Sünnə və Cəməa anlayışı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix19.07.2018
ölçüsü0,5 Mb.
#56770
1   ...   11   12   13   14   15   16   17   18   19

Hz.  Peyğəmbər 

–cəllalahu  aleyhi  vəssəlləm-

başqa  bir  hədisində  də  belə 

buyurmuşdur:  “Qəribələrə  mücdə  olsun!  Onlar  say  etibarilə  pis  adamların 

arasında olan, saleh olanlardır (azlıq təşkil edənlərdir). Onlara qarşı gələnlər, 

onlara itaət edənlərdən daha çoxdur

.”

174 



6.  Əhli-sünnə  vəl-cəməa  rəvayət,  fəhm,  elm  və əməl  yönündən hədis  əhli 

olan  insanlardır.  Buna  görə  bəzi  sələf  imamlarının  ilahi  köməyə  nail  olan  və 

nicat  tapan  firqə  əhli-sünnə  vəl-cəməanı  (hədis  əhli)  deyə  təfsir  etdiklərini 

görürük. Bu izah ibn əl-Mübarək, Əhməd bin Hənbəl, əl-Buxari, ibn əl-Mədini, 

Əhməd  bin  Sinandan

175 


-Allahın  rəhməti  üzərlərinə  olsun-

rəvayət  edilmişdir.  Bu, 

əlbəttə  doğrudur,  çünki  bu  xüsusiyyətə  layiq  görülən hədis  alimləri  əhli-sünnə 

imamlarıdır. 

imam Əhməd “ilahi yardıma nail olan fipqə” haqqında bunları deyir: “Əgər 

burada  bəhs  edilənlər hədis  əhli  deyilsə, mən  bunların  kim  olduqlarını 

bilmirəm”. 

Qazi iyad da 



-rahmatullahi aleyhi-

bunları bildirir: “Şübhəsiz imam Əhməd əhli­



sünnə  vəl-cəmə

ilə  hədis  əhlinin  məzhəbinə  uyğun  etiqad  sahibi  olanları 

nəzərdə tutur.”

176 


ƏHLi-SÜNNƏ VƏL-CƏMƏAYA” BU ADIN VERiLMƏSiNiN SƏBƏB

Əhli-sünnəyə  bu  adın  verilməsinin  səbəbi,  onların  Allah  elçisinin 



–cəllalahu 

aleyhi  vəssəlləm-

sünnəsini  alıb  öyrənən,  ona  lazım  olan  şəkildə əməl  edən və 

Peyğəmbərin 

–cəllalahu  aleyhi  vəssəlləm-

: “Sünnəmə  tabe  olun

177 

hədisinin 



əsaslarını  yerinə  yetirməyə  çalışanların  olduğuna  görədir.  Çünki  sünnə 

əshabələrin,  Peyğəmbərdən  şəriət,  din,  zahir  və  batin  hidayət  deyə  sayılan 

şeylərdir.  Tabiin  də  bunları  onlardan  öyrənmişdir.  Sonra  onlara  tabe  olanlar, 

sonra ədalət sahibi olan və onlara tabe olan hidayət rəhbərləri olan elm adamları 

və qiyamət gününə qədər onların arxası ilə gedənlərdir.

178 


Buna  görə  sünnəyə  tabe  olan,  haqq  əhli  olanlar  da  əhli-sünnə  olaraq 

tanınıblar. Elə isə həqiqi mənası ilə buna əsl layiq olanlar da onlardır. 

Bunlara  cəməa  adının  verilməsinin  səbəblərinə  gəlincə,  Peyğəmbərin 

–cəllalahu 

aleyhi  vəssəlləm-

: “Camaatla  olun!

179 

hədisi  ilə  özlərini  nəzərdə  tutduğu 



kimsələrin  onlar  olmasıdır.  Onlar  haqq  üzrə  toplanmış,  haqqı  almış,  sünnəyə 

174 


ял-Ялбани, «Сяhиhус-Жами яс-Саьир»дя сяhиh олдуьуну билдирмишдир. 1/12, N: 3816.  

175 


Бах:  Ибн  Щяжяр, «Фятh  ял-Бари»,  13/393,  ят-Тирмизи,  4/504-505.  Бах: «Силсиляту  ял­

Яhадис яс-Саhиhя», 270-жи Щядисля баьлы гейд, 3/136-137.  

176 

Шейх Абдуллаh ял-Ьунейман, «Шярhу китаби ят-Тювhид мин сяhиhи ял-Бухари», 2/238.  



177 

Щядисин мянбяйи яввялки сяhифялярдя эюстярилмишдир.  

178 

Бах: Ибн Теймиййя, «Мяжмуя ял-Фятава», 3/358.  



179 

Щядисин мянбяйи яввялки сяhифялярдя эюстярилмишдир.  

39 



möhkəm  sarılan  əshabələr,  tabiin  və  onlara  tabe  olan  müsəlman  camaatın 

arxasınca  gedənlərdir.  Bundan  başqa,  onlar  - Uca  Allaha  şükürlər  olsun  ki!  ­

həmişə  rəhbərləri  ətrafında  toplandıqları  kimi,  cihad,  yaxşılığı  əmr  edib 

pisliklərdən çəkindirmək,  sünnə  və  ona  tabe  olmaq  əsasları  üzərində  bir  yerə 

toplanırlar,  bidətləri,  nəfsin  istəyinə  tabe  olan  və  zəlalət  firqələri  tərk  etmək 

məsələsində həmfikirdirlər. Elə isə Peyğəmbərin 



–cəllalahu aleyhi vəssəlləm-

nəzərdə 


tutduğu,  xüsusiyyətlərini  bildirdiyi  və  bizə  onlarla  birlikdə  olmağı  əmr  etdiyi 

camaat onlardır. 

Nəhayət  biz  açıq-aşkar  bu  nəticəyə  gəlirik:  Əhli-sünnə  vəl-cəməa  bu 

məsələlərə söykənən bir vəsfdir: 

1. Peyğəmbərin 

–cəllalahu aleyhi vəssəlləm-

sünnəsinə əsaslanmağı, bizə sünnəyə 

bağlılığı əmr etdiyi və bunu “sünnəmə möhkəm sarılın” hədisi ilə tövsiyə etdiyi, 

camaata  tabe  olmağı  əmr  edib  bunu  “camaatla  olun”  deyə  tövsiyə  etdiyi,  ona 

müxalif  olmağı,  ondan  ayrılmağı,  ona  qarşı gəlib  ondan  uzaqlaşmağı  qadağan 

etdiyi  hədisləridir.  Əhli-sünnə  vəl-cəməaya  şəxsən  Peyğəmbər 



–cəllalahu  aleyhi 

vəssəlləm-

bu adı vermiş və onları belə tanıtmışdır. 

2. Fəzilətli nəsillər olan əshabələrin və sələfin rəvayətlərinə, onların sözləri, 

xüsusiyyətləri  və  davranışları  ilə  bağlı  ifadələrinə  söykənir.  Bu  hidayət 

imamlarının  icma  ilə  qəbul  etdikləri bir ad  və  xüsusiyyətdir.  Onlar  bunu  haqq 

əhlinə  vermişlər,  haqq  əhlini  bununla  xüsusiyyətləndirmişlər.  “Sünən”  bu 

fəzilətli  nəsillərdən gələn rəvayətləri,  qeyd  edilən  əsərlərdə,  bununla  bağlı 

yazılan  mənbələrdə  bu  yöndəki  rəvayətlərə  aydın  şəkildə şahidlik  edir,  bunu 

qeyd edirlər. 

3. “Əhli-sünnə” ifadəsi düzgün, həqiqəti ifadə edən və haqq  əhlini bidət və 

nəfsin istəyinə uyanlardan ayıran bir xüsusiyyətdir. Bu isə bəzilərinin zənni olan 

ə

hli-sünnə  vəl-cəmə

ancaq  əsrlərdən  sonra  son  dövrlərdə  meydana  gəlmiş  və 

ancaq  ayrılıqların  ortaya  çıxmasından  sonra  bilinən  bir  ad  olduğu  şəklindəki 

fikirlərə  müxalifdir.  Həqiqət  əslində  belədir  ki,  bu  ümmətin  sələfindən rəvayət 

edilərək  günümüzə  qədər gəlmiş  dini  bir  addır.  Əshabələrin  və  tabiinlərin 

dövrlərindən, ilk və fəzilətli nəsillərdən etibarən bizə çatdırılmışdır. 

Əhli-sünnə vəl-cəməa” bir məkan və ya zamanla bağlı ifadədirmi? 

“Əhli-sünnə  vəl-cəməa”  zaman  və  məkanla  bağlı  deyildir.  Bunlar  bir  yerdə 

çoxala  bilərlər,  başqa  bir  yerdə  isə  azala  bilərlər.  Bir  dövrdə  sayı  arta  bilər, 

başqa  bir  dövrdə  isə  azala  bilər

180 

.  Ancaq  bir  dəfəlik  kəsilməz.  Hidayətin 



bayraqları,  qaranlıqların  işıqları,  qiyamətin  qopacağı  vaxta  qədər  başqa 

insanlara  Allahın  dəlilləri  onlar  arasındadır,  bu  dinin  qorunması  şəklindəki 

Allahın vədi onların vasitəsi ilə həyata keçir. 

180 


Бах. «Фятh ял-Бари», 13/295; яш-Шейх ял-Ьунейман, «Шярhу Китаби ят-Тювhид», 2/240, 

40 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə