Суал Мяшял системинин истисмары


/Sahəyə və qurğulara tələblər



Yüklə 1,66 Mb.
səhifə3/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   2   3   4   5   6   7   8   9   ...   138
sual cavablar (3)

/Sahəyə və qurğulara tələblər

- Məşəl qurğusu, küləyin orta illik istiqaməti, məşəl bo­rularının minimal uzunluğu və istilik axınının yol verilən sıx­lığı nəzərə alınmaqla quraşdırılmalıdır (yerləşdirilməlidir).



- Məşəl qüllələri arasındakı məsafə, məşəllərdən hər-han­­sı biri yanarkən digər (qonşu) məşəldə təmir işlərinin təhlü­kə­siz aparılmasına imkan verən məsafə nəzərə alınmaqla təyin edilir.

- Məşəl qülləsi ilə tikililər və qurğular arasındakı mə­sa­fə istilik axınının yol verilən sıxlığı və yanğın təhlükəsizliyi nor­ma və qaydalarının tələbləri nəzərə alınmaqla təyin edilməlidir.

- Məşəl qülləsinin və məşəl qurğusunun bütün ti­ki­li­lə­ri­nin ərazisi (ətrafı), onlara maneəsiz yanaşmanı təmin etmək üçün hamarlanmalıdır.

- Məşəl qülləsi ətrafında ərazi məşəlin hündürlüyünə bə­rabər radiusda, lakin 30 m-dən az olmayaraq hasarlanmalı və ni­şanlanmalıdır. Hasarda ona xidmət edən heyətin daxil olması üçün keçidlər, nəq­liyyat vasitələri üçün isə darvaza olmalıdır. Keçidlərin sayı məşəl qüllələrinin sayına bərabər və hər bir qül­ləyə yol mümkün qə­dər qısa olmalıdır.

- Məşəl sistemini yaşayış olmayan sahələrdə (rayon­lar­da) yerləşdirərkən hasarların əvəzinə hündürlüyü 1 m-dən və üst hissəsinin eni 0,5-dən az olmayan torpaqdan bənd qurula bilər.

- Məşəl qülləsinin avadanlığından başqa məşəl qurğu­su­nun bütün avadanlıqları hasardan (bənddən) kənarda yerləş­di­ril­məlidir.

- Məşəl sisteminin hasarlanmış sahəsində quyuların, xən­dəklərin, çalaların qazılmasına və s. torpaq işlərinə icazə ve­rilmir.

Avadanlıq, kommunikasiya və avtomatlaşdırma

vasitələrinə tələblər

- Hər bir məşəl sistemi üçün bir məşəl kollektoru və bir məşəl qurğusu nəzərdə tutulmalıdır. Fasiləsiz işləmənin təmini üçün ümumi məşəl sistemlərində iki məşəl kollektoru və iki məşəl qur­ğusu olmalıdır.

Xüsusi məşəl sistemlərinin ayrıca və ümumi məşəl sis­tem­lə­ri ilə əlaqəsi olmamalıdır.
- Əgər sistemə buraxılan qazların, buxarların və on­la­rın qarışıqlarının təsiri nəticəsində korroziyaya uğrama ildə 0,1mm-dən çox olmazsa, belə halda məşəl qurğularının bir kol­lek­­torla təmin olunmasına icazə verilir.

- Məşəl kollektorlarının və boru kəmərlərinin uzun­lu­ğu minimal, döngələri isə az olmalıdır. Boru kəmərləri əsasən yer­üstü olaraq dayaqlarda və ya estakadalar üzərində çəkil­mə­li­dir. Əsaslandırılmış hallarda boru kəmərləri yerin altı ilə çəkilə bilər.

Borulara mayenin dolmaması üçün, məşəl kollektoruna birləşmə yalnız üst tərəfdən aparılmalıdır.

Məşəl kollektorları və boru xəttlərində kipgəcli kompres­sor­ların qoyulması qadağandır.

- Məşəl kollektorları və boru xəttləri kondensat yığılan qu­­ruluşa tərəf mailliyi 0,003-dən az olmayaraq çəkilməlidir. Əgər göstərilən mailliyə nail olmaq mümkün olmazsa, boru xətt­lə­rinin aşağı nöqtələrində kondensat yığımını kənarlaşdırmaq üçün əlavə quruluşlar yerləşdirilməlidir.

- Kondensatın bütün yığım quruluşlarının konstruk­si­ya­sı elə olmalıdır ki, kondensatın qaz axını ilə aparılmasını is­tisna etsin.

- Separator (kondensatyığıcı) və nasos bir – birinə nis­bə­tən elə yerləşdirilməlidir ki, nasos işləyərkən kavitasiya halının (təzahürünün) yaranması istisna olunsun.

- Vurucu boru xəttinin diametri nasosun maksimal məh­suldarlığı ilə təyin edilir və bu, giriş qol borunun (patrubok) diametrindən az olmamalıdır.

- Məşəl sisteminin idarə olunması və manitordan istifadə etməklə ona məsafədən nəzarət edilməsi qazları sistemə vuran texnoloжi qurğunun (obyektin) əməliyyat otağından (və yaxud NÖC otağından) aparılmalıdır.

- Qoruyucu klapanlar işə düşən vaxt ondan çıxan qazın həcmi aparatın daxilində olan qaz mühitinin təzyiq qoruyucu (klapanın işləməsi üçün lazım olan təzyiqdən yüksək təzyiqə bərabər olduqda) həcmi ilə təyin edilir.

- Kondensat vuran nasoslar etibarlı və qəzasız iş­lə­mək üçün bloklayıcılarla və kondensat yığılan tutumlarda maye­nin səviyyəsi yol verilə bilən həddə çatdıqda işə salınması üçün avtomatik işəsalıcılarla və söndürücülərlə təchiz olun­malıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə