Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə20/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

 69
ları mәqbul saymır, “zәif” istinadlar sәbәbindәn az sayda hәdis 
rәvayәt edir. 
Hәmçinin, Hicazlılar İraqlılarla müqayisәdә daha çox hә-
dis rәvayәt etmişlәr. Çünki Mәdinә hicrәt yurdu, sәhabәlәrin dә 
sığınacağı olmuşdur. İraqa köçmüş sәhabәlәr isә әksәrәn cihad-
la mәşğul idilәr. İmam Әbu Hәnifә rәvayәt vә mәsuliyyәt şәrt-
lәrinә riayәtdә qәtiyyәtli davrandığı üçün az sayda hәdis rәva-
yәt etmişdir. O, qәti rasional dәlilә zidd hәdislәri “zәif” saymış-
dır. Bütün bunlar vәziyyәti mürәkkәblәşdirmiş vә nәticәdә Әbu 
Hәnifәnin rәvayәt etdiyi hәdislәrin sayı çox olmamışdır. İmam 
Әbu Hәnifә hәdis rәvayәtini kefindәn bir kәnara qoymayıb. Bu, 
ona heç yaraşmaz da!  
Әbu Hәnifә  hәdis elminin böyük müctәhidlәrindәndir. 
Böyük imamların onun mәzhәbinә etimad göstәrmәlәri, onu 
mötәbәr saymaları, hәdislәrin qәbulu vә rәddindә onun fikirlә-
rinә bel bağlamaları – bütün bunlar Әbu Hәnifәnin böyüklü-
yünә dәlalәt edir.  
Digәr mühәddislәrә – cümhura gәlincә, onlar hәdis rәva-
yәti  şәrtlәrinin qoyulmağında yumşaq davranmışlar. Odur ki, 
daha çox hәdis rәvayәt etmişlәr.  Әbu Hәnifәnin  şagirdlәri dә 
rәvayәt şәrtlәrini yumşaltmışlar. Bununla da onların rәvayәt et-
diklәri hәdislәrin sayı çoxdur. Mәsәlәn, Tәhavi çoxlu sayda hә-
dis rәvayәt etmiş, onları yazdığı “Cәlil  әl-Qәdr” adlı kitabda 
toplamışdı. Bu kitab İmam Buxari vә İmam Müslimin eyniadlı 
“Came  әs-Sәhih” kitablarına bәrabәr sәviyyәdә deyil. Çünki 
Buxari vә Müslimin müәyyәnlәşdirdiyi hәdis rәvayәti  şәrtlәri 
bütün müsәlman ümmәti tәrәfindәn yekdilliklә tәsdiqlәnib. Tә-
havinin hәdisi rәvayәt şәrtlәri isә belә deyildir”
1

Bütün bunlar böyük tarixçi, insaflı  vә peşәkar alim İbn 
Xәldunun İmam Әbu Hәnifә vә mәzhәbi haqda dediklәridir.  
                                                 
1
 İbn Xәldun. Müqәddimә / çapa hazırlayan:  Әli  Әbdülvahid Vafi, cild III, 
sәh. 1143-1145. 


 70
 
Bütün fəqihlər Sünnədən mənbə  
kimi istifadə etmişlər 
 
Bu mәqamda qәtiyyәtlә deyirik: Mәzhәbindәn, mәktә-
bindәn, vәtәnindәn asılı olmayaraq bütün fәqihlәr Sünnәdәn 
dәlil kimi istifadә etmiş, ona istinadәn hökm çıxarmışlar. Onlar 
Sünnәni dinin bir parçası bilmiş, göstәriş  vә qadağalarına mü-
xalif olmamışlar. Bu mәsәlәdә  Rәy vә  Hәdis mәktәblәrinin 
mövqeyi eynidir.  
İmam Beyhәqi (vәfatı – hicri 458) Osman ibn Ömәrin be-
lә dediyini yazır: “Bir kişi gәlib İmam Malikdәn bir mәsәlә haq-
da soruşdu.  İmam Malik bildirdi ki, Peyğәmbәr bu cür deyib. 
Kişi tәkrarәn sual etdi: “Bәs sәnin fikrin nәdir?” İmam Malik dә 
ona Quran ayәsi ilә qarşılıq verdi: “...Onun (Peyğәmbәrin) әm-
rinә qarşı  çıxanlar başlarına gәlәcәk bәladan, düçar olacaqları 
şiddәtli әzabdan hәzәr etsinlәr!” (әn-Nur, 63)
1

Habelә, Beyhәqi, İbn Vәhbin belә dediyini rәvayәt edib: 
“İmam Malik tez-tez bu sözlәri tәkrarlayardı: “Әvvәlki insan-
lara heç vaxt “Nә üçün belә deyirsәn?” – iradı tutulmazdı. Çün-
ki onlar rәvayәtlә kifayәtlәnәr, onunla qane olardılar”
2

Hәmçinin, Beyhәqi rәvayәt edir ki, Yәhya ibn Züreys 
deyib: “Süfyanın yanında idim. Bir şәxs gәlәrәk: “Әbu Hәnifәyә 
qarşı  çıxmayacaqsanmı?” – dedi. Süfyan soruşdu: “O, nә edib 
ki?”  Şәxs cavab verdi: “Onun belә dediyini eşitmişәm: “Hәr 
hansı bir hökmü әvvәlcә Allahın kitabından çıxararam. Әgәr bu 
hökmü orada tapmasam, Peyğәmbәrin sünnәsinә müraciәt edә-
                                                 
1
 әs-Süyuti. Miftah әl-Cәnnә, sәh. 49. 
2
 Yәni, onlar şәxsi görüşlәri üzündәn sәhih vә açıq mәnalı  hәdislәri inkar 
etmәmişdilәr. Onların nәzәrindә şәxsi rәy Allahın vәhyindәn üstün deyildi.  
Ancaq bu, daha çox öyrәnmәk mәqsәdilә sual vermәk  әnәnәsinә  әngәl 
olmamışdı. Necә  әngәl ola bilәr ki, sәhabәlәr özlәrinә qaranlıq qalan 
mәsәlәlәri aydınlaşıb müәyyәnlәşsin deyә, Peyğәmbәrdәn soruşurdular.  


 71
rәm. Yox әgәr bu hökmә Quran vә Sünnәdә rast gәlmәsәm
Peyğәmbәrin sәhabәlәrinin fikirlәrinә  әsaslanaram. Sәhabәlәr-
dәn istәdiyimin fikri ilә razılaşar, istәdiyimin dә fikrini bir kә-
nara qoyaram. Onların dediyini qoyub başqalarının söylәdik-
lәrindәn yapışmaram. İbrahim әş-Şә`biyә, İbn Sirinә, әl-Hәsәnә 
(Hәsәn әl-Bәsri nәzәrdә tutulur – mütərcim), Әtaya, İbn Müsey-
yәbә... gәlincә, onlar ictihad әhli idilәr. Onlar kimi mәn dә icti-
had edәrәm”. 
Elәcә dә Beyhәqi, Rәbinin belә dediyini bildirir: “Bir gün 
İmam Şafei bir hәdis söylәyir. Bir şәxs ondan soruşur: “Ey Әbu 
Abdullah, hökmü bu hәdisdәnmi çıxarırsan?”  İmam  Şafei belә 
cavab verir: “Nә vaxt ki, Peyğәmbәrdәn sәhih hәdis rәvayәt 
edib şәxsi rәyimi dә ondan üstün bilsәm, şahid olun ki, ağlımı 
itirmişәm”.  
Hәmçinin, Beyhәqi yazır ki, Rәbi deyib: “İmam Şafeinin 
belә söylәdiyini eşitmişәm: “Yazdıqlarımın arasında Peyğәm-
bәrin sünnәsinә zidd şey görsәniz, Sünnәni tәsdiqlәyin, dedik-
lәrimi dә bir kәnara atın”
1

 
Hədisləri fiqhlə vəhdətdə 
nəzərdən keçirmək lazımdır 
 
Madam ki, Sünnә fiqh elminin әsas mәnbәyidir, onda fә-
qihlәr hәdis elminә dәrindәn bәlәd olmalıdırlar. Hәdis alimlәri 
dә fiqhi hәrtәrәfli öyrәnmәlidirlәr. Fiqhlә  mәşğul olanlarla hә-
dislәri öyrәnәnlәrin arasındakı  dәrin uçurumu doldurmaq la-
zımdır, – uzun illәrdәn bәri hay çәkib çağırdığım şey dә elә bu-
dur!  
Fiqhlә mәşğul olanlar әksәr hallarda hәdis elmlәrinә dә-
rindәn bәlәd deyillәr; onların xüsusәn dә “cәrh vә tә`dil”, ravi-
lәrin mötәbәrliyinin müәyyәnlәşdirilmәsi mәsәlәlәri haqda la-
                                                 
1
 әs-Süyuti. Miftah әl-Cәnnәt, sәh. 49-50. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə