Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə9/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   5   6   7   8   9   10   11   12   ...   140

H a c ı   M u r a d .   Mərhəba, mərhəba,  a kişi, bu zamana adamı belə iş elərmi?

M ə h ə r r ə m b ə y .   Ay  hacı,  indiki  adamlarda  halal,  haram  nədir?  Borc 

vermək nədir?

H a c ı M u r a d .   Doğru  buyurursunuz,  bu  saat  bazardan  gəlirəm.  Səhərdən  o 

dükanm,  bu  dükanm  qabağmı  kəsdirib,  müamiləsiz-zadsız  verdiyim  borcları  ala 

bilmirəm.  (Im rana) İmran,  qadan alım, zəhm ət çək Quluya de çay  gətirsin.

İm ran   çıxır

M ə h ə r r ə m   b ə y .   İndi de  görüm,  qardaş sən nə tövr gün keçirirsən?

H a c ı   M u r a d .   Heç  soruşma,  mənim  günüm  it  günü.  Adamm  bişirib- 

düşürəni  gərəkdir,  qulluq  edəni  gərəkdir,  yoxsa  nökər-qulluqçudan  nə  rahatlıq 

olacaqdır?

M ə h ə r r ə m b ə y .   Hacı,  niyə  evlənmirsən?  Bir  az  ömrün var,  evlən,  günün 

rahatlıq ilə keçsin.

H a c ı   M u r a d .   Ay  sağ  olmuş.  M ənim  ömrüm  keçmişdir,  qocalıqda  nə 

yorğalıq.  M ən  sənə  təəccüb  edirəm ki,  indiyə  kimi  nə  üçün  evlənməmisən?  Allaha 

şükür,  nəyin  əskikdir?  Altı-yeddi  mədaxil  gətirən  göyçək  qız  al,  gətir  evinə  qoy, 

gecə-gündüz başma dolansm.

M ə h ə r r ə m   b ə y .   Hacı,  doğru  buyurursan.  Özümündə  xahişimdən  keçir, 

ancaq hanı elə  qız?

H a c ı   M u r a d .   Qıza nə  gəlibdir.  Ancaq sən məni vəkil elə,  gör sənə necə  qız 

alıram?

M ə h ə r r ə m b ə y .   M ən  hazıram  və  səni  də  o  işdə  vəkil  edirəm.  Ancaq 



bayzadələrdən olmasm.  Özün bilirsən ki, mənim onlam an  qədimdən aram yoxdur.

H a c ı   M u r a d .   Yaxşı,  bəylərə  qələmçəkdik.  Qaldı  sövdəgər  sinfi.  Onlar  da 

neçə  qisimdir.  İndi,  de  görüm, üzümü hansı tərəfə tutum?

M ə h ə r r ə m   b ə y .   Sövdəgər qismindən hamıdan  artıq həqiqi dostum  sənsən. 

M ən  özümü  çox  xoşbəxt hesab  edərdim  ki,  səninlə  qohumlaşmaq mümkün  olaydı. 

O  da  ki,  mənim  bəxtimdən  mümkün  deyil.  Xülasə,  birdəfəlik  səni  vəkil  edirəm  nə 

tövr istəyirsən elə et.

H a c ı   M u r a d .   Çox əcəb.  İndi ki,  sənin xahişin mənlə  qohum olmaqdır,  dəxi 

nə üçün özgə  qapısma gedək?  Əvvəl evin içi,  sonra bayırı.



M ə h ə r r ə m   b ə y .   Hacı,  hərgah  öz  qızmızı  buyurursunuzsa,  m ən  onu 

İmrana nişanlı bilirəm.

H  a  c  ı  M   u  r  a  d.  A  pir  olmuş,  aslan  meydanma  tülkü  çıxa  bilərmi?  Tərlan 

yerini  sar tuta bilərmi? B ir de öz  qapımdakı  gədəyə  qız verm ək mənə eyib  gətirər.

M ə h ə r r ə m   b ə y   (kənara).  Kəməndime  yaxşı  düşdü,  bu  gün-sabah  təşrif 

aparar,  pulları  da  mənə  qalar.  (Hacı  M urada)  Ancaq,  hacı,  bir  iş  var,  bəlkə  qız 

mənə  gəlmək istəmədi?

H a c ı   M u r a d .   Ne  danışırsan,  a  kişi?  Atanm xahişi  olanda  qızm  nə  ixtiyarı 

var razı  olmaya  (kənara).  Yaxşı  düşdü  toruma,  bu  gün-sabah  təşrif aparar,  pulları 

mənə  qalar.

M ə h ə r r ə m   b ə y .   Hacı  əmi,  indi işi  qət olunmuş hesab edək?

H a c ı   M u r a d .   Bəli,  bəli.  Ancaq  özünüz  bilirsiniz  ki,  mənim  heç  zadım 

yoxdur,  gərək hər bir xərc  sizinlə ola və  sonra da mən qocanı nəzərdən salma.

M ə h ə r r ə m   b ə y .   Əlbəttə,  hər  bir  xərci  öhdəmə  götürərəm  və  sonra  da 

mənim evimin və  qeyri  şeyimin ixtiyarı  sənnən olacaqdır.

H a c ı   M u r a d .   Çox  gözəl,  çox  yaxşı.  Allah  bu  qohumluğu  qayim-qədim 

etsin.  (Qulu podnosda  üç  stəkan  çay gətirir.  Verəndə  birini  salıb  sındırır.)  Ay  ayı 

oğlu ayı, üsullu tərpənə bilmirsənmi,  istəkan niyə üçdü? Biz ki iki  adamıq.

Q u 1 u.  Ağa elə bildim ki,  İmran ağa da buradadır.

H a c ı   M u r a d .   Çox  qələt  etdin.  Adam  gəlib  əvvəl  qonağm  hesabmı  bilər. 

Sonra da ona görə çay  gətirər.

Q  u  1  u.  Baş  üstə,  ağa,  bundan  sonra  buraya  qonaq  gəlsə,  çayı  qonağm  sayma 

görə  gətirərəm.

H a c ı   M u r a d .   Bəs niyə  qənd  gətirməmisən?

Q u 1 u.  Ağa qənd salmışam.

H a c ı M u r a d .   Yenə  də  qələt  etmisən.  Bəlkə  biri  çayı  şirin  içməyəcəkdir. 

Dişləmə içəcəkdir.

Q u 1 u.  Ağa,  dedim yanm da qonaq var, bəlkə  salma içəcəksiniz.

H a c ı   M u r a d .   Zalımoğlu, hər şeyə cavab verməsə olmaz.  Di itil  get.

Q u 1 u (gedirkən kənara).  Deyəsən Məhərrəm əmi də ova çıxıbdır.

H a c ı   M u r a d .   Görürsən bu zalım uşaqları mənim başım a nə iş  gətirir?

M ə h ə r r ə m   b ə y .   Bəli,  yaxşı  nökər  adamm  canmı  rahat  edər,  amma  pisi 

ömrünü azaldar.  Hacı, bu günlərdə əlimə bir həmşəri düşübdür,



nökər  tutmuşam,  bir  düzgün,  yaxşı  qulluq  yetirən  fağırm  biridir.  Göndərim  gəlsin 

pulsuz-zadsız  sizə  qulluq etsin.

H a c ı M u r a d .   Çox  sağ  olun.  M ərhəmətin  artıq  olsun.  Göndər  gəlsin,  ta 

Qulunun  murdar  üzünü  görməyim.  Məhərrəm  bəy,  buyur  çay  iç,  ağzmı  şirin  et. 

Çay  özü  də  şirin  kimi  bir  şeydir.  A  kişi,  deyirlər  ki,  çaym  əsli  yerində  ki,  ibarət 

olsun  Çindən,  çayı  qəndsiz  içirlər.  Amma  bizim  adamlar  müəllimlərindən  ağıllı 

çıxmışlar.  Qəndi  istəkana doldurub  doşab  edirlər.  Nədi,  nədi,  mən çay  içirəm.  Yeni 

əslində bir şey  deyil.  Artıq xərcdir də...

M ə h ə r r ə m   b ə y .   Ondan  əlavə  bədənə  də  zərərdir,  ürəyi  bişirib  tərk  edir. 

Bəli,  bir  çox  bu  kimi  izafə  xərclər  aramızda  adət  olmuşdur.  Məsələn:  toy  işində, 

vay  işində m əsrəf olan xərclər kimi.

H a c ı   M u r a d .   Yox,  onlar  da  dədə-babadan  qalma  adətlərdir.  Tərk  etmək 

lazım  deyil.  Ancaq  bu  kürsü,  çəngəl-bıçaq  və  qeyri-izafə  şeylər  ki,  yenilər  adət 

etmişlər,  qızm  cehizində  verilsin,  bax  bu  bir  şey  deyil.  Allah  əl  veribdir  yeməyə, 

diz veribdir əyləşməyə.

M ə h ə r r ə m b ə y   (kənara).  Bəli,  işarəsini  anladım.  (Hacı  M urada)  Hacı, 

indi  qulluğunuzdan mürəxxəs olum və özüm də tədarükdə olum.

H a c ı   M u r a d .   Çox əcəb,  get m ən də vaxtmda sənə məlum edərəm.

M ə h ə r r ə m   b ə y   (qalxır.) Hacı, xudahafiz.

H a c ı   M u r a d .   Xudahafiz.  Get,  allah  amanmda  olasan.  (.Məhərrəm  bəy 



çıxır.)  Afərin  sənə  Hacı  Murad,  işi  elə  tutdum  ki,  M əhərrəm bəy  özü  gəlib  qızıma 

elçi  düşdü,  amma  o  da  hərifdir,  özünü  o  yerə  qoymuşdu  ki,  guya  heç  bir  zaddan 

xəbəri  yoxdur.  İndi  qaldı  İmranm  bir  cür  başmı  əkib  İrana  göndərmək.  (Çağırır.) 

Qulu,  Qulu!

Q u 1 u (daxil olur.) Nə buyurursan,  ağa can?

H a c ı   M u r a d .   Canma  dərd  buyururam.  M əni  M əhərrəm  bəyin  yanm da 

biyabır etdin.

Q u 1 u.  Ağa, mən nə elədim?

H a c ı M u r a d .   Hələ  nə  elədin?  O  nə  cavab  idi  verirdin?  Çay  verməkdə  də 

qabiliyyətin yoxdur.

Q  u  1  u.  Ağa,  adam  gərək  doğru  danışsm,  sən  soruşursan,  m ən  də  düzünü 

deyirəm.  O  ki  qaldı  çaym  tökülməyi,  onda  da  təqsirim  yoxdur,  çünki  padnos  elə 

köhnədir ki,  ortası  qozbel  adamm beli kimi  qalxıbdır.  İçində istəkan da durmur.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə