Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə12/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   8   9   10   11   12   13   14   15   ...   140

G  ü  1  z  a  r  (ayağa  qalxıb).  M əhəbbət  nədir?  M əhəbbət  oduna  yanm ayana  onu 

qandırmaq  mümkün  deyil.  M əhəbbəti  dünya  malma  almaq  olmaz.  M əhəbbətə 

hökm yoxdur.

H a c ı M u r a d .   M əhəbbət  odur  ki,  adamı  dəli,  axmaq  edib,  allah  göndərən 

neməti  əlindən  buraxır.  Görürəm  sən  dəli  olmusan.  Amma  dəlini  də  ağıllı  etmək 

mümkündür.  Sənə  üç  gün  möhlət  verirəm.  And  olsun  allaha,  heç  bir  şeylə 

dediyimdən dönmərəm.  Di  get, yaxşı fikir elə.

G  ü  1  z  a  r.  İndi  ki,  belə  oldu.  M ən  də  and  içirəm  o  məhəbbətə  ki,  daşı 

yumşaldıb rəhmə  gətirərdi,  səni  gətirmədi, ya İmran, ya ölüm.

H  a  c  ı  M   u  r  a  d.İmran!  B ir  o  qalmışdı  ki,  cəmi  şəhərdə  biyabır  olub  öz 

nökərimə  qız verəm.  Get,  İmrandan bilmərrə əlini üz.

G ü 1 z  a r.  Yaxşı,  dünyadan bilmərrə əlimi üzərəm.  (Çıxır.)

H a c ı M u r a d   (tək)  Bilirdim  ki,  belə  olacaqdır.  Yox,  İmranı  qovmasam,  iş 

düzəlməyəcəkdir.  İmran  gedəndən  sonra  ümidi  kəsilib  razı  olar.  Qızm  dediyinə 

bax!  M əhəbbət  dünya  malına  aldanmaz.  M əhəbbətə  hökm yoxdur.  M əhəbbət,  bax, 

budur  ki,  üstündə  oturmuşam.  Bunsuz  nə  məhəbbət?  Bu  məhəbbət-məhəbbət 

deyənləri  verələr  dama  salam,  ağzmı  da  bağlayam.  Görəsən  necə  acmdan, 

suzundan bir-birinin ətini yeyib  qanmı içərlər.

N  a b  a t (təngnəfəs içəri yüyürüb).  Ağa,  muştuluğumu ver,  Şərəf xanım gəldi.

H a c ı   M u r a d .   Səfeh  qızı  səfeh.  Elə  yüyürür  ki,  deyəsən  yanğm  var.  Çox 

böyük iş olubdur.  Gələndə deyəsən mənə  quş başı  gətiribdir.

N  a b  a t.  Ağa, doğrudan da dörd dənə  qırqovul  gətiribdir.

H a c ı   M u r a d .   Tək gəlibdir, ya uşaqlarmı da gətiribdir.

N   a b  a t  (kənara).  Zalım  oğlu  qabaqca  adamm hesabm a  gedir.  (Hacı M urada) 

Yanmda bir oğlu Əhməddir, bir də nökəri  Cəfər.

H a c ı   M u r a d   (kənara).  Öz  yeyib-içənimiz  az  idi,bunlarda  artdı.  (Nabata) 

Sənin  muştuluğun  odur  ki,  göz-qulaq  olasan,  o  nökər  şeydən-zaddan  oğurlamasm. 

Di  get,  dayanma.

N   a b  a t  (gedərkən  kənara).  M ənə  deyən  gərək,  ay  axmaq  qızı,  bundan  sən  nə 

istəyirsən?  O öz haymdadır ki,  onlar burada qalıb  çörək yeyəcəklər.

H a c ı   M u r a d  (tək).  İndi də işlər tərsinə  gedir.

Ş ə rə f xanım ,  Ə hm əd  və  G ülzar daxil  olurlar.  Ş ə rə f x an ım  

H acı M u ra d ın  b o y n u n u   qucaqlayır.



Ş ə r ə f   x a n ı m .   A qardaş, nə zəif düşmüsən, nə  qocalmısan?

H a c ı   M u r a d .   Niyə  qocalmayım,  niyə  zəif  düşməyim.  Bu  günü  ki,  m ən 

çəkirəm, hər kəs olsaydı yeddi kəfən çürütmüşdü.

Ş ə r ə f   x a n ı m .   A  qardaş,  sən  niyə  pis  gün  çəkirsən,nəyin  əskikdir?  M alm 

var,  pulun  var.  Gülzar  kimi  qızm,  qapmda  da  xidmətçilərin.  Sən  otur,  qoy  sənə 

qulluq eləsinlər.

H a c ı   M u r a d .   Elə ki onlar mənə  qulluq edirlər,  etməsələr ondan yaxşıdır.  O 

ki İmrandır,  əlini  ağdan-qaraya vurmur.  Az  qalıbdır ki, məndən xanlıq iddiası etsin. 

Gülzar  xanım  da  atam  yoxdur  deyir.  Ağa,  xanım  belə  olanda,  nökər-qulluqçudan 

nə ummaq.

Ş ə r ə f   x a n ı m .   İmran  gərək  elə  oğlan  olmasm.  Onun  tərifi  hər  yerdə 

söylənir.  Gülzardan  narazı  olmağma  təəccüb  edirəm.  M ən  ona  elə  tərbiyə 

verməmişəm ki,  atasmm əmrindən çıxa, zəhmətindən incinə.

H a c ı   M u r a d .   Görürəm,  çox yaxşı tərbiyə vermisən.

Ş ə r ə f   x a n ı m .   Heç  vaxt  inanmaram,  sənin xasiyyətin pisdir.  M ənim  özüm 

də  qız vaxtı nə  qədər sənə yaxşı  qulluq edirdim, yenə razı  qalmırdm.  Gülzar,  bu nə 

işdir?  (Gülzar  başım  aşağı  salıb  ağlayır.)  Qızım,  ağlayırsan?  (.Hacı  M urada) 

Görürəm  qızı  nə  hala  salmısan.  Saraldıb  heyvaya  döndərmisən,  on  səkkiz  yaşm da 

cavanı  qocaldıb  qarı eləmisən.

H a c ı   M u r a d .   M ən ona nə  edirəm ki,  sarala.  Durub təzədən ona nənəlik edə 

bilmərəm  ki.  Nökəri  var,  qulluqçusu  var,  yesin,  içsin,  geyinsin,  gəzsin.  O  ki  qaldı 

qocalmasma,  ona  da  bais  özüdür.  M əhərrəm  bəy  kimi  adam  özü  gəlib  mənə  elçi 

düşüb,  qızımı  istəyir,  Gülzar  xanım  deyir  ki,  özümü  öldürərəm,  ona  getmərəm. 

Daha mən nə deyim.  Adam da bu dərəcədə dəli olub elə mal-dövlətdən əl çəkərmi?

Ş ə r ə f   x a n ı m .   A  qardaş,  nə  danışırsan?  Sən təmiz  ağlmı  itirmisən.  Dünya 

malı  gözlərini  pərdələmişdir.  M əhərrəm  bəy  nədir,  zad  nədir?  Qızınm  nişanlısı  on 

iki  ildir  sənə  zəhmət  çəkib  pul  qazanıbdır.  İndi  nə  olubdur  ki,  əhdindən  dönüb 

qızmı öz yaşmda yoldaşm a verirsən?  Eşidənlər nə deyərlər?

H a c ı   M u r a d .   Buyur,  bu da  ağıllımız.  Yaxşı  deyiblərki,  arvadm  ağlı  olmaz. 

Eşidənlər  mənə  dəli  deyər  ki,  qızımı  İmrana  verib  M əhərrəm  bəy  kimi  adamı 

əlimdən cıxaram.

Ş ə r ə f   x a n ı m .   Eşidənlər  sənə  ağıllı  deyərlər  ki,  qızmı  İmrana  verib  ata 

yurdunu abad edirsən.



H a c ı M u r a d .   Əcəb  buyurursan,  Şərəf xanım.  M əhərrəm  bəy  mənim  atamm 

yurdunu  tar-mar  edər,  amma  gədənin  biri  abad  edər.  Arvadlarm  ağlı  belədir.  M ən 

qızımm xoşbəxtliyini istəyirəm.

Ş ə r ə f   x a n ı m .   Yaxşı,  hərgah  qızm könülü M əhərrəm  bəydə  yoxdur,  onun 

malına tamah etmir,  onda o necə xoşbəxt ola bilər?

H a c ı   M u r a d .   Qız heç yediyini-içdiyini başa düşə bilmir.  O xoşbəxtliyini nə 

anlayacaqdır?  Arvad mal-dövlətin  qədrini  onda anlayır ki, uşaqları  artıb,  ana,  mənə 

cörək ver deyəndə, təknədə olmaya.

Ş ə r ə f   x a n ı m .   A kişi,  sənin puluna,  dövlətinə nə  gəlibdir ki,  qızm İmranda 

çörəksiz  qala?  Bundan  əlavə  İmran  elə  oğlandır  ki,  öz  əlinin  zəhməti  ilə  arvadmı 

xandan, bəydən yaxşı  saxlar.

H a c ı M u r a d .   Pulum  haradadır,  malım  haradadır?  Zum a  çalıb  aləmə  səs 

salmısmız  ki,  Hacı  M uradm  pulunu  sandıqlar  tutmur.  Bilmirəm  pulu  mənə  kim 

qoyubdur.  Atam  qoyubdur, babam qoyubdur.

Ş ə r ə f   x a n ı m .   Sənin  ağlamaq  qədim  xasiyyətindir.  B ir  şeydən  kəsirin 

olmaz,  amma  özünü  dilənçi  yerinə  qoyarsan.  Xülasə,  M əhərrəm  bəy  fikrindən 

bilmərrə  daşmarsan.  M ən  heç  razı  ola  bilmərəm  ki,  Gülzarı  bədbəxt  edib  altmış 

yaşmda qocaya verəsən.

H a c ı   M u r a d .   Buyur,  bu  da  ağbirçək  bibisi.  Ağıl  öyrətməkdən  ağzma  dil 

verir.  Ay  qız  ey,  raen  dediyimdən  dönmərəm,  İmranı  bilmərrə  unudarsan. 

Bilmirəm  bu  mənə  nə  İmran  oldu.  And  olsun  allaha  onu  bundan  sonra bir  saat  da 

evimə  qoymaram,  qoy  getsin,  gör onu da necə  Qulu kimi  qovaram.

Ş ə r ə f x a n ı m .   Elə  bil  o  qalmışdı  ki,  qızmı  bir  qoca,  xəsis  kaftarm  puluna 

satasan.


H a c ı   M u r a d .   Bilmirəm  bu  hardan  gəlib  çıxdı.  Niyə  qoca  olur?  Nökər 

dalında,  qızılquş  əlində  atdanıb  ova  çıxanda  elə  bil  ki,  bir  laçmdır.  Daha  bəsdir. 

İndi de  görüm,  sən özün necə  dolanırsan?

Ş ə r ə f   x a n ı m .   Nə deyim.  Allah dərd-qəm yaradanda bizim üçün yaradıbdır. 

Uşaqlar  artıbdır.  Kişinin  də  əli  aşağı  düşmüşdür.  Gecə-gündüz  işləməkdən  əllərim 

qabar olmuşdur.

H a c ı M u r a d .   Buyur,  bu  da  sənin  öz  başm a  gələn.  Daha  Gülzara  niyə  razı 

olmursan?  Rəhmətlik  atama  dedim  ki,  kişi,  Şərəfi  bu  kasıba  vermə,  neçə  dövlətli 

istəyir,  onlann  birinə  ver.  Dedi  yox.  Bu  ağıllı,  kamallı  adamdır.  Bunda  Şərəf 

xoşbəxt olar.

Ş ə r ə f   x a n ı m .   Xeyr,  atam  səhv  etməyibdir.  M ən  ərimdən  çox  razıyam. 

özüm də çox xoşbəxtəm ki,  allah məni bu cür adama qismət




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə