Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə16/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

 55
ifadә etmir. Әgәr belә olmasaydı, onda nә üçün Allahın rәsulu 
kasıblıqdan Allaha sığınmış, onu küfrlә birlikdә xatırlamışdı: 
“Allahım, kasıblıq vә küfrdәn sәnә  sığınıram”
1
. Allah da 
peyğәmbәrinә var-dövlәt bәxş etdikdәn sonra buyurmuşdu: 
“Sәni yoxsul ikәn tapıb dövlәtli etmәdimi?!” (әz-Zuha, 8). 
Burada “miskinlik” dedikdә  tәvazökarlıq başa düşülür. 
Böyük alim İbn Әsir yazır: “Peyğәmbәr bu sözlә tәvazökarlığı, 
yekәxana vә tәkәbbürlü kәslәrdәn olmadığını nәzәrdә tutmuş-
dur”.  
Allahın rәsulu tәkәbbürlü hәyat yaşamadı; әylәşәndә ka-
sıblar vә kölәlәr kimi әylәşdi, yeyәndә dә onlar kimi yedi. Kә-
nardan bir insan gәlir, onu sәhabәlәrindәn fәrqlәndirә bilmirdi. 
Çünki Peyğәmbәr özünü onlardan ayırmaz, fәrqlәndirmәzdi. 
Evindә sәndәlini özü yamayar, paltarının söküklәrini tikәr, qo-
yunları sağar, cariyә  vә qulamı ilә birlikdә  әldәyirmanında 
buğda üyüdәrdi. 
Bir gün bir şәxs Peyğәmbәrin yanına gәlir. Peyğәmbәri 
görәn kimi әsmәyә başlayır. Allahın rәsulu onu sakitlәşdirir: 
“Narahat olma! Mәn hökmdar deyilәm. Mәkkәdә qaxac yeyәn 
qüreyşli qadının oğluyam”. 
 
3. Hər yüz ildən bir dini yeniləmə hədisi 
 
Bәzi insanlar Әbu Hüreyrәyә istinadәn  Әbu Davud vә 
Hakimin rәvayәt etdiklәri, bir çoxlarının da sәhih saydığı “Al-
lah hәr yüz ilin әvvәlindә bu ümmәtә dinini yenilәyәn kәs gön-
dәrәr”
2
 –  hәdisini oxuduqdan sonra elә başa düşmüşlәr ki, ye-
                                                 
1
 Hәdisi  Әnәs ibn Malikә istinadәn Hakim vә Beyhәqi rәvayәt etmişlәr. 
Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir (1285). 
2
 Әbu Davud. “Sünәn” kitabı, “Mәlahim” fәsli, hәdis  № 4270; Hakim. 
Müstәdrәk, cild IV, sәh. 522; Beyhәqi. Mәrifәt әs-Sünәn vәl-Asar. Münavinin 
“Feyz әl-Qәdir” kitabında (cild II, sәh. 282) deyilir ki, İraqi vә Süyuti hәdisi 
sәhih hesab etmişlәr.  


 56
nilәmә (təcdid) – tәkmillәşib dövrә uyğunlaşsın deyә dinin dә-
yişdirilmәsidir. Bu sәbәbdәn demişlәr ki, din sabitdir, nә yeni-
lәnәr, nә  dә  dәyişilәr. Din inkişafla deyil, inkişaf dinlә uyğun-
laşmalıdır.  
Әgәr dini yenilәmә onun prinsip vә tәlimlәrinin tәkmil-
lәşdirilmәsi, insanların tәlәbatlarına uyğunlaşdırılması, inkişaf-
la ayaqlaşdırılması demәkdirsә – tәbii ki, bu belә deyil; bu, hә-
qiqәti tәrsinә başa düşmәkdir, – bunu deyәn hәdis rәdd edilmә-
lidir.  
Bu iddia ilә çıxış edәn şәxsin “yenilәmә” ilә nәzәrdә tut-
duğu şey yuxarıda deyilәn kimidirsә, onda o, düz söylәyir. An-
caq... 
Ancaq tәdqiqatlarımın birindә göstәrdiyim kimi, yenilә-
mә  (təcdid) dedikdә dini başa düşmәdә, ona iman vә riayәtdә 
yenilәnmә nәzәrdә tutulur. Çünki bir şeyi yenilәmәk hәmin şe-
yi meydana çıxdığı vәziyyәtinә qaytarmaqdır. Bu zaman o, qә-
dimliyinә  rәğmәn, yeni kimi görünür. Bu isә mümkün qәdәr 
әvvәlki vәziyyәtini alanadәk hәmin şeyin zәiflәmiş tәrәflәrinin 
güclәndirilmәsi, dağılmış yerlәrinin bәrpası, çatlaqlarının bir-
lәşdirilmәsi ilә baş verir.  
Bir  şeyi yenilәmәk onun әvvәlki vәziyyәtini dәyişdir-
mәk, ya da onu lazımsız yeni şeylәrlә әvәz etmәk mәnasına gәl-
mir. Bu, yenilәmә deyildir.  
Bu mәsәlәni  әyani  şәkildә izah edәk. Mәsәlәn, tarixi bir 
tikilini restavrasiya (yenidәn qurmaq, yenilәmәk) etmәk istә-
yirik. Bu tikilinin restavrasiyası onun özünü, tarixi xüsusiyyәt-
lәrini, görünüşünü olduğu kimi saxlamaq şәrti ilә  әtraf mühi-
tin dağıdıcı  tәsirinә  mәruz qalmış yerlәrini bәrpa etmәk, giriş-
lәrini vә ona bitişik digәr tikililәri gözәllәşdirmәk, ona gedәn 
yolları abadlaşdırmaq... demәkdir. Köhnә tikilinin bәrpası – ye-
nilәnmәsi onu bütövlükdә  yıxıb yerindә  tәzәsi vә böyüyünü 
tikmәk deyildir. 


 57
Din dә belәdir. Dini yenilәmәk dedikdә yeni din forma-
sını ortaya çıxarmaq başa düşülmәmәlidir. Dinin yenilәnmәsi 
onu Peyğәmbәrin, sәhabәlәrinin, onlara layiqli şәkildә tabe 
olanların dövründәki vәziyyәtinә qaytarmaqdır
1
.  
Dini yenilәmә ictihadı bәrpa etmәkdir, dinin әsil mәnbә-
lәrinә müraciәtdir, donuqluq vә kor tәqliddәn xilas olmaqdır, 
müsbәt tәrәflәrindәn faydalanıb boşluqlarını da doldurmaq 
üçün mәdәni irsimizә  tәnqidi yanaşmaqdır, – bu, zehniyyәtin 
yenilәnmәsidir. Bununla yanaşı, dövrün tәlәb vә şәrtlәrinә uy-
ğun olaraq imanın, dini dәyәr vә әsaslara bağlılığın, dinә dәvә-
tin yenilәnmәsi dә vardır. Peyğәmbәr dә bir hәdisindә deyib: 
“Paltar kimi, içinizdәki iman da köhnәlir. Elә isә Allahdan dilә-
yin ki, qәlblәrinizdәki imanı yenilәsin”
2
.  
 
4. “İslam beş əsas üzərində  
bina edilib” hədisi 
 
Dövrümüzdә  eşitdiyim  әn heyrәtamiz  şey naqis fәhm 
üzündәn mәşhur sәhih hәdislәrdәn birinin rәdd edilmәsidir. 
Bәzi insanlar kiçiyindәn böyüyünәdәk, avamından aliminәdәk 
bütün müsәlmanların әzbәr bildiklәri “İslam beş әsas üzәrindә 
bina edilib: Allahdan başqa ilahın olmadığını, Mәhәmmәdin dә 
Onun peyğәmbәri olduğunu tәsdiqlәmәk; namaz qılmaq; zәkat 
vermәk; Ramazanda oruc tutmaq; imkan daxilindә Kәbәni hәcc 
etmәk”
3
 hәdisini rәdd etmişlәr. 
                                                 
1
 Bax: Yusif әl-Qәrdavi. Sünnә baxımından dinin yenilәnmәsi // “Qatar Sün-
nә vә Peyğәmbәrin Hәyatı Tәdqiqatları Mәrkәzi” jurnalı, 1987, № 2, sәh. 29. 
Elәcә bax: Yusif әl-Qәrdavi. Doğru oyanış  uğrunda. Beyrut: “әl-Mәktәb  әl-
İslami” nәşriyyatı.  
2
 Hәdisi İbn Әmrә istinadәn Tәbәrani vә Hakim rәvayәt etmişlәr. Hәmçinin, 
bax: Sәhih әl-Came әs-Sәğir (1590).   
3
 Buxari.  Came  әs-Sәhih, “İman” fәsli (1); Müslim. Came әs-Sәhih, “İman” 
fәsli (20). Hәdisi Abdullah ibn Ömәr rәvayәt edib. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə