Sumqayıt Şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxana Mirzə Fətəli Axundzadə 200



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix28.06.2018
ölçüsü0,57 Mb.
#52249
1   2   3   4   5   6   7   8   9   ...   23

      

Mirzə Fətəli Axundzadə - 200 

 

      Axundzadə  ədəbiyyatın qarşısında ictimai tələblər qoyan ədəbiyyatı müasir həyatın 



tələbləri ilə bağlayan realist yazıçı idi. Milli ədəbiyyatımızda nəsrin və dramaturgiyanın 

əsasını qoyan şair, filosof, ictimai xadim, tərcüməçi kimi məşhur olan Mirzə Fətəli 

komediyanın böyük ictimai tərbiyəvi rolunu düşünərək öz yaradıcılığı üçün bu ədəbi şəkli 

seçdi. XIX əsrin 50-ci illərinin birinci yarısında yazdığı altı məşhur komediyası ilə yeni 

Azərbaycan realist dramaturgiyasının əsasını qoydu. 

      Dövrünün ilk maarifçisi, realist dramaturqu olan M.F.Axundzadə  komediyalarında xalqın 

avamlıqdan doğan mənfi cəhətləri, fanatizmin, despotizmin əsas səbəblərini açıq göstərirdi. 

Dramaturq əməyə xor baxan, əyri və asan yolla pul qazanan tüfeyli Hacı Zərgər Kərimi, 

Həkim Ağa Zamanı, Molla Salmanı, Səfər bəyi və onları tora salan Molla İbrahim Xəlili 

("Hekayəti-molla İbrahimxəlil kimyagər"); avam, savadsız qadınları – Şəhrəbanı xanım və 

Şərəfnisə xanımı ("Hekayəti-müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah cadukuni  

məhşur"); Vəzifəsində qalmaq üçün yaltaqlıq edən Mirzə Həbibi ("Şərgüzəşti vəziri xani 

Lənkəran"), maymaq, qorxaq, səfeh Tarverdini və onun ətrafında cərəyan edən avamlığı 

(Hekayəti – xırs quldurbasan"), məhəbbət, xeyirxahlıq hissini pula hərisliyi ucbatından qurban 

verən Hacı Qaranı, tüfeyli həyat tərzi sürən bəyləri ("Sərgüzəşti-mərdi xəsis"), yalançı, 

ziyankar, rüşvətxor məhkəmə vəkillərini ("Mürafiə vəkillərinin hekayəti") satira atəşinə tutub. 

Dramaturqun bu komediyası zorakılıq və istibdad, feodal Şərq həyatının yaratdığı avamlıq 

əleyhinə çevrilmişdi. Çünki belə bir qaranlıq mühitdə hər cür hiylə, cinayət, dələduzluq və s. 

bu kimi mənfi xüsusiyyətlər inkişaf edə bilərdi. 

      Mirzə Fətəli ədəbi-tənqidi görüşlərində mücərrəd məfhumlara deyil, bir maarifçi kimi 

müəyyən ədəbi hadisələrə istinad edir, hökmlərini hər zaman konkret yazıçıların əsərləri 

üzərində əsaslandıraraq, ədəbiyyatı cəmiyyətin aktual məsələlərilə bağlamağa çalışardı. O, 

həyatdan uşaqlaşan hər bir əsərin əleyhinə çıxır, müasir hekayə, roman və dram əsərlərini xalq 

üçün faydalı sayırdı. Mirzə Fətəli cəmiyyətin tələblərinə cavab verməyən, məzmunca zəif olan 

əsərləri bədiilikdən uzaq hesab edirdi. 

      Mirzə Fətəli Axundzadə  elm, maarif vurğunu olduğundan kitaba xüsusi məhəbbət 

bəsləmiş, zülmətdən aydınlığa gedən yolda ona bir ziya, bilik və müdriklik mənbəyi kimi 

baxmışdır. Böyük ədib həyata keçirilməsi üçün 20 ildən çox çalışdığı əlifba islahatını, ədəbi 

məktublarını və ümumiyyətlə, bütün yaradıcılığını məhz bu məsələ ilə bağlamışdır. Onun 

üçün kitab əlifbadan, mütaliədən başlayırdı. M. F. Axundovun yazıb- yaratdığı tarixi şəraitdə 

hörmət, üstünlük elmə, biliyə deyil, dinə, etiqada verilirdi. Təbiidir ki, kitab mədəniyyəti belə 

bir şəraitdə qurbanlar və mənəvi inqilablar bahasına inkişaf edə bilərdi. Dramaturq özünün 

elmi və fəlsəfi görüşləri ilə qatı qaranlığı yardı, xalqın oyanan şüuru qarşısında yeni işıqlı bir 

yol açdı. Səmərəli fikirlər hesabına açılan və keçilməsi böyük cəsarət tələb edən bu yolun ilk 

yolçusu M. F. Axundovun özü oldu. İlk təməl daşı Nizami tərəfindən qoyulan Azərbaycan 

kitab mədəniyyətini sonralar dahi mütəfəkkir əzəmətli bir binaya çevirdi. Onun bu nəcib 

təşəbbüsü xalqın sonrakı mənəvi inkişafı üçün zəmin hazırlamış oldu.  

      M. F. Axundov Azərbaycan kitab mədəniyyətini keyfiyyətli tərcümə və sırf orijinal 

əsərlərlə zənginləşdirməyə, ədəbiyyatı dilimizə yabançı olan əcnəbi sözlərdən təmizləməyə və 

ana dilinin gözəl məziyyətlərini qoruyub saxlamağa çağıran qüdrətli sənətkarlardandır.  

M. F. Axundov 40 ildən çox öz ömrünü xalqa həsr etmiş, bütün qüvvəsini öz həmvətənlərini 

elm və mədəniyyət yoluna çıxarmağa, onların mətbəə, mətbuat, kitab kimi mənbələrə sahib 

olmağa çağırmışdır.  

 

6




      

Mirzə Fətəli Axundzadə - 200 

 

      Milli zəmində yüksələn, milli kaloriti bütün zənginliyi ilə saxlayan və rəngarəng 



yaradıcılığa malik olan Axundov yaradıcılığı üçün böyük beynəlmiləlçilik, xalqlara dərin 

hörmət, yüksək humanizm ən səciyyəvi cəhət idi.  

      M. F. Axundovun ədəbi və fəlsəfi irsi təkcə Azərbaycanın deyil, bütün dünya xalqlarının 

mədəniyyəti xəzinəsinə qiymətli inci kimi daxil olmuş və hər bir xalqın oxucusunun 

istifadəsinə verilib. M. F. Axundov tərəqqipərvər bəşəriyyətin həmişə ürəkdən sevəcəyi, dəyər 

verəcəyi və yad edəcəyi şəxsiyyətlərdəndir.  

      Bütün həyatı boyu doğma vətəniniin və xalqınıın tərəqqisi yolunda yorulmadan çalışaraq 

Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq şəhifə açan M. F. Axundzadə 1878-ci 

ildə Tiflisdə vəfat etmiş və Mirzə Şefi Vazehin qəbri yanında dəfn edilmişdir 

      Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin böyük mütəfəkkir, 

Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli 

Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd 

edilməsi təklifi həmin təşkilat tərəfindən müsbət dəyərləndirilib  və  2012 - ci il TÜRKSOY 

çərçivəsində   “M. F. Axundzadə  İli” elan edilib.  

     Səməd Vurğun adına Mərkəzi Kitabxananın “Kitabxana - biblioqrafiya proseslərinin 

avtomatlaşdırılması ” şöbəsi  M.F  Axundzadənin  200 illik yubileyi münasibətilə  biblioqrafik 

göstərici hazırlayıb. Göstərici iki dildə (Azərbaycan və rus) tərtib edilib . 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

7




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə