Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə11/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   7   8   9   10   11   12   13   14   ...   140

Yaxşısı  budur  ki,  elə  bu  saat  imtahana  çəkim.  Yoxsa  sonra  peşmançılığmı 

çəkərəm.  Yaxşısı budur ki, yerə pul  atım.  Qızıl pul  atım ya  gümüş?  Elə bu  abbasmı 

ataram.  Aza tamah edən çoxa da edər.  (Abbasını yerə atır.)  Əliqulu!  Əliqulu!

Ə liq u lu  daxil  olur.

Ə 1 i q u 1 u.  Nə buyurursan,  ağa?

H a c ı M u r a d .   M ən bağçaya gedirəm,  gələnə kimi bu otağı  süpür.

Ə 1 i q u 1 u.  Baş üstə,  ağa can.

H acı M u rad   çıxır

Ə  1  i  q u  1  u.  (yalqız).  Çox  çalışdım  ki,  M əhərrəm  bəy  məni  kəndə  göndərsin, 

orada  ona bağban,  ya bostançı  olum,  razı  olmadı.  Dedi  gərək  sən  şəhərdə  qalasan. 

Burada  da  mənə  qulluq  edəsən,  ev  işində  qabilsən.  Amma  m ən  də  şəhərdə 

qalmaqdan  qorxuram,  çünki burada  çox  İran  əhli var.  Məni  tanıyıb  konsula məlum 

edər,  tutdurar,  onda  qolu  bağlı  Tehrana  sürgün  olub,  həbsxanada  çürüyəcəyəm. 

Yox,  burada yaşam aq mənim  üçün  qorxuludur.  Tezliklə puldan-şeydən  əlimə  salıb 

qaçmaq lazımdır.  (Abbasını götürüb) Bu kimin ola?  (Fikir edir.) Hə, bildim.  Yəqin 

Hacı  M urad  məni  imtahana  çəkib,  onda  da  bu  abbası  ilə,  ay  qoca  kaftar,  mənə 

Tehran  lotusu  Səfdər  deyərlər,  belə  abbası  ilə  mənim  əlimdən  qurtara  bilməzsən. 

Pullarm,  qızıllann yerini  göstər.  Allah mənimkini yetiribdir.  Hacı  Murad,  Qulunun 

əlindən qurtanb  Əliqulunun çənginə düşdün.

H a c ı M u r a d .   (daxil olur.) Otağı təmiz etdinmi?

Ə 1 i q u 1 u.  Bəli,  ağa,  süpürəndə bunu tapdım, buyurunuz.  (Abbasını verir.) 

H a c ı M u r a d .   Mərhəba,  mərhəba,  görürəm,  sən  düz  adamsan,  sənə  arxaym 

ola bilərəm.  Bunu Qulu tapsaydı, heç vaxt verməzdi.

Ə 1 i q u 1 u.  Ağa, bayaq ərz etdim ki, mənim dünya malmda tamahım yoxdur. 

H a c ı M u r a d .   Çox  yaxşı.  Get  Gülzar  xanımı  buraya  çağır.  (Əliqulu  çıxır.) 

Heç  bu  zamana  adamma  oxşamır.  Amma  Gülzar  tərəfdən  ürəyim  rahat  deyil. 

Görək nə  təhər olacaqdır.  Bu  gecə  də  pis yuxu  görmüşəm,  allah  axırmı  xeyir etsin. 

Məni o  gördüyüm  şeytanm şərindən




hifz  etsin.  (Gülzar qorxa-qorxa  içəri girir.)  Qızım,  niyə  qorxa-qorxa  girirsən?  İrəli 

gəl,  əyləş.  Bir  az  ata-bala  dərdləşək.  Heç,  qızım,  gəlib  əhvalımı  soruşmursan. 

Demirsən ki, bir qoca atam var,  qoy  gedim dərdi nədir,  səri nədir.

G ü 1 z  a r (kənara).  Xudaya,  görəsən nə var.  Bu məni əbəs yerə çağırmaz.

H a c ı M u r a d .   Qızım,  səni  həmişə  qəmgin,  bikef görürəm,  niyə  dinmirsən? 

Danışmırsan?  Nəyin əskikdir.  De  alım.

G ü 1 z  a r.  Ağa,  hər şeyim var,  şükür allaha, heç bir zaddan kəsirim yoxdur.

H a c ı   M u r a d .   Bəs  niyə  heç  qaşqabağm  açılmır?  Elə  bil  ki,  gəmilərin 

dəryaya  batıb,  qərq  olubdur.  Allaha  şükür,  mənim  kimi  atan  var,  sən  niyə  qəm 

çəkəsən?


G  ü  1  z  a  r.  Xeyr,  ağa,  bir  qəmim  yoxdur.  Hərgah  danışmıram,  ona  da  səbəb 

yoldaşsızlıqdır.

H a c ı   M u r a d .   Doğru  deyirsən.  Yoldaş  lazımdır.  Can  yoldaşı.  Axirət 

yoldaşı.  Bəs  elə bilirsən,  atan  sənin fikrini  çəkmir?  Sənə yoldaş  axtarmır?  Bu  qoca 

atan  sənə  bir  elə  yoldaş  tapıbdır  ki,  çıraq  götürüb  cəmi  dünyanı  axtarsan,  tayı- 

bərabəri tapılmaz.

G ü 1 z  a r.  Xeyr,  ağa,  mən elə yoldaş demirəm.

H a c ı   M u r a d .   Bilirəm,  qızım,  atan bir o  qədər də  qoca  deyil ki,  cavan  qıza 

nə  təhər yoldaş  lazım  olduğunu  bilməsin.  Ah  qızardm.  Ha-ha-ha!  İndi  tap  görüm, 

kimi  deyirəm.  Tapa  bilmirsən?  Əlbəttə,  elə  şəxsdir  ki,  yatsan  yuxuna  da  girməz. 

Dövləti,  pulu  həddən  aşıbdır.  Qapısmda  xidmətçinin  sayı-hesabı  yoxdur.  Özü  də 

şəhərimizin  birinci  bəyidir.  Yenə  tapa  bilmirsən?  Nökəri  də  qapımızda  xanıma 

müntəzirdir.

G ü 1 z  a r  (təşvişlə).  M əhərrəm bəy?!

H a c ı   M u r a d .   Afərin,  qızım, yaxşı tapdm, heç belə nişanlı  ağlma gələrdimi? 

Özü gəlib mənə elçi düşdü.

G ü 1 z  a r.  Ağa, m ən heç kəsə ərə  getmək istəmirəm.

H a c ı   M u r a d .   Bilirəm,  qızım,  məni  çox  istəyirsən.  M əndən  ayrılmaq 

istəmirsən.  Doğrudur,  mənim  üçün  də  çətindir,  ancaq  görürsən  ki,  m ən  də  günü 

gündən  geri  gedirəm.  B ir  ayağım  burdadır,  bir  ayağım  gorda.  Səni  belə  qoyub 

getsəm,  qəbrdə  rahat  olmaram.  Amma  indi  arxaymam.  Bilirəm  ki,  qızımı  bir  elə 

şəxsə  vermişəm  ki,  hər  böyük  məclisdə  hamı  xanımlardan  başda  əyləşəcəkdir. 

Zərif  paltarlar  geyib,  cavahirləri  üstünə  taxıb,  yanm da  qul-qaravaşla  qonaqlığa 

gedəndə,



cəmi  arvadlar  ona  həsrət  aparacaqlar.  Hə,  qızım,  görürəm  ürəyin  tələsiyir, 

M əhərrəm  bəy  bu  saat  tədarükdədir.  Deyir  ki,  gərək  elə  toy  eləyəm  ki,  misli  bu 

şəhərimizdə olmamış ola.

G  ü  1  z  a  r.  Ağa,  hərgah  bunları  mənə  deməkdən  qəsdin  odur  ki,  məni  onun 

malına,  puluna  aldadasan,  onda  səhvin  var.  M ənim  dünya  malmda  tamahım 

yoxdur.


H a c ı M u r a d .   Qızım,  sən  hələ  cavansan,  dünya  görməmisən.  Xoşbəxtlik 

ibarətdir maldan,  dövlətdən.

G ü 1 z  a r.  Ağa,  əgər mənim xoşbəxtliyimi  istəyirsənsə,  bu fikirdən daşm.  M ən 

heç vaxt M əhərrəm  bəyə  getməyəcəyəm.

H a c ı M u r a d .   Qızım,  deyəsən  şadlığmdan  dəli  oldun.  Sən  xeyir-şərini 

anlamırsan.  Uşağa  ata-anası  acı  dərman  verəndə,  onu  özünə  zəhər,  ata-anasmı  da 

zalım hesab edər,  vəhalonki,  onlar balasmı istədiyindən edirlər.

G ü 1 z  a r.  Yenə təkrar edirəm ki, zəhər içib  özümü  öldürərəm,  M əhərrəm bəyə 

getmərəm.

H a c ı M u r a d .   Bu  sənin  axırmcı  sözündür?

G ü 1 z  a r.  Bəli.

H a c ı M u r a d .   Çox  əcəb,  m ən  sənin  xoşbəxtliyini  istəyirəm.  M əhərrəm 

bəydə könlün yoxdur, bəs İmranla necə?

G  ü  1  z  a  r  (sevinclə).  Ağa,  m ən  səndən  utanırdım,  mənim  ondan  başqa  bir 

kəsdə könlüm yoxdur.  Amma İmran inanmayırdı ki,  sən məni ona verərsən.  Mənim 

məhəbbətim ondadır.

H a c ı M u r a d .   Paho,  siz  mənsiz  söz  verib  qurtarmışsmız,  mənim  xəbərim 

yox  imiş!  (Rişxəndlə)  Xeyir  işiniz  mübarək  olsun,  Gülzar  xanım.  Siz,  m ən  Hacı 

Muradı  yaxşı  tanımamısmız.  Daha bəsdir,  m ən  elə  bilirdim ki,  sən  öz  xeyrini  başa 

düşə bilərsən.  Qanmazı  qandırarlar.  Sözsüz-zadsız dur get.  Özün də tədarükdə ol.

G  ü  1  z  a  r  (atasının  dizlərini  qucub  ağlaya-ağlaya).  Ata,  yazığm   gəlsin,  məni 

bədbəxt etmə.  Bu tökülən göz yaşım a rəhm in gəlsin.  İki cavanm ahmdan  qorx.

H a c ı M u r a d .   Yox,  yox,  mən  dediyimdən  dönmərəm.  Arvadm  göz  yaşı,  ya 

bir şeh,  gün çıxar,  qurudar.

G  ü  1  z  a  r.  Ata,  allahdan  qorx.  M əhəbbət  yolunda  tökülən  göz  yaşmı  heç  zad 

quruda bilməz.

H a c ı M u r a d .   Çəkil.  M əhəbbət nədir,  zad nədir?  Sənə hər nə hökm  edirəm, 

əmələ  gətir.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə