Суал Мяшял системинин истисмары


БИЛЕТ № 3 Суал – 1. Тибби хидмят. Илк тибби йардым



Yüklə 1,66 Mb.
səhifə12/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   8   9   10   11   12   13   14   15   ...   138
sual cavablar (3)

БИЛЕТ № 3
Суал – 1. Тибби хидмят. Илк тибби йардым

Ъаваб:


  • Vəzifəsindən asılı olmayaraq yeni işə qəbul olu­nan­lar və müəssisədə çalışan işçilər Azərbaycan Respublikası Səhiy­yə Nazirliyinin 23.01.1998-ci il tarixli 13 saylı Əmrinə əsasən pro­filaktik tibbi müayinədən keçməlidirlər.

  • Işçilərinin sayı 500 nəfər və daha çox olan müəs­si­sə­də tibb məntəqəsi olmalıdır. Tibb məntəqəsi, işçilərinin sayı daha çox olan obyektlərə yaxın yerləşdirilməli və nəqliyyatın (işçilərin) hərəkəti (gediş-gəlişi) üçün onun rahat yolu olmalıdır.

  • Işçilər müvafiq tələblərə uyğun tibbi xidmətlə təmin olunmalıdır.

  • Bədbəxt hadisə (xəsarətalma) zamanı zərərçəkmiş şəxsə göstərilmiş ilk tibbi yardımın uğurlu olması yardımın yu­ba­dılmadan cəld, bacarıqlı və məharətlə aparılmasından asılıdır, bu isə ilk tibbi yardımın üsul və qaydalarını mükəmməl bilmək və vaxtaşırı təkmilləşdirici təlimlər keçmək nəticəsində müm­kündür.

  • Yadda saxlamaq lazımdır ki:

a) ilk tibbi yardımın gecikdirilməsi və ya düzgün apa­rıl­ma­ma­sı xəsarət almış şəxsin ölümünə və ya orqanizmində bər­pa­olun­maz dəyişikliyə (şikəstliyə) səbəb ola bilər;

b) zərərçəkən şəxsə təcili olaraq və imkan daxilində zədə al­dı­ğı yerdə ilk tibbi yardım göstərilməlidir (zəhərli qazla zəhər­lən­mədən başqa).



  • Ilk tibbi yardımın göstərilməsi üzrə təlimləri (məş­ğə­lə­ləri) tibbi heyətlə müəssisənin səlahiyyətli mühəndis-texniki iş­çi­ləri vaxtaşırı olaraq birlikdə aparmalıdırlar.

  • Müəssisədə (obyektdə) ilk tibbi yardım üzrə təlim­lə­rin (məşğələlərin) təşkili, müəssisənin rəhbərliyinin, sahə və sex rəislərinin (digər məsuliyyətli şəxslərin) üzərinə düşür.

  • Bütün işçilər ilk tibbi yardım göstərilməsinin üsul və qay­dalarını mükəmməl bilməli və onları tətbiq etməyi bacar­malıdırlar.

  • Zərərçəkmiş (xəsarət almış) şəxslərə ilk tibbi yar­dı­mın göstərilməsi т/т-йя uyğun həyata keçirilməlidir.

  • Ilk tibbi yardımın vaxtında və kefiyyətli aparılması üçün iş yerlərində aşağıdakılar olmalıdır:

a) bütün istehsalat briqadaları, sexləri, şöbələri və s. üçün tibbi ləvazimat və dərman qutusu;

b) müəssisənin (obyektin) ərazisində olan ilk tibbi yardım üçün tibbi ləvazimatlar və dərman

qutusunun və həmçinin tibb məntəqəsinin yerini göstərən göstərici nişanlar olmalıdır;

c) bədbəxt hadisə zamanı zərərçəkən şəxsə ilk tibbi yardım göstərilməsi qaydasını əks etdirən,

gözəçarpan yerdən asılmış plakatlar.


  • Müəssisənin (obyektin) ərazisində kənar təşkilatın işçiləri işləyirsə, ya buraya ezam olunmuşlarsa, onlara dərman qutusunun və tibb məntəqəsinin yerləri göstərilməlidir.

  • Hər bir müəssisədə, obyektdə, sexdə, sahədə və s. ilk tibbi yardım üçün lazımi tibbi ləvazimatın və dərman qu­tu­su­nun vəziyyətini (əyər-əskiyini) yoxlayan və onları tələb olunan qaydada saxlayan şəxs olmalıdır.

Суал-2. Иш йерляринин аттестасийасы, обйектлярин санитар-техники вязиййятинин


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə