi”) əsərinin 1613 il tarixli əlyazmasma Əli Rza Abbasi Təbrizinin çəkdiyi miniatürlər və s. əsərlər bu sənətin məzmun və formaca tamamilə yeni, orijinal mahiyyət kəsb etdiyini göstərir. Bu dövrdə miniatür sənətinin mövzu dairəsi genişlənir, həyatla əlaqəsi daha da möhkəmlənir, o, ideya məzmununa görə demokratikləşir, bədii forma cəhətdən sadələşir, onun realist təsvir vasitələri güclənir.

Əksəriyyəti “siyah qələm" texnikası ilə çəkilmiş monoxrom rəsmlərdən, yaxud açıq və şəffaf rənglərlə işlənmiş miniatürlərdən ibarət olan bu əsərlər bir tərəfdən dekorativ üslubun şux və əlvan rəngli klassik kitab miniatüıiərinin tədrici tənəzzülünü göstərir, digər tərəfdən isə realist təsvir metoduna yaxınlaşan dəzgah boyakarlığı və qrafikasınm getdikcə inkişafını etdirir. Azərbaycan miniatür sənətində gedən bu prosesi sürətləndirən amillərdən biri də Avropa təsviri sənətinin Şərq incəsənətinə təsirinin başlanması idi.

Orta əsrlərdə Şərq rəssamları və xalq sənətkarları yaradıcılıq fantaziyasının zənginliyi ilə indi də bizi heyran edən və onu yaradan xalqın bədii mədəniyyətinin qədimliyini, çoxcəhətliyini, özünəməxsusluğunu sübut edən çoxsaylı memarlıq, təsviri və dekorativ sənət əsərləri yaratmışlar və onların çoxu dünya incəsənətinin qızıl fonduna daxil olmuşdur. Buna baxmayaraq, Şərq xalqlarının dünya bədii mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən sanballı və mühüm sənət inciləri onun sənətkarlarının miniatür rəssamlığı sahəsində yaratdığı əsərlərdir.

Təsviri sənətin xüsusi bir növü olan miniatür üz təbiəti etibarilə kitab illustrasiyası olub klassik Şərqpoeziyasının (şeir) bilavasitə təsiri altında inkişafetmişdir.


Yeddi gözəl

Şərq poeziyası klassiklərinin, xüsusilə onun Firdovsi və Nizami Gəncəvi kimi korifeylərin ölməz əsərləri rəssamlar uzun tükənməz ilham qaynağı olmuş və onların yaradıcılığını yüksək humanist ideyalarla zənginləşdirmişdir. Firdovsinin "Şahnamə" epopeyası, Nizaminin fəlsəfi-didaktik, romantik-məhəbbət və tarixi-qəhrəmanlıq poemaları rəssamların yaradıcılığına güclü təsir göstərmiş, ideya-estetik baxımından təkrarolunmaz, dünyəvi məzmunu ilə fərqlənən, dinimücərrədlikdən (Soyutluqdan), sərt asletizindən uzaq əsərlərin yaradılması uzun güclü stimul olmuşdur. Şərqpoeziyası miniatür rəssamlığın hümanist məzmunu və ideya istiqamətini müəyyənləşdirməmişdir, həm də onun bədii formasının inkişafında müəyyən iz buraxmışdır. Bədii obrazlar aləmi, şərq poeziyasının incə, əlvan bədii dili, ahəngdarlığı və musiqiliyi rəssamlara poeziya ilə dərindən həmahəng olan şərti dekorativ üslub, yüksək romantik və poetikləşdirilmiş obrazlı ifadə vasitələri, şairanə bədii quruluş yaratmağa kömək etdi.Buna görədir ki, Yaxın və Orta Şərq xalqlarının miniatür rəssamlığı həm mövzu ümumiliyi, həm də bu sənət növünün özünə xas xüsusiyyətləri ilə şərtlənən bəzi ümumi yönlərə malikdir. Ancaq ictimai həyatın inkişaf xüsusiyyətləri və hər bir xalqın estetik baxışları onun incəsənətinin xarakterində də iz buraxmışdır. Ona görə də ərəb Şərqinin, Türkiyə və İran, Azərbaycan, Orta Asiya və Moğol Hindistanının miniatürləri təkrarolunmaz xüsusiyyətlərlə fərqlənirlər.

Bir əsrdən artıqdır ki, Şərq miniatürünün şah əsərləri nəinki alim və rəssamların, eləcə də çoxlu sənətsevərlərin diqqətini cəlb edir. Şərq miniatürünün tədqiqinə, nisbətən yaxın zamanlarda, əsrimizin əvvəlindən başlamasına baxmayaraq, hazırda dünya sənətşünaslığı elmində çox böyük material toplanmışdır. Həm materialın genişliyi, həm də anlam və elmi dərinliyi etibarilə müxtəlif səciyyəli məqalələr, elmi-kütləvi kitab və kitabçalar, əsaslı tədqiqat əsərləri meydana gəlmişdir.

Təbriz məktəbi, onun görkəmli sənətkarlarının birinci növbədə, "Sultan Məhəmməd"in yaradıcılığı F.Marrin, F.Şults, E.Bloşe, Q.Arnold, B.P.Denike və başqalarının ilk əsərlərindən başlayaraq, 1950-80-cı illərdə İ.Şuxin, B.Qrey, B.Robinson, K.S.Velç, B.V.Veymarn, A.Q.Qazıyev, Q.A.Puqaçenkova, A.İvanov və başqa bu kimi görkəmli alimlərin daha dərin tədqqatlarına qədər bütün ümumiləşdirici əsərlərdə öz əksini tapmışdır.Lakin geniş elmi materialın toplanmasına baxmayaraq, sənətşünaslıqda Azərbaycan miniatürünün inkişaf tarixi sahəsində xüsusi ümumiləşdirici əsərlər, eləcə də bu məktəbin görkəmli ustaların yaradıcılıq tərcümeyi-halı barədə monoqrafiyalar az yazılmışdır.

Əldə edə bildiyimiz materialların məcmusu ilk növbədə rəssamın əsərlərinin onun haqqında mövcud olan pərakəndə, bəzən dolaşıq və ziddiyətli, bəzən də səhv, ancaq bütövlükdə çox qiymətli və xeyirli ədəbi məlumatların tədqiqi görkəmli sənətkar Sultan Məhəmmədin yaradıcılığı barədə yenidən işlənmiş və təkmilləşdirilmiş monoqrafiyanı yaratmağa imkan verdi.

Müasir elmi məlumatlar baxımından Azərbaycan miniatürünün müstəqilliyi və özünəməxsusluğu, onun Yaxın və Orta Şərq xalqlarının miniatür rəssamlığı inkişafının ümumi prosesində qabaqcıl rolu və əhəmiyyəti get-gedə daha da aydınlaşır.

Azərbaycan miniatürünün nə vaxt meydana gəldiyi, ilk illüstrasiyalı əlyazmaların nə vaxt yarandığı məlum deyil. Ancaq inanmaq olmur ki, Nizami Gəncəvi və Xəqani Şirvani kimi dahi şairlər, misilsiz memar Əcəmi Naxçıvani öz şah əsərini yaratdığı mədəni yüksəliş dövründə miniatür rəssamlığı olmamışdır. Məlumdur ki, ilk kitab minitatürü nümunələri Azərbaycan şəhərləri Marağa və Təbrizdə yaradılmışdır. Bu da təsadüfi deyil, belə ki, XIII əsrin sonu XIV əsrin əvvəllərində Elxanilərin ilk iqamətgahı olan Marağa və Təbrizşəhərləri müsəlman Şərqinin ən inkişaf etmiş mədəniyyət mərkəzləri idi.

Hələ XIV əsrin əvvəlində Təbrizdə əlyazma kitablar hazırlayan bədii emalatxanaları olan şah kitabxanası fəaliyyət göstərirdi.

Həddən artıq baha və əzablı zəhmət nəticəsində başa gələn əlyazma kitabları Şərqdə yüksək qiymətləndirilmişdi. Yalnız taxt-tac sahibləri kitabxana saxlamağa qadir idi. Bir illüstrasiyalı əlyazmanın hazırlanmasına uzun illər sərf olunurdu. Kitabxanada birinci dərəcəli xəttatlardan, miniatürsaz rəssam-müsəvvilərdən, ornamentalist müzəhhiblərdən və kitab sənətinin digər ustalarından ibarət bir ştat saxlamaq lazım olurdu. Onlar bahalı materiallar-cürbəcür rənglər, dəri, duru və təbəqə qızıl və gümüş və s. ilə təmin edilməli idi. Bu sənətkarlar dini məzmunlu əlyazmaların üzünü köçürür, zəngin tərtibat verir, elmi-tarixi və ədəbi-bədii əsərlərə illüstrasiyalar çəkirdilər. Azərbaycan miniatür məktəbinin erkən nümunələri, məlum əlyazmalardakı-"Vərqa və Gülşa" "Mənafi əl-heyvan" və Rəşidəddinin tarixi əsəri "Cami ət-təvarix"dəki illüstrasiyalar Təbrizdə güclü rəssamlıq məktəbinin olduğunu sübut edir.

Lakin Azərbaycan rəssamı Əbdül Mömin əl-Xoyyinin "Vərqa və Gülşa" əlyazmasına çəkdiyi illüstrasiyalarının ümumi üslubu sübut edir ki, onlar ilk əsərlər deyil və nə vaxtdansa mövcud olan bədii ənənənin əsasında yaradılmışdır. Qeyd etmək lazımdır ki, coğrafi mövqeyinə görə, Azərbaycan müxtəlif mədəni cərəyanların qovuşduğu yer idi. Ona görə də Təbriz rəssamlıq məktəbinin formalaşmasında yerli ənənələr digər məktəblərin, o cümlədən uyğur rəssamlarının vasitəsilə Şərqi Türküstan, Bağdad məktəbi vasitəsilə Ərəb-Mesopotamiya ənənələri ilə çulğaşırdı. XIII-XIV əsrin əvvəlinə aid əlyazmalara çəkilən miniatürlərdə hələ üslub vəhdəti müşahidə olunmur. Məsələn "Vərqa və Gülşa" miniatürlərində Bağdad məktəbinin boyakarlıq üsulunun təsiri üstünlük təşkil edir. "Mənafi əl-heyvan" əlyazmasındakı iri planlı heyvan və quş təsvirlərində isə boyakarlıq üsulu Çin-Uyğur incəsənətinin qrafik üsulları ilə növbələnir.

Adları çəkilən məktəblərin ənənələrin müxtəlif biçimlərdə təsiri eyni zamanda hələ Rəşiddədinini sağlığında hazırlanmış, "Cami ət-təvarix" əsərinin 1314-cü ildə hazırlanmış nüsxələrinə çəkilmiş miniatürlərdə müşahidə olunur. Tarixi təsvir edən çoxsaylı epizodları, mifoloji süjetləri döyüş səhnələrinin qəhrəmanların təkbətək vuruşu və qoşunların hərb səhnələrinin qalaların müdafiəsi və alınması səhnələrin həmçinin məişət mövzularını təsvir edən çoxsaylı miniatürlərin bəziləri qrafik, digərləri isə boyakarlıq üsulunda işlənmişdir.

Ayrı-ayrı miniatürlərdə paralel mövcud olan ənənələr uzlaşır və yerli bədii ənənələrin təsiri altında yeni xüsusiyyət kəsb edir. Bu üç ənənənin üsul xüsusiyyətləri və texniki vərdişlərin üzvü qaynayıb-qarışması nəticəsində mahiyyətcə dekorativ keyfiyyət daşıyan yeni bədii quruluş yaranır. Müxtəlif bədii prinsiplərin mənimsənilməsi və yaradıcı surətdə yenidən işlənmsəi yad təsirlərin doğma ənənlərə tabe etdirilməsi tezliklə heyranedici nəticələr verdi. Artıq XIV əsrin ortalarında Təbriz məktəbinin miniatür sənətində tamamilə yeni müxtəlif bədii ənənələri uğurla yaradıcı surətdə sintezləşdirən orijinal rəssamlıq üslubu formalaşmışdır. 1330-1340 illərin böyük Təbriz "Şahnamə"sinin illustrasiyaları təkcə Azərbaycan miniatürünün deyil bütün yaxın şərq rəssamlığının inkişafında yeni daha yüksək mərhələnin başlanğıcı hesab edilir. Bu nadir əlyazmasının Avropa və Amerika muzeylərinə səpələnmiş miniatürləri haqlı olaraq şərq rəssamlığının şah əsərlərindən sayılır. Müxtəlif yaradıcılıq dəst-xətti ilə yerinə yetirilmiş müxtəlif rəssamlara məxsus bu miniatürlər bütövlükdə kompozisiyanın manumentallığı, obrazların emosional ifadəliyi, boyaların şuxluğu və parlaqlığı kolorid zənginliyi ilə seçilir. Təbriz məktəbi heç vaxt belə qüdrəti olmamış və qəhrəmanların emosional ifadəliyi belə güclü verilməmişdir.Şərq miniatürünün görkəmli tədqiqatçısı İ.Şukin məhz psixoloji cəhətdən ifadəli kompozisiyaları yüksək qiymətləndirərək bu qrupu "Ehtiraslı" miniatürlər adlandırır.

Böyük Təbriz "Şahnamə"si illustrasiyalarının bədii quruluşunda kompozisiya və rəng həllində bəzi üslub müxtəlifliyini müşahidə edilməsinə baxmayaraq, bütövlükdə bu nadir əlyazmanın miniatürlərin XIV əsr Azərbaycan miniatürünün inkişafında vahid bədii istiamət təşkil edir.Kitab sənətinin bu şah əsərinin illustrasiyaları da orta əsr Şərq rəssamlığının inkişafında müəyyən mərhələni xarakterizə edən cəhtlər meydana çıxır. Bu dövrün Təbriz məktəbinin yüksək qiymətləndirən alman tədqiqatçısı F.Şults onu orta Şərq ölkələrinin miniatür sənətinin inkişafında və bir sıra rəssamlıq məktəblərinin formalaşmasında əhəmiyyətli rol oynamış "ana məktəb" adlandırır.

Yaranmış ictimai-iqtisadi və siyasi şəraitlə əlaqədar olaraq XV əsrdə Təbrizin öz qabaqcıl rolunu bir qədər itirməsinə baxmayaraq, o yenə də iri mədəni mərkəz və mühüm miniatür məktəbi kimi əhəmiyyətini saxlayırdı.XV əsrdə Azərbaycan bir çox görkəmli kitab rəssamları və sənətkarları Teymurilərin hakimiyyətdə olduğu Herata cəlb edilir, orada rəhbər vəzifələr tutur və şahın xüsusi sifarişlərini yerinə yetirirdilər. Məşhur xəttat, alim, şair Cəfər Təbrizi uzun illər boyu bəy Süngürün saray kitabxanasına başçılıq etmiş, Pir Seyid Əhməd Şərqin-böyük rəssamı Kəmalləddin Behzadın müəllimi olmuşdur. Bütün bu faktlar bir daha sübut edir ki, Təbriz bu dövrdə də güclü mədəni mərkəz olmuşdur. Teymurun dövründə Səmərqəndi, Bəy Süngür və Şahruhun vaxtında Heratı bacarıqlı ustalarla təmin etmişdi


Yüklə 86,2 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə