Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə13/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   9   10   11   12   13   14   15   16   ...   140

edibdir.  Dünya  malı  bir  puç  şeydir.  Gedər  də,  gələr  də.  Ər  odur  ki,  qara  gündə 

arvadla yoldaş olub, bir-birinə  can deyib,  can eşidələr.

Ə  h  m  ə  d.  Ana,  bəs  sən  deyirdin  ki,  daym  sənə  qənfet  verəcəkdir,  bəs  niyə 

vermir?


H a c ı M u r a d .   Oğlum,  qənfet pis  şeydir.  Adamm boğazmı  ağrıdır.  Sən yekə 

oğlansan.  Qənfeti neynirsən.

Ə  h  m  ə  d.  Ana,  Gülzar  bacımgilin  bağçasmda  elə  çox  alma  var  ki,  gələndə 

gördüm.


H a c ı M u r a d .   Yox,  oğlum,  dəymə, yetişəndə yığıb  sənə  göndərəcəyəm.

Ə h m ə d. M ənim özüm burada olacağam.  Dəyəndə yığaram.

H a c ı M u r a d   (kənara).  Bunda  yaxşı  xəbər  var.  Deyəsən  Şərəf  çox 

qalacaqdır.

Ş ə r ə f x a n ı m .   Sizin  dərdiniz  öz  dərdimi  də  yaddan  çıxartdı.  Əhməd 

böyüyübdür,  oxumaq vaxtı keçir,  dedim  gətirim  sizdə  qoyum,  həm məktəbə  getsin, 

həm də  Gülzara hayan olsun.

H a c ı M u r a d   (kənara).  M azandaranda  çaqqal  az  idi,  biridə  gəmi  ilə  gəldi. 

(Şərəfə)  Yox,  yox,  saxlaya  bilmərəm.  Özgə  uşağmı  saxlamaq  bir  xata  şeydir. 

Bunun  korluğu  var.  Azarlaması  var.  Ağacdan  yıxılm ası  var.  Anasız  ona  kim 

baxacaqdır.

Ş ə r ə f x a n ı m .   Əhməd  dinc  uşaqdır.  Heç  kəsə  korluğu  olmaz.  O  ki  qaldı 

azarlamağı,  ondan da arxaym ol.  Gülzar ona analıq edər.

G ü 1 z  a r.  Bibi,  arxaym ol.  Onu özümdən yaxşı  saxlaram.

H a c ı   M u r a d .   Yox,  yox,  Gülzar  bilmir.  Uşağm  tarpma  dözmək  olmaz. 

İmranda görmüşəm.  M əni  qocaldan o  olmuşdur.  Evimi dağıdan o  olmuşdur.

G ü 1 z  a r (kənara).  Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm.

Ş ə r ə f x a n ı  m.A  qardaş,  bir uşağm yeməyi,  içməyi nə  olacaqdır ki,  bu  sənin 

evini dağıda.

H a c ı   M u r a d .   Xülasə, m ən razı deyiləm.

Ş ə r ə f x a n ı m .   A  qardaş,  bacmm  əli  aşağı  düşəndə  köməyə  qardaşı  üstə 

yüyürər.  İndi  mən  də  qardaş  adı  ilə  evimi  yiyəsiz  qoyub  yanm a  gəlmişəm.  Eybi 

yoxdur.  Uşaq  səni  incidər,  apararam.  Ancaq  səndən bir təvəqqəm var,  məni  ondan 

naümid  qaytarma.  Ərimin beş yüz  manat borcü var,  borc  sahibi  pis  adamm biridir. 

Gündə  qapımıza  gedib-gəlməkdən bizi təngə  gətiribdir.  Kişiyə dedim ki,  qardaşımı



görməyə  gedirəm,  amma  əsil  fikrim  o  idi  ki,  səndən  alıb  aparıb  verəm.  Abrımız 

açılmasm.

H a c ı   M u r a d .   A  bacı,  sən  ki,  özgəsi  deyilsən,  məgər  mənim  var-yoxumu 

bilmirsən? M əndə pul hardandır ki,  sənə verim?

Ş ə r ə f   x a n ı m .   Qardaş,  burada xəsislik yeri  deyil.  Burada bacı namusu var. 

Razı  olma  ki,  bacm m   paltarları  bazarlarda  tökülüb  satılsm  və  bir  də  mən  səndən 

borc istəyirəm.  Sən gözləyə bilərsən.  Amma özgəsi  gözləyə bilmir.

H a c ı   M u r a d .   Axı  nə  üçün  inanmırsan,  sənə  deyirəm  ki,  özüm  pul  üzünə 

həsrətəm.

Ş ə r ə f   x a n ı m .   Atamdan qalan pul və  özün qazandığm pullar necə olmuşdur 

ki, mənə beş yüz manat tapılmır.  Sandıqlarm ağzmı bərk bağla.

H a c ı   M u r a d .   A  kişi,  bu  zalım  uşaqlarmı  inandırmaq  olmaz  ki,  buyur,  bu 

mənim ciblərim,  bu da mənim  sandığım.  (Durub paltar sandığını  açır.) Di  gəl bax, 

gör burada əsgi-üsgüdən başqa nə var.  (Qorxa-qorxa o  biri sandığa baxır.)

Ş ə r ə f   x a n ı m .   O biri  sandığm ağzmı  aç.

H a c ı   M u r a d .   Sən mənim evimə pristav  gəlmisən?  Asmotr edirsən?  Çox da 

var, niyə verim.  Çöldən tapmışam?

Ş ə r ə f   x a n ı m  (ayağa galxır.) Daha  sənə nə deyim?  Qarğış etməyə də yerim 

yoxdur,  çünki bura mənim atam evidir.  Cəfər!  Cəfər!

C əfər daxil  olur.

C  ə f  ə r.  Nə buyurursan, xanım?

Ş ə r ə f   x a n ı m .   Cəfər, bu  saat faytonu qoşdur,  gedəcəyəm.

C  ə f  ə r.  Xanım,  gün keçibdir,  gedib  çatmaq olmaz.

Ş ə r ə f   x a n ı m .   Eybi  yoxdur,  harada  gecələrik,  orada  qalarıq,  burada  qala 

bilmərəm.  Gərək gedək.

C  ə f  ə r.  Baş üstə,  xanım.  Ancaq faytonçunun pulu  qalıbdır,  istəyir.

Ş ə r ə f   x a n ı m .   Özündə  varsa  ver,  yox  isə  ala  bu  üzüyü  apar  sat  ver. 

(Barmağından  üzüyünü  çıxarıb verir.)

C  ə f  ə r.  Xanım,  lazım deyil,  məndə var, verərəm.  (Çıxır.)

G ü 1 z  a r (ağlaya-ağlaya).  Bibi, başma dönüm, bu  gecə vaxtı  getmə.

Ş ə r ə f   x a n ı m .   Yox,  Gülzar,  qala  bilmərəm.  Bu  ev  mənim  üçün 

cəhənnəmdir.  Dur,  oğlum,  gedək.



G ü 1 z  a r.  Bibi, məni də  apar.  Burada qoyub  getmə.

Ş ə r ə f x a n ı m .   Səni  hara  qoyub  gedirəm.  Belə  zalımm  evində  bir  saat  da 

qoymaram.  D ur gedək.

H a c ı M u r a d   (Gülzarın  əlindən  tulub  özünə  tə rə f çəkir.)  Haraya  aparırsan? 

Qoymaram.

Ş ə r ə f   x a n ı m .   Çəkil  kənara.  Hörümçək  kimi  yazıq  qızm  qanmı  sorub  bu 

hala salmısan.  Belə kafir ataya  gözəl balanı vermərəm.

Pərdə

D Ö R D Ü N CÜ PƏ RD Ə

S əhnə H acı  M u rad ın   bağçasını  göstərir.  A y d ın lıq  bir gecə,

İm ran  g əzin ərk ən   söylənir.

İ m r a n.  Ay  zalım,  ey  biinsaf kişi,  əhdindən dönüb  səni  dövlətli  edəni  evindən 

qovursan.  Dünya malmdan  ötrü  Gülzar kimi  qızı bir  qocanm puluna  satırsan?  Yox, 

zor  ilə  də  olsa,  gərək  bu  gecə  aparam.  Nabatdan  bir  xəbər  çıxmadı.  Yoxsa  qoca 

kaftar  güclə  Gülzarm nigahmı  oxutdu?  Ya  Gülzar naəlac  qalıb  razı  oldu?  Yox, yox 

elə  iş  ola bilməz.  Gülzar özünü  öldürər,  M əhərrəm bəyə  getməz...  Deyəsən,  qaraltı 

görünür.  Arvaddır.

N a b at gəlir.

N   a  b  a  t.  İmran  ağa,  başma  dönüm,  yavaş  danış,  hamı  oyaqdır.  Qoca  kaftar 

yenə  sandıqlarmı yoxlayır.  Qara köpək də  sən gedəndən bəri hacmm hökmünə  görə 

nə  mənə,  nə  də  Gülzar  xanıma  göz  verib,  işıq  vermir.  B ir  az  səbir  elə,  görək  bir 

yerə  gedərmi ki,  Gülzar xanımı  qaçırdam.

İ m r a n.  Yox, Nabat,  daha təngə  gəlmişəm.  Səbir edə bilmərəm.  Bu saat zor ilə 

də olsa,  aparacağam.

N  a b  a t.  Qurbanm olum,  İmran  ağa,  məni  xataya  salma.  Bu  gecə  nə tövr olsa, 

Gülzar  xanımm  əlini  əlində  görəcəksən.  Ancaq  bir  az  səbir  elə.  Gülzar  xanım 

Əliquludan fürsət tapan kimi buraya qaçacaqdır...

İ m r a n.  Dayan, xışıltı  gəlir...

N  a b  a t.  Odur,  odur,  Gülzar xanımm özüdür.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə