Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə10/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   6   7   8   9   10   11   12   13   ...   140

H a c ı   M u r a d .   Səsini  kəs.  Ayı  oğlu  ayı,  hər  şeyə  bax  belə  cavab  verirsən. 

Daha  məni  təngə  gətirmisən.  Sənə  söz  kar  eləmir.  (Ağacı  götürür.)  Aymı,  bax, 

bunnan öyrədərlər.

D ö y ü r,  Q u lu  d a  qışqırır.



Pərdə

ÜÇÜNCÜ PƏRDƏ 

S əhnə H acı  M u rad ın  o tağını  göstərir.

H a c ı M u r a d   (yalqız).  Hərçəndi  M əhərrəm bəyə  söz  verdim  ki,  qız  mənim 

itaətimdən  çıxa  bilməz,  amma  görürəm  çətin  olacaqdır,  çünki  Gülzarm  könlü 

İmrandadır.  Görüm,  M əhərrəm  bəyin  mal-dövlətinə  aldada  bilərəmmi?  Hərgah  bu 

mümkün olmasa,  atalıq ixtiyanm ı əlimə  alaram.

Q u 1 u (daxil olur.) Ağa, bir həmşəri  gəlib  səni  soruşur.

H a c ı M u r a d .   De  gəlsin.  M əhərrəm  bəy  göndəribdir.  M ənə  qulluq 

edəcəkdir.  Daha bu gündən murdar üzünü hər saat görməyəcəyəm.

Q u 1 u.  Ağa, mənim üzüm heç olmasa ağdır,  amma onunku  qap-qaradır.

H a c ı M u r a d .   Di  itil  get.  Yenə  çərənnəməyə  başlama.  (Qulu  çıxır.)  Görək 

M əhərrəm  bəy  göndərdiyi  nökər  necə  adamdır.  O  da  Qulunun  tayı  isə  heç  çörək 

vermək  lazım  deyil.  (Əliqulu  daxil  olur  və  əllərini  döşünə  qoyub  qayda  ilə  Hacı 



M urada təzim  edir.) Buyur əyləş.

Ə 1 i q u 1 u.  Cənabmızm hüzurunda əyləşməyi bəndə özünə  cürət edə bilməz.

H a c ı M u r a d   (kənara).  Bax,  nökər belə  olar,  nəinki  Qulu  kimi,  zalım  oğlu 

üç  saat çərənnəməsə,  adamdan əl çəkmir.  (Əliquluya) Buyur əyləş,  izin verirəm.

Ə liq u lu   əd əb an ə  diz  üstə  əyləşir.

Ə  1  i  q  u  1  u.  Bəndənizi  sərkar  Ağa  M əhərrəm   bəy  göndəribdir  ki,  cənabmıza 

xidmət edəm.



H a c ı   M u r a d .   Pulsuz-zadsız,  dünən bəy özü belə buyururdu.

Ə 1 i q u 1 u.  Bəli,  məvacibim M əhərrəm bəydən çatacaqdır.

H a c ı   M u r a d .   De  görüm, yeməkdə pərgarsan ya yox?

Ə  1  i  q  u  1  u.  Xeyr,  ağa,  çox  kəmxörəyəm.  Bir  neçə  xurma  ilə  dolanmış 

adamam.

H a c ı M u r a d .   Çox  yaxşı.  M ənim  çox  yeyən  adamdan  acığım  gəlir,  çünki 



adamm  gərək  heyvandan  fərqi  olsun.  O  da  ancaq  az  yem əklə  olar.  İndi  de  görüm, 

əlin-zadm təmizdirmi?..

Ə  1  i  q  u  1  u.  Ağa,  bəndə  uşaqlıqdan  böyüklər  evində  tərbiyə  almışdır.  Üst- 

başım həmişə təmiz olar.

H a c ı   M u r a d .   O mənada demirəm.  Yəni oğurluq-zad əlindən  gələrmi?

Ə  1  i  q  u  1  u.  Ağa,  əlhəmdüllah,  mən  müsəlmanam,  müsəlman  olan  şəxs  də 

oğurluq edərmi?

H a c ı M u r a d .   Bəs  onda bizim  Quludan  xəbərin  yoxdur.  İndi  qulaq  as,  gör 

işin nə  olacaqdır.  Bu otağı  ki,  görürsən,  buraya  səndən başqa  qeyri  nökər,  qulluqçu 

girməyəcəkdir.  Ocaqları  qalamaq,  samovarı  qoymaq,  nahar  bişirmək,  bunlarm 

hamısı  sənin  işindir.  Xülasə,  qulluğuna  baxaram,  yaxşı  olsan  evimin  hər  ixtiyarmı 

sənə verəcəyəm.

Ə 1 i q u 1 u.  Ümidvaram ki,  can-dillə  qulluq edib  əmrinizi yerinə yetirəm.

H a c ı M u r a d .   A dm nədir?  Ö zünharalısan?

Ə l i q u l u .   H a c ı M u r a d .   Adım  Əliquludur,  özüm də  Tehran əhliyəm.

H a c ı M u r a d .   Səni bu şəhərdə tanıyan varmı?

Ə  1  i  q u  1 u.  Xeyr,  buraya iki  həftədir ki,  gəlmişəm və M əhərrəm bəydən başqa 

heç kəsi tanımıram.

H a c ı M u r a d .   Çox əcəb.  Bu  gündən sən öz işində ol.  (Çağırır.)  Qulu!  Qulu!

Q u lu  daxil  olur.

Q u 1 u.  Nə buyurursan,  ağa?

H a c ı M u r a d .   Qulu,  bu  gündən  sənin  ev  işinə  qarışacağm  olmayacaqdır. 

Onlarm  hamısmı  Əliqulu  görəcəkdir.  Sənin  işin  su  daşımaq,  bağçanı  sulamaq, 

həyəti  süpürmək,  bazara  getmək  olacaqdır.  Xülasə,  bayır  işi  sənnəndir,  ev  işi  ilə 

Əliqulu məşğul olacaqdır.  Daha bundan



sonra  qab-qacaq  ilə,  qənd-çay  ilə,  pendir-çörəklə,  mətbəxlə  bilmərrə  işin  olmasm, 

qandm, ya yox?

Q u 1 u.  Bəli,  ağa,  qandım.

H a c ı M u r a d .   Elə  deyirsən  ki,  başa  düşdüm,  amma  işi  tutanda  tərsinə 

edirsən.  Təkrar et görüm, nə edəcəksən?

Q  u 1  u.  Məsələn,  elə ki,  gördüm  it  girib  içəri  çörəyi yeyir,  gərək  gedib  Əliqulu 

əmini tapam  gəlsin onu  qovsun.  Ya da ocaqda süd daşır...

H a c ı M u r a d .   Dayan,  kafir  oğlu  kafir.  Demədimmi  ki,  hər  şeyi  tərsinə 

anlayırsan.  A məsəl  gətirən köpək, bunu bir balaca uşaq da başa düşər ki,  gördün it 

çörəyi yeyir,  qov getsin.  Burada nə  Əliqulu, nə  Vəliqulu.  Daha nə?

Q  u  1  u.  Məsələn,  elə  ki,  gördüm  oğru  evə  girib  sandıqları  yarır,  gərək  gedib 

Əliqulu əmini durquzam ki,  gəlib onu tüfəngləsin.

H a c ı M u r a d .   De  eşit,  a kişi,  yeddi  ildir ki,  bu höcət  aymı  saxlayıram.  Gör 

mənim  səbrim  Əyyub  peyğəmbərin  səbrindən  artıqdımı,  daha  sənə  nə  deyim? 

Axırda  o  misal  gətirdiyin  oğru  özün  olacaqsan.  Get  şələ-şüləni  yığışdır,  bundan 

sonra bir saat da səni burada saxlamaram.  Niyə dayanıbsan?

Q u 1 u.  Ağa,  getməyə hazıram.  Ancaq bu neçə  ildə mənə  qəpik də verməmisən. 

Haqqımı ver, baş üstə,  gedim.

H a c ı M u r a d .   Sənə  nə  verəcəyəm.  Heç  bir  qara  qəpik  də  vərməli  deyiləm. 

Haqqm tamamilə  sənə çatıbdır.  Əslinə baxsan,  sən mənə borclusan.

Q u  1  u.  Bəli,  müftə  qulluq etdiyimiz  bəs  olmadı,  hələ borclu da  çıxdıq.  İndi ki, 

belə oldu, ya sən and iç əl çəkim, ya mən and içim haqqımı ver.

H a c ı M u r a d .   İndi  də  saqqalımm  ağ vaxtmda durub  sənə  and  içəcəyəm.  İtil 

cəhənnəmə.  Yoxsa durub  səni  qolu bağlı  qazamata  göndərərəm.

Q  u  1  u.  (çıxarkən).  Hacı  Murad,  xüdahafiz.  Sənə  göstərərəm  mənə  Qulu 

deyərlər.  (Çıxır.)

H a c ı M u r a d .   Axırı  zalım   oğlunun  əlindən  qurtardım.  Kişi,  məni  təngə 

gətirmişdi.  Özün  görürdün  ki,  mənə  nə  tövr  cavab  verirdi.  İndi  dur  get  mətbəxə, 

çay-zad  hazırla  və  özün  də  hər  şeydə  qənaət  gözlə.  H ər  vaxt  çay-qənd  lazım  olsa 

gələrsən  özüm  verərəm.  (Əliqulu gedir.)  H ər  əsərindən  düz  adama  oxşayır.  Amma 

yenə insanı tanımaq olmaz.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə